Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə26/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   87

 
 
62 
 
DÜNYA ƏDƏBİYYATINDAN SEÇMƏ 
 
 
 
QOCA VƏ DƏNİZ 
(ixtisarla) 
 
 
 
O, ikiavarlı balaca qayıqda Qolfstrimdə təkbaşına balıq tuturdu. Düz səksən dörd gün 
idi ki, dənizə gedir, hər dəfə də əliboş qayıdırdı. İlk qırx gün ərzində balaca oğlan da 
qoca ilə bərabər getmişdi. Sonra oğlanın valideynləri onu başa saldılar ki, qoca balıqçı 
uğursuz adamdır. O da ata-anasının təkidi ilə qocadan ayrılıb başqa qayığa getdi, özü də 
birinci həftə ərzində üç iri balıq gətirdi. Qoca balıqçının halı oğlanı yaman kədərlən-
dirirdi. Hər gün əliboş qayıdanda uşağın ona yazığı gəlirdi. O, hər axşam sahilə gedib 
qocaya qayıqdan şeylərini – kəndirləri, yelkən dolanmış 
dor  ağacını,  ya  da  nizəni  daşımağa  kömək  edirdi. 
Yelkən başdan-başa yamaq içində idi. Dor ağacına sa-
rınmış bu köhnə yelkən dəfələrlə məğlubiyyətlərə düçar 
olmuş alay bayrağına oxşayırdı.  
Usanmış, yorğun qoca balıqçı çox arıq idi, peysərini 
dərin qırışlar örtmüşdü. Qonur rəngə çalan yanaqlarını 
ləkələr bürümüşdü. Ləkələr hər iki yanağı boyu sifəti ilə 
üzüaşağı, boynuna qədər yayılırdı.
 
 
• “Yazıçının vəzifəsi dəyişməzdir. O özü 
dəyişir, amma onun vəzifəsi olduğu kimi 
qalır.  Bu  da  ondan  ibarətdir  ki,  həmişə 
həqiqəti yazasan, həqiqətin nədən ibarət 
olduğunu  başa  düşəsən,  onu  elə  ifadə 
edəsən ki, bu həqiqət oxucunun şüuruna 
onun  öz  təcrübəsinin  bir  parçası  kimi 
daxil olsun”.
  
 
ERNEST HEMİNQUEY
(1899 – 1961)
 
Yada salın 
– Yenilməz, böyük iradə sahibi olan ədəbi qəhrəmanların iştirak 
etdiyi hansı əsərləri xatırlayırsınız?  
– Belə ədəbi qəhrəmanlar diqqətinizi hansı cəhətlərinə görə cəlb 
edib? 
Düşünün 
– “İnsanın məğlubiyyəti yalnız müvəqqəti ola bilər” fikrini doğru 
saymaq olarmı? 
Oxuda aydınlaşdırın 
– Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitab-
larının köməyi ilə aydınlaşdırın. 

Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
 
••• 
I 
••• 
 
• Uşağın qoca balıqçıya 
böyük rəğbət 
bəsləməsinə səbəb, 
sizcə, nədir? 
• Bu təsvir yazıçının hansı 
niyyətini ifadə edir? 


 
 
 
63 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Dənizdən ağır, nataraz balıqları dartıb çıxardanda əllərini kəndir kəsib yarıq-yarıq 
eləmişdi. Bu yarıqların heç biri təzə deyildi, hamısı da susuz səhradakı köhnə çatlara 
oxşayırdı. 
Özü qoca olsa da, dəniz kimi mavi gözlərində gənclik ehtirası vardı, o gözlər qocanın 
nə qədər məğlubedilməz olduğunu göstərirdi. 
  
– Santyaqo, – oğlan qocaya hörmətlə müraciət etdi, – 
bundan sonra mən dənizə yenə də səninlə gedəcəyəm. Bir 
az pul qazanmışam. 
Onlar  qayığı  sahildə  yerbəyer  eləyib  yoxuşla  qəsəbəyə  qalxdılar.  Oğlan  qoca  ba-
lıqçını çox sevirdi, çünki balıq tutmağın bütün sirlərini ondan öyrənmişdi.  
Qoca dilləndi: 
– Yox, bala, indiki yerin yaxşıdır, bəxtin gətirir, orada qal. 
– Yadındadır, bir dəfə səksən yeddi gün hər səhər dənizə getdik, bir dənə də balıq 
tuta bilmədik? Sonra üç həftə gündə iri bir balıqla sahilə qayıtdıq. 
–  Yadımdadır,  –  qoca  onun  sözünü  təsdiqlədi,  –  bilirəm  ki,  yanımdan  öz  xoşunla 
getməmisən.  Mənə  inanırsan,  amma  öz  yerində  qalsan 
yaxşıdır. 
– Məni atam məcbur etdi, – deyə oğlan özünü təmizə 
çıxarmağa  çalışdı,  –  mən  uşağam,  atama  qulaq  asma-
lıyam. 
– Doğrudur, – qoca dilləndi, – yaxşı eləmisən, başqa cür 
ola da bilməzdi. 
  
– Atam nədənsə sizin bəxtinizə inanmır. 
– Amma biz inanırıq, eləmi? 
– Əlbəttə, – oğlan onun sözünü təsdiqlədi, – 
ustad, “Terras”a gedib bir az pivə içək, şeyləri 
nə vaxt istəsəniz, evə apararıq. Pivə pulunu mən 
verəcəyəm. 
– Lap yaxşı! Niyə də içməyək? – deyə qoca 
razılaşdı, – balıqçı balıqçını qonaq edər də... 
Onlar  “Terras”  restoranına  gəlib  oturdular. 
Orada çoxlu balıqçı vardı. Qocanı görəndə gülə-
gülə  zarafata  başladılar.  Qoca  isə  zarafatdan 
incimirdi.  Yaşlı  balıqçılar  onun  halına  acıyır, 
ancaq  bunu  büruzə  vermirdilər.
 
Onlar  qocaya 
hörmət  edirdilər.  Balıqçılar  tilovu  dalğaların 
axınından nə qədər dərinə atmaqlarından, gözəl 
havadan, dənizdə görüb-eşitdiklərindən danışır-
dılar. 
Bu  gün  balıq  ovunda  bəxti  gətirənlərin  ha-
mısı burada idi. Onlar içini çıxarıb təmizləyən-
dən sonra balıqları bir-birinə bərkidilmiş qoşa taxtaların 
üstünə köndələn düzmüşdülər. Balıqları anbarda soyudu-
cuya  doldurub  Havana  bazarına  aparacaqdılar.  Köpək-
balığı tutmuş balıqçılar ovlarını limanın o biri başındakı balıq zavoduna təhvil vermiş-
dilər. Orada balıqları tirdən asıb üzgəclərini kəsmiş, qaraciyərlərini çıxarmış, dərilərini 
də soymuşdular. Duza qoymaq üçün onları uzununa nazik-nazik yarmışdılar.  
• Qocanın xarici görünüşü 
barədə sizdə hansı 
təsəvvür yarandı? 
Bu dialoq sizdə qoca 
balıqçı haqqında hansı 
təsəvvür yaratdı? 
• Qocanın uğursuzluğunun 
böyük əks-səda doğur-
masına səbəb, sizcə, 
nədir? 


 
 
64 
 
Külək  şərqdən  əsəndə  balıq  zavodundan  üfunət  iyi 
gəlirdi. Bu gün külək səmtini dəyişmişdi, şimaldan əsir-
di,  sonra  tamam  kəsdi,  qoxu  da  azaldı.  Günün  altında 
“Terras”da oturmaq adamın xoşuna gəlirdi.
  
Oğlan dedi:
 
– Santyaqo... 
– Hə, nə olub? – qoca pivə stəkanını əlində tutub dərin fikrə dalmışdı, keçmişləri 
yadına salırdı. 
– İcazə ver, gedim sənin üçün sabaha bir neçə sardina tutum. 
– Yox! Lazım deyil. Sən get beysbol oyna. Mən hələ özüm avar çəkə bilirəm. Toru 
isə Rocelio atar. 
– Yox, gedəcəyəm. Madam ki səninlə balığa gedə bilmirəm, qoy başqa işlərdə sənə 
kömək edim. 
– Məni pivəyə qonaq elədiyin üçün çox sağ ol. Maşallah, daha yekə oğlansan. 
– Məni birinci dəfə dənizə aparanda neçə yaşım vardı? 
–  Beş  yaşında  idin.  Az  qalmışdı,  dənizə  düşüb  boğulasan.  Balığı  tutub  qayığa  çı-
xardım. Başladı çırpınmağa, az qaldı, qayığı sındırıb tikə-tikə eləsin. Yadındadır? 
– Əlbəttə, yadımdadır. Yaman çırpınırdı. Quyruğu ilə elə vurdu ki, qayığın oturacağı 
sındı. Amma sən də o ki var toppuzla əzişdirdin onu... Məni də götürüb qayığın burnuna 
tulladın. Özün də təpədən-dırnağa qan içində idin. 
–  Doğrudanmı,  yadında  belə  yaxşı  qalıb,  ya  mən 
sonralar nağıl eləyəndə eşitmisən? 
– Səninlə dənizə çıxdığım birinci gündən bəri olub-
keçən hər şey yadımdadır.
   
Qoca  balıqçı  günün  altında  qalmaqdan  qan  çəkmiş 
gözləri ilə oğlanı oxşadı; onun baxışlarından etibar və məhəbbət yağırdı. 
 
 
 
 
Bir az susandan sonra səsində mehribanlıq duyulan qoca astadan dedi: 
– Doğma oğlum olsaydın, heç nəyə fikir verməyib riskə gedər, səni özümlə dənizə 
aparardım, – qoca təəssüfləndi, – heyif ki, başqasının oğlusan, özün də uğurlu qayığa 
düşmüsən.
 
– Sardina tutmağa icazə vermirsən?.. Tilova taxılası yemin də yerini bilirəm. Dörd 
dənəsi bəsimdir. 
– Səhər apardığım yem necə var idi, elə də qalır. Qutuda duzun içinə qoymuşam. 
Qoy gedim, dörd dənə təzəsini gətirim. 
– Onda bir dənə gətir, – qoca razılaşdı.  
Oğlan israrla dedi: 
– İcazə ver, iki dənə gətirim.
 
 
– Yaxşı, iki dənə gətir. Qoy sən deyən olsun, – qoca 
onun xətrinə dəymək istəmədi, sonra ehtiyatla soruşdu, – 
olmaya, balıq yemini oğurlamısan? 
– Yox, pulla almışam. Girimə keçsəydi, əlbəttə, çırpışdırardım.   
– Qonaqlıq üçün sağ ol, – qoca təşəkkür etdi.  
••• 
II 
•••  
  • Balıqçılar, onların 
əməyi, yaşadıqları yer – 
qəsəbə barədə sizdə 
hansı təsəvvür yarandı? 
  • Bu dialoq uşaq haqqın-
dakı təsəvvürünüzə yeni 
nə əlavə etdi? 
  • Oğlanın yem gətirmək 
üçün təkidlə xahiş 
etməsinə səbəb nə idi? 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə