Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə76/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   87

 
 
 
189 
 
• • •
 
Bir gün yenə, adətim üzrə, yanmış bazarı gəzmişdim. Yorğun halda İsmailiyyənin qar-
şısından keçdikdə bilmirəm hansısa bir qüvvə məni yenə onun içərisinə çəkdi, həyətinə daxil 
oldum. Bir daş üzərində əyləşib düşünürdüm. Birdən nəzərimdə İsmailiyyənin böyük salonu 
canlandı. Orada natiqlər danışırdı. 
Firqə başçılarından Yusifbəyli Nəsib bəy deyirdi: 
– “Yoldaşlar, mən  yuxu görmüşəm. Yuxuda gördüm ki, həmin bu möhtəşəm salonda 
Azərbaycan iqtiqlalı elan olunub, Azərbaycan parlamanı açılmışdı”. 
Bu  halda  bir  səs  məni  daldığım  fikirdən  ayıltdı.  Kim  isə  mənə  deyirdi:  “Dişarı  çıx... 
Xatalıdır... Başına uçar...” 
Ayağa qalxdım.  
O hadisədən bir çox zamanlar keçdi. Hər zaman İsmailiyyə qarşısından keçərkən onun 
divarı  üzərində  yazılmış  “İnsanın  cəhd  elədiyi  (şey)  onun  üçün  deyildir.  O  öz  səyinin 
nəticəsini sonradan görəcəkdir” ayələrini gördükdə İsmailiyyənin yandırıldığına yenə şübhə 
edirdim. Deyirdim, əgər İsmailiyyə yandırılmış olsaydı, bu həqiqətlər, bu Allah kəlamları 
oradan silinərdi. Lakin yenə şübhədə idim. Başqalarından onun yanmış olduğunu eşidirdim.  
Bilirsinizmi, İsmailiyyənin yandırıla bilmədiyini aləmdə isbat edən bir həqiqət nədir? 
Azərbaycan parlamanı üzərindəki üçrəngli və səkkizguşə yıldızlı Azərbaycan bayrağı! 
 
 
 
 
 
 
Əhməd Cavad 
GÖY GÖL 
 
Dumanlı dağların yaşıl qoynunda 
Bulmuş gözəllikdə kamalı Göy göl! 
Yaşıl gərdənbəndi gözəl boynunda, 
Əks etmiş dağların camalı Göy göl! 
 
Yayılmış şöhrətin Şərqə, Şimala, 
Şairlər heyrandır səndəki hala. 
Dumanlı dağlara gələn suala, 
Bir cavab almamış soralı Göy göl! 
 
Bulunmaz dünyada bənzərin, bəlkə, 
Zavvarın olmuşdur bir böyük ölkə. 
Olaydı könlümdə bir yaşıl kölgə, 
Düşəydi sinənə yaralı, Göy göl! 
 
Sənin gözəlliyin gəlməz ki saya, 
Qoynunda yer vardır yıldıza, aya. 
Oldun sən onlara mehriban daya
Fələk büsatını quralı, Göy göl!   
 


 
 
190 
 
Kəsin eyşi-nuşi, gələnlər, susun, 
Dumandan yorğanı, döşəyi – yosun. 
Bir yorğun pəri var, bir az uyusun, 
Uyusun dağların maralı Göy göl! 
 
Zümrüd gözlərini görsünlər deyə, 
Şamlar boy atmışdır, uzanmış göyə. 
Keçmişdir onlara qəzəbin niyə
Düşmüşlərdir səndən aralı, Göy göl?! 
 
Dolanır başına göydə buludlar, 
Bəzənmiş eşqinlə çiçəklər, otlar. 
Öpər yanağından qurbanlar, otlar, 
Ayrılıq könlünü qıralı, Göy göl! 
 
Bir sözün varmıdır əsən yellərə? – 
Sifariş etməyə uzaq ellərə... 
Yayılmış şöhrətin bütün dillərə, 
Olursa, qoy olsun haralı Göy göl! 
 
 
 
 
Əhməd Cavad 
 
AL BAYRAĞA 
(ixtisarla)
 
 
Gül rəngində bir yarpağın 
Ortasında bir hilal! 
Ey al bayraq, sənin rəngin 
Söylə, neyçün böylə al?! 
 
Hakim olub bir torpağa, 
Ona etmək böylə naz 
Səndən başqa bir gözələ 
Söylə, neyçün yaraşmaz? 
 
Bu bənzəyiş nədən, gözüm, 
Şəhidlərin qanına?! 
Uğurunda can verənlər 
Neyçün qıyar canına?! 
 
 
Ey sevgili bayrağımın 
O dalğalı duruşu! 
Sandım, salam rəsmi sana 
Buludların yürüşü! 
 


 
 
 
191 
 
• • •
 
Sən ey hilal, al qoynuna 
Aldın göydən yıldızı. 
Məftun etdin sən kəndinə, 
Ən sevdalı bir qızı!.. 
 
 
 
 
Almas İldırım 
 
A  DAĞLAR 
 
Çiçəkli qoynunda bir bağça tikdim,  
Suvara-suvara göz yaşı tökdüm,  
Gecə-gündüz əməyini mən çəkdim, 
Yоldu meyvəsini yellər, a dağlar!.. 
 
Nədən küskün yaxandakı bülbüllər,  
Harda mana layla çalan o dillər?..  
Mən səslənsəm: ellər, ellər, ay ellər,  
Əksi-səda gəlir: “ellər...”, a dağlar!..  
 
Söylə, nədən səs vеrməyir Xəzərim, 
Mən ki onun hər dərdini yazarım,  
Sürgün olub, uğrunda həp gəzərim,  
Qismətim bu uzun yollar, a dağlar... 
  
Söylə nədən dəli Kürüm çağlamaz, 
İçdən coşub öz gününə ağlamaz,  
Göy Muğanım nədən yaşıl bağlamaz,  
Dərdlimidir o Göy göllər, a dağlar?.. 
 
Söylə, Şahdağlarım nədən yaslıdır? 
Köksündəki qılınc, qalxan paslıdır?  
Şairlərin nədən həzin səslidir,  
Qərib sazda qırıq tellər, a dağlar?.. 
 
A dağlar, a dağlar, söylə, a dağlar,  
Olurmu aşnalıq böylə, a dağlar?..  
Yaman günüm yaxşı eylə, a dağlar, 
Sana qurban bu könüllər, a dağlar. 
 
 
 
 


 
 
192 
 
 
 
 
“İkinci Dünya müharibəsi dövründə ədəbiyyat (1941–1945)”  
bölməsi üzrə  
 
 
 
Nigar Rəfibəyli 
VƏTƏN QIZLARI 
 
Ey vətənin alnıaçıq, südü təmiz, mərd anası, 
Bizim yaşıl obaların cəsur qızı, şux sonası. 
Ana vətən çox görmüşdür sənin böyük hünərini
Gah sulardan, gah göylərdən almış sənin xəbərini. 
Şahin kimi qanadlanıb sən uçmusan havalarda, 
Vətən üçün aslan kimi vuruşmusan davalarda. 
Sən bir igid dənizçisən, hökm etmisən dənizlərə, 
Bir quş kimi paraşütlə atılmısan göydən yerə. 
Kəndlərə elm aparıbsan gənc bir müəllim kimi sən, 
Həkim olub uzun illər elə xidmət eləmisən. 
Sən sürmüsən traktoru torpaqları yara-yara, 
Sən hərəkət öyrətmisən uzun yolda qatarlara. 
Ana yurdun xilaskarı, o tunc, polad qollu ərlər 
Sənin təmiz südün ilə bəslənərək böyümüşlər. 
Sən nəsillər böyüdərək, qəhrəmanlar yetirmisən, 
Cavanşirə, Koroğluya süd vermisən döşlərindən. 
Sənin adın qalibiyyət şüarıyla birgə gedir, 
Həyat səni alqışlayır, tarix səni təqdir edir. 
Fidan kimi bəsləyərək, əzizləmiş səni vətən
Bu gün ona öz borcunu dönə-dönə verməlisən. 
Gözüqanlı bir canavar hücum çəkmiş torpağına, 
Göz dikmişdir qarı düşmən sənin isti ocağına. 
Viran qoyub obaları, tikir zülmün qalasını, 
Mələr qoyub ayrı salır analardan balasını. 
Ana kini müdhiş olur, bunu bilsin azğın düşmən 
Can qurtara bilməyəcək sənin aslan qəzəbindən. 
Üç oğlunu yola saldın, heç gözlərin yaşarmadı, 
Ana qəlbi kövrəlsə də, ağlamağı bacarmadı... 
Kiçik qızın çantasını alıb yola düşdü haman 
O heç geri qalardımı üç istəkli qardaşından?! 
 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə