Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə75/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   87

 
 
186 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
L A Y İ H Ə L Ə R   Ü Z R Ə   İ Ş
 
I I   y a r ı m i l
 
I MÖVZU 
“Mənəvi dəyərlərimizi yaşadaq” 
(ədəbi-bədii kompozisiya) 
 
1.  “Qloballaşma şəraitində xalqımızın milli-mənəvi dəyərlərini qoruyaq” mövzusunda 
məruzənin hazırlanması. 
2.   Musiqili ədəbi-bədii kompozisiya ilə çıxış edəcək kiçik qrupların yaradılması. 
3.  Mənəvi dəyərlərimizi əks etdirən folklor nümunələri ilə çıxış edəcək kiçik qrupun 
çıxışının  ssenarisinin hazırlanması.  
4.  Mənəvi dəyərlər üzrə ədəbi viktorinanın suallarının tərtib edilməsi. 
5.  S.Vurğunun “Ananın öyüdü”, S.Rüstəmin “Təbrizim” şeirlərini ifadəli oxusu üzrə 
ifaçıların seçilməsi.  
6.  Aparıcıların seçilməsi, proqramın hazırlanması.  
7.  Layihənin qiymətləndirilməsi. 
 
II MÖVZU 
“Ədəbiyyat və incəsənətimizdə ana obrazı” 
(maraqlar üzrə təqdimat müsabiqəsi ) 
 
1.  A.Şaiqin “Anabacı” hekayəsi üzrə səhnələşdirmə ssenarisinin hazırlanması, çıxış 
edəcək qrup üzvləri arasında vəzifə bölgüsünün aparılması. 
2.  Anaya həsr olunmuş əsərlərin seçilməsi, ifadəli oxuyacaq şagirdlərin 
müəyyənləşdirilməsi. 
3.  Anarın “Keçən ilin son gecəsi” dramından bir epizodun ifası üçün iştirakçıların  
müəyyənləşdirilməsi. 
4.  “Kinoda ana obrazı” mövzusunda məruzəçinin müəyyənləşdirilməsi. 
5.   “Onu bağışlamaq olarmı?” filmindən bir fraqmentin seçilməsi və nümayiş üçün 
hazırlanması. 
6.  Ana haqqında musiqi əsərlərini ifa edəcək şagirdlərin müəyyənləşdirilməsi.  
7.  Aparıcıların seçilməsi, proqramın hazırlanması.  
8.  Layihələrin qiymətləndirilməsi.  
 


 
 
 
187 
 
• • •
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
III MÖVZU 
“Bədii ədəbiyyatımız musiqidə, rəssamlıqda, kinoda” 
(elmi-tədqiqat səciyyəli təqdimatlar ) 
 
1.  Təqdimatların xarakteri (hesabat, videofilm, fotoşəkillər, illüstrasiyalar və s.), ayrı-
lan  vaxt,  istifadə  ediləcək  vasitələrin  (elektron  lövhə,  proyektor  və  s.)  müəy-
yənləşdirilməsi. 
2.   Təqdimatların məzmunu və hazırlanması ilə bağlı (istifadə ediləcək internet mən-
bələri, kitabxana materialları, sənətkarlarla, oxucu və tamaşaçılarla  müsahibə və 
s.)  təlimatlandırılma. 
3.  Təqdimatların nümayiş etdirilməsi: 
Söz sənəti və musiqi 
– Bədii ədəbiyyat rəssamlıqda 
– Bədii əsərlərin ekran təcəssümü 
4.  Layihələrin qiymətləndirilməsi.  
 
 
IV MÖVZU 
 “Ədəbiyyat dərslərində öyrəndiyim hansı əsər  
məndə daha güclü təəssürat oyatdı” 
(esse müsabiqəsi ) 
 
1. 
Müsabiqənin şərtlərinin (essenin həcmi, məzmunu, dili, üslubu, təqdim edilmə 
tarixi və s.) müəyyənləşdirilməsi və əvvəlcədən elan edilməsi. 
2. 
Münsiflərin  seçilməsi və təlimatlandırılması. 
3. 
Ən yaxşı esselərin seçilməsi, ədəbiyyat kabinetində nümayiş etdirilməsi. 
4. 
Şagirdlərin və valideynlərin iştirakı ilə müsabiqənin yekunlaşdırılması, seçilmiş 
esse nümunələrinin müəlliflərin təqdimatında dinlənilməsi. 
5. 
Münsiflərin, valideynlərin və şagirdlərin rəylərinin dinlənilməsi. 
6. 
Layihələrin qiymətləndirilməsi.
 
7. 
Qaliblərin rəğbətləndirilməsi. 
 


 
 
188 
 
 
 
 
 
 
 
 
 
 
“Milli-mədəni dirçəliş və Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat (1918 – 1920)”, 
 “İctimai-siyasi ziddiyyətlər və repressiya dövründə  ədəbiyyat  (1920 – 1940)”  
bölmələri üzrə 
 
 
Seyid Hüseyn 
İSMAİLİYYƏ 
(ixtisarla) 
 
Mart hadisəsi zamanı İsmailiyyə binasından çox da uzaq olmayan bir məhlədə erməni 
əsgərlərinin  mühasirəsinə  düşmüşdüm.  Ələ  keçməmək  üçün  yaşadığım  evin  zirzəmisində 
gizlənmişdim. Pulemyotların taqqıltısını, topların gurultusunu eşidirdim. Dışarıda nələr vaqe 
olduğunu  hiss  edir,  xəyalımda  bir  çox  faciəli  mənzərələr    canlandırırdım.  Bazarın  qarət 
edilərək yandırıldığını, Şah məscidi və Təzə Pir məscidlərinin top mərmisi ilə dağıdıldığını 
mənə  söyləmişdilər.  Hətta  İsmailiyyə  binasına  atəş  vurulub  yandırıldığını  anlatmışdılar. 
Lakin İsmailiyyənin yandırıldığına inanmırdım. Mənə onun necə atəşlər saçaraq yandığını, 
bir anda o gözəl binanın abadlığından bir əsər qalmadığını təsvir edən qadına deyirdim: 
– Yəqin ki, sən yanılırsan. Hər şey ola bilər. Bizim düşmənlərimiz başımıza bu fəlakəti 
açdığı kimi, hər şeyi bacarar. İsmaliyyəyə isə toxunmazlar. Çünki o böyük bina bizim üçün 
müqəddəsdir. 
Müharibə bitdi. Mən də üç günlük bir mühasirədən, qaranlıq və üzücü bir həyatdan, bir 
əsarətdən  qurtardım.  Özümü  tələsik  İçərişəhərə  saldım.  Yolum  İsmailiyyə  binasının  arxa 
tərəfindən idi, lakin hansısa bir qüvvə mənim oradan getməyimə mane olurdu.  
Yolumu dəyişdim. Başqa bir küçədən getdim. Bir çox yeni şeylər öyrəndim. Müsibət və 
fəlakəti təsəvvür etdiyimdən artıq gördüm. Yaxın dostlarımdan ikisinin qətli xəbərini, əqrə-
bamızdan  üç  qadın,  ikisi  uşaq  olmaq  üzrə  bir  evdə  doqquz  nəfərin  öldürüldüyünü  öyrən-
mişdim. İsmailiyyədən bir əhval öyrənməyə, bir məlumat almağa cəsarət etmirdim.  
Hər halda,  həqiqəti  öyrənmək  marağı  məni  rahatsız  etməyə  başladı.  İsmailiyyədən  bir 
xəbər  bilməyə  qərar  verdim...  Gözlərimə  inanmaq  istəmirdim;  İsmailiyyə,  o  milli  əməl-
lərimizin doğulduğu yer, o möhtəşəm bina,  Azərbaycan hüriyyət və istiqlaliyyəti-məfkurə-
sini millət arasında yayan mərkəz, o gözəl və sevimli bina yandırılmışdı. Məyus bir halda 
onun dörd ətrafını gəzib dolaşdım. İçərisinə daxil oldum. Fikirləşir, orada keçirilən gurultulu 
iclaslar, məslək mübarizələri gözümün önündən keçirdi.  
 
 
S İ N İ F D Ə N X A R İ C   O X U   M A T E R İ A L L A R I
 
 
 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə