59
• I mərhələ •
Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasından əsrin ortalarına qədər
•
1
Bu suallar verilənə qədər bir az hirsli olan ana xeyli yumşaldı. Əvvəlcə balacalardan biri
soruşdu, amma indi ikisi də gözünü ona dirəyib kirpiklərini qırpmadan cavab gözləyirdi.
– Samovardan nə olacaq? Soruşdum, dedilər, ondan cəmi-cümlətanı üç-dörd top gülləsi
çıxar. Azdır da... Ayıb deyilmi?.. Nə var, nə var, Əminə arvad fonda dörd top gülləsi verib...
Yox, aparmıram...
Əminə xalanın işlədiyi corab arteli fəhlələrinin yığıncağı uzun çəkdi. Çıxışlar qurtarandan
sonra kim isə xəbər aldı.
– Bəs Əminə xala müdafiə fonduna bir şey vermir?..
Yerdən səs gəldi:
– Əşi, kasıb arvaddır, nə verəcək...
Ömründə söz alıb danışmayan Əminə xala elə bil bunu gozləyirdi. O, yerindən partladı:
– Niyə, nə olub, kasibın qeyrəti olmaz?!. Mənim toxuduğum çorablar həmisə birinci növə
düşüb... Daha mükafat almaqdan yorulmuşam... Kasıb niyə oluram?
– Niyə hirslənirsən, Əminə xala?..
– Hirslənirəm, ona görə ki haqqım var... Adam danışanda bir az fikirləşsə, yaxsı olar!..
O bu sözləri deyə-deyə əlini qoynuna saldı. Oradan səhər yaylığa bükdüyü şeyi çıxartdı,
hələ açıb göstərməmiş sözünü deyib qurtarmağa çalışdı:
– Dava qurtaranacan hər ay beş günlük məvacibim, bir mis qazan, bir mis samovar... Yaz
də, nə durmusan, üzümə niyə baxırsan? Bir də ki bu üzük... Oğlumun nişan üzüyü... Üç min
manat vermişəm... Yaz!..
Əminə xalanı yaxşı tanıyan müdir razı olmadı:
– Yox, onu saxla. Axı o, sənin üçün çox qiymətlidir, xala.
Əminə xala duruxdu, müdirə sərt cavab vermək istəmədi:
– Deyirsən, mənim üçün çox qiymətlidir?.. Yox, bundan da qiymətli olan var...
– O nədir, xala?
Əminə arvadın səsi birdən titrədi, o, indi bir ana kimi cavab verdi:
– Oğlum! Ona güllə lazımdır... Bildin?
60
Faşizm üzərində tarixi qələbədən sonra ölkənin
qarşısında təxirəsalınmaz vəzifələr dururdu. İlk növ-
bədə, sənayenin, kənd təsərrüfatının dirçəldilməsi,
yenidən qurulması, dağıntıların aradan qaldırılması
vacib idi. Ağır faciə yaşamış insanlarımız indi də
əzmlə, böyük iradə hesabına dinc quruculuq işləri ilə
məşğul olmağa başlamışdılar. Ənənələrinə sadiq olan
ədəbiyyatımız isə içində olduğu həyatı əks etdirməklə
yanaşı, müharibə mövzusuna, tarixi keçmişə, dünyada baş verən mühüm hadisələrə mü-
nasibət bildirir, müəyyən uğurlar qazanırdı. Amma bu, asan başa gəlmirdi. Sov.İKP Mərkəzi
Komitəsi ədəbi prosesə siyasi nəzarəti və təzyiqləri müharibədən sonra daha da sərtləşdirdi.
1946 –1948-ci illərdə mərkəzin qəbul etdiyi qərarlar sənətkarın əl-qolunu bağlayır, həyat
həqiqətlərini, sovet gerçəkliyinin mahiyyətini əks etdirməsinə imkan vermirdi. Partiyaya
xidmət ədəbiyyatın və incəsənətin başlıca vəzifəsi kimi dəyərləndirilirdi. Təcrübə göstərdi
ki, sovet gerçəkliyinin idealizə edilməsi, sovet adamının qüsursuz göstərilməsi ədəbiyyatın
siyasiləşdirilməsinə, nəticədə bədii cəhətdən sönük, qeyri-səmimi, inandırıcı olmayan əsər-
lərin meydana gəlməsinə səbəb oldu. Hətta istedadlı və tanınmış sənətkarların yaradıcılığında
belə bu qəbildən əsərlər az yer tutmurdu. “Leninin kitabı”, “Zamanın bayraqdarı” (S.Vur-
ğun), “Lenin” (R.Rza), “Biz kommunistlərik” (S.Rüstəm) kimi poemalar, onların müəl-
liflərinin, eləcə də başqalarının (M.Rahim, O.Sarıvəlli, Ə.Cəmil, Z.Xəlil və s.) bir çox lirik
şeirləri birbaşa dövrün ideoloji tələbləri əsasında yazılmışdır.
Qadağalar, nəzarət nə qədər güclü olsa da, ənənə və varisliyə bir prinsip səviyyəsində
sadiq qalmağa səy edən ədəbiyyatımız əsrdən-əsrə keçib gələn humanist, mütərəqqi ideal-
larını qoruyub saxlamağa çalışırdı. Təsadüfi deyildir ki, həmin dövrün lirikasında əsas təsvir
obyekti insan idi. Onun arzu və düşüncələrinin ifadəsinə önəm verilir, qəlb aləminin incə-
liklərinə xüsusi diqqət yetirilirdi. İnsan və dünya, insan və zaman kimi məsələlərə lirikada
fəlsəfi yanaşma get-gedə güclənirdi. Bu, Rəsul Rza başda olmaqla, B.Vahabzadənin,
Ə.Kərimin yaradıcılığında özünü daha qabarıq göstərirdi.
Bu dövrdə poeziyada müşahidə edilən başqa bir meyil həyat hadisələrinin geniş təsviri
idi. Başqa sözlə, şairlərin əksəriyyəti poema yaradıcılığına daha çox diqqət yetirir, müxtəlif
mövzularda yazdıqları poemalarda həyat hadisələrinin epik təsvirini əks etdirməyə səy gös-
tərirdilər. S.Vurğunun “Muğan”, “Zəncinin arzuları”, “Aygün”, S.Rüstəmin “Qafurun qəlbi”,
“On ikinci tüfəng”, “Gülbahar”, Z.Xəlilin “Ulduzlar”, M.Rahimin “Leninqrad göylərində”,
“Abşeron torpağında”, R.Rzanın “Qızılgül olmayaydı”, “Bir gün də insan ömrüdür”,
M.Dilbazinin “Əlcəzairli qız” və s. bu janrın maraqlı nümunələri kimi diqqəti çəkirdi.
2
II MƏRHƏLƏ
XX ƏSRİN
ORTALARINDAN
GÜNÜMÜZƏ QƏDƏRKİ
ƏDƏBİYYAT
Müharibədən sonrakı
dövrdə ədəbiyyat
(1946 – 1960)
•••
4
•••
61
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
M.Şəhriyarın “Heydərbabaya salam” poeması həmin dövrün ən mühüm ədəbi hadisə-
lərindən sayılır. Hər kəlməsində, hər misrasında xalq ruhu, xalq yaradıcılığının nəfəsi duyu-
lan bu gözəl sənət nümunəsi otaylı-butaylı ədəbiyyatımıza güclü təsir etmiş, yüzlərlə bədii
əsərin yaranmasına səbəb olmuşdur.
Müharibədən sonra nəsrdə ciddi irəliləyiş oldu. S.Rəhimov, S.Rəhman, Mir Cəlal və
başqa sənətkarlar əsərlərində gerçəkliyin tənqidi təsvirinə yer verdikləri üçün haqsız tənqid
edilsələr də, ümumən nəsr sahəsində müəyyən uğurlar əldə edildi. Xüsusən roman janrında
yeni inkişaf meyilləri aydınca duyulurdu. S.Rəhimovun “Şamo”, M.İbrahimovun “Gələcək
gün”, “Böyük dayaq”, M.Hüseynin “Abşeron”, Ə.Əbülhəsənin “Dostluq qalası” və bir sıra
digər romanlar həm mövzu, həm də ideya-bədii keyfiyyətlərinə görə rəğbətlə qarşılandı.
Ə.Məmmədxanlının, İ.Əfəndiyevin hekayələri, İ.Qasımov və H.Seyidbəylinin “Uzaq
sahillərdə” povesti oxucuların maraq göstərdikləri ədəbi nümunələr idi.
Bu dövrdə dramaturgiya və teatr sənətində böyük bir dönüş, yüksəliş müşahidə edilirdi.
Müasir mövzulara daha çox müraciət olunması, əmək adamlarının obrazlarının yaradılması,
ailə-məişət məsələlərinə diqqətin çəkilməsi dramatik əsərlərin səciyyəvi cəhətləri kimi ön
plana keçdi. İ.Əfəndiyevin “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, İ.Qasımovun
“Xəzər üzərində şəfəq”, İ.Səfərlinin “Göz həkimi”, Ə.Məmmədxanlının “Şərqin səhəri”, “Od
içində” əsərləri həm oxucu-tamaşaçıların, həm də ədəbi tənqidin diqqətini cəlb edirdi.
•••
Dostları ilə paylaş: |