Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə82/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   87

 
 
204 
 
ilə oğlanı axtardı. Oğlan ot maşınının qabağında dayanıb yanıqlı-yanıqlı siqaret çəkirdi. Ya-
nında üç-dörd yaşlı qız uşağı durmuşdu. Qız çitdən düzəldilmiş gəlinciyi sinəsinə sıxıb alt-
dan-yuxarı oğlana baxırdı, amma oğlan, deyəsən, onu görmürdü.  
Yaxınlıqda  dənlənən  toyuqların  üstünə  cumdu.  Toyuqlar  pərən-pərən  düşüb  qaqqıl-
daşdılar, tövlənin dalına qaçdılar, oğlan da onların dalınca yüyürdü… Bir azdan hər əlində 
bir çolpa tövlənin dalından çıxdı. 
Ağarəhimin dil-dodağı qurumuşdu, içində elə bil ocaq qalanmışdı, özü də bu ocaq çoxdan 
–  maşın  maşına  dəyən  dəqiqədən  qalanmışdı  və  Ağarəhimin  sinəsinin  altını  pörşələyirdi. 
Oğlan çolpaları kəsib qurtarandan sonra Ağarəhim: 
– Bir az su tapılarmı? – dedi, – içməyə… 
Oğlanın iri gözləri işıqlandı. 
– İçməyə də tapılar, lap çimməyə də, – dedi və tələsə-tələsə gedib artırmadakı güyümdən 
bir stəkan su gətirdi. 
Ağarəhim üzünü yana tutub suyu sümürə-sümürə içdi. Su, elə bil, içindəki közü cızıldada-
cızıldada, odu söndürə-söndürə süzülüb getdi… Yenə içə bilərdi, istəmədi. Stəkanı oğlana 
qaytaranda ürəyindən keçdi ki, “sağ ol” desin, demədi. 
Oğlan utana-utana soruşdu: 
  – Adın nədir, ay dayı? 
Oğlanın “dayı” deməyi Ağarəhimi açmırdı heç. Ağarəhim  könülsüz-könülsüz adını dedi. 
Oğlan bu tanışlığa sevinirmiş kimi gülümsədi: 
 – Mənim də adım Binnətdi, – dedi. – Sən burda dincəl, mən usta dalıycan gedim… Allah 
eləsin,  kənddə  tapa  bilim  onu.  Ora-bura  dartırlar.  Əzik-üzük  maşınların  anasıdı.  Özü 
düzəldir, özü də kraskalayır. Çox qabiliyyətli ustadı.  
Ağarəhim inanmadı ki, kənddə qabiliyyətli usta olsun. 
Oğlan artırmaya qalxdı. Taxta çarpayının üstündə mürgüləyən arvada nəsə dedi. Arvad 
vaysına-vaysına əlini dizinə çırpdı. Oğlan artırmadan düşə-düşə hövsələsiz halda: 
– Ağzından od tökmə, ay ana, – dedi, – qəsdən eləməmişəm ha. 
Binnət doqqazdan çıxandan sonra Ağarəhim armud ağacının kölgəsindəki stulda oturdu. 
Gəlin üstünə balaca, təmiz süfrə salınmış kətili Ağarəhimin qabağına qoydu. Armudu stə-
kanda çay gətirdi. Bircə dəfə də başını qaldırmadı, gözünün ucuyla da olsa, Ağarəhimin üzü-
nə baxmadı. 
Gəlin artırmanın qabağında çolpaları yolurdu. Ağarəhimin yadına öz arvadı düşdü və on-
suz da qara olan qanı bir az da qaraldı. “Gərək baxaydım onun sözünə, gərək talisman qo-
yaydım maşına. Heç olmasa, yağlı tikandan-zaddan…” 
 Balaca  qız  “Jiquli”nin  yanında  dayanıb  zarıldayırdı,  gəlinciyi  də  bir  əli  ilə  sinəsinə 
sıxmışdı. Gəlin işini yarımçıq qoyub uşağın yanına getdi. “Jiquli”nin qabaq qapısını ehmalca 
açdı.  Qız  o  dəqiqə  kiridi,  maşına  dırmaşıb  sükanın  arxasında  oturdu.  Ağarəhimin  dişi 
bağırsağını kəsdi: “Elə bil atalarının malıdı”. 
Ağarəhim çaya əlini də vurmadı. Darıxdı. Qalxıb “Jiquli”yə yaxınlaşdı. Maşın gözündən 
elə  düşmüşdü  ki,  baxmaq  istəmirdi  ona.  Uşağa  baxdı.  Dizinin  üstündəki  gəlincik  qəribə 
gəlincik idi. Ağarəhim ömründə belə gəlincik görməmişdi. Ağ çitdən baş düzəldib balaca 
çöpün bir ucuna bənd eləmişdilər. İri düyməyə oxşayan dəpdəyirmi bu başın ortasında qara 
karandaşla ağız-burun, qaş-göz çəkmişdilər. Gəlinciyin çiyinləri yox idi – hər çiynin yerindən 
bir cüt qol sallanırdı – əyninə əl boyda, beli büzməli tuman geyindirmişdilər.  
– Haralısan, atam-anam? 
Ağarəhim  qəfil  səsdən  diksinən  kimi  oldu.  Geri  qanrıldı;  kök  arvad  onun  arxasında 
tövşüyə-tövşüyə dayanmışdı. Ağarəhim: 
– Bakılıyam, – dedi. 
– Qulluqdasanmı?  


 
 
 
205 
 
• • •
 
– İnşaat institutunda müəlliməm… Fizika müəllimi…  
– Allah saxlasın səni.   
Arvad,  deyəsən,  ayaq  üstə  dayanmağa  çətinlik  çəkirdi.  Əllərini  yerə  dirəyə-dirəyə 
çayırlıqda oturdu.  
 Arvad “Jiquli”yə ötəri nəzər salıb köks ötürdü. 
–  Qarabəxtdi  bu  gədə.  Anadan  olannan  xata-bala  başından  əskik  döyül.  On  yaşınacan 
azar-bezar qoymadı gözünü açsın. Deyirdik, sağ qalmaz bu, ölər, amma ölmədi. Di gəl ki, 
fərri də böyümədi – yanıq oldu. Qurban olum Allaha, özü bilən məsləhətdi… Xalqın uşaqları 
oxuyub qulluq yiyəsi oldular. Dərs bu qansızın qafasına batmadı. Qabağında ata vardımı ki, 
təpəsinə döyə-döyə oxudaydı? Binnətin beş yaşı olanda kişi köçünü sürüb getdi bu dünyadan. 
Mənim də başım öz əlimdə döyüldü ha. Sovxozda işləyirdim, hava işıqlanmamış gedirdim, 
qaş qaralanda qayıdırdım. 
Arvad üzünü göyə tutub ah çəkdi. – Bunnarı müsibətnən böyütmüşəm, dərdin alım. İndi 
pensiyədəyəm, ayda iyirmi üç manat alıram hökumətdən. Heç onu verməsələr də, dolanaram. 
Mənim nə xərcim, nə çıxarım var ki? Əfəndi sovxozda traktor işlədir, ayrıca ev-eşiyi var, 
məni də yadından çıxartmır, Allah mənim ömrümdən kəsib onun ömrünə calasın. Qızdan da 
razıyam. Təkcə bu gədə… – arvad başındakı qıyqacın ucuyla salamat gözünün yaşını sildi. – 
Ayaqlarıma yel gəlib, – dedi, – canımın hayındayam, bu baxtıqara da ömrümü bir yannan 
baltalayır.  
Arvadın  dərd-gileyinə  qulaq  asmağa  həvəsi  yox  idi  Ağarəhimin.  Qorxurdu  ki,  birdən 
ürəyi yumşalar, Binnətə rəhmi gələr. Darıxa-darıxa saatına baxdı. İstədi uzaqlaşsın arvaddan, 
amma arvad onun niyyətini hiss edibmiş kimi burnunu çəkib danışmağa başladı. 
– Bir yerdə dayana bilmir gədə. Gah sovxozda fəhlə oldu, gah dəmir yolunda işlədi. Sonra 
Əfəndi yaxalayıb apardı yanına, traktor sürmək öyrətdi ona. Ordan da qaçdı. Nə qədər avara-
avara gəzdi. Getdi əsgərliyə, orda şoferlik oxudu… Qayıdanda sovxozda köhnə bir maşın 
verdilər ona. Ağıllanmışdı, başını aşağı salıb işləyirdi. Dedik, day kişi olub, evləndirdik. – 
Arvad başıyla artırmadakı gəlinə işarə elədi. – O halal süd əmmişi aldıq ona… Bir qızdarı 
oldu, – odu, o sənin maşınında oturan. Allah Binnətin başına gürşadını tökdü: maşını aşırtdı 
gədə. Alverçilər təlləyib ağlını əlinnən alıblar, o da cavandı dana, pula tamah salıb, gecəynən 
maşını kələmnən nıxlayıb sürüb. Qurban olduğum Tanrı da nəzərini çəkib bunnan: maşın 
budu  ha,  uçub  dərənin  dibinə.  Alverçilərdən  birinin  qolu  sınmışdı,  birinin  qılçı  şikəst 
olmuşdu, özünün heç burnu da qanamamışdı. Binnəti tutub damladılar, bir il türmə kəsdilər 
ona.  Gədə  türməyə  girən  günnən  gəlinin  gözünün  yaşı  əlində  oldu.  Səhər-axşam  yumdu-
tökdü. Nə illah elədim, kirimədi.  
Ağarəhim, az qaldı, üzünü arvada tutub desin ki, “ay ana, ay xala, məndə günah yoxdu, 
mən pis adam deyiləm. Əgər mərdimazar olsaydım, sənin oğlunu verərdim inspektorun əlinə, 
oğlunun da yaxası qurtaranacan dərisi boğazından çıxardı”.  
–  Türmədən  təzəcə  gəlib  tifağı  dağılmışın  balası.  Yalvar-yaxardan,  minnət-sünnətdən 
sonra  sovxoz  bir  maşın  verdi  ona.  Maşınnıq  qalmayıb  ha  onda:  təpədən  dırnağa  calaqdı, 
yamaq-yamaqdı. Bir gün işləyəndə beş gün özünə gəlmir… Səhər tezzən Binnət dedi, ay ana 
büyün bazardı, gedim heyvanlara ot-ələf gətirim. Dedim, getmə, bala. Ürəyimə nəsə dam-
mışdı, gecə pis yuxu görmüşdüm. Həm də bilirəm axı, xata bunun boynunun ardınca gəzir… 
Getdi. Axırda da belə oldu… İndi neynəyəcək, başına haranın daşını salacaq? Pulu-pənəsi 
hardadı onun? 
Arvad  qıçlarını  çəkə-çəkə  evə  tərəf  gedirdi.  Deyəsən,  ürəyini  boşaltmışdı,  nə  demək 
lazımdırsa, demişdi qonağa. İndi qonaq bilər, qonağın Allahı bilər… 
Tüstülənə-tüstülənə, nərildəyə-nərildəyə həyətə bir “Moskviç” girdi və düz Ağarəhimin 
yanında dayandı. Binnət maşından düşüb: 
Şükür allaha, – dedi. – Əjdəri tapa bildim. 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə