Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə24/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   87

 
 
 
57 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

 
2. Hekayədə yazıçını düşündürən, narahat edən başlıca problem, sizcə, nədir? Müəllif həmin 
problemin həllini nədə görür? Cədvəldən istifadə edin. 
Yazıçının önəm verdiyi 
problem nədir? 
Yazıçı bu problemin həllini 
nədə görür? 
Siz bu barədə nə 
düşünürsünüz? 
 
 
 
 
3.  Ədəbi  qəhrəmanın  –  əsgər  obrazının  xarakterindəki  başlıca  cəhətləri  aydınlaşdırın.  Fikirlərinizi 
təsdiq edən nümunələr göstərin. Cədvəldən istifadə edin. 
Əsgər obrazı 
Xarakterindəki mühüm cəhətlər 
Bunu təsdiq edən nümunələr 
 
 
 
4. Digər obrazların və yazıçının ədəbi qəhrəmana münasibətini aydınlaşdırın. Cədvəldən istifadə edin. 
Əsgər obrazına 
Digər obrazların münasibəti 
 
Yazıçının  münasibəti 
 
Sizin  münasibətiniz 
 
 
5.  Hekayəni  növ  və  və  janr  baxımından  oxuduğunuz  bir  dram  əsəri  ilə  müqayisə  edin.  Müqayisə 
cədvəlindən istifadə edin.   
 
6. Bədii təsvir və ifadə vasitələrinin əsərə gətirdiyi gözəlliyi necə izah edərsiniz? 
Əsərdə işlənmiş bədii təsvir və ifadə vasitələri  Əsərin  bədii  təsir  gücünün  artmasında  onların 
rolu (nümunələrlə əsaslandırın) 
 
 
 
7. Əsərdəki başlıca fikir – ideya nədir? Cədvəldən istifadə edin. 
Əsərin əsas ideyası 
Nə üçün belə düşünürsünüz? 
 
 
 
 
• Mövzulardan birini seçib təqdimata hazırlaşın:  
a) Əsər müharibə haqqındakı təsəvvürümə nə əlavə etdi?   
b) Cəbhədə olsa idim, vətənə – məzuniyyətə gedən döyüş dostumdan nə xahiş edərdim?  
 
 
• Bölmədə tanış olduğunuz sənətkarların həyatı haqqında kitabxana və ya internetdəki mənbələrdən 
topladığınız məlumat əsasında təqdimata hazırlaşın. 
 
 
 
 
 
Hansı cəhətlərə görə müqayisə olunurlar 
Əsərlərin adı 
“Vətən yaraları” 
 
 
 
 
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 
 
E v d ə   i ş  
 
M ü s t ə q i l   i ş   ü ç ü n


 
 
58 
 
 
 
Mehdi Hüseyn 
NİŞAN ÜZÜYÜ 
(ixtisarla) 
 
Hələ gün çıxmamışdı. Təkdənbir əsən meh həyətdəki badam ağacının xırdaca yarpaq-
larını  tərpədirdi.  Bir  az bundan  əvvəl  samovara  od salıb yan  tərəfdə  oturmuş  Əminə xala 
yarpaqların pıçıltısını eşidirdisə də, buna əhəmiyyət vermirdi: onun gözləri yol çəkirdi.  
“...Ana! Dünən çox vuruşduq. Qabağımızdakı faşistlərin sayı bizdən beş dəfə çox olardı. 
Onların pulemyotları yağış kimi güllə yağdırırdı. Mən komandirimizin sol tərəfində durmuş-
dum. O, bərk yaralandığına baxmayaraq, bizə ürək-dirək verirdi. Mənə də tez-tez: “Qorxma, 
Salman, – deyirdi, – gözlə, lap yaxına gələndə atarsan”. Mən əlimdəki qumbaranı hazır tutub 
düşmənin daha da yaxınlaşmasını gözləyirdim. Onlar sürünə-sürünə qabaqkı dikdirə çıxdılar.  
Mən az qala nəfəs almayıb komandirin əmrini gözləyirdim. Komandir əli ilə “Səbir elə!” 
işarəsini verə-verə, gözlərini düşmən gələn tərəfdən çəkmirdi. Birdən faşistlər ayağa qalxıb 
üstümüzə şığıdılar. Mən əlimdəki qumbaranı atdım. Bilmirəm, dördümü, beşimi toz-torpağa 
qarışıb qaldı. Ana! Mənim gülləm qurtarmışdı. Süngü davası başlandı. Gərək özün burada 
olub görəydin. Yalan olmasın, hərəmiz bir aslana dönmüşdük. Vuruşurduq, nə vuruşurduq...  
Faşistlər zərbəmizə dözməyib geri qaçdılar. Ax, ana, bu vaxt pulemyotumun bircə daraq 
gülləsi olaydı, gör onda heç bir faşist də qaçıb qurtula bilərdimi!..”  
Əminə  xalanın  gözləri  yol  çəkirdi.  Oğlunun  məktubunu  azı  yeddi-səkkiz  adama  oxut-
durub tamam əzbərlədiyi halda, bir də təzədən oxutmağa bir adam axtarmaq fikrinə düşdü. 
Onun xəyalında ancaq bu sözlər dolanırdı: “Bircə daraq güllə... Neyləyim?.. Bu iş əlimdən 
gəlmir, oğul... Yoxsa, bir daraq nədir, lap yüz daraq yollardım. Qalın corab deyil ki, gündə 
üç cüt toxuyam. Neyləyim?..”  
Əminə xala samovarın səsinə fikirdən ayrıldı, tez durub samovarın qapağını götürdü, ya-
naqlarına dəyən isti buğdan üzü, alnı tərlədi. “Neyləyim, oğul, samovar deyil ki, o dəqiqə 
çayını dəmləyib hazır eləyim!” Ananın xəyalından qəribə bir fikir keçdi: “Yox, sənə güllə 
yollamayacağam. Onu hökumətimiz verər. O, heç vaxt sənin darda qalmağına razı olmaz. 
Mən  səndən  ötrü  qiymətli  bir  şey  saxlamışam.  Var-dövlətdən  kasıb  da  olsam,  dar  gündə 
düşmənə möhtac olmaram”. Əminə xala: “sonra yadımdan çıxar”, – deyə fikirləşib evə girdi. 
Divar şkafının lap yuxarı gözündən alabəzək bir boğça çıxarıb döşəməyə qoydu; əli titrəyə-
titrəyə boğçanı açdı. Burada hər nə desən, vardı: ipək, şal, müxtəlif rəngdə qadın corabları, 
parçalar... Hamısını oğlunun nişanlısı üçün saxlamışdı, boğçadakı şeyləri Əminə xala düz on 
ildə alıb yığmışdı. Hər dəfə açıb baxanda ürəyi tel-tel olurdu: ölməyib o günü görsəydi, heç 
dərdi olmazdı.  
Əminə xala parçaların arasından nə isə götürüb yaylığa bükdü, qoynunda gizlətdi, sonra 
gəlib samovarı mizin üstünə qoydu. Uşaqlarını səslədi:  
– Qalxın, bu qədər də yatmaq olar?  
Yayın  isti  gecəsindən  sonra  bir  qədər  sərinlənən  havada  uşaqlar  rahat  nəfəs  ala-ala 
yatırdılar. Onlar qalxıb geyindilər. Bir dəqiqədə sual-cavab başlandı: 
– Ana, dünən samovarı aparıb fonda vermədin?  
– Ana, mis qazanı aparmadın?  
– Uşaqsınız, oturun yerinizdə... Onu mən bilərəm.  
– Özün demədin aparacağam?  
– Dedim, amma aparmıram.  
 – Niyə ki, ana?  
Q i y m ə t l ə n d i r m ə   m a t e r i a l ı
 
 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə