Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə14/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   87

 
 
 
33 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

 
• Əsərin təhlilinə hazırlaşın. 
1.  Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
Türkiyə və türklər barədə geniş məlumatı olan Y.V.Çəmənzəminli XX yüzilliyin əvvəllərində bu 
ölkənin  başının  üstünü  almış  təhlükənin  böyüklüyünü,  xalqın  üz-üzə  qaldığı  məhrumiyyətlərin  cid-
diliyini, vətənin müstəqilliyini, azadlığını qorumaq üçün vətəndaşların göstərdiyi ağlagəlməz igidliyi 
kiçik bir hekayədə  – “Zeybək qızı”nda əks etdirə bilmişdir. Əsər diqqəti dərhal cəlb edir və maraqla 
oxunur. Böyük bir ərazisi işğal olunmuş ölkənin və onun insanlarının vəziyyətini təsəvvür etmək oxucu 
üçün çətin olmur. Midhəd əfəndi obrazı isə oxucuya güclü təsir edir, onun hiss və düşüncələrinə şərik 
çıxmamaq mümkün deyil... Əsərin üzərində müşahidələrinizi davam etdirin, bütün bunlara yazıçının 
necə, hansı bədii vasitələrlə nail olduğunu aydınlaşdırmağa çalışın.  
 
 
2. Sizcə, yazıçının bu mövzuya müraciət etməsinə səbəb nədir? 
3. Midhəd əfəndi obrazını səciyyələndirin. Cədvəldən istifadə edin. 
Midhəd əfəndi obrazı
 
Onun xarakterindəki başlıca 
cəhətlər 
Müəllifin bu obraz haqqındakı 
mühakimələri 
Sizin bu obraza 
münasibətiniz 
 
 
 
4.  Zeybək qızı obrazını səciyyələndirin. Cədvəldən istifadə edin. 
Zeybək qızı obrazı
 
Onun xarakterindəki 
başlıca cəhətlər 
Midhəd əfəndinin bu obraz 
haqqındakı mühakimələri 
Müəllifin bu obraz haqqındakı 
mühakimələri 
 
 
 
5. Əsərdə qaldırılan başlıca problem, sizcə, nədir? Cədvəldən istifadə edin. 
Əsərdə qaldırılan başlıca 
problem 
Problemin həllini müəllif 
nədə görür? 
Problemin həlli barədə siz nə 
düşünürsünüz? 
 
 
 
6. Əsərdəki konflikti müəyyənləşdirin. O, təbiidirmi? 
 
Cədvəldən istifadə edin. 
Əsərdəki başlıca konflikt 
Onu təbii, inandırıcı sayırsınızmı? 
 
 
 
7. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Cədvəldən istifadə edin. 
Əsərin əsas ideyası 
İdeyanın açılmasında daha əhəmiyyətli olan söz, ifadə və cümlələr 
 
 
 
“Zeybək qızı” hekayəsini milli azadlıq mövzusunda oxuduğunuz bir əsərlə müqayisə əsasında müzakirə 
aparın.   
 
 
• Mövzulardan birini seçib işləyin.  
a) “Milli azadlığa, müstəqilliyə qovuşmağın üstünlüyunü nədə görürəm?” mövzusunda təqdimata 
hazırlaşın.  
b) “Y.V.Çəmənzəminlinin “Zeybək qızı” hekayəsində milli azadlıq hərəkatının təsviri” mövzusunda 
təqdimata hazırlaşın. 
  
 
 
I I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 
 
T ə t b i q   •  M üz a k i r ə   •   Y a r a d ı c ı  i ş  
 
E v d ə   i ş  


 
 
34 
 
 
 
ƏSİR AZƏRBAYCANIM 
 
Hanı məni gül qoynunda doğuran, 
Xəmirimi göz yaşıyla yoğuran, 
Beşiyimdə, layla balam, çağıran,  
Azərbaycan, mənim bəxtsiz anam, oy!  
Neçə ildir, həsrətinlə yanam, oy?.. 
 
Salam desəm, rüzgar alıb götürsə,  
Ağrı dağdan Alagözə ötürsə,  
Gur səsimi  göy Xəzərə yetirsə,  
Xəzər coşub zəncirini qırsa oy,  
Hökm etsə, bu sərsəm gediş dursa, oy! 
 
Xəbər alsam, Muğanımdan, Milimdən,  
Nazlı Bakım, o neft qoxan gülümdən,  
Kim demiş ki, düşmüş adı dilimdən,  
Azərbaycan, mənim eşsiz yurdum oy! 
Ölməz eşqim, içimdəki dərdim, oy!.. 
 
Könlümə tək Kəbə etdim səni mən,  
Sənsiz neylim qürbət eldə günü mən?  
Sənsiz neylim Allahı mən, dini mən?  
Azərbaycan, mənim tacım, taxtım oy...  
Oyanmazmı kor olası baxtım oy?! 
 
 
• Almas İldırım poeziyası Azərbaycana 
qarşı yürüdülən haqsız siyasətə, ədavətə 
və düşmənçiliyə qarşı bir hayqırış kimi 
səslənir.     
Vaqif Sultanlı 
ALMAS İLDIRIM 
(1907 – 1952) 
Yada salın 
– Vətənimizin azadlığı, vətən həsrəti mövzusunda  yazılmış  hansı 
əsərlərlə tanışsınız? 
– Bu əsərlərdə sizin üçün daha önəmli olanlar nədir? 
Düşünün 
– Milli azadlığa, vətən  həsrətinə  həsr olunmuş əsərlərin əhəmiyyəti, 
sizcə, nədir? 
Oxuda aydınlaşdırın 
– Əsərdə  tanış  olmayan  sözlərin  mənasını  lüğətlərin,  sorğu  kitab-
larının köməyi ilə aydınlaşdırın. 
– Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. 


 
 
 
35 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

 
1.  Şeiri fərdi səssiz oxuyun.  
2.  İlkin təəssüratınızı siniflə bölüşün.  
3.  Əsər haqqındakı hiss və düşüncələrinizi  ikihissəli gündəlikdə qeyd edin. 
s.s. 
Əsərdə diqqətimi daha çox cəlb edənlər 
Bunun səbəbi 
 
 
 
4.  Eyni, yaxud oxşar fikirdə olduğunuz yoldaşlarınızla kiçik qruplarda birləşib qənaətlərinizi bölüşün. 
5.  Çıxardığınız nəticələr barədə təqdimatlar etməklə fikir mübadiləsi və müzakirə aparın. 
• Bilik və bacarıqlarınızı tətbiq edin. 
6.  Şeirdə müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrini cədvəldə qeyd edin. 
Şeirdə işlənmiş bədii təsvir və ifadə vasitələri 
Bədii təsvir vasitələrinin işləndiyi misralar 
Bədii ifadə vasitələrinin işləndiyi misralar 
 
 
7.  Hansı bənddəki qafiyələri daha uğurlu hesab edirsiniz?  Seçiminizi əsaslandırın. Cədvəldən istifadə edin. 
Seçilmiş bənd  
(həmqafiyə sözlərin altından xətt çəkin) 
Qafiyələri daha uğurlu hesab etməyinizə səbəb 
nədir? 
 
 
 
• “Əsər məndə hansı hiss və düşüncələrin yaranmasına səbəb oldu?” mövzusunda təqdimata hazırlaşın. 
 
• Əsərin təhlilinə hazırlaşın. 
1. Mətni oxuyunTapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
Milli dövlətimizin rus işğalçıları tərəfindən devrilməsi, ölkəmizin müstəqilliyinə qəsd edilməsi və-
tənini sonsuz məhəbbətlə sevən A.İldırımı sarsıtdı. Azadlıq ideyalarının carçısı olan şair təqiblərə mə-
ruz qaldı, vətənindən sürgün edildi. Türkiyəyə sığınan sənətkar əsir vəziyyətə düşən doğma yurdunu – 
Azərbaycanı vəsf etməkdən usanmadı. Qürbətdə yaratdığı bütün əsərlərində vətən həsrəti, doğma yur-
dun müstəqilliyi, azadlığı ideyaları öz əksini tapdı. Həmin dövrdə yazılmış “Əsir Azərbaycanım” şeirin-
də  bir  çox  mətləblərə  toxunulmuşdur.  Əsərin  üzərində  müşahidələrinizi  davam  etdirin,  öz  vətəninə 
müraciət edən şairin kədərli, yaslı olmasının səbəblərini aydınlaşdırmağa çalışın. 
Şeirin dilindəki ahəngdarlığı, axıcılığı elə ilk misralardan hiss etdiniz. Şairin buna hansı vasitələrlə 
nail olduğunu müəyyənləşdirin, bədii təsvir və ifadə vasitələrinin nə məqsədlə işləndiyini açıqlamağa 
səy edin. 
 
2. Şeir hansı mövzuda yazılmışdır? Şairin bu mövzuya müraciət etməsinə səbəb nədir?  
3. Şairi narahat edən başlıca problem, sizcə, nədir? Cədvəldən istifadə edin. 
Şairi narahat edən başlıca problem nədir? 
Bu problemin həlli yolu şeirdə göstərilibmi? 
 
 
4. Şair vətənini azad, müstəqil görəcəyinə ümid edirmi? Nə üçün? 
5. Şeirin bədii təsir gücünün artması üçün hansı vasitələrdən istifadə edilmişdir? Fikrinizi əsərdən gə-
tirdiyiniz nümunələrlə əsaslandırın. Cədvəldən istifadə edin. 
Şeirin bədii təsir gücünün artması üçün 
istifadə edilən vasitələr 
Bunun nümunələrlə əsaslandırılması 
 
 
6.  Şeirdəki başlıca fikir – ideya, sizcə, nədir? Cədvəldən istifadə edin. 
Şeirin əsas ideyası 
Nə üçün belə düşünürsünüz? 
 
 
 
• Şeiri əzbərləyin. 
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş
 
E v d ə   i ş  
I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 
 
E v d ə   i ş  


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə