Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə23/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   87

 
 
 
55 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

İki ay əvvəl mənim yanıma gələn yoldaşlarımı axtarıb görüşmək üçün icazə aldım. Ən 
əziz sovqatı, anaların verdiyi bağlamanı səhra xəstəxanasına gedən maşınların birinə atdım. 
Əvvəl Nəsrəddini tapdım. O, isti bir xalat geymiş, həyətdə gəzinirdi. Yarası qolundan idi, 
həm də yüngül idi. Mənim gəlməyim onun üçün yox, xəstə yoldaşlarım üçün də bir bayram 
oldu.  Şəhərimizdən,  yollardan,  əkindən,  məhsuldan  suallar  verirdilər.  Nəsrəddin  ikilikdə 
söhbət üçün məni kənara çəkdi. Torpaq üstündə dirsəklənib oturduq. Mən gördüklərimin 
hamısını nağıl etdim. Bıçağı çıxarıb bağlamanı açmaq istədim.  
Nəsrəddin mane oldu:  
– Qoymaram, – dedi. 
– Yeməli şeydir, xarab ola bilər.  
– Lətifsiz açmayacaqsan.  
Nəsrəddinin sözü qabağımı kəsdi, bıçağı qatlayıb cibimə qoydum.  
– Elə isə dur, – dedi, – dur, onun yanına gedək. 
 Nəsrəddinin  ucaboylu,  zabitəli  bir  həkimi  var  idi.  Başqaları  həkim  olub  orduya  gəl-
mişdilər,  bu  adam  tibb  təhsilindən  əvvəl  mükəmməl  hərb  adamı,  böyük  komandir  imiş. 
Rəsmiyyəti çox sevirdi. Xəstələr və ya bacılar ondan bir güzəşt xahiş etməli olanda ümidsiz 
əllərini tovlayırdılar. Buna görə də Nəsrəddin xahiş etmək istəmirdi.  
Mən  həkimi  “yumşaltmağı”  boynuma  aldım.  Gözlədim.  O,  otağından  çıxanda  rəsmi 
vəziyyət alıb məqsədimizi söylədim. 
 – Sabah nahardan sonra yarım saat gedə bilər, – deyə o, icazə verdi.  
Həkim bunu deyib ötdü. Mən sabaha qala bilməyəcəyimi deməyə israr etməyə macal 
tapmadım. Mən bu gün Lətifin yanına getdim. Lətif ağır xəstəlikdən təzə ayılırdı. Rəngi-rufu 
qalmamışdı.  Məni  görəndə  sevincindən  ağladı.  Məni  də  qəhərləndirdi.  Narahat  etməyim 
deyə tez durdum. Bağlamanı onun yanına qoyub çıxdım. 
 
 
 
Lətifin sağalıb hissəmizə qayıtmağı iki ay yarım çəkdi. Bu müddətdə anaların bağlaması 
gah onun çarpayısı başında, gah təcili yardım arabasında, gah istehkamda qaldı. Lakin açıl-
madı. Ancaq Lətif gələndən sonra üç səmimi yoldaş oturub sovqatı açdıq. Burada albuxara, 
kişmiş, fındıqdan tutmuş Ordubad almasına qədər vardı. Yeməli şeylərin altında adama bir 
əl dəsmalı, bir ətirli sabun, adama bir cüt toxunma əlcək var idi.  
Əlcəkləri  əlimizə  taxdıq.  Anamın  sözü  mənim  qulağımda  cingildədi:  “Bir  oturun,  bir 
gəzin, bir vuruşun!”  
– Uşaqlar, – dedim, – bu əlcəklərdə analarımızın mehribanlıq istisi, vətənimizin dostluq 
sədaqətinin, birliyinin hərarəti var. Əllərimizə baxıb analarımızın bizimlə, yanımızda olduq-
larını hiss edirik. Onların mehriban ana nəfəsi bizi bəsləmiş, böyütmüşdür, bizi döyüşə də, 
qələbəyə də aparacaqdır.  
Lətif də, Nəsrəddin də ananın sözlərini təkrar etdilər:  
– Bir gəzək, bir vuruşaq!  
– Qoyun, – dedim, – analarımızın surəti gözümüzün önündə, səsi qulağımızda, əli ürəyi-
mizdə olsun. Qoyun onlar oxşayıcı, məhrəm əllərini həmişə bizim yaralarımızın üstünə çəkib 
sağaltsınlar. Sağ olaq, torpağımıza soxulan təcavüzkarları məhv edək! Analarımız sevinsin, 
arxayın yaşasınlar. Ana Vətən bizdən razı qalsın. 
 
 
••• 
 V  
•••  


 
 
56 
 
 
1.  Əsərin ilk iki parçasını oxuyun. Bunu fərqli yollarla (fərdi səssiz oxu, səsli oxunun izlənilməsi, 
fasilələrlə oxu, proqnozlaşdırılmış oxu və s.) həyata keçirə bilərsiniz.  
2.  Mətnin kənarındakı suallara parta yoldaşınızla birlikdə cavab hazırlayın. 
3.  Qənaətləriniz yaxın və ya oxşar olduğu yoldaşlarınızla birləşib kiçik qruplar yaradın, fikirlərinizi 
ümumiləşdirib təqdimata hazırlaşın. 
4.  Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın. 
5.  Hekayədən  oxuduğunuz  parçanı  bitkin  hissələrə  ayırın,  birinin məzmununu  tərtib  etdiyiniz  plan 
əsasında yaradıcı danışın. 
 
a) Əsərin davamını (3–5-ci parçaları) evdə oxuyun.  
b) Tanış olmayan sözlərin mənasını aydınlaşdırın. 
 
 
1.  Evdə oxuduğunuz parçaları bir daha nəzərdən keçirin. 
2.  Parta yoldaşınızla birlikdə həmin parçaların məzmununa aid suallar  və onlara cavab hazırlayın. 
3.  Kiçik qruplarda birləşərək cavabları dəqiqləşdirin və ümumiləşdirin. 
4.  Təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın. 
 
• Bilik və bacarıqlarınızı tətbiq edin. 
5. Əsərin hekayə janrında olduğunu təsdiq edən bir neçə cəhət yazın. 
 
6. Hekayədən seçdiyiniz cümlələrə bədii təsvir və ifadə vasitələri artırın.  Cədvəldən istifadə edin. 
Hekayədən seçilmiş 
cümlələr 
Əlavə edilən bədii təsvir və ifadə vasitələri 
Epitet  Təşbeh 
Metafor 
Metonimiya 
Bədii sual 
Mübaliğə 
 
 
 
 
 
 
 
 
• Kitabxanadan, internetdən topladığınız məlumat əsasında “Mir Cəlalın müharibəyə həsr etdiyi  heka-
yələr” mövzusunda  məruzə hazırlayın. 
 
 
• Əsərin təhlilinə hazırlaşın. 
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
İkinci Dünya müharibəsinin ən qızğın çağında qələmə alınan bu əsərdə geniş müharibə səhnələri ve-
rilməsə  də,  oxucuda  ədalətsiz  müharibəyə,  onu  törədənlərə  qarşı  güclü  qəzəb,  nifrət  duyğusu  oyanır.  
Əsərdə bir-birinə zidd olan iki aləm üz-üzə qoyulur: dinc həyat və müharibə. Dinc həyat yalnız əsgər 
xatirələrində mövcuddur: “Qapımızdan keçən su arxının başında oynardım, söyüd yarpaqlarından əsən 
xəfif  küləklər  daraq  görməmiş  saçaq  kimi  dolaşıq  saçlarımı  üzümə  tökərdi”.  Müharibə  isə  gerçək  və 
amansızdır: “Güman edirdim ki, bu atılan güllələrdən biri də mənəm, gurultunu qoparan da mənəm, gün-
düzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb-örtülən alov da mənəm”. Dinc həyatın, əziz xatirələrin, 
müqəddəs hislərin qorunması istəyi hekayənin mahiyyətini, mənasını təşkil edir. 
Əsərin oxunaqlı və təsirli olmasının bir mühüm səbəbi bədiiliyin imkanlarından məharətlə istifadə 
olunmasıdır. Bu ustalıq bədii təsvir və ifadə vasitələrinin  (“hissiz sükut”, “məgər xəyal  onları gətirib 
yetirə bilərmi?” və s.) işlənməsində özünü daha qabarıq büruzə verir.  Əsərin üzərində müşahidələrinizi 
davam  etdirin,  mətnaltı  mənalara  diqqət  yetirməklə  yazıçının  niyyətini,  hekayənin  bədiiliyini  təmin 
edən vasitələri aşkara çıxarmağa çalışın.  
 
 
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş
 
E v d ə   i ş  
I I   d ə r s 
M ə z m u n   ü z r ə   i ş  
“Vətən yaraları” hekayədir, çünki...
 
E v d ə   i ş  
I I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə