Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə16/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   87

 
 
 
39 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

 
 
Seyid Hüseyn 
İKİ HƏYAT ARASINDA 
(ixtisarla) 
 
Ənisə qapıdan  içəri girdikdə əmisi oğlu Muxtarı yenə evdə gördü. O, Ənisənin atası ilə 
şirin söhbət edirdi. Muxtar iki il əvvəl məktəbi bitirmişdi. Mərkəzi işçi kooperativində orta 
bir vəzifə daşıyırdı. Ənisəni ona hələ kiçik yaşda ikən anaları nişanlamışdı. 
Ənisə onların söhbətini dinləməyə başladı. Məşədi Əhmədin söhbəti heç də maraqlı deyildi. 
Cavanlıqda eşitdiyi bir möcüzədən bəhs edirdi. Muxtar da onun sözlərini təsdiq edirdi. Əlavə 
olaraq, özü də möcüzə qəbilindən bir əhvalat quraşdırıb nağıl etdi. Muxtar möcüzəyə inanacaq 
halda deyildi, o, bunu yalnız gələcəkdə qayınatası olacaq əmisinin könlü xoş olmaq üçün söylə-
yirdi. Bu, Muxtarın bir xüsusiyyəti idi. O özünü qarşısındakı adama bəyəndirmək üçün hər rəngə 
müvəffəqiyyətlə girə bilirdi. Onun bu halı Ənisənin xoşuna gəlmirdi. 
Payız mövsümü yaxınlaşdıqca Ənisənin vəziyyəti ağırlaşırdı. Üç ay olardı ki, o, məktəb 
həyatından ayrılmışdı. Bu üç ayın ərzində o, gələcək həyatı ilə bağlı bir qərara gəlməmişdi.  
Onun qarşısında üç yol vardı: darülfünun, ictimai həyat, ər evi. 
Ənisənin bütün yoldaşları darülfünuna girmək üçün çalışırdılar. O, hələlik heç bir təşəb-
büsdə bulunmamışdı. Çünki Ənisəyə, hər şeydən əvvəl, özünü və ailəsini dolandırmaq lazım 
idi.  Bunun  üçün  Ənisə  darülfünun  yolunu  hələlik  ikinci  mövqeyə  buraxıb  ictimai  həyat 
yolunu tutmalı idi. O, burada müvəffəqiyyətlə çalışa bilərdi. Onun maddi vəziyyəti də burada 
təmin edilərdi. Ancaq bir məsələ vardı ki, atası Məşədi Əhməd ona müsaidə vermirdi. Məşədi 
Əhməd Ənisəni üçüncü yolu tutmağa, ər evinə getməyə məcbur edirdi. Ənisə qətiyyən ər 
evinə getməyəcəkdi. O gedəcəyi yeri çox yaxşı bilirdi. Buna baxmayaraq, istədiyi kimi hərə-
kət etməkdə aciz idi.  
Ənisə iki həyat arasında qalmışdı. Yeni həyat onu öz tərəfinə çəkirdi, əski həyatın izləri 
onu tutub buraxmırdı. Ənisənin yoldaşlarından bir neçəsi maarif şöbəsinə müraciətlə özlərinə 
müəllimlik yeri almışdı. Ənisə də oraya müraciət etdi. Kəndlərin birində müəllimlik yeri var-
dı. O, təkbaşına kəndə gedə bilməyəcəkdi. Onun yalnız bir ümidi vardı: atasını və ögey ana-
sını yanına alıb kəndə getmək... 
Bu fikrini atasına açıb söyləmək üçün münasib bir vaxt aradığı halda atası onu yanına 
çağırdı: 
– Ənisə, – dedi, – sən özün görürsən ki, mən qocalmışam. Gözlərim yaxşı görmür, əllərim 
işləməkdən qalıbdır. Yavan çörəyi belə doyunca yeyə bilmirik, nə üçün sən qoca atanın bu 
halını nəzərə almırsan? 
Ənisə qızardı. Bilirdi ki, atası onunla Muxtar barəsində danışacaqdır. Başını aşağı salıb 
cavab verdi: 
– Bilirəm, siz atalıq haqqı ilə məni böyütdünüz, məktəbdə oxumağa imkan verdiniz, mən 
də övladlıq vəzifəsi ilə qocalığınız zamanında sizə kömək etməliyəm. Mən buna çalışıram. 
Məşədi Əhməd məmnun bir tərzdə: 
Çox sağ ol, qızım. Mən bu barədə səndən razıyam, – dedi. 
– Mənim sizə köməyim yalnız öz zəhmətim sayəsində olacaqdır. Mən özümə müəllimlik 
yeri tapmışam. Alacağım maaş bizə kifayət edər.  Bu barədə mənə izin veriniz. 
Məşədi  Əhmədin qaşları çatıldı: 
– Nə üçün əmin oğluna getmək istəmirsən? 
– Başqasının qazancına göz dikməkdən nə çıxar? Bir zamanda ki mən özüm də onun kimi 
çalışıb qazana bilərəm. 
Məşədi Əhməd hirsləndi: 
 
Q i y m ə t l ə n d i r m ə   m a t e r i a l ı
 


 
 
40 
 
– Sən nə danışırsan? Ağlın çaşıbdır! Necə yəni özüm də onun kimi  çalışıb qazanaram?! 
Xalq sonra mənə nə deyər? Qız xeylağı nə iş görə bilər? 
– Nə üçün görə bilmir? Minlərlə qız idarə və müəssisələrdə qulluq edib öz ata-analarını 
saxlayır, mən də onların biri... Maarif şöbəsi  mənə kənddə  müəllimlik yeri verib. Yığışıb 
kəndə gedərik. Orada daha yaxşı yaşamaq olar. Xalq da sənə bir söz söyləməz. 
– Sən xərifləmisən! Belə boş-boş fikirləri başından çıxar. Sənin qulluğun yalnız Muxtarın 
evidir. 
Ənisə atasının əmrinə boyun əyməyəcəkdi. Dedi: 
– Atacan, məni bağışla, əmrindən çıxıram. 
Məşədi Əhməd papaqçı idi. Vaxtilə onun bazar qapısı ağzında kiçik bir dükanı vardı. Bir 
tərəfdən papaqçılığın get-gedə tənəzzülü, o biri tərəfdən özünün qocalığı ona dükan saxlamaq 
imkanı verməmişdi. Üç il əvvəl dükanını  bağlamışdı. Bundan sonra o, evdə işlər, qoyun və 
quzu dərisindən  tikdiyi papaqları bazarda əlində gəzdirməklə satardı. Qış fəslində bu yolla 
keçinirdilər.Yayda tüklü papaqlar işə getmədiyindən çox çətinlik çəkirdi. Son zamanlar əli 
daha iynə tuta bilmirdi. Onun yeganə ümidi Muxtar idi.  
Ənisə atasının halını görürdü. O, yaxşı bilirdi ki, ayda əlli-altmış manatlıq bir gəlirlə ev-
lərinin  maddi  çətinliyi  aradan  qaldırıla  bilər.  Hazırda  belə  bir  iş  də  vardı.  Yalnız  Məşədi 
Əhmədin müsaidəsi lazım idi. Ənisənin fikrinə gəlirdi ki, onu tutub bağlayan ipləri birkərəlik 
qırıb  atsın.  Onu  əskiliyə  çəkən  mühitə,  atası  Məşədi  Əhmədə  üsyan  edərək:  “Mən  artıq 
sərbəstəm, ixtiyarım öz əlimdədir. İstədiyim kimi hərəkət etməyə haqqım vardır”, – deyib, 
təklif edilən kəndə getsin. 
Ənisə bunu yalnız düşünürdü. Fəqət bu fikrini söyləməyə cəsarəti yox idi. İki gün əvvəl 
məktəbi yeni bitirib özünə iş axtaran bir gənc maarif şöbəsində ona demişdi: 
– Əgər kəndə getmək sizə müyəssər deyilsə, maarif şöbəsinə bildiriniz, mən oraya getmək 
istəyirəm. 
Ənisə ona iki-üç gündən sonra qəti cavab verəcəyini bildirmişdi. O, maarif şöbəsinə ca-
vab verməli idi. Vaxt yaxınlaşırdı. Bəzi məktəblərdə dərslər başlanmışdı. 
Ənisə düşündü, düşündü. Qəti qərar vermək zamanı yetişmişdi. İndi onun xəyalında iki 
şey canlanırdı: Muxtar, kənd məktəbi... Atasını özündən razı salmaq məsələsi də vardı. Ənisə 
qarşısında belə bir məsələ qoydu: “Mən atamı razı salmaq üçün onun istədiyi düşüncə və 
zehniyyətdə  bir qız ola bilərəmmi?” 
Ənisə atasının istədiyi bir ruhda qız ola bilməyəcəkdi. Ərə getdikdən sonra da onu razı 
sala bilməyəcəkdi. O, Muxtar kimi gündə bir rəngə düşməyi bacarmırdı. Hər halda, atasının 
həyatını öz maaşı ilə təmin etməli idi. Bunun üçün Ənisə səhər evdən çıxıb, saat ikidə evə 
qayıtdı. Sabahı gün də evdən çıxıb bir-iki saat sonra qayıtdı. Üçüncü gün saat on radələrində 
evdən çıxarkən atasına çatdırmaq üçün ögey anasına bir məktub verdi.  
Məşədi Əhməd axşamüstü evə qayıtdı. Ənisə hələ gəlməmişdi. Qızdan nigaran qalmağa 
başladılar. Muxtarın dalınca adam göndərdilər. Ənisənin yazdığı məktubu Muxtar Məşədi 
Əhmədə oxudu: Atacan! Bilirəm, mənim hərəkətimi pisləyəcəksən, çünki mən sənin sözün-
dən çıxdım. Sənin xahişinə əməl etmədim. Yalnız bununla kifayətlənməyib, sənin evini tərk 
edib kəndə gedirəm. 
Mən çox yaxşı bilirəm ki, qoca atalara ehtiram etmək lazımdır. Lakin kor-koranə onların 
əmrinə tabe olmaq ehtiram deyil. İnanıram ki, indi olmasa da, gələcəkdə mənə haqq verə-
cəksiniz. 
Sizi heç zaman unutmayacaq qızınız Ənisə. 
 
 
 
 
 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə