Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə18/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   87

 
 
 
43 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

Şaftalılar şirələnib budağını əyəndə.  
Göndərərəm sovqatını – sənin də öz payını,  
Sən də artır öz əlinlə zəfərlərin sayını.  
Get, düşmənin qabağında igid tərpən vüqarla,  
Tüfəngini təmiz saxla, atını da tumarla”.  
Əsgər artıq yola düşdü, dağ tərpəndi yerindən;  
Günəş yaydı şöləsini vətənin göylərindən.  
Ana baxdı öz oğluna, su da səpdi dalınca...  
Şair qəlbi bu səhnədən ilhamını alınca,  
– Yaşa, – dedi, – ey qəhrəman! Yaşa, – dedi, – ey Vətən!  
Sonra şair dodaqları öpdü ana əlindən. 
 
 
 
 
 
 
 
 
 
 
 
1. Əsərin oxusundan (bunu fərdi səssiz oxu, səsli oxunun dinlənilməsi və s. şəkildə yerinə yetirə bilər-
siniz) sonra aşağıdakı suallara parta yoldaşınızla cavab hazırlayın: 
– Gənc oğlan hara hazırlaşır? 
– Ana oğluna nə nəsihət edir? 
– Ananın fikrincə, döyüşçudə hansı keyfiyyətlər olmalıdır? 
– Şairin anaya ehtiramı hansı misralarda daha qabarıq ifadə edilmişdir? 
        
 
2. Bu suallar üzrə müsahibədə fəal iştirak edin. 
3. Aşağıdakı tapşırıqları fərdi olaraq yerinə yetirin. 
a)  Əsər barədə fikirlərinizi ikihissəli gündəlikdə yazın: 
s.s. 
Əsərdə diqqətimi daha çox cəlb edənlər 
Bunun səbəbi 
 
 
 
          
b) Bədii təsvir və ifadə vasitələrinin işləndiyi misraları cədvəldə qeyd edin: 
Bədii təsvir və ifadə vasitələri 
Onların işləndiyi misralar 
Epitet 
 
Metafor 
 
Təkrir 
 
Mübaliğə 
 
 
4. Kiçik qruplarda birləşib hər iki tapşırığa hazırladığınız cavabları dəqiqləşdirin. Çıxardığınız nəticə-
ləri təqdimatlar əsasında müzakirə edin.  
5. Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
 
a)  Ananın oğluna nəsihəti məndə hansı hiss və düşüncələr yaratdı.  
b)  Şeiri nəsrə çevirib məzmununu yığcam danışın. Öyrəndiyiniz yeni sözlərdən istifadə edin. 
 
 
• Mövzulardan birini seçib təqdimata hazırlaşın.  
1.  Əsgər anaları hansı hislərlə yaşayır?  
2.  S.Vurğunun müharibəyə həsr etdiyi lirik şeirlər. 
 
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş
 
E v d ə   i ş  


 
 
44 
 
 
• Əsərin təhlilinə hazırlaşın.
 
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mübarizə Azərbaycan poeziyasının əsas mövzusu  
idi. Səməd Vurğunun müharibənin başlandığı gün yazdığı: 
...Bilsin ana torpaq, eşitsin Vətən, 
Müsəlləh əsgərəm mən də bu gündən... 
– misraları həmin dövrdə yaranan poeziyanın devizinə çevrilmişdi. Cəbhədə –  döyüşçülərin qarşısında 
qələbəyə çağırış ruhlu şeirləri ilə çıxış edən Səməd Vurğunun “Ananın öyüdü” əsəri az bir vaxtda geniş 
yayılmış,  həm  əsgərlərin,  həm  də  arxa  cəbhədə  qələbə  arzusu  ilə  yaşayan  insanların  dilindən  düş-
məmişdir. Bu şeir müharibə əleyhinə yazılmış əsərlərin 1943-cü ildə ABŞ-da keçirilən müsabiqəsində 
yüksək dəyərləndirilmiş, dünya ədəbiyyatında bu mövzuya həsr edilən ən qiymətli əsərlərdən biri kimi 
Nyu-Yorkda çap edilərək hərbçilər arasında yayılmışdır. 
Vətənə  sədaqət,  qəhrəmanlıq,  fədakarlıq  hislərinin  səmimi  ifadəsi  şeirin  sevilməsinin  mühüm 
səbəblərindəndir.  
Əsərin üzərində işlədikcə  təsvir və ifadə vasitələrinin orijinallığı, zənginliyi diqqətinizi cəlb edə-
cəkdir. Onlardan biri də inversiyadır. “İnversiya” latın sözüdür, mənası “yerdəyişmə” deməkdir. Əsə-
rin (nitqin) bədii təsir gücünü artırmaq üçün cümlədə (misrada) sözlərin qrammatik ardıcıllığının 
pozulmasına inversiya deyilir. İnversiya bədii ifadə vasitəsi kimi nitqin emosionallığını, estetik təsir 
gücünü artırır. 
Geyib əsgər paltarını, silahlandı qəhrəman,  
Onun polad sinəsinə sığışmadı ürəyi...  
...Öz yerində olsun gərək igidin yar-yarağı,  
Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı...  
Azərbaycan dilinin sintaktik qaydalarına görə, xəbər cümlənin sonunda gəlməlidir. Yuxarıdakı 
nümunənin birinci, üçüncü misralarında xəbər misranın  əvvəlində, ikinci, dördüncü misralarda isə 
ortada işlənmişdir. Şair qrammatik sıralanmanı qəsdən pozmaqla şeirin emosionallığını, fikrin təsir 
gücünü artırmışdır. 
 
 
2. Əsərdə diqqəti cəlb edən başlıca problem nədir? Müəllif həmin problemin həllində nəyə üstünlük 
verir? Cədvəldən istifadə edin. 
s.s. 
Şair diqqəti hansı mühüm problemə cəlb edir? 
Siz bu problem barədə nə düşünürsünüz? 
 
 
 
 
3. Şeirdən nümunələr gətirməklə ana obrazını səciyyələndirin. Cədvəldən istifadə edin: 
Anaya xas olan 
cəhətlər 
Oğluna 
münasibəti 
Vətənə 
münasibəti 
Şairin anaya 
münasibəti 
Anaya sizin 
münasibətiniz 
 
 
 
 
 
 
4. Əsgər oğul obrazı üçün səciyyəvi olan cəhətləri göstərin. Cədvəldən istifadə edin. 
Obraz: Əsgər oğul 
Xarakterindəki əsas 
cəhətlər 
Ananın ona 
münasibəti 
Şairin ona 
münasibəti 
Sizin ona 
münasibətiniz 
 
 
 
 
 
 
 
I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə