Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə86/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   87

 
 
 
213 
 
• • •
 
 
 

Ağı – 1. zəhər; 2. yas yerində söylənən yanıqlı sözlər 
Alaçıq – çubuqlardan qurulub üstü keçə ilə örtülən köçəri mənzili, çadır 
Artel – şirkət, birləşmə, təsərrüfat birliyi 
Aşıq – uşaqların aşıq-aşıq oyununda işlətdikləri (adətən, qoyunun diz qapağından çıxarılan) 
sümük 
Aşina – dost, yaxın yoldaş 
Aşiyan – məskən, sığınacaq 
 

Badya – içinə süd sağmaq, yaxud maye tökmək üçün misdən, saxsıdan və s. düzəldilən altı 
gen böyük qab 
Bağ ata – xalq yazıçısı İ.Hüseynov yazır ki, “Boq” yox, “Bağ” olmalıdır. Türklərin fikrincə, 
Bağ ata İstanbul şəhərinin yaxınlığındakı kiçik bir evdə yaşamışdır.  
Bana (türkcə) – mənə 
Barigah – 1. imarət. 2. böyük bir şəxsin hüzuru 
Bardaq – saxsı su qabı 
Başaq – biçin zamanı yerə tökülən sünbül qırıntıları 
Beyət etmək – tabe olmaq, hakimiyyətini qəbul etmək 
Bəşəriyyət – burada: insanlar 
Bəlabəhri – bəla dəryası, qəm dənizi 
Bərgiz – işığınız, elektrikiniz 
Bəyan etmək – bildirmək 
Bəyaz – ağ 
Bəzmi-istirahət – istirahət məclisi 
Biixtiyar − ixtiyarsız, qeyri-iradi,  özündən asılı olmayaraq 
Bilfel – 1) işdə;  2) indi, hələ, hələlik;  3) həqiqətən, həqiqətdə, doğrudan 
Binə – burada: təməlini qoymaq 
Bişəkk – şəksiz, şübhəsiz, yəqin, əlbəttə 
Bulama – təzə doğan sağmal heyvanların ilk günlərdə sağılan südü 
 

Cadə − böyük yol, baş küçə, işlək yol  
Came – böyük məscid 
Cəhrə − yun əyirmək üçün əl ilə işlədilən  sadə alət 
Civar – ətraf, yaxın yerlər, ətraf yerlər 
 
Ç 
Çamlıqlar − şam meşələri 
Çərəkə – keçmişdə ərəb əlifbasını öyrənmək üçün dərslik 
 

Dalğın − dərin fikrə batmış, çox fikirli, fikri bir şeylə məşğul 
Darülfünun − universitet 
Depo – vaqon və lokomotivlərin dayanması və təmiri üçün xüsusi yer, emalatxana 
 
L Ü Ğ Ə T
 
 


 
 
214 
 
Dəc – bir yerə yığılmış arpa, buğda və s. əl toxunmasın deyə onu nişanlamaq üçün taxtadan 
və s. düzəldilən iri möhür (nişan) 
Dilfirib − məftunedici, valehedici, füsunkar 
Donanmaq (donatmaq) – bəzənmək 
 

Ehram – 1. Qədim Misirdə fironların məqbərəsi, piramida. 2. hacıların Kəbədə  ziyarət 
geyimi 
Ehya − vücuda gətirmə, canlandırma, bərpaetmə 
Elxan (Elxanilər) – Elxanilər dövləti hökmdarlarının titulu. Həmin titul ilk dəfə Hülaku 
xana verilmişdir. 
Etimad – etibar, inam 
Eyş-işrət – kef çəkmək, əylənmək 
 
Ə 
Ədna –  alçaq, nanəcib adam 
Ədüvv – düşmən, yağı 
Əxlaq  –  1.  insanın  mənəvi  keyfiyyətini,  əhvali-ruhiyyəsini  müəyyən  edən  etik  normalar; 
mənəviyyat;  2.  insanın  yaşadığı  cəmiyyət  və  onu  təşkil  edən  üzvləri  ilə  rəftarı  və  özünü 
aparma qaydası 
Ələm – dərd, qəm, kədər, qüssə 
Əmniyyəbaşı – İranda: polis başçısı, jandarm başçısı 
Əngin (fəza) – sonsuz 
Ənsə – boyunun arxası 
Ərbab – ağa, sahibkar 
Ərməğan – hədiyyə, bəxşiş, pay, sovqat, töhfə 
Əsər (üzdə, sifətdə) − iz, nişanə, əlamət, bir şeyin varlığına dəlalət edən hal 
Əsrarəngiz – sirli, sirr ilə dolu, anlaşılmaz 
Əski – keçmiş, köhnə 
Əza – bədən üzvü 
 

Fazil – fəzilət, hörmət sahibi, fəzilətli  
Fəci – faciəli 
Fəqət – lakin, amma 
Fəxarət – burada: fəxr etmək  
Fəs – bəzi Şərq ölkələrində kəsik konus şəklində , əsasən qırmızı rəngli, qotazlı baş geyimi 
Fövrən − dərhal, həmin saat, əlüstü, tez 
Füsunlu −  sehrli; valehedici, əfsanəvi 
 

Girdəkan – qoz 
Gömülmək – 1. basdırılmaq, quyulanmaq, torpaq altında gizlədilmək; 2. məc. məhv 
edilmək, yox edilmək, puça çıxarılmaq 
 

Haşa – əsla, heç bir vaxt 
Həqarət – hörmətsizlik, sayğısızlıq;  heysiyyətə, mənliyə toxunan hərəkət, söz 
Həqiranə – alçalmaqla 


 
 
 
215 
 
• • •
 
Hiddət − qəzəb, acıq, qeyz, hirs, sərtlik 
Hökmfərma − hökm sürmə, hökmran olma 
Hüma  quşu – cənnət quşu, dövlət quşu 
Hürriyyət – azadlıq 
Hüzn − kədər, qəm, qüssə 
 

Xaki-payinə – ayağının altındakı torpağa 
Xali – 1) boş, adamsız, tənha;  2) tutulmamış, boş  
Xalxal – heyvanlar üçün tikilidə ayrıca yer 
Xam – burada: öz təbii halında olan, əridilməmiş 
Xariqə − insanda heyranlıq doğuran şey, hadisə; möcüzə 
Xəvf – alçalmaq 
Xəzan − məcazi: gənclik təravətinin itirildiyi dövr 
Xəzəl – payız fəslində budaqlardan tökülən, saralmış quru yarpaqlar 
Xırman – taxılı döymək, təmizləmək və qurutmaq üçün qabaqcadan hazırlanmış dairəvi düz 
yer, meydança 
Xülya – xəyal 
 
İ 
İcz – acizlik 
İqbal – tale, müqəddərat, gələcək 
İkindi – günün günorta ilə axşam  arasında  ikinci yarısı, günbatana yaxın hissəsi 
İmsiləmək – iyləmək 
İsgəndər – Makedoniyalı İsgəndər nəzərdə tutulur 
İsmailiyyə  – XIX əsrin sonu, XX əvvəllərində tikilən və bu gün də arixitektura baxımından 
Bakıya xüsusi gözəllik verən abidələr sırasında özünəməxsus yer tutan binadır. Azərbaycanın 
muxtariyyatı və müstəqilliyi ilə bağlı ideyalar ilk dəfə bu binada səslənib. Nadir memarlıq 
əsəri olan İsmailiyyəni Azərbaycan milyonçusu Ağamusa Nağıyev 1907-ci ildə dünyadan 
vaxtsız  köçən  oğlu  İsmayılın  xatirəsinə  tikdirib.  1918-ci  il  martın  31-də  bina  ermənilər 
tərəfindən  yandırılmış,  sonralar  bərpa  edilmişdir.  Hazırda    bu  binada  Azərbaycan  Milli 
Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir. 
İsrar – inad, təkid 
İztirab − təlaş, təşviş, daxili həyəcan, narahatlıq, mənəvi əziyyət 
 

Kanape – söykənəcəkli taxt, divan 
Kar eyləmək – təsir eləmək 
Kəc – əyri 
Kəcavə – keçmişdə Şərqdə  səfərə çıxan adlı-sanlı adamlar üçün minik heyvanlarının, 
adətən, dəvənin üstündə düzəldilən örtülü yer 
Kələf – yumru şəkildə sarınmış sap, iplik, məftil və s.; yumaq 
Kəsif – burada: tutqun 
Köməşmək – donmaq 
Köşk – bağ-bağça içində tikilmiş bəzəkli ev; imarət 
Kövşən – taxıl əkilən yer, zəmi 
Kurşun (türkcə) – qurşun: tüfəng və tapança gülləsi 
Kuzə – darboğazlı saxsı su qabı, bardaq 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə