57
• I mərhələ •
Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasından əsrin ortalarına qədər
•
1
2. Hekayədə yazıçını düşündürən, narahat edən başlıca problem, sizcə, nədir? Müəllif həmin
problemin həllini nədə görür? Cədvəldən istifadə edin.
Yazıçının önəm verdiyi
problem nədir?
Yazıçı bu problemin həllini
nədə görür?
Siz bu barədə nə
düşünürsünüz?
3. Ədəbi qəhrəmanın – əsgər obrazının xarakterindəki başlıca cəhətləri aydınlaşdırın. Fikirlərinizi
təsdiq edən nümunələr göstərin. Cədvəldən istifadə edin.
Əsgər obrazı
Xarakterindəki mühüm cəhətlər
Bunu təsdiq edən nümunələr
4. Digər obrazların və yazıçının ədəbi qəhrəmana münasibətini aydınlaşdırın. Cədvəldən istifadə edin.
Əsgər obrazına
Digər obrazların münasibəti
Yazıçının münasibəti
Sizin münasibətiniz
5. Hekayəni növ və və janr baxımından oxuduğunuz bir dram əsəri ilə müqayisə edin. Müqayisə
cədvəlindən istifadə edin.
6. Bədii təsvir və ifadə vasitələrinin əsərə gətirdiyi gözəlliyi necə izah edərsiniz?
Əsərdə işlənmiş bədii təsvir və ifadə vasitələri Əsərin bədii təsir gücünün artmasında onların
rolu (nümunələrlə əsaslandırın)
7. Əsərdəki başlıca fikir – ideya nədir? Cədvəldən istifadə edin.
Əsərin əsas ideyası
Nə üçün belə düşünürsünüz?
• Mövzulardan birini seçib təqdimata hazırlaşın:
a) Əsər müharibə haqqındakı təsəvvürümə nə əlavə etdi?
b) Cəbhədə olsa idim, vətənə – məzuniyyətə gedən döyüş dostumdan nə xahiş edərdim?
• Bölmədə tanış olduğunuz sənətkarların həyatı haqqında kitabxana və ya internetdəki mənbələrdən
topladığınız məlumat əsasında təqdimata hazırlaşın.
Hansı cəhətlərə görə müqayisə olunurlar
Əsərlərin adı
“Vətən yaraları”
A r a ş d ır ı n • F i k i r l ə ş i n • C a va b v er i n
E v d ə i ş
M ü s t ə q i l i ş ü ç ü n
58
Mehdi Hüseyn
NİŞAN ÜZÜYÜ
(ixtisarla)
Hələ gün çıxmamışdı. Təkdənbir əsən meh həyətdəki badam ağacının xırdaca yarpaq-
larını tərpədirdi. Bir az bundan əvvəl samovara od salıb yan tərəfdə oturmuş Əminə xala
yarpaqların pıçıltısını eşidirdisə də, buna əhəmiyyət vermirdi: onun gözləri yol çəkirdi.
“...Ana! Dünən çox vuruşduq. Qabağımızdakı faşistlərin sayı bizdən beş dəfə çox olardı.
Onların pulemyotları yağış kimi güllə yağdırırdı. Mən komandirimizin sol tərəfində durmuş-
dum. O, bərk yaralandığına baxmayaraq, bizə ürək-dirək verirdi. Mənə də tez-tez: “Qorxma,
Salman, – deyirdi, – gözlə, lap yaxına gələndə atarsan”. Mən əlimdəki qumbaranı hazır tutub
düşmənin daha da yaxınlaşmasını gözləyirdim. Onlar sürünə-sürünə qabaqkı dikdirə çıxdılar.
Mən az qala nəfəs almayıb komandirin əmrini gözləyirdim. Komandir əli ilə “Səbir elə!”
işarəsini verə-verə, gözlərini düşmən gələn tərəfdən çəkmirdi. Birdən faşistlər ayağa qalxıb
üstümüzə şığıdılar. Mən əlimdəki qumbaranı atdım. Bilmirəm, dördümü, beşimi toz-torpağa
qarışıb qaldı. Ana! Mənim gülləm qurtarmışdı. Süngü davası başlandı. Gərək özün burada
olub görəydin. Yalan olmasın, hərəmiz bir aslana dönmüşdük. Vuruşurduq, nə vuruşurduq...
Faşistlər zərbəmizə dözməyib geri qaçdılar. Ax, ana, bu vaxt pulemyotumun bircə daraq
gülləsi olaydı, gör onda heç bir faşist də qaçıb qurtula bilərdimi!..”
Əminə xalanın gözləri yol çəkirdi. Oğlunun məktubunu azı yeddi-səkkiz adama oxut-
durub tamam əzbərlədiyi halda, bir də təzədən oxutmağa bir adam axtarmaq fikrinə düşdü.
Onun xəyalında ancaq bu sözlər dolanırdı: “Bircə daraq güllə... Neyləyim?.. Bu iş əlimdən
gəlmir, oğul... Yoxsa, bir daraq nədir, lap yüz daraq yollardım. Qalın corab deyil ki, gündə
üç cüt toxuyam. Neyləyim?..”
Əminə xala samovarın səsinə fikirdən ayrıldı, tez durub samovarın qapağını götürdü, ya-
naqlarına dəyən isti buğdan üzü, alnı tərlədi. “Neyləyim, oğul, samovar deyil ki, o dəqiqə
çayını dəmləyib hazır eləyim!” Ananın xəyalından qəribə bir fikir keçdi: “Yox, sənə güllə
yollamayacağam. Onu hökumətimiz verər. O, heç vaxt sənin darda qalmağına razı olmaz.
Mən səndən ötrü qiymətli bir şey saxlamışam. Var-dövlətdən kasıb da olsam, dar gündə
düşmənə möhtac olmaram”. Əminə xala: “sonra yadımdan çıxar”, – deyə fikirləşib evə girdi.
Divar şkafının lap yuxarı gözündən alabəzək bir boğça çıxarıb döşəməyə qoydu; əli titrəyə-
titrəyə boğçanı açdı. Burada hər nə desən, vardı: ipək, şal, müxtəlif rəngdə qadın corabları,
parçalar... Hamısını oğlunun nişanlısı üçün saxlamışdı, boğçadakı şeyləri Əminə xala düz on
ildə alıb yığmışdı. Hər dəfə açıb baxanda ürəyi tel-tel olurdu: ölməyib o günü görsəydi, heç
dərdi olmazdı.
Əminə xala parçaların arasından nə isə götürüb yaylığa bükdü, qoynunda gizlətdi, sonra
gəlib samovarı mizin üstünə qoydu. Uşaqlarını səslədi:
– Qalxın, bu qədər də yatmaq olar?
Yayın isti gecəsindən sonra bir qədər sərinlənən havada uşaqlar rahat nəfəs ala-ala
yatırdılar. Onlar qalxıb geyindilər. Bir dəqiqədə sual-cavab başlandı:
– Ana, dünən samovarı aparıb fonda vermədin?
– Ana, mis qazanı aparmadın?
– Uşaqsınız, oturun yerinizdə... Onu mən bilərəm.
– Özün demədin aparacağam?
– Dedim, amma aparmıram.
– Niyə ki, ana?
Q i y m ə t l ə n d i r m ə m a t e r i a l ı
Dostları ilə paylaş: |