Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə25/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   87

 
 
 
59 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

Bu suallar verilənə qədər bir az hirsli olan ana xeyli yumşaldı. Əvvəlcə balacalardan biri 
soruşdu, amma indi ikisi də gözünü ona dirəyib kirpiklərini qırpmadan cavab gözləyirdi. 
 – Samovardan nə olacaq? Soruşdum, dedilər, ondan cəmi-cümlətanı üç-dörd top gülləsi 
çıxar. Azdır da... Ayıb deyilmi?.. Nə var, nə var, Əminə arvad fonda dörd top gülləsi verib... 
Yox, aparmıram...  
Əminə xalanın işlədiyi corab arteli fəhlələrinin yığıncağı uzun çəkdi. Çıxışlar qurtarandan 
sonra kim isə xəbər aldı.  
– Bəs Əminə xala müdafiə fonduna bir şey vermir?..  
Yerdən səs gəldi:  
– Əşi, kasıb arvaddır, nə verəcək...  
Ömründə söz alıb danışmayan Əminə xala elə bil bunu gozləyirdi. O, yerindən partladı: 
 – Niyə, nə olub, kasibın qeyrəti olmaz?!. Mənim toxuduğum çorablar həmisə birinci növə 
düşüb... Daha mükafat almaqdan yorulmuşam... Kasıb niyə oluram?  
– Niyə hirslənirsən, Əminə xala?..  
– Hirslənirəm, ona görə ki haqqım var... Adam danışanda bir az fikirləşsə, yaxsı olar!..  
O bu sözləri deyə-deyə əlini qoynuna saldı. Oradan səhər yaylığa bükdüyü şeyi çıxartdı, 
hələ açıb göstərməmiş sözünü deyib qurtarmağa çalışdı:  
– Dava qurtaranacan hər ay beş günlük məvacibim, bir mis qazan, bir mis samovar... Yaz 
də, nə durmusan, üzümə niyə baxırsan? Bir də ki bu üzük... Oğlumun nişan üzüyü... Üç min 
manat vermişəm... Yaz!.. 
Əminə xalanı yaxşı tanıyan müdir razı olmadı: 
– Yox, onu saxla. Axı o,  sənin üçün çox qiymətlidir, xala.  
  Əminə xala duruxdu, müdirə sərt cavab vermək istəmədi:  
– Deyirsən, mənim üçün çox qiymətlidir?.. Yox, bundan da qiymətli olan var... 
 – O nədir, xala? 
 Əminə arvadın səsi birdən titrədi, o, indi bir ana kimi cavab verdi:  
– Oğlum! Ona güllə lazımdır... Bildin? 
 
 
 


 
 
60 
 
 
 
 
 
 
 
 
Faşizm  üzərində  tarixi  qələbədən  sonra  ölkənin 
qarşısında  təxirəsalınmaz  vəzifələr  dururdu.  İlk  növ-
bədə,  sənayenin,  kənd  təsərrüfatının  dirçəldilməsi, 
yenidən  qurulması,  dağıntıların  aradan  qaldırılması 
vacib  idi.  Ağır  faciə  yaşamış  insanlarımız  indi  də 
əzmlə, böyük iradə hesabına dinc quruculuq işləri ilə 
məşğul olmağa başlamışdılar. Ənənələrinə sadiq olan 
ədəbiyyatımız isə içində olduğu həyatı əks etdirməklə 
yanaşı,  müharibə  mövzusuna,  tarixi  keçmişə,  dünyada  baş  verən  mühüm  hadisələrə  mü-
nasibət bildirir, müəyyən uğurlar qazanırdı. Amma bu, asan başa gəlmirdi. Sov.İKP Mərkəzi 
Komitəsi ədəbi prosesə siyasi nəzarəti və təzyiqləri müharibədən sonra daha da sərtləşdirdi. 
1946  –1948-ci  illərdə  mərkəzin  qəbul  etdiyi  qərarlar  sənətkarın  əl-qolunu  bağlayır,  həyat 
həqiqətlərini,  sovet  gerçəkliyinin  mahiyyətini  əks  etdirməsinə  imkan  vermirdi.  Partiyaya 
xidmət ədəbiyyatın və incəsənətin başlıca vəzifəsi kimi dəyərləndirilirdi. Təcrübə göstərdi 
ki, sovet gerçəkliyinin idealizə edilməsi, sovet adamının qüsursuz göstərilməsi ədəbiyyatın 
siyasiləşdirilməsinə, nəticədə bədii cəhətdən sönük, qeyri-səmimi, inandırıcı olmayan əsər-
lərin meydana gəlməsinə səbəb oldu. Hətta istedadlı və tanınmış sənətkarların yaradıcılığında 
belə bu qəbildən əsərlər az yer tutmurdu. “Leninin kitabı”, “Zamanın bayraqdarı” (S.Vur-
ğun),  “Lenin”  (R.Rza),  “Biz  kommunistlərik”  (S.Rüstəm)  kimi  poemalar,  onların  müəl-
liflərinin, eləcə də başqalarının (M.Rahim, O.Sarıvəlli, Ə.Cəmil, Z.Xəlil və s.)  bir çox lirik 
şeirləri birbaşa dövrün ideoloji tələbləri əsasında yazılmışdır.  
Qadağalar, nəzarət nə qədər güclü olsa da, ənənə və varisliyə bir prinsip səviyyəsində 
sadiq qalmağa səy edən ədəbiyyatımız əsrdən-əsrə keçib gələn humanist, mütərəqqi ideal-
larını qoruyub saxlamağa çalışırdı. Təsadüfi deyildir ki, həmin dövrün lirikasında əsas təsvir 
obyekti insan idi. Onun arzu və düşüncələrinin ifadəsinə önəm verilir, qəlb aləminin incə-
liklərinə xüsusi diqqət yetirilirdi. İnsan və dünya, insan və zaman kimi məsələlərə lirikada 
fəlsəfi  yanaşma  get-gedə  güclənirdi.  Bu,  Rəsul  Rza  başda  olmaqla,  B.Vahabzadənin, 
Ə.Kərimin yaradıcılığında özünü daha qabarıq göstərirdi.  
Bu dövrdə poeziyada müşahidə edilən başqa bir meyil həyat hadisələrinin geniş təsviri 
idi. Başqa sözlə, şairlərin əksəriyyəti poema yaradıcılığına daha çox diqqət yetirir, müxtəlif 
mövzularda yazdıqları poemalarda həyat hadisələrinin epik təsvirini əks etdirməyə səy gös-
tərirdilər. S.Vurğunun “Muğan”, “Zəncinin arzuları”, “Aygün”, S.Rüstəmin “Qafurun qəlbi”, 
“On ikinci tüfəng”, “Gülbahar”, Z.Xəlilin “Ulduzlar”, M.Rahimin “Leninqrad göylərində”, 
“Abşeron  torpağında”,  R.Rzanın  “Qızılgül  olmayaydı”,  “Bir  gün  də  insan  ömrüdür”, 
M.Dilbazinin “Əlcəzairli qız” və s. bu janrın maraqlı nümunələri kimi diqqəti çəkirdi. 
2
II MƏRHƏLƏ 
 
XX ƏSRİN 
ORTALARINDAN  
GÜNÜMÜZƏ QƏDƏRKİ 
ƏDƏBİYYAT
 
Müharibədən sonrakı 
dövrdə ədəbiyyat 
(1946 – 1960) 
••• 

••• 


 
 
 
61 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

M.Şəhriyarın  “Heydərbabaya  salam”  poeması  həmin  dövrün  ən  mühüm  ədəbi  hadisə-
lərindən sayılır. Hər kəlməsində, hər misrasında xalq ruhu, xalq yaradıcılığının nəfəsi duyu-
lan bu gözəl sənət nümunəsi otaylı-butaylı ədəbiyyatımıza güclü təsir etmiş, yüzlərlə bədii 
əsərin yaranmasına səbəb olmuşdur. 
Müharibədən  sonra  nəsrdə  ciddi  irəliləyiş  oldu.  S.Rəhimov,  S.Rəhman,  Mir  Cəlal  və 
başqa sənətkarlar əsərlərində gerçəkliyin tənqidi təsvirinə yer verdikləri üçün haqsız tənqid 
edilsələr də, ümumən nəsr sahəsində müəyyən uğurlar əldə edildi. Xüsusən roman janrında 
yeni inkişaf meyilləri aydınca duyulurdu. S.Rəhimovun “Şamo”, M.İbrahimovun “Gələcək 
gün”, “Böyük dayaq”, M.Hüseynin “Abşeron”, Ə.Əbülhəsənin “Dostluq qalası” və bir sıra 
digər romanlar həm mövzu, həm də ideya-bədii keyfiyyətlərinə görə rəğbətlə qarşılandı.
  
Ə.Məmmədxanlının,  İ.Əfəndiyevin  hekayələri,  İ.Qasımov  və  H.Seyidbəylinin  “Uzaq 
sahillərdə” povesti oxucuların maraq göstərdikləri ədəbi nümunələr idi. 
Bu dövrdə dramaturgiya və teatr sənətində böyük bir dönüş, yüksəliş müşahidə edilirdi. 
Müasir mövzulara daha çox müraciət olunması, əmək adamlarının obrazlarının yaradılması, 
ailə-məişət  məsələlərinə diqqətin  çəkilməsi  dramatik  əsərlərin  səciyyəvi cəhətləri kimi  ön 
plana keçdi. İ.Əfəndiyevin “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, İ.Qasımovun 
“Xəzər üzərində şəfəq”, İ.Səfərlinin “Göz həkimi”, Ə.Məmmədxanlının “Şərqin səhəri”, “Od 
içində” əsərləri həm oxucu-tamaşaçıların, həm də ədəbi tənqidin diqqətini cəlb edirdi. 
 
 
 
 
•••
 
 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə