Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə20/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   87

 
 
48 
 
 
2.  Şeir xoşunuza gəldimi? Səbəbini aydınlaşdırın. 
3.  “Əsərdə Cənubi Azərbaycanın taleyi ilə bağlı ciddi siyasi mətləblər əksini tapmışdır” fikrini doğru 
saymaq olarmı? Mövqeyinizi əsaslandırın. 
4.  Lirik qəhrəmanın xarakterindəki mühüm cəhətlər, sizcə, hansılardır? Əsərdən səciyyəvi nümunələr 
seçməklə fikrinizi əsaslandırın. Cədvəldən istifadə edin. 
5.  Lirik qəhrəmanın Təbrizlə bağlı hiss və düşüncələri sizdə hansı təəssürat yaratdı? 
6.  Şeirin  bədii  təsir  gücünü  artıran  vasitələr  hansılardır?  Fikrinizi  əsərdən  seçdiyiniz  nümunələrlə 
əsaslandırın. Cədvəldən istifadə edin. 
s.s. 
Əsərin bədii təsir gücünü artıran vasitələr 
Onların rolunun aydınlaşdırılması 
 
 
 
 
7. Şeirin başlıca ideyası nədir? Cədvəldən istifadə edin. 
          
 
• İfadəli oxu ilə bağlı mənimsədiyiniz bilik və bacarıqları tətbiq etməklə şeirin bir neçə bəndinin ifadəli 
oxusuna hazırlaşın. 
 
 
1.  Abbas Səhhətin “Vətən” şeirini oxuyun (bunu fərqli formalarda  yerinə yetirə bilərsiniz), tanış ol-
mayan sözlərin mənasını aydınlaşdırın. 
 
Könlümün sevgili məhbubu mənim 
Vətənimdir, vətənimdir, vətənim. 
 
Məni xəlq eyləmiş əvvəlcə Xuda
Sonra vermiş vətənim nəşvü-nüma. 
 
Vətənim verdi mənə nanü-nəmək 
Vətəni, məncə, unutmaq nə demək?! 
 
Anadır hər kişiyə öz vətəni, 
Bəsləyib sinəsi üstündə onu. 
 
Südüdür kim, dolanib qanım olub, 
O mənim sevgili cananım olub. 
 
Saxlaram gözlərim üstə onu mən, 
Ölərəm, əldən əgər getsə vətən. 
 
Vətənin neməti nisyan olmaz
Naxələflər ona qurban olmaz. 
 
Lirik qəhrəmanın xarakterindəki başlıca cəhətlər 
Bunu təsdiq edən nümunələr 
 
 
Əsərin əsas ideyası 
Nə üçün belə düşünürsünüz? 
 
 
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 
 
E v d ə   i ş  
I I I   d ə r s 
T ə t b i q   •  M üz a k i r ə   •   Y a r a d ı c ı  i ş  


 
 
 
49 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

Vətən əcdadımızın mədfənidir, 
Vətən övladımızın məskənidir. 
 
Vətəni sevməyən insan olmaz, 
Olsa, ol şəxsdə vicdan olmaz!
 
 
 
2.  Kiçik qruplarda birləşərək şeirin məzmununa aid suallar və onlara cavab yazın. 
3.  Sualları və onlara hazırladığınız cavabları təqdimat əsasında müzakirə edin. 
4. Şeirin məzmununu mənimsədiyinizə əmin olduqdan sonra ideyasını müəyyənləşdirin. 
5. Şeiri S.Rüstəmin “Təbrizim” əsəri ilə hansı xüsusiyyətlər üzrə (mövzu, problem, janr, ideya, vəzn) 
müqayisə edəcəyinizi müəyyənləşdirin. 
6. Müqayisənin nəticəsini cədvəldə qeyd edin. 
Hansı xüsusiyyətlər üzrə müqayisə olunurlar? 
S.Rüstəm. “Təbrizim” 
A.Səhhət. “Vətən” 
 
 
 
    
  7.  A.Səhhətin  “Vətən”  şeirinin  ilk  üç  beytinin  (aşağıdakı  cədvəldə  yerləşdirilmiş  nümunə  işinizi 
asanlaşdıracaqdır) ifadəli oxusunu hazırlayın. Əsər əruz vəzninin rəməl  bəhrində yazılmışdır. Bu 
bəhrin üçtəf’’iləli növündə olan şeirin oxusunda hər təf’’iləyə uyğun olan misra bölümünün bütöv 
ifasına çalışın. Lakin bu, misranın oxusundakı bütövlüyə, ahəngdarlığa mane olmamalıdır.  
İfaçılıq vəzifəsini  (dinləyicilərə nəyi çatdıracağınızı), səsinizin alacağı çalarları, sürətini, ucalığını 
və s. müəyyənləşdirin. Unutmayın ki, şeirin məzmunundan asılı olaraq, səsiniz fərqli çalar (qürur, 
təntənə, qətiyyət və s.) qazanacaqdır. 
FA”ilAtün 
Fə”ilAtün 
Fə”ilün 
Könlümün sev 
gili məhbu 
bu mənim  
             Vətənimdir, 
vətənimdir, 
vətənim. 
 
8. İfaları dinləyib müzakirə edin. 
 
 
• Kitabxana və ya internetdəki mənbələrdən S.Rüstəmin “Cənub şeirləri” haqqında məlumat toplayın, 
təqdimata hazırlaşın. 
 
 
 
E v d ə   i ş  


 
 
50 
 
 
 
 
VƏTƏN YARALARI 
(ixtisarla) 
 
 
 
Səngərimdən çıxanda üzgüçü suya atılan kimi, ön xəttin atəşinə atılmışdım. Nə gurultu, 
nə alov, nə də sanki dəhşətləri örtmək istəyən toz, duman mənə qəribə gəlirdi. Güman edir-
dim  ki, bu atılan güllələrin biri də mənəm, gurultunu qopardan da mənəm, gündüzün boz və 
kəsif üfüqlərinə bir bayraq kimi açılıb-örtülən alov da mənəm. 
 
Döyüş  sürəti  və  hərarətində  özümdən  xəbərsiz  kimi  yanırdım.  Qan  gözümü  örtəndə, 
qılçalarım hərəkətdən qalanda kökü vurulmuş bir ağac kimi yerə sərildim. Sanki bir səs mənə 
deyirdi: “Bəsdir! Burax!” Lakin mən bunu eşitmək istəmirəm.  
Diqqətlə  yaralarımı  duymaq,  özümə  gəlmək  istəyirəm;  bacarmıram.  İsti  mayenin 
vücuduma  axdığını  və  axdıqca  məni  xoş  və  sakit  bir 
rahatlığa  apardığını,  olduğum  aləmdən  ayırdığını  hiss 
edirəm. Ayrılmaq istəmirəm. Görmək, eşitmək, düşünmək 
istəyirəm.  Hansı  bir  qüvvənin  əli  iləsə  gözlərim  örtülür, 
bayaqdan  bəri  dəmirçi  kürəsi  kimi  səslənən  qulaqlarım 
tutulur, başımdakı ağrı məni alıb aparır. Birdən-birə aləm 
sükuta dalır, hava qaralır, ətrafımızdakılar əvvəlcə gülləyə, 
sonra  daşa  dönür,  get-gedə  kiçilir,  sularda  əriyib,  yox 
olurlar.  
Məndən  qabaq  yaralanmış  yoldaşlarım  danışardılar: 
birisi  həsrətlərini,  birisi  əziyyətlərini,  bəzisi  ölüm  təh-
lükəsini  necə  keçirdiyini  deyirdi.  Mən  bu  hisləri  keçir-
mədim.  Bunları  xəyalıma  gətirmədim...  Gözümü  açanda  
özümü  isti,  təmiz  və  sakit  bir  otaqda,  rahat  yataqda 
görəndən  sonra  başım  üstə  dayanan  ağsaçlı  həkimin 
• Mir Cəlal bütün qəlbi ilə xalqa bağlı 
yazıçıdır. Оnun əsərlərində xalqımızın 
nəcib ruhu duyulmaqdadır... Mir Cəlal, 
ilk növbədə,  kiçik və çоx adi görünən bir 
hadisədən böyük ictimai nəticələr 
çıxarmağı bacaran sənətkarlardandır. 
İlyas Əfəndiyev 
MİR CƏLAL 
(1908 – 1978) 
Yada salın 
– Müharibə mövzusunda yazılmış hansı əsərlərlə tanışsınız?  
– Belə əsərlər sizdə hansı hislər oyadır? 
Düşünün 
– İkinci Dünya müharibəsi illərində yazılmış əsərlərin müasir oxucu 
üçün əhəmiyyəti nə ola bilər? 
Oxuda aydınlaşdırın 
–  Əsərdə  tanış  olmayan  sözlərin  mənasını  lüğətlərin,  sorğu  kitab-
larının köməyi ilə aydınlaşdırın. 
– Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. 
••• 
 I  
••• 
 
• Döyüşə atılan əsgər hansı 
hisləri keçirir? 
• “Sanki bir səs mənə de-
yirdi: “Bəsdir! Burax!” 
Lakin mən bunu eşitmək 
istəmirəm” cümlələrində 
ifadə olunmuş fikri necə 
başa düşdünüz? 
• Huşunu itirməkdə olan 
əsgərin hiss və 
düşüncələri sizdə hansı 
təəssürat yaratdı? 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə