Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə15/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   87

 
 
36 
 
 
 
 
HƏYAT SEVGİSİ 
 
Ah, mən gündən-günə bu gözəlləşən 
İşıqlı dünyadan necə əl çəkim? 
Bu yerlə çarpışan, göylə əlləşən 
Dostdan, aşinadan necə əl çəkim? 
 
Dönmə bir şəbnəmə yaz səhərində, 
Könül, günəş kimi parla yerində! 
Göylərin lacivərd ətəklərində 
Gedən bu qovğadan necə əl çəkim? 
 
Baxınız, dan yeri sökülmüş kimi, 
Dostlar bir cəbhəyə tökülmüş kimi. 
Uzaqdan-uzağa xam gümüş kimi 
Ağaran səhradan necə əl çəkim?  
 
Təbiət varlıdır, təbiət xəsis, 
İşlədərkən onu, sən ey mühəndis, 
Mən də qart daşlara verdiyim bu hiss, 
Bu incə mənadan necə əl çəkim? 
 
Bir yanda tərlanlar, dumanlı dağlar, 
Bir yanda kəkliklər, ayna bulaqlar, 
Bir yanda bülbüllər, çiçəkli bağlar, 
Mən bu tamaşadan necə əl çəkim?
 
• Müşfiq ədəbiyyat tariximizdə də, 
xalqımızın yaddaşında da, hamımızın 
qəlbində də otuz yaşlı çılğın, romantik
xəyallar dünyasında qanadlanan bir gənc 
kimi qalacaq. 
Gülhüseyn Hüseynoğlu 
MİKAYIL MÜŞFİQ 
(1908 – 1938) 
Yada salın 
– Sənətkarların  yaşamaq, yaratmaq istəyini əks etdirən hansı əsər-
lərlə tanışsınız? 
– Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub? 
Düşünün 
– Sənətkarın  şəxsi  narahatlığını  əks  etdirən  əsərlərin  yazılmasına 
səbəb, sizcə, nə ola bilər? 
Oxuda aydınlaşdırın 
– Əsərdə  tanış  olmayan  sözlərin mənasını  lüğətlərin,  sorğu  kitab-
larının köməyi ilə aydınlaşdırın. 
– Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. 


 
 
 
37 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

Həyat dedikləri bu keşməkeşdən, 
Qəlbimdə, qanımda yanan atəşdən
Gecədən, gündüzdən, aydan, günəşdən, 
Bu əngin fəzadan necə əl çəkim? 
 
Qarşımda dalğalı, dərin bir ümman, 
Ümmanı sarsıdır bir acı tufan, 
Bəyaz köpükləri bir çiçək yapan 
Şeirdən, xülyadan necə əl çəkim? 
 
Ulduzlar fikrimin çıraqbanıdır, 
Bulud xəyalımın karivanıdır, 
Səma ki hissimin aşiyanıdır, 
Böylə bir səmadan necə əl çəkim? 
 
Xəzan acısına edib təhəmmül, 
Gülün kölgəsində ötəndə bülbül
– Həyat, həyat! – deyə çırpınır könül. 
Könüldən, sevdadan necə əl çəkim? 
 
Sən aldın aşını yeni hislərdən, 
Ey cavan qələmim, düşmə bəhərdən, 
A dostlar, söyləyin, mən bu hünərdən
Bu təbi-valadan necə əl çəkim?
 
 
 
 
 
1. Əsəri oxuyun (bunu fərdi səssiz oxu, səsli oxunun dinlənilməsi və s. şəkildə yerinə yetirə 
bilərsiniz). 
2. İlkin təəssüratınızı siniflə bölüşün. 
3. Beş qrupa bölünün. Hər qrup iki bənd üzərində işləməklə ikihissəli gündəlikdə qeydlər edin.  
Əsərdə diqqətimizi daha çox cəlb edənlər 
Bunun səbəbi 
 
 
4. Gəldiyiniz nəticələri təqdimatlar əsasında müzakirə edin. 
5. Mövzulardan birini seçib şifahi təqdimata hazırlaşın:  
a) Şeirin ən çox sevdiyim bəndi (bəndləri) hansı oldu?  
b) Şeirin müəllifi haqqında məndə hansı təəssürat yarandı?  
 
 
• Müxtəlif mənbələrdən, internetdən topladığınız məlumat əsasında “M.Müşfiqin həyatının son illəri” 
mövzusunda təqdimata hazırlaşın. 
 
 
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş
 
E v d ə   i ş  


 
 
38 
 
 
• Əsərin təhlilinə hazırlaşın. 
1.  Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
Mikayıl Müşfiqin həyatının son illərinin çox gərgin keçdiyini bilirsiniz. Mübahisələr, böhtan və 
təqiblər həssas şairin yaradıcılığına təsirsiz ötüşmürdü. Yaxından tanıdığı, istedadına  rəğbət bəslədiyi 
sənət dostlarının repressiya qurbanına çevrilməsi də onu sarsıdırdı. 1935-ci ildə
 
qələmə alınmış “Həyat 
sevgisi” şeirində bir narahatlıq, təlaş duyulmaqdadır. Diqqətli oxucuda sual yaranır: gənc şair “gündən-
günə gözəlləşən bu işıqlı dünyadan”, dostdan, tanışdan nə üçün əl çəkməli idi? 
Şeir üzərində müşahidələrinizi davam etdirin. Misraların arxasındakı gizli mətləbləri aydınlaşdır-
mağa çalışın. Əsər birnəfəsə oxunur, oxucunun qəlbinə hakim kəsilir. Bunun bir mühüm səbəbi onun 
bədii gözəlliyidir. Əsərin dilindəki aydınlığa, sözlərin, qafiyələrin necə seçildiyinə, bədii təsvir və ifadə 
vasitələrindən hansı məqsədlə istifadə olunduğuna diqqət yetirin. 
 
 
2.  Lirik qəhrəmanı necə səciyyələndirərsiniz? O, insanlara, təbiətə, dünyaya necə münasibət bəsləyir? 
Cədvəldən istifadə edin. 
3.  Lirik qəhrəmanın həyata bağlılığı, yazıb-yaratmaq arzusu
 
uğurla ifadə edilibmi? Buna hansı bədii 
vasitələrin köməyi ilə nail olunub? 
4.  Lirik  qəhrəmanın  həyəcanı,  narahatlıq  hissi  hansı  söz  və  ifadələrlə  əks  etdirilib?  Onları  uğurlu 
saymaq olarmı? 
s.s.  Lirik qəhrəmanın həyəcanını, narahatlığını 
əks etdirən söz və ifadələr 
Onlardan hansını daha uğurlu saydığınızı 
əsaslandırın 
 
 
 
5.  Əsərdə qaldırılan başlıca problem, sizcə, nədir? Cədvəldən istifadə edin. 
6.  Əsərin ideyasını aydınlaşdırın. Fikrinizi əsərdən gətirdiyiniz nümunələrlə əsaslandırın. Cədvəldən 
istifadə edin. 
 
 
• Şeirin (beş bənddən az olmayaraq) ifadəli oxusunu hazırlayın. İfaçılıq vəzifəsini, səsinizin alacağı çalarları, 
sürətini, ucalığını və s. müəyyənləşdirin. Şərti işarələrdən istifadə edin. 
 
 
• Bölmədə tanış olduğunuz sənətkarların həyatı haqqında kitabxana və ya internetdəki mənbələrdən 
topladığınız məlumat əsasında təqdimata hazırlaşın. 
 
 
Lirik  qəhrəmanın... 
insanlara münasibəti 
(şeirdən nümunələr gətirməklə 
aydınlaşdırın) 
təbiətə münasibəti 
(şeirdən nümunələr gətirməklə 
aydınlaşdırın) 
dünyaya münasibəti 
(şeirdən nümunələr gətirməklə 
aydınlaşdırın) 
 
 
 
Əsərdə qaldırılan başlıca problem nədir? 
Bu problemi şairin şəxsi həyatı ilə əlaqələndirmək 
doğrudurmu? 
 
 
Əsərin ideyası 
Nə üçün belə düşünürsünüz? (Fikrinizi nümunələrlə əsaslandırın) 
 
 
I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 
 
E v d ə   i ş  
 
M ü s t ə q i l   i ş   ü ç ü n


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə