Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə17/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   87

 
 
 
41 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

İnsanlığa, bəşəriyyətə fəlakət gətirən alman faşizminə 
qarşı  mübarizəyə  SSRİ  adlanan  quruluşa,  zorla  da  olsa, 
daxil edilən Azərbaycan da qoşuldu. Bu, labüd idi. Faşist 
Almaniyasına və onun müttəfiqlərinə qarşı vuruşmaq haq-
qı, ədaləti, başlıcası isə azadlığı, müstəqilliyi uca tutan hər 
bir xalq üçün mənəvi borc idi. Xalqımız həm ön cəbhədə, 
həm də arxada qələbə üçün əlindən gələni əsirgəməmişdir. 
Onlarla həmvətənimiz cəbhədə igidliyinə görə ən yüksək 
ada layiq görüldüyü kimi, minlərlə insanlarımız da arxada 
gecə-gündüz  çalışmaqla  fədakarlıq  göstərmiş,  qələbənin  əldə  olunmasına  misilsiz  töhfələr 
vermişdir. SSRİ-nin nə ovaxtkı, nə də sonrakı rəhbərliyi tərəfindən qiymətləndirilməsə də, Bakı 
nefti düşmən üzərində qələbədə əvəzsiz rol oynadı. Azərbaycan müharibə illərində yüz milyon 
tona  yaxın  neft  vermiş,  cəbhəni  döyüş  sursatı,  ən  yüksək  keyfiyyətli  yanacaq,  ərzaqla  təmin 
edərək, xalqımız tərəfindən unudulmayacaq tarixi xidmət göstərmişdir.  
Əldə silah düşmənə qarşı vuruşan yazıçı və incəsənət xadimlərimiz də az olmamışdır. 
İsmayıl Şıxlı, Əbülhəsən Ələkbərzadə, Ənvər Əlibəyli, Böyükağa Qasımzadə, İslam Səfərli, 
Zeynal Cabbarzadə, Hüseyn Abbaszadə və başqa yazıçı və şairlərimiz döyüş cəbhələrində 
vuruşmuş,  onlardan  sağ  qalanlar  iştirakçısı  olduqları  dəhşətli  müharibə  səhnələrini  əks 
etdirən təsirli əsərlər yaratmışlar. 
Müharibə dövründə hər üç ədəbi növdə maraqlı bədii nümunələrin yaradılması diqqəti 
çəkir. İlk çağlarda daha çox lirik şeirlərin yazılmasına isə təbii baxmaq lazımdır. Nəsr və 
dramaturgiya nümunələri bir müddət sonra yaradılmağa başlandı. 
Müharibənin birinci  aylarında yazılan  lirik  şeirlərdə səfərbərliyə,  düşmənə  qarşı  mübarizəyə 
çağırış ruhu ifadə edilirdi. S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, O.Sarıvəlli və başqa şairlərin ilk 
əsərlərində  bu  çağırış  daha  güclü  olub,  düşmənə  nifrət  hissi  aşılayırdı.  Zaman  irəlilədikcə  lirik 
şeirlərin ideya-məzmununda dəyişiklik müşahidə olunurdu. İstər arxa, istərsə də ön cəbhədə fəda-
karlıq göstərən insanın mənəvi aləminin açılmasına, hiss və duyğularının ifadəsinə diqqət yetirilirdi. 
Böyük  məhrumiyyətlərlə  qarşılaşan,  ciddi  əzab-əziyyətlərə  dözməli  olan  həmvətənlərimizin  öz 
insani hislərini, nəcib duyğularını qoruyub saxlamaları, sabaha ümidlə baxmaları, qələbəyə inamı 
itirməmələri  poeziyada  ön  plana  çəkildi.  S.Vurğunun  “Ananın  öyüdü”,  S.Rüstəmin  “Ana  və 
poçtalyon”, “Gün o gün olsun ki”, R.Rzanın “İntiqam” kimi şeirləri dillər əzbəri oldu. 
Yaranmaqda olan nəsr əsərlərinin başlıca mövzusu həm ön, həm də arxa cəbhə idi. Lakin 
bu əsərlərdə daha çox arxada çalışan insanların həyatı, əməyi, həyəcanları əks etdirilirdi.  
Ə.Əbülhəsənin  “Yaralı”,  “Oğullar  və  atalar”,  S.Rəhimovun  “Medalyon”,  M.Hüseynin 
“Fəryad”, Ə.Məmmədxanlının “Ulduz” əsərlərində döyüşçülərin, Mir Cəlalın “Anaların üs-
yanı”, Ə.Vəliyevin “Qərənfilin sovqatı” və s. əsərlərdə isə
 
arxada çalışanların obrazlarının 
yaradılmasına diqqət yetirilmişdir.
 
Bu illərdə yazılmış bir sıra nəsr əsərləri (S.Rəhimovun “Aynalı”, Mir Cəlalın “Açıq kitab” və s.) 
müharibə mövzusunda olmasa da, həmin dövrdə insanları düşündürən problemlərlə səsləşirdi. Bu, 
dramaturgiyada da müşahidə olunurdu. Başqa sözlə, müharibə illərində ərsəyə gələn dram əsər-
lərinin çoxu tarixi mövzulara həsr edilsə də, yazıldıqları dövrün ab-havasını əks etdirirdi. A.Şaiqin 
“Nüşabə”, M.Hüseynin “Cavanşir”, Z.Xəlilin “Qatır Məmməd” və s. pyeslər bu qəbildəndir. 
S.Vurğunun “İnsan”, R.Rzanın “Vəfa” və s. dram əsərləri isə müharibə mövzusunda ya-
zılmışdır. S.Vurğun “İnsan” əsərində müharibəni xeyirlə şər arasında gedən mübarizə kimi 
mənalandırır və insanlığın bu amansız bəladan uzaqlaşmasını arzulayırdı. R.Rza “Vəfa” pye-
sində Bahadır və Vəfa obrazlarının timsalında ön və arxa cəbhədə insanların qarşılaşdıqları 
çətinliklərə, ağır sınaqlardan üzüağ çıxmalarına diqqəti çəkmişdir. 
Müharibə mövzusuna sonrakı dövrlərdə də müraciət olunmuş, yüksək bədii dəyərli əsər-
lər yaradılmışdır. 
İkinci Dünya 
müharibəsi 
dövründə ədəbiyyat 
(1941 – 1945) 
••• 

••• 


 
 
42 
 
 
 
ANANIN ÖYÜDÜ 
(ixtisarla) 
 
Geyib əsgər paltarını, silahlandı qəhrəman,  
Onun polad sinəsinə sığışmadı ürəyi.  
– Dayan! – deyib yaxın gəldi, öpdü onun alnından  
Yay gününün xoş səhəri, bir da dağlar küləyi.  
– Ana! Getdim, salamat qal! – deyib öpdü qarını.  
Ana igid balasına açdı öz qollarını,  
Üz-gözündən öpə-öpə bağrına basdı onu,  
Ana yurdun bu qəhrəman, bu namuslu oğlunu.  
Dedi: “Oğlum, göz bəbəyim, sən ey ömür çiçəyim!  
Tarixlərin şahididir mənim bu ağ birçəyim.  
Görürəm ki, qəhrəmansan, sənə halaldır südüm.  
Qulağında yaxşı qalsın mənim sənə öyüdüm:  
Biz sənsiz də dolanarıq, uğur olsun yoluna,  
Qılıncını çalan zaman qüvvət gəlsin qoluna!  
Sən düşmənin qabağında igid tərpən vüqarla,  
Tüfəngini təmiz saxla, atını da tumarla!  
Öz yerində olsun gərək igidin yar-yarağı,  
Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı.  
İgid balam! Hərçənd ki öz ananam mən sənin,  
Çörəyilə böyümüsən bizim ana Vətənin.  
...Payız vaxtı bağçamızın heyvaları dəyəndə,  
•  O,  vətənin  və  poeziyanın  yaddaşında 
təkrarsız  poetik şəxsiyyət,  milli və  bey-
nəlmiləl ictimai xadim, elm və sənət təş-
kilatçısı,  qeyri-adi  şair,  dramaturq,  mü-
tərcim və mütəfəkkir kimi yaşayır. 
Yaşar Qarayev 
SƏMƏD VURĞUN 
(1906–1956) 
Yada salın 
– İkinci Dünya müharibəsinə həsr olunmuş hansı sənət əsərləri ilə 
tanışsınız? 
– Bu mövzuda olan sənət nümunələrində diqqətinizi daha çox çəkən 
nə olub? 
Düşünün 
– Sənət adamlarının müharibə mövzusuna dönə-dönə müraciət etmə-
lərinə səbəb, sizcə, nədir? 
Oxuda aydınlaşdırın 
– Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitabları-
nın köməyi ilə aydınlaşdırın. 
– Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə