Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə77/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   87

 
 
 
193 
 
• • •
 
Mərd analar qapılara çıxıb yaylıq salladılar. 
Ey müqəddəs ana, sənin nə qəhrəman xislətin var! 
Sən də nişan üzüyünü çıxararaq barmağından 
Verdin vətən üçün bu gün, dedin: – Zəlil olsun düşmən. 
Gəlir səsin cəbhələrdən, tarlalardan, şaxtalardan. 
Qorxu nədir, bilməmisən, nə borandan, nə də qardan. 
Həcər sənin doğma qızın, Aşıq Pəri övladındır, 
Nər şahinlər oğulların, gənclik sənin qanadındır. 
Alqış sənə, şərəf sənə, şöhrətin də aşıb-daşır, 
Sən mərd dayan, böyük qadın, sənə mərdlik çox yaraşır! 
 
 
 
Mirvarid Dilbazi 
RAHAT YATARDIMI KÖRPƏLƏRİMİZ 
 
Gecədir, yatmıram axşamdan bəri 
Döyür soyuq yellər pəncərələri. 
Otağım işıqlı, istiykən nədən
Bilmirəm, könüldən üşüyürəm mən? 
Gözümdə bir damla inci göz yaşı, 
Dizimin üstündə körpəmin başı 
Yatır şirin-şirin gülümsəyərək. 
Gecədir. Yatmıram. Oturmuşam tək. 
Gözümün önündə bu, kimdir durur?! 
Xəyallar fikrimi hərdən uçurur, 
Çıxarır evimdən məni bir anlıq, 
Çöllərə çökmüşdür qatı qaranlıq. 
Dağların boranlı yelləri əsir. 
Böyük bir ordutək qarşımı kəsir. 
Qəlbimə işləyir elə bil sazaq
Gecənin, zülmətin dəhşətinə bax! 
Külək hər addımda qarı sovurur, 
Gözlərim önündə bu, kimdir durur? 
Getdiyi yollarda qar çıxır dizə, 
Azad gün, xoş həyat verməkçin bizə, 
O gedir dilində bir söz var: vətən. 
İndi tanıyıram sevgilimi mən. 
Çox deyil onunla ayrılalı biz, 
Dəyişmiş cəbhələr onu tərtəmiz. 


 
 
194 
 
Necə dolğunlaşmış o gənc şax budaq! 
Odur, ölümləri ayaqlayaraq, 
Gedir, başında da bir igid dəstə
Qəti bir hücumla düşmənin üstə. 
Qafqazın qəzəbli, iti çovğunu 
Saxlaya bilməyir yollarda onu. 
Düşmən gülləsindən üfüqlər yanır, 
Səhər yaxınlaşır, göy işıqlanır. 
Döyür soyuq yellər pəncərələri... 
Mən yata bilmirəm axşamdan bəri. 
Xəyalın gözləri onu seyr edir
Bir an ayrılmadan onunla gedir. 
Sonra oyanıram düşüncələrdən, 
Yalnızam körpəmlə otağımda mən. 
Gözümdə bir damla inci göz yaşı... 
Dizimin üstündə sevimli başı, 
Yatır şirin-şirin gülümsəyərək. 
Mən ona baxdıqca açılır ürək. 
Könlümə, nədənsə, bir sevinc gəlir. 
Sanki fırtınadan sular dincəlir. 
Ana qucağında azad, bəxtiyar, 
Mənim körpəm kimi azmı körpə var? 
Həsrət ağartdısa çox saçları gər, 
Dostum, bu çovğunlu, qarlı gecələr 
Düşmənlə üz-üzə durmasanız siz, 
Rahat yatardımı körpələrimiz? 
 
 
 
 
 
 
 
 


 
 
 
195 
 
• • •
 
 
 
 
“Müharibədən sonrakı  dövrdə ədəbiyyat  (1946 – 1960)”    
bölməsi üzrə 
 
İmran Qasımov, Həsən Seyidbəyli 
“UZAQ SAHİLLƏRDƏ” 
(povestdən parçalar) 
 
Əvvəllərdə “Döyçe soldatenhaym” binası ucalan yerdə indi daş-daş üstündə qalmamışdı. 
Alman və italyan əsgərləri daşları eşələyərək uçulmuş binanın altından meyitləri çıxarırdılar. 
Əsgərlər birdən-birə daş-torpağın arasından bir əlin uzandığını gördülər. Bu əl yanıb külə 
dönmüş bir tirdən tutmağa çalışırdı. Onlar təsadüfən diri qalan zabiti tirlərin altından güclə 
çıxara bildilər. Bu, Otto fon Şults idi. Bir qədər sonra Şults dəlicəsinə bağırmağa başladı. Bu 
səsi  eşidən  esesçilər  hövlnak  özlərini  onun  yanına  atdılar.  Əsgərlər  Şultsun  toz-torpağa 
bulaşmış kostyumunu təmizlədikcə o, əsgərləri söyüb, kənara itələməyə çalışırdı, sanki baş 
vermiş hadisəyə onlar bais olmuşdular. 
Baş  vermiş  hadisədən  bir  saat  keçməmişdi  ki,  Triyestdə  hər  şey  sakitləşib  öz  yoluna 
düşdü.  Çünki  adamlar  partlayışlara  alışmışdılar.  Axı  yalnız  hitlerçilərin  yaşadığı  binalar 
partlayırdı. Dinc əhalinin təşvişə düşməsi üçün heç bir əsas yox idi. Əksinə, onlar hər dəfə 
partlayış səsi eşitdikdə sevinirdilər. 
...Hər tərəf göz işlədikcə dumana bürünmüşdü. Buna baxmayaraq, səhərin açıldığı hiss 
olunurdu. Dağa dırmaşmaq isə get-gedə çətinləşirdi. Yolçular addımlarını yavaşıtmağa məc-
bur oldular. Dağlarda yaşayan əhali “Mixaylo” və onun yoldaşlarını səmimiyyətlə qarşılayır, 
onları südə, qarğıdalı çörəyinə və keçi əti bozartmasına qonaq edirdi. 
Partizan  briqadasının  qərargahı  bir  neçə  gün  idi  ki,  şəhərin  kənarında  yiyəsiz  qalmış 
malikanədə  yerləşirdi.  Triyestin  dövlətli  fabrik  sahibkarlarından  birinə  məxsus  olan  bu 
malikanə şəhərdən 70 km aralı, hündür dağın başındakı şam meşəliyində yerləşirdi.  
Axşam idi. Malikanənin buxarılarında odun yanır, xüsusi dayaqların üstündə isə partizan 
çaynikləri və qazanlar qaynayırdı. Oyaq olanlar silahlarını təmizləyir, paltarlarını yamayır, 
çay  içir,  üzlərini  qırxırdılar.  Onlar  yatanları  oyatmasınlar  deyə  ehtiyatla  və  səssiz 
tərpənirdilər.  
Birdən kim isə qapını taybatay açıb qışqırdı: 
–  “Mixaylo” qayıtdı.    
Bütün malikanə hərəkətə gəldi. Bu xəbər salondan-salona, otaqdan-otağa, pilləkəndən-
pilləkənə keçdi.  Bir  dəqiqə  sonra  adamlar  “Mixaylo”nun  əlini  sıxır,  qucaqlayır  və  tez-tez 
çiyninə vururdular.  
 “Mixaylo” yüyürə-yüyürə dəhlizi keçdi, qapılardan birini açıb içəri girdi. Üstünə çoxlu 
kağız  və  xəritə  yığılmış,  şamlarla  işıqlanan  stolun  dalından  geniş  alınlı,  xoşsifət  bir  kişi 
qalxdı. 
–  İcazə varmı, yoldaş polkovnik? – deyə “Mixaylo” şən bir səslə soruşdu.  
Polkovnik cavab vermədi. O, sevinclə gülümsəyərək “Mixaylo”ya yaxınlaşdı, əlinin dalı 
ilə dodağını sildikdən sonra əvvəlcə bu yanağından, sonra o biri yanağından öpərək oğlanı 
bağrına basdı.  
...Briqadanın vəziyyəti olduqca ağır idi: faşistlər bütün yolları tutmuşdular. Qonşu par-
tizan birləşmələri ilə rabitə kəsilmişdi. Yerli kəndlilərin partizan qərargahını maraqlandıran 
xəbərləri onlara yetirmək cəhdləri uğursuzluqla nəticələnirdi. Faşistlər onları yaxalayıb başqa 
kəndlilərin gözü önündə güllələyirdilər.  
 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə