53
• I mərhələ •
Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasından əsrin ortalarına qədər
•
1
Lətif Nəsrəddinin ürəyindən xəbər verdi:
– Həm də ki vətənə gedəcəksən.
Bu sözü deyəndə onların hər ikisi qızardı, gülümsədi, mənim gözlərimə baxdı. Mən bu-
nun mənasını yaxşı anlayırdım. Onlar onillərə bərabər olan bir neçə aylıq cəbhə həyatından
aldıqları duyğu və təsəvvürlərini yaxın adamlarına çatdırmaq istəyirdilər.
Bacı Nəsrəddinin qarşısında dayanıb xahiş edirdi. Nəsrəddin isə gözünü məndən ayır-
mırdı:
– Səndən, – deyirdi, – heç nə istəmirəm. Bizim evə get, mənim yazı stolumun başında
otur, kitablarıma, kağızlarıma fikir ver, gör qoyub gəldiyim kimidirmi? Gör mənə kağız-zad
yazan, itirib-axtaran olurmu? Küçəmizdən bir neçə dəfə o
yan-bu yana keç, anamın sözünü-sorğusunu qulağında
yaxşı saxla. Səndən hər şeyi təfsilatı ilə soruşacağam... Uni-
versitetə, bilirəm, gedəcəksən. Uşaqlara bir-bir salam de...
Bu gördüyün gurultuları orada xatırla. Yəqin, mənim abu-
nə vərəqim durur, onu bir al, bax gör kitabxanaçı deyirmi ki: “Bu oğlan niyə kitab
götürmür?”
Lətif Nəsrəddinə macal vermədi:
– Özün bilirsən də, nə deyim. Arvad eşitsə, birbaş yanına gələcək. Bu şəkli ver, deyinən
nigaran olmasın. Bacarsan, bir bizim məktəbə dəy. Gör Ədil müəllim oradadırmı? Gör yenə
dərslər qaydasındadırmı? Uşaqlarını yadına salırmı? Gedən kim, qalan kim? Mənim ünva-
nımı direktora, Ədil müəllimə ver, bəlkə, məktub yazan oldu.
Nəsrəddin bir şey xatırlamış kimi Lətifə mane oldu:
– Get bizdə də bir-iki gün qal. Qoy anam da oğul səsi eşitsin. Yəqin, hazırlıq görəcək.
Nahardan sonra mənim tarımı al, tozunu sil, bağrına bas, bir çargah başla. İnan ki, üstümə
yüz topdan güllə yağsa da, mən burada çargahın səsini eşidəcəyəm...
Lətif tapşırırdı:
– Kəndə gələndə kövşənə, Dişli qaya tərəfə çıx. Durna-
gözlü bulaqdan ovucla, mənim əvəzimə iç. Yazdır. Otur, bir
quşları dinlə. Gör onlar nə deyir: dünyanın bu işləri onların
mahnısına kar eləyir, ya yox? Yaşıl yamacdan dəstə tut.
Lalə, bənövşə, nərgiz, nanə, xətmi, nilufər – nə desən, ta-
parsan. Ax, o yerlər!.. Səcdəsinə düşmək, öpüb yalamaq, ürəyimi o torpağa, daşa sürtmək
istəyirəm.
Anama qabaqcadan heç nə yazmadım. Vağzalda düşüb yavaş-yavaş evimizə gəlirdim.
Anamı görməyə tələsirdimsə də, çoxdan ayrıldığım bu küçələri, yolları, bu məhrəm binaları,
ağacları, hasarları diqqətlə nəzərdən keçirmək həvəsi ilə yaşayırdım. Çalışırdım, görüm, nə
dəyişmişdir. Mənim qoyub getdiyim yerlərin nəyi və necə dəyişmişdir? Mənə elə gəlirdi ki,
hər şey öz qaydasındadır. Yenə də həmin sentyabr axşamıdır. Şəhərimiz möhkəm inam və
etimadla ömrünü sürür. Uca çinarlar, yaşıl təpələr baş əyərək cəbhədən gələn oğullarını sa-
lamlayır, cəbhəyə gedən oğullarına xeyir-dua verir.
Anamı evdə tapmadım. Açarı bir-birimizə bələdlədiyimiz yerdən götürdüm, qapını açıb,
evdə rahatlandım.
Bu evdə nə təzəlik var?
•••
III
•••
• Nəsrəddinin bu sözləri
onun haqqındakı təsəv-
vürünüzə nə əlavə etdi?
• Lətifin söylədikləri onun
haqqında sizdə hansı
təsəvvür yaratdı?
54
Mənim əsgər şəklim stolun üstündədir. Məktublarım üst-üstə səliqə ilə qoyulmuşdur.
Sanki anam bunları hər gün oxuyur. Pəncərənin ağzında balaca və üzü bezlə tikilmiş bir qutu
var. Yəqin etdim ki, anam yenə nəsə göndərir, istədim anamın cəbhə sovqatını açım, dəymə-
dim. Kitab şkafının şüşələri tərtəmiz silinmişdi. Gələn qəzet və jurnallar sahmanla şkafın bir
gözünə yığılmışdı. Anladım ki, anam bunları mənə saxlayır – oxumamış qəzeti o tərk etməz.
Evin hər tərəfində bir qayğı əli gəzirdi. Bu, əməksevən və zəhmətdən həzz alan əsgər
anasının əli idi. O, hər qədəmi oğul yolunda atırdı.
Bunların hamısı mənə aydın idi. Lakin anlaya bilmədim ki, anam evin açarını nə üçün
həyətdə, xəlvət bir yerdə qoyub gedir. Qapını özündən başqa kimsə açmayacaq, bəs açarı
kimə etibar edir?
... Anam mənim bu sualıma köksünü ötürərək cavab verdi:
– Bala, – dedi, – çox vaxt səninlə oturub söhbət eləyirdim. Sən cəbhədə, bəlkə də,
atışmadasan. Mən burada bardaş qurub səni körpə çağında görürəm, dindirirəm, danışırsan,
oynayırsan... Açar orada dursun. Mən onu yaxşı niyyətlə qoyuram. Elə bilirəm evimizdəsən.
Sənin səfərin uğurlu səfərdir. Ürəyim mənə deyir ki, sən işdən qayıdanacan oğlun gələr,
qapıda qalar. Açarı qoy get... Gördün ki! Niyyətim düz çıxdı, Allah düz adama niyyətinə görə
verər. Şükür ki, gəldin çıxdın!
Anam danışdıqca mənim ürəyim genişlənir, iftixar hissim alovlanırdı. Ürəyimdə de-
yirdim: “Bəşəriyyət hamısı analar qəlbi ilə yaşasaydı, dünya başdan-başa bir cənnət olardı.
Bunların duyğusu, arzusu, xeyirxahlıq və mərhəmət dolu ürəkləri həmişə bizimlə, cəbhə-
çilərlədir. Bu müqəddəs qəlb sahiblərinin keşiyində durana zaval yoxdur!”
Vətənin hava və sularındanmı, adamlarımızın “cəbhəçidir”, deyə mənə göstərdikləri
qonaqpərəstlikdənmi, görüş sevincindənmi, nədənsə, mən çox tez dirçəldim. Özümü əvvəl-
kindən də möhkəm hiss etdim. Sağaldıqca, qüvvətə gəldikcə təkrar cəbhəyə qayıtmaq arzusu
məndə alovlanırdı. Nəhayət, anam məni yola salmalı olduğuna inanandan sonra Nəsrəddinin
də, Lətifin də anasını çağırdı. İstirahət günü bizim evimiz səfər evinə oxşayırdı. Hərə bir
sovqat bağlayıb gətirmişdi. Mən ha yalvardım ki, canım, bunların heç birinə ehtiyac yoxdur,
bunu aparmaq özü çətin işdir, buraxmırdılar. Corab gətirən, papiros alan, fətir bişirən, xörək
hazırlayan kim... Anam məndən xəlvəti bir qutu bağlamışdı.
– Bala, – deyirdi, – bu, üçünüzün payıdır, açmazsan. Yetirən kimi Nəsrəddini, Lətifi
çağırarsan, açarsınız. Bu, üç ananın səliqəsidir. Bir açın, bir oturun, bir yeyin, bir gəzin, bir
vuruşun!
Cəbhəyə qayıdanda hərbi mütəxəssislər məni böyütmək, başqa yerə, yeni vəzifəyə gön-
dərmək fikrində idilər. Mən yoldaşlarımdan ayrılmayım deyə bundan yayındım, öz hissəmizə
gəldim. Təəssüf ki, yoldaşlarımın heç birini yerində tapmadım. Nəsrəddinin iki gün əvvəl
yaralandığını, səhra xəstəxanasına götürüldüyünü deyirdilərsə, Lətif haqqında açıq danışmır-
dılar. Mən dərhal komissarın yanına getdim, təlaşımı görüb, mənə iki sətirlik bir yazı göstərdi.
Orada savadlı bir əl rusca yazmışdı: “Demişdim, elə də oldu: döyüşçü ölməyəcəkdir!”
Mən yazını oxuyub komissarın üzünə baxdım. Nəzərlərimlə soruşurdum. Nə soruş-
duğumu komissar bilmirdi:
– Həkim yazır, – dedi, – Lətifin sağalmağına ümidimiz yox idi.
Köks qəfəsinə iki güllə, bir mina qəlpəsi dəyib, ciyərinin başı zədələnib. Amma həkim
Qiyaslı ümid verirdi. İndi isə Lətifin sağalmağı müəyyəndir.
•••
IV
•••
Dostları ilə paylaş: |