Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə80/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   87

 
 
200 
 
– Müqavimət göstərmək mənasızdır! Təslim ol! 
Mehdi susurdu. O özünün ən müqəddəs arzuları, ən əziz adamları ilə vidalaşırdı. Şəhərlər 
və adamlar onun gözləri qarşısında canlanırdı. Qohumları, sevimli Bakı... Qasım İsmayılov 
küçəsi... Rəssamlıq məktəbi... Doğma, sevimli adamlar...  
Bibi… onu boya-başa çatdıran mehriban qadın… Mehdiyə elə gəlirdi ki, bibi qocalıqdan 
quruyub bərkimiş əli ilə onun saçlarını tumarlayır. O, sanki deyir: “Oğlum... Mehdi... Elə 
mən səni bu cür böyütmüşəm, mən səni belə görmək istəyirdim... Ancaq belə!” 
Faşistlər partizanın nə vaxt cavab verəcəyini gözləyirdilər. Lakin cavab yox idi. 
Onda  eses  kapitanı  kəndin  ağsaqqallarını  yanına  çağırıb  tapşırdı  ki,  gedib  partizanla 
danışsınlar:  “Əgər  təslim  olsa,  onu öldürməyəcəyik.  Yox, əgər  müqavimət  göstərsə,  onda 
toplardan atəş açacağıq... Fikirləşmək üçün beş dəqiqə vaxt veririk”. 
Qocalardan biri cavab vermədən evə girdi və çardağa qalxdı. Bura onun evi idi. Mehdi 
dəfələrlə  bu  qocanın  evində  gizlənmişdi.  Qoca  Mehdiyə  yaxınlaşıb  məyus  halda  onun 
qabağında dayandı. 
Sənə nə olub, Tinti? – deyə Mehdi soruşdu.   
– Dilim gəlmir, oğlum... 
– De, Tinti!.. – deyə Mehdi gülümsündü. – Səni nə xəbərlə göndəriblər? 
– Yox, onların sözünü sənə deyə bilməyəcəyəm!.. – deyə qoca cavab verdi. 
Çox sağ ol, Tinti! 
Qoca bir ata nəvazişi ilə ona baxıb dedi: 
– Dörd dəqiqədən sonra onlar buranı top atəşinə tutacaqlar. 
– Sənin evinə heyfim gəlir, Tinti. 
–  Biz  bu  evin  yerində  böyük  bir  gülüstan  salarıq,  –  deyə  qoca  göz  yaşlarını  güclə 
saxlayaraq  dilləndi,  –  gülüstanın  ortasında  da  “Mixaylo”ya  abidə  qoyarıq...  Bizim  uşaq-
larımız... nəvələrimiz, nəticələrimiz nəslindən-nəslə sənin haqqında dastanlar qoşarlar... 
– Əlvida, Tinti, siz çox namuslu adamlarsınız... Öz namusunuzu qoruyun. Hələ qabaqda 
çox-çox çətin sınaqlar var. 
– Biz səni unutmayacağıq, “Mixaylo”. 
– Əlvida, Tinti! 
Tinti evdən çıxanda eses kapitanı onun üstünə cumdu və səbirsizliklə soruşdu: 
– Hə, nə oldu? Vaxt keçib! 
– O bunu bilir, – deyə qoca cavab verdi. 
– Avtomatlardan atəş! – deyə kapitan əlindəki tapançanı başı üstündə silkələyərək əmr 
etdi. 
Faşistlər  çardağı  atəşə  tutan  kimi  çardağın  pəncərəsindən  onların  başına  qumbara 
yağmağa başladı. Hitlerçilər qaçıb evlərin dalında gizləndilər. Onlar bilirdilər ki, partizanın 
gülləsi çox deyildir. Lakin Mehdi də hitlerçilərin nə düşündüyünü və nəyə ümid etdiklərini 
bilirdi.  Ona  görə  də  faşistlərin  yenidən  həmləyə  keçməsini  gözləyirdi.  Hitlerçilər  üç  dəfə 
dalbadal hücuma keçib evə soxulmağa çalışdılarsa da, meydanda təzə meyitlər qoyub geri 
çəkilməyə məcbur oldular. 
Lakin bir qədər sonra onlar evə soxula bildilər. Mehdi pillələrlə qalxan faşistlərin səsini 
eşitdikdə  son  iki  qumbarasını  da  onların  başına  çırpdı.  Faşistlər  pilləkənlə  bərabər  yerə 
aşdılar. Bu vaxt bayırdan atılan güllələrdən biri Mehdinin çiyninə dəyib sümüyünə keçdi. 
Mehdi  qanı  axa-axa  atəş  açmaqda  davam  edirdi.  Az  sonra  onun  gülləsi  qurtardı,  avtomat 
susdu. Onda Mehdi tapançasını xatırladı: onu güclə cibindən çıxara bildi. Tapançada cəmi 
dörd güllə qalmışdı. “Bunlardan biri mənimdir!” – deyə Mehdi qərara aldı. O, hitlerçilərə üç 
güllə atdı, güllələrdən heç biri boşa çıxmadı. 
 “Qurtardı! – deyə Mehdi düşündü, – daha vaxtdır...”. Birdən-birə onun gözləri yanındakı 
çantaya  sataşdı.  Bəs  o,  çantanı  necə  unutmuşdu?  Axı  o,  maşına  cəmi  bir  atım  partlayıcı 


 
 
 
201 
 
• • •
 
maddə tullamışdı. İkinci atım isə çantada idi! Mehdi cibindəki detonatorları çıxartdı... On-
ların arasında altı dəqiqəlik detonatoru seçib kapsulu dişləri ilə əzdikdən sonra çantanın içinə 
soxub çardağın qapısı ağzına qoydu. 
Vaxtdır...  Mehdi  tapançanı  yoxladı.  Cəmi  bir  güllə  qalmışdı.  Sol  əli  işləmirdi,  Mehdi 
qanının  necə  axdığını  hiss  edirdi.  Faşistlər  atəşi  kəsmirdilər.  Mehdi  gözlərini  yumub 
tapançanın lüləsini yavaş-yavaş ürəyinə yaxınlaşdırdı.  
“Bəli, yaşamaq! Lakin namusla yaşamaq!.. Nə olaydı, güllə yayınmayaydı... – deyə o, 
qorxu ilə fikirləşirdi, – nə olaydı, güllə düz dəyəydi!” 
Barmağı yalnız bircə dəfə hərəkət etdi – qısa və kəskin bir hərəkət... Güllə bu dəfə ya-
yınmamışdı...  Mehdinin  bədəni  çardağın  pəncərəsindən  küçəyə  tərəf  asıldı.  Onlarca  güllə 
onun bədəninə sancıldı. Vitovle kəndinin qadınları ağlaşıb nalə çəkdilər. Faşistlər quzğun 
dəstəsi  kimi  evə  tərəf  cumdular...  Onlar  nərdivan  tapıb,  qabaqda  kapitan  olmaqla,  yuxarı 
dırmaşmağa  başladılar.  Kapitan  hələ  Mehdiyə  çatmamış  iblisanə  qəhqəhə  ilə  gülə-gülə 
tapançasının  güllələrini  bir-bir  onun  bədəninə  boşaltdı.  Qırx  nəfərə  qədər  faşist  çardağa 
yığılmışdı.  
– Atəş, atəş!.. – deyə kapitan gücü gəldikcə bağırırdı. 
Onlarca güllə yenə Mehdinin bədəninə sancılırdı. Lakin o, ağrı hiss etmirdi. Onun siması 
sakit  və qəzəbli idi. O hətta öldükdə belə  faşistlərin canını lərzəyə salırdı.  
Elə bu vaxt dəhşətli bir partlayış yeri-göyü titrətdi. Çardaqdakı faşistlər canlarını qurtara 
bilmədilər. Onlar evin tüstülənən xarabazarı altında gömülmüşdülər. 
Mehdi qisas alırdı. O, öləndən sonra da qisas alırdı. 
Sağ qalmış faşistlər qorxudan kənddən qaçırdılar.  
Bu  vaxt  Vitovle  kəndinin  qocaları  və  cavanları,  qadınları  və  qızları  Mehdi  ilə  vida-
laşırdılar. 
Qoca Tinti üzünü camaata tutaraq yavaş və hüznlü bir səslə danışmağa başladı: 
– O dedi ki, biz namuslu adamlarıq. O tapşırdı ki, biz həmişə öz namusumuzu qoruyaq. 
O, bizə xəbərdarlıq etdi ki, hələ qabaqda çətin sınaqlar çoxdur.     
Vitovle kəndinin sakinləri Mehdinin sözlərini həmişə yadda saxlayacaqlarına and içdilər. 
Mehdini  yüksək  və  gözəl  bir  təpənin  sinəsində  dəfn  etdilər.  Adamlar  gecə-gündüz  bu 
qəhrəmanın məzarının keşiyində durdular. 
Uzaq və yaxın kəndlərin əhalisi Mehdinin məzarı üstünə gəlirdi. Qranik kəndinin oğlan 
və qızları Mehdinin məzarına çiçəklərdən hörülmüş gözəl əklillər düzürdülər.  
Qoca Tinti Mehdi ilə vidalaşmağa gələn bütün namuslu adamların qarşısında “Mixay-
lo”nun sözlərini dönə-dönə təkrar edir və gəncləri onun kimi qəhrəman olmağa çağırırdı. 
 
 
 
 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə