Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə22/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   87

 
 
 
53 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

Lətif Nəsrəddinin ürəyindən xəbər verdi:  
– Həm də ki vətənə gedəcəksən.  
Bu sözü deyəndə onların hər ikisi qızardı, gülümsədi, mənim gözlərimə baxdı. Mən bu-
nun mənasını yaxşı anlayırdım. Onlar onillərə bərabər olan bir neçə aylıq cəbhə həyatından 
aldıqları duyğu və təsəvvürlərini yaxın adamlarına çatdırmaq istəyirdilər.  
Bacı Nəsrəddinin qarşısında dayanıb xahiş edirdi. Nəsrəddin isə gözünü məndən ayır-
mırdı:  
– Səndən, – deyirdi, – heç nə istəmirəm. Bizim evə get, mənim yazı stolumun başında 
otur, kitablarıma, kağızlarıma fikir ver, gör qoyub gəldiyim kimidirmi? Gör mənə kağız-zad 
yazan, itirib-axtaran olurmu? Küçəmizdən bir neçə dəfə o 
yan-bu  yana  keç,  anamın  sözünü-sorğusunu  qulağında 
yaxşı saxla. Səndən hər şeyi təfsilatı ilə soruşacağam... Uni-
versitetə, bilirəm, gedəcəksən. Uşaqlara bir-bir salam de...  
Bu gördüyün  gurultuları orada xatırla. Yəqin, mənim abu-
nə  vərəqim  durur,    onu  bir  al,  bax  gör  kitabxanaçı  deyirmi  ki:  “Bu  oğlan  niyə  kitab 
götürmür?”  
Lətif Nəsrəddinə macal vermədi:  
– Özün bilirsən də, nə deyim. Arvad eşitsə, birbaş yanına gələcək. Bu şəkli ver, deyinən 
nigaran olmasın. Bacarsan, bir bizim məktəbə dəy. Gör Ədil müəllim oradadırmı? Gör yenə 
dərslər qaydasındadırmı? Uşaqlarını yadına salırmı? Gedən kim, qalan kim? Mənim ünva-
nımı direktora, Ədil müəllimə ver, bəlkə, məktub yazan oldu.  
Nəsrəddin bir şey xatırlamış kimi Lətifə mane oldu: 
 – Get bizdə də bir-iki gün qal. Qoy anam da oğul səsi eşitsin. Yəqin, hazırlıq görəcək. 
Nahardan sonra mənim tarımı al, tozunu sil, bağrına bas, bir çargah başla. İnan ki, üstümə 
yüz topdan güllə yağsa da, mən burada çargahın səsini eşidəcəyəm...  
Lətif tapşırırdı:  
– Kəndə gələndə kövşənə, Dişli qaya tərəfə çıx. Durna-
gözlü bulaqdan ovucla, mənim əvəzimə iç. Yazdır. Otur, bir 
quşları dinlə. Gör onlar nə deyir: dünyanın bu işləri onların 
mahnısına  kar  eləyir,  ya  yox?  Yaşıl  yamacdan  dəstə  tut. 
Lalə, bənövşə, nərgiz, nanə, xətmi, nilufər – nə desən, ta-
parsan. Ax, o yerlər!.. Səcdəsinə düşmək, öpüb yalamaq, ürəyimi o torpağa, daşa sürtmək 
istəyirəm.  
 
 
 
Anama qabaqcadan heç nə yazmadım. Vağzalda düşüb yavaş-yavaş evimizə gəlirdim. 
Anamı görməyə tələsirdimsə də, çoxdan ayrıldığım bu küçələri, yolları, bu məhrəm binaları, 
ağacları, hasarları diqqətlə nəzərdən keçirmək həvəsi ilə yaşayırdım. Çalışırdım, görüm, nə 
dəyişmişdir. Mənim qoyub getdiyim yerlərin nəyi və necə dəyişmişdir? Mənə elə gəlirdi ki, 
hər şey öz qaydasındadır. Yenə də həmin sentyabr axşamıdır. Şəhərimiz möhkəm inam və 
etimadla ömrünü sürür. Uca çinarlar, yaşıl təpələr baş əyərək cəbhədən gələn oğullarını sa-
lamlayır, cəbhəyə gedən oğullarına xeyir-dua verir.  
Anamı evdə tapmadım. Açarı bir-birimizə bələdlədiyimiz yerdən götürdüm, qapını açıb, 
evdə rahatlandım.  
Bu evdə nə təzəlik var?  
••• 
 III  
•••  
• Nəsrəddinin bu sözləri 
onun haqqındakı təsəv-
vürünüzə nə əlavə etdi? 
Lətifin söylədikləri onun 
haqqında sizdə hansı 
təsəvvür yaratdı? 


 
 
54 
 
Mənim  əsgər  şəklim  stolun  üstündədir.  Məktublarım  üst-üstə  səliqə  ilə  qoyulmuşdur. 
Sanki anam bunları hər gün oxuyur. Pəncərənin ağzında balaca və üzü bezlə tikilmiş bir qutu 
var. Yəqin etdim ki, anam yenə nəsə göndərir, istədim anamın cəbhə sovqatını açım, dəymə-
dim. Kitab şkafının şüşələri tərtəmiz silinmişdi. Gələn qəzet və jurnallar sahmanla şkafın bir 
gözünə yığılmışdı. Anladım ki, anam bunları mənə saxlayır – oxumamış qəzeti o tərk etməz.  
Evin hər tərəfində bir qayğı əli gəzirdi. Bu, əməksevən və zəhmətdən həzz alan əsgər 
anasının əli idi. O, hər qədəmi oğul yolunda atırdı.  
Bunların hamısı mənə aydın idi. Lakin anlaya bilmədim ki, anam evin açarını nə üçün 
həyətdə, xəlvət bir yerdə qoyub gedir. Qapını özündən başqa kimsə açmayacaq, bəs açarı 
kimə etibar edir? 
... Anam mənim bu sualıma köksünü ötürərək cavab verdi: 
 –  Bala,  –  dedi,  –  çox  vaxt  səninlə  oturub  söhbət  eləyirdim.  Sən  cəbhədə,  bəlkə  də, 
atışmadasan. Mən burada bardaş qurub səni körpə çağında görürəm, dindirirəm, danışırsan, 
oynayırsan... Açar orada dursun. Mən onu yaxşı niyyətlə qoyuram. Elə bilirəm evimizdəsən. 
Sənin  səfərin uğurlu  səfərdir.  Ürəyim  mənə deyir ki,  sən  işdən qayıdanacan  oğlun gələr, 
qapıda qalar. Açarı qoy get... Gördün ki! Niyyətim düz çıxdı, Allah düz adama niyyətinə görə 
verər. Şükür ki, gəldin çıxdın!  
Anam  danışdıqca  mənim  ürəyim  genişlənir,  iftixar  hissim  alovlanırdı.  Ürəyimdə  de-
yirdim: “Bəşəriyyət hamısı analar qəlbi ilə yaşasaydı, dünya başdan-başa bir cənnət olardı. 
Bunların duyğusu, arzusu, xeyirxahlıq və mərhəmət dolu ürəkləri həmişə bizimlə, cəbhə-
çilərlədir. Bu müqəddəs qəlb sahiblərinin keşiyində durana zaval yoxdur!” 
Vətənin  hava  və  sularındanmı,  adamlarımızın  “cəbhəçidir”,  deyə  mənə  göstərdikləri 
qonaqpərəstlikdənmi, görüş sevincindənmi, nədənsə, mən çox tez dirçəldim. Özümü əvvəl-
kindən də möhkəm hiss etdim. Sağaldıqca, qüvvətə gəldikcə təkrar cəbhəyə qayıtmaq arzusu 
məndə alovlanırdı. Nəhayət, anam məni yola salmalı olduğuna inanandan sonra Nəsrəddinin 
də, Lətifin də anasını çağırdı. İstirahət günü bizim evimiz səfər evinə oxşayırdı. Hərə bir 
sovqat bağlayıb gətirmişdi. Mən ha yalvardım ki, canım, bunların heç birinə ehtiyac yoxdur, 
bunu aparmaq özü çətin işdir, buraxmırdılar. Corab gətirən, papiros alan, fətir bişirən, xörək 
hazırlayan kim... Anam məndən xəlvəti bir qutu bağlamışdı.  
–  Bala,  –  deyirdi,  –  bu,  üçünüzün  payıdır,  açmazsan.  Yetirən  kimi  Nəsrəddini,  Lətifi 
çağırarsan, açarsınız. Bu, üç ananın səliqəsidir. Bir açın, bir oturun, bir yeyin, bir gəzin, bir 
vuruşun! 
 
 
 
Cəbhəyə qayıdanda hərbi mütəxəssislər məni böyütmək, başqa yerə, yeni vəzifəyə gön-
dərmək fikrində idilər. Mən yoldaşlarımdan ayrılmayım deyə bundan yayındım, öz hissəmizə 
gəldim.  Təəssüf  ki,  yoldaşlarımın  heç  birini  yerində  tapmadım.  Nəsrəddinin  iki  gün  əvvəl 
yaralandığını, səhra xəstəxanasına götürüldüyünü deyirdilərsə, Lətif haqqında açıq danışmır-
dılar. Mən dərhal komissarın yanına getdim, təlaşımı görüb, mənə iki sətirlik bir yazı göstərdi. 
Orada savadlı bir əl rusca yazmışdı: “Demişdim, elə də oldu: döyüşçü ölməyəcəkdir!”  
Mən  yazını  oxuyub  komissarın  üzünə  baxdım.  Nəzərlərimlə  soruşurdum.  Nə  soruş-
duğumu komissar bilmirdi: 
 – Həkim yazır, – dedi, – Lətifin sağalmağına ümidimiz yox idi.  
Köks qəfəsinə iki güllə, bir mina qəlpəsi dəyib, ciyərinin başı zədələnib. Amma həkim 
Qiyaslı ümid verirdi. İndi isə Lətifin sağalmağı müəyyəndir.  
••• 
 IV  
••• 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə