Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə19/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   87

 
 
 
45 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

5. Şeirin bədii təsir gücünün  artmasına şair necə nail olmuşdur? Fikrinizi əsaslandırın. Cədvəldən 
istifadə edin. 
Bədii təsvir və ifadə vasitələrinin 
işləndiyi misralar 
Növü 
Əsərin bədii təsir gücünün artmasında rolu 
 
 
 
 
6. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Fikrinizi əsərdən gətirdiyiniz nümunələrlə əsaslandırın. 
Cədvəldən istifadə edin. 
s.s. 
Əsərin ideyası 
Nə üçün belə düşünürsünüz? 
 
 
 
 
 
• “Ananın öyüdü”  şeirinin müasir oxucu üçün əhəmiyyəti nədir?” mövzusunda təqdimat hazırlayın. 
 
 
1. Şeirdən cədvəldəki atalar sözlərinə uyğun nümunələr seçin, fikrinizi əsaslandırın. 
Atalar sözləri 
Əsərdən seçilmiş uyğun nümunələr
Nə üçün belə düşünürsünüz? 
İgid oğul düşmənə əyilməz 
 
 
Alnım açıq, üzüm ağ 
 
 
İgidlik döyüşdə məlum olar 
 
 
Yaxşı at igidin arxasıdır 
 
 
 
2. Ana obrazının canlandırıldığı Qarabağ savaşına həsr olunmuş  bir əsər seçin və diqqətlə oxuyun. 
“Ananın öyüdü” əsəri ilə müqayisə edin. Çıxardığınız nəticəni müqayisə cədvəlində, yaxud Venn 
diaqramında qeyd edin.  
3. “Ananın öyüdü” şeirindən bir parçanın ifadəli oxusuna hazırlaşın. 
–  Əvvəlcə  ifaçılıq  vəzifəsini  –  dinləyicilərə  nə  çatdıracağınızı  aydınlaşdırıb  dəftərinizdə  (şeirin 
mətninin kənarında) yazın. 
– Sonra parçanın oxusunda səsinizin aldığı çalarları qeyd edin. Unutmayın ki, misraların hər birinin 
oxusunda məzmundan asılı olaraq, fərqli səs çalarları yarana bilər. 
– Fasilələrin yerini, məntiqi vurğulu sözləri, səsin sürətini, ucalığını və s. müəyyənləşdirib şərti 
işarələrlə göstərin. 
4.  İfaları dinləyib münasibət bildirin. 
 
 
• Digər fənlərdən və mənbələrdən öyrəndiyiniz məlumat əsasında “Faşizm üzərində qələbədə 
Azərbaycanın rolu” mövzusunda şifahi təqdimat hazırlayın. 
 
 
 
 
 
 
E v d ə   i ş  
I I I   d ə r s 
T ə t b i q   •  M üz a k i r ə   •   Y a r a d ı c ı  i ş  
 
E v d ə   i ş  


 
 
46 
 
 
 
TƏBRİZİM 
(ixtisarla) 
 
Baxdıqca hüsnünə doymayır gözüm,  
Təbrizim, Təbrizim, gözəl Təbrizim! 
 
Qoymaram yadları girsin qoynuna, 
İzin ver qolumu salım boynuna! 
Sənin bayramına, sənin toyuna 
Dili bir, qanı bir qardaşın gəlib, 
Dərdinə aşina sirdaşın gəlib. 
 
Sən çıxdın qarşıma duzla, çörəklə, 
Bağından dərdiyin güllə, çiçəklə, 
İkiyə bölünməz saf bir ürəklə
Təbrizim, Təbrizim, aman Təbrizim, 
Yox olsun başından duman, Təbrizim! 
 
Qədrini ayrılıq çəkənlər bilər, 
Hicrində göz yaşı tökənlər bilər
Ömrünə qaranlıq çökənlər bilər, 
Bağından gül-çiçək dərdim, Təbrizim, 
Yenə təzələndi dərdim, Təbrizim! 
 
 
 
qəşəngdir yol boyunca söyüdlər
Söyüdlərin kölgəsində igidlər 
Babalardan dinləyirlər öyüdlər, 
Coşur damarlarda qanı, Təbrizim, 
Yoxdur bu mərdlərin sanı, Təbrizim! 
 
Ağlasan, ağlaram, gülsən, gülərəm, 
Yaşasan, yaşaram, ölsən, ölərəm, 
Varımı səninlə yarı bölərəm, 
Gəl bir də üzündən öpüm, Təbrizim! 
Başına gül-çiçək səpim, Təbrizim! 
 
Nədir o mənalı, dərin baxışlar? 
Nədir gözlərindən yağan yağışlar? 
Nədir qəlbindəki payızlar, qışlar? 
Yetimtək boynunu burma, Təbrizim! 
Məlul-məlul baxıb durma, Təbrizim! 
 
Sənin çiçəyinə, gülünə qurban! 
Mənə qardaş deyən dilinə qurban! 
Vətəninə qurban, elinə qurban! 
Baxdıqca hüsnünə doymayır gözüm, 
Təbrizim, Təbrizim, gözəl Təbrizim! 
 
• Cənub mövzusu Süleyman Rüstəm ya-
radıcılığında  geniş  yer  tutur.  Onun  adı 
Arazın o tayında dillərdən düşmür, şeir-
ləri əldən-ələ, dildən-dilə gəzir. Şair Cə-
nubda xalqın ən çox sevdiyi və arxalan-
dığı söz ustalarındandır.  
Hüseyn Abbaszadə 
SÜLEYMAN RÜSTƏM 
(1906 – 1989) 
Yada salın 
– Cənubi Azərbaycana həsr olunmuş hansı əsərlərlə tanışsınız? 
– Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub? 
Düşünün 
– Cənub mövzusunda yazılmış əsərlərdə, sizcə,  hansı məsələlərə da-
ha çox diqqət yetirilir? 
Oxuda aydınlaşdırın 
– Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitabla-
rının köməyi ilə aydınlaşdırın. 
– Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. 


 
 
 
47 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

 
1.  Əsərin oxusundan (bunu fərqli formalarda yerinə yetirə bilərsiniz) sonra parta yoldaşınızla birlikdə 
aşağıdakı suallara cavab hazırlayın: 
–  Əsərdə ayrılıq barədə nə deyilir? 
–  Şair Təbrizin gözəlliyi haqqında hansı fikirləri söyləyir? 
–  Şairin Təbrizə məhəbbəti hansı misralarda daha qabarıq ifadə olunub? 
–  Şeiri oxuyarkən Azərbaycanın ikiyə bölünməsi ilə bağlı hansı tarixi hadisələri xatırladınız? 
2.  Kiçik qruplarda birləşin. Hər qrup iki, yaxud bir bənd üzərində işləməklə məzmuna aid suallar və 
onlara cavab hazırlayın. 
3.  Şeirdəki bədii təsvir və ifadə vasitələrinin növünü göstərin. Cədvəldən istifadə edin: 
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi misralar 
Bədii təsvir və ifadə vasitələrinin növü 
 
 
4.  Üzərində işlədiyiniz bəndlərlə bağlı fikirlərinizi ikihissəli gündəlikdə yazın. 
Əsərdə diqqətimizi daha çox cəlb edənlər 
Bunun səbəbi 
 
 
 
5. Yerinə yetirdiyiniz tapşırıqlarla bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın. 
 
 
•  Digər  fənlərdən,  müxtəlif  mənbələrdən  topladığınlz  məlumat əsasında  “Təbriz şəhəri  haqqında nə 
bilirəm?” mövzusunda təqdimata hazırlaşın. 
 
 
• Əsərin təhlilinə hazırlaşın. 
1.  Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
Şair İkinci Dünya müharibəsi illərində sovet ordusu sıralarında Cənubi Azərbaycana getmiş, soy-
daşlarımızın həyatı, milli azadlıq uğrunda apardıqları mübarizə ilə yaxından tanış olmuşdur. Həmin 
səfər  şairin yaradıcılığında mühüm yer tutan  Cənub lirikasının yaranmasına səbəb oldu. Bu silsiləyə 
daxil  olan  əsərlər  Azərbaycan  dərdlərinin  tərcümanına  çevrilmiş,  birliyimizə  qənim  kəsilənlərə  sərt 
cavab kimi dəyərləndirilmişdir. 
“Təbrizim”  ideya-məzmunu,  bədii  gözəlliyi  ilə  oxucuların  diqqətini  dərhal  cəlb  etmiş,  otaylı-
butaylı  soydaşlarımızın  böyük  rəğbətini  qazanmışdır.  Lirik  qəhrəmanın  səmimiliyi,  yüksək  emo-
sionallığı  oxucunu  düşünməyə,  əsərdə  qaldırılan  problemlərin  mahiyyətini  dərk  etməyə  sövq  edir. 
Əsərdə əksini tapmış mühüm siyasi mətləbləri, bədii gözəlliyi təmin edən vasitələri aşkara çıxarmağa 
çalışın. Bədii təsvir və ifadə vasitələrindən
 
necə istifadə olunduğuna  xüsusi diqqət yetirin. 
Əsərdə sizin üçün yeni olan bədii təsvir vasitəsi – metonimiya işlənmişdir. Metonimiya yunan sözü 
olub  addəyişmə deməkdir. Bədii əsərdə bir əşya, hadisə, anlayışın əvəzinə onunla bağlı olan  başqa 
bir ad işlənir. Məsələn, Bakının dərdi var, Bakı xəstədir  misrasında şair “Bakı əhalisi” əvəzinə, “Bakı” 
sözünü işlətməklə metonimiya  yaratmışdır. “Təbrizim” şeirində çox vaxt Təbriz  sözü  həmin şəhərdə 
yaşayan insanlar anlamında işlənmişdir:  
Sən çıxdın qarşıma duzla, çörəklə,  
Bağından dərdiyin güllə, çiçəklə, 
İkiyə bölünməz saf bir ürəklə, 
Təbrizim, Təbrizim, aman Təbtizim, 
Yox olsun başından duman, Təbrizim. 
Şair  metonimiyadan istifadə etməklə fikrin təsir gücünün artmasına, Vətənimizin birliyi ilə bağlı 
düşüncələrinin daha təsirli ifadəsinə nail olmuşdur.  
 
 
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş
 
E v d ə   i ş  
I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə