Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə21/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   87

 
 
 
51 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

təbəssümünü, gənc bir qızın tərimi sildiyini, su içirmək istədiyini görəndən sonra duydum ki, 
həyata qayıdıram. Deyəsən, məni bunlar, qalın kitabların mənası ilə silahlanmış həkimlər, 
şəfqət və mərhəmətdən yoğrulmuş qızlar qaytarırlar. Haraya qaytarırlar? Mən qapandığım, 
tapındığım hissiz sükut aləmindən qayıdıram.
 
Ürəyimdə bir şadlıq var; dodaqlarım qaçdı, üzülmüş, qanını itirmiş, dəri ilə sümükdən 
ibarət sifətimə ilk təbəssüm işığı düşdü. Sonra məni bir düşüncə yaxaladı. Haraya qayıdıram? 
Neçə  illər  ömür  keçirdiyim,  doğulduğum,  böyüdüyüm,  yorulduğum,  dincəldiyim,  dərd 
çəkdiyim, sevindiyim həyata qayıdıram! Orada hələ görmədiyim nələr var? Bunu nə kitabda 
oxumuşam, nə həkimdən eşitmişəm. Amma mənə elə gəlir 
ki, xəstənin fiziki həyatından çox, mənəvi həyatı var.
 
Onu 
möhkəm  addımlar,  taqətli  ayaqlar,  bükülməz  dizlər  yox, 
zəif və zərif xəyallar aparır. Bu xəyallar, bəlkə də, sağlamlıq 
zamanında adamın başına yol tapmır. Həyatın keşməkeşləri 
onlara  yol,  imkan  vermir.  İndi  isə  əl-qolunu  boş  qoyub, 
yatağa  uzanmış  bədən  tamamilə  onların,  qanadlı  düşün-
cələrin ixtiyarındadır. Düşünürəm, görürəm ki, mən həyata 
azğın  bir  maraq  üçün  qayıtmıram,  oynamağa  gəlmirəm. 
Dolu  süfrələr  başında  oturub  yeməyə,  qədəh  sındırmağa, 
tərif deyib, tərif eşitməyə gəlmirəm. Məxmər stol dalında 
tabelərimin üstünə qışqırmağa, əmrlərə, fərmanlara qırmızı 
mürəkkəblə qol çəkməyə gəlmirəm...  
Məndə qəribə bir arzu baş qaldırdı:  iki ömür istəyirəm. İstəyirəm ki, ilk ömrüm – təcrübə 
dərsi olsun; bu mürəkkəb dünyanı, qapalı adamları öyrənməyə sərf olunsun. İmtahandan çıxa 
bilsəm, mənə ikinci həqiqi ömür imkanı verilsin. Belə ömrün qədrini bilərəm. Mən yenidən 
bir  körpə  olum,  anamın,  o  mehriban  xilqətin  qucağına  atılım,  isti  nəvazişlərinə  tutulum. 
Atamın sərin torpaq astanasında iməkləyim. Səsim gəlsin. Yıxıla-dura yeriyim, ağı qaradan, 
şirini acıdan, istini soyuqdan seçən, qayğısız körpəlik günləri başlasın...  
O günlər... məgər xəyal onları gətirib yetirə bilərmi?.. Qapımızdan keçən su arxının ba-
şında oynardım, söyüd yarpaqlarından əsən xəfif küləklər daraq görməmiş saçaq kimi dolaşıq 
saçlarımı üzümə tökərdi...  
Hanı  mənim  tay-tuşum?  Aşıq  atan,  top  oynayan,  gizlənqaç  yoldaşlarım?  Vuruşub-
barışdığım, atıb-tutduğum, ayrılıb-birləşdiyim yaşıdlarım?  
Bax bunlardan doymamışam.  
Ömrüm yüz gündürsə, doxsan doqquzunu yurdumda, torpağımda yaşamışam. Doyma-
mışam.  
Nəyini deyim? Xoş saatları, əziz günləri, munis axşamları...  
Heç bir zaman bu xatirələr cəbhədəki qədər şirin olmur. Əsgər onları arxada qoyub gəl-
mişdir. Onları qorumağa, onları hədələyən təhlükəni yox etməyə gəlmişdir.  
 
 
 
Səhra xəstəxanasından arxaya göndərilməli olduğumu eşidib, yoldaşlarımdan ikisi ya-
nıma gəlmişdi. Biri mənim yaşıdım, məktəb yoldaşım Nəsrəddin idi. Bizi universitetdən, 
tələbəlikdən çağırmışdılar. Onu görəndə həmişə məktəbli uşaqların kitab çantası yadıma dü-
şür. Nəsrəddinin belə yaraşıqlı bir çantası var idi. Özü də qayışla belinə bağlardı. Bəzən onun 
çantasından  tutub  çəkişdirərdik,  ha  dönmək  istərdi  ki,  görsün,  kimdir,  bacarmazdı.  İndi 
••• 
 II  
••• 
• “Amma mənə elə gəlir ki
xəstənin fiziki həyatından 
çox, mənəvi həyatı var” 
cümləsində ifadə olunmuş 
fikri necə başa düşdünüz? 
Əsgərdə belə bir qənaətin 
yaranmasının səbəbini 
necə izah edərsiniz? 
• Əsgərin “iki ömür” arzusu 
sizdə hansı düşüncələr 
yaratdı? 


 
 
52 
 
Nəsrəddin bizim komandirin köməkçisidir. Komandir sirrini ona deyir, təhlükəli yerlərə onu 
özü ilə aparır. 
İkincisini cəbhədə tanımışam. Kolayır kəndindəndir. Mina arvadın oğlu Lətifdir. Atası 
çoxdan ölüb. Anası kənddə nümayəndə idi. Qadınlar yığıncaqlarında onu stol başında, ayaq 
üstə durub açarı mürəkkəbqabına döyən, sükut istəyən görərdin. Yaraşmasa da, həmişə sədr-
lik etmək istərdi.  
Lətif  anasına  oxşamır.  Başıaşağı,  üzüyola  oğlandır.  İki  yaş  bizdən  kiçik  olduğu  üçün 
yüngülayaqlıq edər. Hər işə gedər, bəzən suyumuzu, çörəyimizi də hazırlar. Yürüşlərdə, gecə 
istirahət əmri veriləndə, bir də görərdin, Lətif çəkməsinin 
dabanı ilə yeri döyür. O, torpağı hamarlayıb, üç adam üçün 
“yataq” düzəldərdi. Əleyhqazlarımızı başımızın altına qo-
yub tirtap düşərdik. 
  
Bunlar  mənim  yanıma  həm  görüşə,  həm  sifarişə  gəl-
mişlər. Mənim nə danışmağa, nə də əsəblərimə toxunacaq 
bir xəbər almağıma icazə var idi. Mən bu səhra xəstəxanasında 7 gün ərzində həkimdən 
başqa, yalnız bir şəfqət bacısını görürdüm. Yanıma gələn, məni dindirən olmadığına görə 
darıxırdım. Ancaq onu da  duyurdum ki, mənə yaxınlaşmaq istəyənləri şəfqət bacısı burax-
mır. Bəzilərini qaytarır, bəzilərinə də yalan satır ki, “xəstə yuxudadır”. Bu dəfə mən çadır 
örtüsünün dalından Nəsrəddinin üzünü gördüm. Dərhal bacının səsi gəldi: 
 – Yoldaş əsgərlər, xəstə yuxudadır, oyada bilmərəm.  
Mən dözmədim: 
 – Oyanmışam, – dedim, – bacı, burax gəlsin.  
Bunu dedim, sevindiyimdən dikəlmək, dirsəklənmək istədim. Çarpayıya sarındığım, ya 
ağrıdan qorxduğum üçün dikələ bilmədim. Başım, ümidsiz kimi, balışa yapışıb qaldı.  
Yoldaşlar  bir  üzü  xətir,  bir  üzü  zor-güc  özlərini  mənim  yanıma  saldılar.  Bacı  onlara 
yalvarırdı: 
 – Həkim bilsə, mənim atamı yandırar. Aman günüdür, tez gedin!  
Nəsrəddin ona təsəlli verdi:  
– Tez, arxayın ol, tez gedəcəyik.  
Lətif dedi: 
 – İki-üç dəqiqə, artıq yox.  
Çadıra girəndən sonra Nəsrəddin nə bacıya baxır, nə də onun sözünü eşidirdi. Mənim 
alnımdan öpüb, zəif əlimi ovcunun içinə almış, illər ayrısı kimi, həsrətlə söhbətə başlamışdı...  
Onlar yaralarımdan sarı mənə təsəlli verirdilər:  
– Güllə yarası əti bişirir, tez sağalır. Ananın duası da sənə kömək eləyir. Yaxşı ötüşmüş-
sən, on-on beş günə duracaqsan. 
Mən ağrılardan şikayət edəndə Nəsrəddin bir ədib kimi cavab verdi: 
 – İnanıram, sən daha çox ağrı duyarsan. Həyatla dolu 
adamlara, bütün hisləri ilə mükəmməl həyat keçirən adam-
lara hər yara əzabdır. Sən yorulmuş qoca, ya çox şeylərdən 
əl üzmüş bədbin deyilsən. Qoca ağacların gövdəsini yarıb 
içində  ocaq  qalayırsan,  halına  təfavüt  eləmir.  Sağlam, 
ucaboylu qovaq ağaclarının gövdəsinə bir bıçaq vurulsa, o saat yaşardığını görərsən. Belə 
ağacların həyatı sağlam gənclərin həyatı kimi mükəmməldir, əsl həyatdır. Sən belə gənc-
lərdənsən.  Ancaq  onu  da  bil  ki,  bir  neçə  ay  sonra  qovaq  ağacının  bıçaq  vurulan  yerini 
möhkəmlənmiş, bərkimiş görərsən. Sağlıq olsa, sən həm müalicə olunacaq, həm dincələ-
cəksən, həm də ki... 
  
 
Əsgərin dedikləri onun 
döyüş yoldaşları barədə 
sizdə hansı təsəvvür 
yaratdı? 
 
• Bu sözləri deməkdə Nəs-
rəddinin əsl niyyəti nədir?


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə