Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə87/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   87

 
 
216 
 

Qarayağız − əsmər, qarabuğdayı 
Qayi xan –  Oğuz xan oğlu Gön xanın oğludur. Oğuzların Bozox qolundan olan Qayı 
boyunun əcdadı hesab olunur. 
Qəlbi – yüksək, hündür 
Qəlpə – bərk bir şeyin qopub parçalanmış hissəsi 
Qəndil – asma lampa 
Qırov – payızın axırlarında soyuqlar düşəndə gecələr yerə, yarpaqlara qonan qar kütləsi, 
şehin donmuş zərrələri 
Qolfstrim – Atlantik okeanında isti cərəyan, axın 
Qovzanmaq – burada: qalxmaq 
Quzğun dəniz – Xəzər dənizinin  keçmiş adı 
 

Labüd – yerinə yetirilməsi, icrası vacib olan, zəruri olan; mütləq 
Lacivərd – mavi 
Laübalı − etinasız, laqeyd, heç bir şeyə əhəmiyyət verməyən 
Lektoriya – mühazirə zalı 
 

Mabeyn – burada: ətrafında olan, müşayiət edən yaxın adamlar  
Mehrab – məscidlərin qiblə tərəfindəki divarında oyuq yer;  namaz qılınarkən insanların  üz 
çevirdikləri  yer 
Meynə – üzüm tənəyi 
Məhrəm – çox yaxın adam, sirdaş 
Məhzun – hüznli, həzin, kədərli, qəmli 
Məlal – ürək sıxıntısı 
Mərcan –  burada: daşlaşmış dəniz heyvanının çöküntüsündən hazırlanan bəzək əşyası, 
boyunbağı 
Məs (məst) − dəridən və ya başqa yumşaq materialdan tikilən yüngül ayaqqabı 
Məsrur – şən, şad, sevincli 
Məsum − günahsız; heç bir günahı, qəbahəti olmayan 
Mətanət – burada: möhkəmlik, sabitlik 
Məzhəkə – gülməli danışıq, hərəkət, oyun 
Moviz (mövüc) – qurudulmuş üzüm 
Mitralyoz – pulemyot 
Möhnət – dərd, qəm 
Munis – mehriban, istiqanlı 
Müamilə – borcun əvəzində alınan faiz, sələm 
Mübaşir –İranda kəndi idarə etmək üçün mülkədarın təyin etdiyi adam 
Müməssil – 1) təmsil edən; 2) nümayəndə 
Münəvvər – burada: ziyalı 
Mütləqa – əlbəttə 
Müqabil – qarşılıq 
Mütəkkə – uzunsov, dəyirmi balış 
Müsaidə – izin, icazə 
Müyəssər – mümkün, asan, asan başa gələn  
 
 


 
 
 
217 
 
• • •
 

Nam – ad 
Nəimi (Fəzlullah Nəimi) – orta əsrlərdə Yaxın və Orta Şərqdə şöhrət qazanmış Azərbaycan 
mütəfəkkiri 
Nəmənə – “ nə”, “necə” mənalarında işlənmiş sual əvəzliyi 
 
 

Odər – görkəmli yazıçı İ.Hüseynovun fərziyyəsinə görə, kainatda OdƏr bəşəriyyəti var. 
Bizim qalaktikanın bütün planetlərində insan yaşayır. Birinci yaranmış Ey OdƏr planetidir. 
Sahibi də Ey OdƏr babamızdır. 
 
Ö 
Örgü (tel) – burada: məftil çəpər, maneə 
 

Pak – burada: müqəddəs 
Pancur – pəncərə 
Pencər – müxtəlif yabanı otların  ümumi adı 
Pəjmürdəhal olmaq – qanı qaralmaq, kədərlənmək 
 
 
Pəlmə − tutqun, aydın olmayan, zəif işıq  
Pərvaz etmək – uçmaq 
Ponza – çəki vahidi, 250 qram 
 

Rahib – ömrünü ibadətlə başa vuran adam 
Raykom katibi – “rayon komitəsi” sözünün  ixtisarı, sovet dövründə rayonun faktiki rəhbəri 
Rəngin − rəngli, əlvan 
Rəncidə-hal olmaq – qanı qaralmaq, kefi pozulmaq 
Rica – xahiş 
Riqqət– ürək yumşaqlığı, ürək incəliyi, şəfqət;  təsirlənmə, mütəəssir olma, acıma; təəssür 
Ruzgar – burada: tale 
Ruzi – azuqə, yeyəcək 
 

Sajen – ölçü vahidi: 2,13 metr 
Sakin – burada: sakit, səssiz, hərəkətsiz 
Saklı –  burada: dalda (yer) 
Sardina –  siyənək fəsiləsindən xırda balıq 
Səcdə – burada: diz çökmək 
Səciyyə − 1. hər hansı bir şeyin və ya hadisənin başqalarından fərqləndirən xüsusiyyəti; 
xarakter; 2. xasiyyət, təbiət 
Səf – sıra 
Səfalət − böyük ehtiyac içində yaşama; yoxsulluq və ehtiyacdan çəkilən sıxıntı 
Səfil − daimi yaşayış yeri və daimi məşğuliyyəti olmayan, səfalət içərisində yaşayan 
Səhəng – su daşımaq üçün misdən və ya gildən qayrılmış qulplu, darboğaz qab; güyüm 
Sipər − qoruyucu vasitə, qalxan 
Sipərdəkilər − burada: müqavimət göstərənlər 
Sovxoz – sovet dövründə  dövlət kənd təsərrüfatı müəssisəsi 


 
 
218 
 
Sovuruq –taxılı təmizləmək üçün havaya atma 
Sükun − sakitlik 
Süqut – burada: düşmə 
Sövmiə – yaşayış yeri 
Sürahi – 1. məhəccər; 2. uzunboğaz şüşə qab 
Süs – bəzək, zinət, bər-bəzək 
 
Ş 
Şan – şərəf, şöhrət, iftixar 
Şəbnəm – şeh 
Şəfqət – mərhəmət, rəhm 
Şəmşir – qılınc 
Şərafət – şərəf, hörmət 
Şlüz – çayda suyu saxlamaq və lazım gəldikdə açıb buraxmaq üçün  xüsusi qapı 
Şura −  burada: dövlətdə, yaxud onun hər hansı  sahəsində rəhbər rol oynayan  dövlət 
orqanlarının adı  
Şikəstə − məcazi: qəlbi qırılmış, qəlbi yaralı, ürəyi sınmış 
 

Tabaqça – enli taxtadan oyulub hazırlanmış enli, uzunsov qab 
Tala – meşədə ağacsız, çılpaq yer, sahə, açıqlıq 
Tapqır – atın yəhərinin  sürüşməməsi, əyilməməsi üçün döşünün altından keçirilən qayış 
Teşi – otdöyən şəklində olan toxuculuq alətidir, nazik bir çubuq vasitəsilə kənd qadınları 
onu fırladıb, dizləri üzərində topladıqları yunu və ya pambığı əyirirlər.  
Təbərrik –  1. Uğur, xoşbəxtlik gətirməsi güman edilən müqəddəs torpaq, su, parça. 2. Az 
tapılan, az ələ düşən şey  
Təbi vala – yüksək istedad; coşqun ilham 
Təcəddüd − yenilənmə, təzələnmə 
Təfavüt –fərq 
Təfərrüat  –  ərəbcə təfərrü sözünün cəmi.  1. əsas mətləbə az dəxli olan təfsilat, ikinci dərə-
cəli əhəmiyyəti olan məsələlər, xırda məsələlər.  2. bir şeyin, məsələnin ən kiçik, ən xırda, ən 
incə cəhətləri 
Təfsilat – ərəbcə təfsil sözünün cəmi. Bir işin, hadisənin ən kiçik, ən cüzi təfərrüatı. 
Təğyir – dəyişmə, dəyişiklik, dəyişdirmə, başqalaşma 
Təhəmmül – dözüm; təhəmmül etmək – dözmək 
Tənəzzül – 1. enmə, aşağı düşmə, geriləmə. 2. düşkünlük, özünü alçaltmaq 
Tunes – balıq növü 
Turan – tarixi baxımdan Orta Asiya və Mavərənnəhr adlanan bölgənin adı. Geniş mənada 
isə türklərin yaşadığı bütün əraziləri bildirir.  
Tutya – 1. kimyəvi maddə – sink. 2. dindarların müqəddəs  saydıqları əşya 
Tühaf – qəribə, görünməmiş, anlaşılmaz 
Türküstan (türklərin yurdu) – Mərkəzi Asiyanın tarixi Türküstan ərazisinə müasir Özbəkis-
tan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Çinin Sintsyan-Uyğur milli rayonu, 
Sibirin cənubundakı türkdilli regionlar, Əfqanıstanın şimalı və İranın şimal-şərq hissəsi aid 
edilir. 
 
Ü 
Ümman – dəniz 
 


 
 
 
219 
 
• • •
 

Vərzişkar – idmançı 
Vücud –  varlıq;  bədən, cisim 
Vüsal – görüş 
 

Yaldızlı – burada: parlaq 
Yarğan – ətrafı sıldırımlı iri, uzun dərə 
Yarın – sabah, gələcək gün 
 

 
Zatən – 1. təbii olaraq, əslində, həqiqətdə;  2. əslinə baxanda, əslində, daha doğrusu 
Zaval – bəla, müsibət, xətər 
Zavallı − acınacaq halda olan, yazıq, biçarə, başıbəlalı, bədbəxt 
Zehin − hafizə, yaddaş 
Zeybək(lər) –  Türkiyənin müxtəlif vilayətlərində yaşayan, igidlikdə ad-san çıxaran 
zeybəklər milli-azadlıq uğrunda gedən döyüşlərdə fəal iştirak etmişlər. 
Ziya − işıq, aydınlıq, nur 
Zubul – dəmir və ya daş yonmaq üçün alət 
 
 
 
 
 


 
 
220 
 
 
 
 
Aforizm    yunan sözü olub,  mənası  kəlam  deməkdir. Ümumiləşmiş  fikri dildə  dəqiq, 
yığcam,  sərrast  ifadə  edən,  müstəqil  yaşamaq  hüququ  qazanmış  kəlam.  Aforizmlər  üçün 
dərin  məna,  ifadə  gözəlliyi,  yüksək  bədiilik  səciyyəvidir.  Aforizmlərdə  dərin  həyat 
həqiqətləri, müdriklik, əxlaqi-tərbiyəvi fikirlər ifadə olunur. Aforizmlər atalar sözünə oxşasa 
da, aralarında fərqlər də vardır. Atalar sözü şifahi xalq ədəbiyyat janrıdır, müəllifi məlum 
deyil.  Yazılı  ədəbiyyata  məxsus  aforizmlərin  isə  müəllifi  məlum  olur.  Aforizmləri  böyük 
şəxsiyyətlər, dövlət xadimləri, ustad sənətkarlar yaradır.  
Məsələn:  
Bir inci saflığı varsa da suda, 
Artıq içiləndə dərd verir o da. 
 
 
 
Nizami Gəncəvi 
 
İnversiya  –  latın  sözüdür,  mənası  yerdəyişmə  deməkdir.  Bədii  ifadə  vasitəsi  olan 
inversiya əsərdə fikrin təsir gücünü artırmaq üçün sözlərin qrammatik ardıcıllığının sənətkar 
tərəfindən qəsdən pozulmasına deyilir. Dilimizin qrammatik normasına görə, xəbər cümlənin 
sonunda gəlməlidir. Lakin sənətkar bədii əsərdə, xüsusən nəzm əsərində söz sırasını məqsədli 
çəkildə pozaraq inversiya yaradır. 
 
Çıxır dağ döşünə körpə quzular, 
Baharın səsini əks edir sular. 
Səhər yuxusundan ayıldır məni 
Sinəmə sığmayan böyük duyğular. 
 Səməd Vurğun  
 
Bu bəndin birinci misrasında xəbərin cümlənin əvvəlində, ikinci, üçüncü misralarındakı 
cümlələrdə isə ortada  işlənməsi şeirin bədii təsir gücünü artırmışdır.  
 
Konflikt – həyat ziddiyyətlərinin bədii ədəbiyyatda əks olunmasıdır. Bədii əsərdə  süjetin 
inkişafının, iştirak edənlərin mübarizəsinin  əsasını təşkil edən  münaqişə, toqquşma konflikt 
adlanır.  Bir-birinə  əks  mövqedə  duran  qəhrəmanların  bu  toqquşması,  münaqişəsi  süjetin 
əsasını təşkil edir. Bədii əsərin qəhrəmanlarının xarakteri konflikt vasitəsilə açılır. Lirik, epik, 
dramatik əsərlərdə bədii konflikt fərqli şəkildə meydana çıxır. Lirik konflikt qəhrəmanın hiss 
və duyğuları, fərdi daxili aləmi, emosiyalarında,  epik konflikt əhvalat və hadisələrin, drama-
tik konflikt isə daxili və zahiri fəaliyyətin  toqquşmasında meydana çıxır. Dramatik konflikt-
lər janrdan asılı olaraq komik, dramatik, faciəvi olur və pyesin əsasını təşkil edir. 
 
Metonimiya  –  yunan  sözüdür,  mənası  addəyişmə  deməkdir.  Bədii  təsvir  vasitəsi  olan 
metonimiyada bir hadisənin, anlayışın, predmetin adı onunla bağlı olan başqa bir adla əvəz 
olunur. Məsələn, “Zal onu alqışladı” cümləsində əslində zal deyil, zaldakı adamlar nəzərdə 
tutulur.  S.Rüstəmxanlı yazır: 
Doğma sözlər üçün darıxan hanı? 
Deyin, qoy dinləsin: “Danışır Bakı!” 
Bu nümunədə Bakıdakı diktor əvəzinə Bakı sözü işlədilməklə metonimiya yaradılmışdır.  
 
 
Q I S A   Ə D Ə B İ Y Y A Ş Ü N A S L I Q   T E R M İ N L Ə R İ   L Ü Ğ Ə T İ
 
 


 
 
 
221 
 
• • •
 
Monoloq – bədii əsərdə bir adamın  öz müsahibinə, səhnədəki digər surətlərə, yaxud öz-
özünə müraciətlə söylədiyi nitqdir. Dramatik əsərdə bəzən monoloq qəhrəmanın tamaşaçılara 
müraciəti şəklində olur.  
 
Mövzu – yazıçının bədii əsərdə diqqət mərkəzinə çəkdiyi əsas həyati məsələlər, səciyyəvi 
hadisələrdir. Mövzu əsərin ideyası ilə sıx əlaqəlidir.  
 
Peyzaj – fransız sözü olub, mənası yer, ölkə deməkdir. Bədii əsərdə dağ, meşə, ağac,  
bulaq, çöl, bulud, heyvan, quş, torpaq, səma və s. təsviri peyzaj adlanır. 
 
Povest – rus dilində povestvovanie  sözündən olub, mənası təhkiyə, nəqletmə deməkdir. 
Epik növün bu janrı həcm və məzmun tutumuna görə hekayədən böyük, romandan isə kiçik 
olur.  Povest  əhvalatların  əhatəliyinə  və  genişliyinə  görə  romana  nisbətən  xeyli  yığcam 
olduğundan hadisələr sürətlə inkişaf etməli, bir hadisədən digərinə keçid çevik olmalıdır. Bu 
cəhəti  nəzərə alan  yazıçı  süjet  xəttinin  əsasını  təşkil  edən  elə həyati  hadisə  seçməlidir  ki, 
mahiyyət etibarilə çevikliyə, sürətli inkişafa zəmin yaratsın və  miqyas etibarilə povest çər-
çivəsinə sığışsın. Ədəbiyyatımızda M.F.Axundzadənin “Aldanmış kəvakib”, S.Rəhimovun 
“Mehman” İ.Hüseynovun, Anarın, Elçinin povestləri bu janrın bitkin nümunələridir. 
 
Roman  –  fransız  sözüdür,  vaxtilə  roman  dilində  yazılmış  əsərlərə  deyilib.  Epik  növün 
irihəcmli, mürəkkəb janrı olan roman təhkiyə əsasında yazılır. Romanda həyat hadisələri, insan 
taleyi geniş, əhatəli şəkildə əks etdirilir. Roman üçün zəngin hadisələr, mürəkkəb əhvalatlar, 
canlı    insan  xarakterlərinin  bədii  lövhələrlə  ifadəsi  səciyyəvidir.  Romanda  təsvir  edilən 
hadisələr zaman etibarilə böyük bir dövrü əhatə edir, çoxşaxəli olur, qəhrəmanların sayı çox 
olur. Qəhrəmanların keçdiyi həyat yolu, arzu və istəkləri, mənəvi axtarışları, hadisələr bütün 
mürəkkəbliyi, təfərrüatı ilə əks etdirilir. Bu baxımdan roman povest və hekayədən fərqlənir. 
Bəzən bir romanın qəhrəmanları iki, üç romanın iştirakçısı olur. İki romandan ibarət belə əsərlər 
dilogiya,  üç  romandan  ibarət  əsərlər  trilogiya  adlanır.  Roman,  əsasən,  nəsrlə  yazılır.  Lakin 
nəzmlə  yazılan  romanlar  da  vardır.  Bunlara  mənzum  roman  deyilir.  Romanın  mövzu 
baxımından müxtəlif növləri var: tarixi, macəra, ailə-məişət, fəlsəfi və s.  
Azərbaycan  ədəbiyyatında  M.S.Ordubadi,  Ə.Əbülhəsən,  S.Rəhimov,  M.İbrahimov, 
M.Hüseyn, İ. Əfəndiyev, İ.Şıxlı, Anar, Elçin romanın dəyərli nümunələrini yaratmışlar. 
 
Sərbəst şeir – əruz və heca vəzninin qaydalarına, tələblərinə riayət edilmədən yazılan 
şeir. Əgər heca vəznində hecaların sayı, əruz vəznində hecaların keyfiyyəti (uzun-qısalığı) 
əsas götürülürsə, sərbəst şeirdə bunlar əsas  deyildir.  Eləcə də sərbəst şeirdə bölgü, qafiyə, 
bənd,  təqti  və  s.  tələblərə  ciddi  şəkildə  əməl  edilməsi  tələbi  yoxdur.  Sözlər  misralarda 
səpələnmiş halda olsa da,  tələffüzdə ahəng baxımından bir misra təsiri bağışlayır. Sərbəst 
şeirdə ahəng tarazlığı, əsasən,  vurğu, intonasiya vasitəsilə təmin edilir. Sərbəst şeir nümunəsi 
yaratmaq şairdən böyük istedad, sənətkarlıq tələb edir.  XX əsr ədəbiyyatımızın görkəmli 
nümayəndəsi M.Müşfiqin “Tar” əsəri sərbəst şeirin uğurlu nümunələrindəndir. 
Oxu, tar, oxu, tar!.. 
Səsindən ən lətif şeirlər dinləyim. 
Oxu, tar, bir qadar!.. 
Oxu, tar! 
Səni kim unudar? 
Ey geniş kütlənin acısı, şərbəti – 
Alovlu sənəti! 
 


 
 
222 
 
Simvol – symbolon yunan sözüdür, mənası şərti  işarə deməkdir. Qədim Yunanıstanda 
insanları  uzaq  yerlərdə  bir-birini  tanımağa  imkan  verən  iki  yerə  bölünmüş  çubuğun  bir 
parçasına simvol deyirmişlər. Bəzən simvol əvəzinə ərəb sözü olan rəmz də işlədilir. Rəmz 
dedikdə  fikri  işarə  ilə  ifadə  etmək  nəzərdə  tutulur.  Simvol  bədii  əsərdə  müəyyən  fikrin, 
niyyətin sözlə  üstüörtülü şəkildə ifadə olunmasına deyilir. Məsələn, S.Vurğunun “Vaqif” 
dramında misri qılınc mübarizə simvolu kimi təqdim olunur. Şairin həmin əsərdə Vaqifin 
Qacara müraciətlə dediyi “Günəşdən gizlənən yarasalardır” misrasında günəş işığın, həyatın, 
yarasa isə qaranlığın simvolu kimi təsvir edilir.  
R.Rzanın “Çinar” şeirində çinar məğrurluğun, əyilməzliyin, torpağa bağlılığın simvolu 
kimi işlənilir. Bədii ədəbiyyatda tülkü hiyləgərliyin, canavar acgözlüyün, qoyun avamlığın, 
göyərçin sülhün simvolu kimi təqdim edilir.  
Bədii  ədəbiyyatda  hamı  tərəfindən  qəbul  edilmiş  simvollarla  yanaşı,  istedadlı  sənət-
karların  fərdi  yaradıcılığının  məhsulu  olan  simvollar  da  vardır.  Onun  mənası  sənətkarın 
poetik dünyasına, təmsil etdiyi ədəbi cərəyanın mahiyyətinə nüfuz etdikdə açılır. Məsələn, 
Əlibəy Hüseynzadə “qırmızı qaranlıq” deyəndə xalqların işıqlı azadlıq, müstəqillik arzularını 
boğan  qırmızı  bayraqlı  bolşevik  rejiminin  şər  mənbəyi  olduğunu  simvolik  şəkildə  ifadə 
etmişdir.  
 
Təhkiyə – epik əsərlərdə (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hadisə oxucuya təhkiyə 
(danışmaq, söyləmək, nağıl etmək) yolu ilə çatdırılır. Əsərdəki hadisələr ya müəllifin, ya da 
qəhrəmanın dilindən nağıl edilə bilər. 
 
Vulqar  sosiologizm  –  bədii  yaradıcılığın  (yazıçının)  iqtisadi  və  sinfi  münasibətlərdən 
asılı olduğunu iddia edən baxışlar sistemi.  
 
 
 
 
 
 
 
 


 
 
 
223 
 
• • •
 
 
(Əsərlər müəllimin tövsiyəsi ilə seçilə bilər) 
 
“Milli-mədəni dirçəliş və Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat (1918–1920)” bölməsi üzrə  
Əhməd Cavad. “Səsli qız”, “Çırpınırdı Qara dəniz”, “Dan ulduzu”. 
Cəfər Cabbarlı. “Papaq”, “Ulduz”. 
 
“İctimai-siyasi ziddiyyətlər və repressiya dövründə  ədəbiyyat  (1920–1940)” bölməsi üzrə 
Yusif Vəzir Çəmənzəminli. “Borclu”, “Xalı”, “Qızlar bulağı”.  
Almas İldırım. “Arazla dərdləşmə”, “Boğulmayan bir səs”, “Qara dastan”. 
Mikayıl Müşfiq. “Duyğu yarpaqları”, “Küləklər”, “Tar”, “Yenə o bağ olaydı”. 
Abdulla Şaiq. “Nüşabə”, “Zəmanəmizin qəhrəmanı”. 
 
“İkinci Dünya müharibəsi dövründə ədəbiyyat (1941–1945)”  bölməsi üzrə  
Səməd Vurğun. “Körpünün  həsrəti”, “Qəhrəmanın vəsiyyəti”, “Çinarın şikayəti”, “Mən tələsmirəm”. 
Süleyman Rüstəm. “Ana və poçtalyon”, “Yandı”, “Dəymə”, “Qaçaq Nəbi”. 
Mir Cəlal. “Susuzluq”.  
 
“Müharibədən sonrakı  dövrdə ədəbiyyat  (1946–1960)”   bölməsi üzrə 
Məhəmmədhüseyn Şəhriyar. “Qafqazlı qardaşlar ilə görüş”, “Səhəndiyyə”, “Türkün dili”. 
Mirzə İbrahimov. “Güləbətin”, “Tonqal başında”. 
Sönməz. “Yaşa, taleyim”. 
Səhənd. “Fədailər marşı”. 
Əli Tudə. “Kitab tonqalı”. 
“Milli özünəqayıdış dövründə ədəbiyyat (1961– 1990)”  bölməsi üzrə 
Rəsul Rza. “Şuşam mənim”, “Təbrizli dostuma”, “Ərk qalası”. 
İlyas Əfəndiyev. “Yun şal”,  “Geriyə baxma, qoca”, “Mahnı dağlarda qaldı”. 
Hüseyn Arif . “ Daş ürək”, “Fəhlə əli”, “Göyçəlilər, dağılmayın Göyçədən”. 
İsmayıl Şıxlı. “Sapı özümüzdəndir”, “Mənim rəqibim”, “Ərik ağacı”. 
Əli Kərim. “Atamın xatirəsi”, “Əllər”. 
İsa Hüseynov. “Tütək səsi”, “Saz”. 
Yusif Səmədoğlu. “Qartal”. 
Anar.   “Macal”, “Dədə Qorqud”.  
Elçin.  “Bülbülün nağılı”, “Zireh”. 
Sabir Əhmədov. “Qurumuş meşənin nağılı”. 
Cabir Novruz. “Sağlığında qiymət verin insanlara”, “Özünü qoru, xalqım”. 
Qabil. “Səhv düşəndə yerimiz”. 
Musa Yaqub. “Dağlara ziyarət”. 
Nüsrət Kəsəmənli. “Torpaq”. 
Çingiz Aytmatov. “Dəniz kənarıyla qaçan Alabaş”. 
 
“Müstəqillik illərində ədəbiyyat (1991-ci ildən günümüzə qədər)”  bölməsi üzrə 
B.Vahabzadə. “Şəhidlər”, “İstiqlal”. 
Məmməd Araz.  “Qalx ayağa, Azərbaycan”. 
Qılman İlkin. “Duz”, “Oğul”, “Yaxşılığın əvəzi”. 
Xəlil Rza Ulutürk. “Silahlan”, “Ağı”. 
Zəlimxan Yaqub. “Ən böyük qəhrəmanlıq”, “Sən qalib gələcəksən”, “Təbiət Allahın şah əsəridir”. 
 
 
 
 
 
O X U M A Ğ I   M Ə S L Ə H Ə T   G Ö R Ü R Ü K        
 


 
 
224 
 
 
Ədəbiyyat – 9
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün 
“Ədəbiyyat” fənni üzrə dərslik 
 
 
 
Tərtibçi heyət: 
 
Müəlliflər:  
 
Bilal Ağabala oğlu Həsənov 
Aynur Cəfər qızı Mustafayeva 
Soltan Hüseyn oğlu Əliyev 
Nuriyyə Vəli qızı Verdiyeva 
 
Elmi redaktoru  
 
H.Qasımov, filologiya üzrə elmlər doktoru, professor 
Dil redaktoru  
 
K.Cəfərli  
Nəşriyyat redaktoru  
 K.Abbasova 
Bədii redaktoru 
 
T.Məlikov 
Texniki redaktoru    
Z.İsayev 
Dizayneri  
T.Məlikov 
Rəssamları  
 
M.Hüseynov, E.Məmmədov 
Korrektoru  
 
A.Məsimov 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
03.06.2016-cı il tarixli 369 №-li 
əmri ilə təsdiq olunmuşdur. 
 
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016 
 
 
Kağız formatı: 70 
100
1
/
16
.  
Səhifə sayı 224. Fiziki çap vərəqi: 14.  
Tirajı: 115000. Pulsuz. 
 
“Şərq-Qərb” ASC-nin mətbəəsində çap edilmişdir. 
 

Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə