67
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
“İndi bir az yatıb dincələ bilərəm, hər ehtimala qarşı kəndiri də ayağımın baş bar-
mağına bağlayım ki, tərpənən kimi yuxudan ayılım. Axın özü qayığı aparacaq. Bu gün
düz səksən beşinci gündür, mütləq balıq tutacağam”.
Bu vaxt qələmvarı yaşıl çubuqlardan biri suya sarı əyildi.
“Bax belə, mən istəyən də elə budur”. Qoca kürəkləri ehmalca sudan çıxardı. Əyilib
kəndiri qaldırdı, sağ əlinin baş barmağı ilə şəhadət barmağı arasında saxladı. Nə gər-
ginlik, nə də ağırlıq duydu, kəndiri boş tutmuşdu. Birdən kəndir dartıldı. Hərəkət yavaş
və yüngül idi. Qoca bunun nə olduğunu dərhal başa düşdü. Marlen balığı yüz dəniz sajeni
dərinliyində çəngəlin ucuna keçirilmiş sardinaları yeyirdi.
Qoca sağ əlində boş tutduğu kəndiri sol əli ilə ehtiyatla tilov ağacından açdı. İndi o,
balığa heç nə sezdirmədən kəndiri suya istədiyi qədər buraxa bilərdi. “İlin bu fəslində
sahildən bu qədər uzaqda balaca balıq olmaz, yəqin, bu çox yekə balıqdır. Ye, balığım,
ye! Ye sardinanı. Yaxşı-yaxşı ye. Yem təzədir. Altı yüz fut dərinlikdə, yəqin, yerin çox
soyuqdur, üşüyürsən. Qaranlıq, üstəlik də soyuq. İndi o qaranlıqda bir dəfə çevril, sonra
əvvəlki vəziyyətini al, yenə ye!”
Kəndir yavaşca tərpəndi. Sonra bərk dartıldı; görünür, balıq sardinaları qarmaqdan
qopara bilmirdi. Sonra heç nə baş vermədi.
Qoca səsləndi:
– Gəl görüm. Bir də, hə! Yaxşı-yaxşı iylə! Qoy ləzzətli iy səni məst eləsin. İştahla
ye! Onları yeyəndən sonra tunesin də dadına bax. Tunes bir az bərk olsa da, ləzzətlidir.
Balığım, çəkinmə, ye!
Kəndiri baş barmağı ilə şəhadət barmağı arasında tuta-tuta qoca başqa kəndirlərə,
iplərə də nəzər yetirirdi. O yenə də yüngül bir təkan hiss etdi.
– Yeyəcək! Ağzı nədir, yeməsin, – qoca qışqırdı, – Allah özü ona ruzi yetirib...
Yox, balıq tilova gəlmədi, harasa getdi.
Kəndir daha tərpənmirdi. Qoca heç nə başa düşmədi.
– Gedə bilməz, həzrət İsa özü onu getməyə qoymaz. Yerini dəyişdirir. Çox güman,
bu balıq əvvəllər bir dəfə qarmağa keçib, odur ki indi ehtiyatlı dolanır.
Kəndir yüngülcə tərpəndi, qocanın kefi kökəldi.
– Mən dedim axı, yerini dəyişir, tilova gələcək.
Balığın kəndiri yenə yavaşca tərpətməsi qocanı sevindirdi, ancaq gözlənilməz ağır
təkandan balıqçı sarsıldı. Görünür, balıq çox yekə, çox da ağır idi; qoca kəndiri buraxdı,
kəndir sürüşə-sürüşə sürətlə aşağıya, dərinə, lap dərinə getdi. Qoca ehtiyat üçün saxladığı
kələflərdən birini işə saldı. Kəndir dərinə getdikcə qoca barmaqlarına düşən gücdən
balığın nəhəngliyini açıq-aydın hiss edirdi.
– Bu balıq nə boydadır? – qoca təəccüblə mızıldandı, – görünür, qarmağı köndələninə
udub, o da ilişib ağzına, indi qurtulmağa can atır, kəndiri qırıb qaçmaq istəyir.
Qoca fikirləşdi: “Dönüb qarmağı udacaq”. Ancaq düşündüyünü dilə gətirməyə qor-
xurdu; ona elə gəlirdi, arzu dilə düşəndə baş tutmur. Qarmağa keçən balığın çox yekə
olduğunu anlayırdı. Bu dəqiqə balığın ağzına keçmiş qarmağı da, qarmağa sancılı tunesi
də götürüb dənizin dərin qaranlıqlarına necə can atdığını aydın təsəvvür edirdi. Balıq
tərpəndikcə qoca onun nə ağırlıqda olduğunu bir az da yaxşı duyurdu. Ağırlıq birdən
artdı, qoca kəndiri boşaltdı, sonra bir anlığa onu barmaqları arasında saxlayıb buraxmadı.
Ağırlıq və gərginlik yenə artdı. Kəndir aşağı dartılırdı.
– Əməlli-başlı tutdu, – deyə qoca rahatlandı, sonra kəndiri dənizə buraxa-buraxa sol
əliylə iki kələfin kəndirini açıb ikinci çəngəlin ehtiyat kələfinə caladı. İndi o, nəhəng
68
balıqla vuruşmağa hazır idi. Dənizə buraxdığından başqa hər biri qırx dəniz sajeni
uzunluğunda üç ehtiyat kələfi vardı.
“Bir az da ud görək, – qoca xəyalən balıqla danışırdı, – yaxşı-yaxşı ud! Elə ud ki,
qarmağın ucları gedib düz ürəyinin başına batsın, sonra da suyun üzünə çıx ki, nizəni
böyrünə sancım. Oldu, hazırsanmı? Çox yeyəcəksən?”
– Daha bəsdir, – qoca qışqırdı, kəndiri ikiəlli var gücü ilə özünə tərəf dartıb bir yard
qədərini geri yığdı, sonra ipi bir neçə dəfə tərpətdi.
Qocanın bütün səyləri boşa çıxırdı. Balıq baş götürüb üzür, üzdükcə qayıqdan uzaq-
laşırdı, qoca isə onu bir düymə belə dala qaytara bilmirdi. Balıqçının kəndirləri çox
möhkəm idi. O, bunları iri, güclü balıq üçün hazırlamışdı. Kəndiri kürəyinə aşırıb tarıma
çəkdi, ətrafa su damcıları səpələndi. Qoca taxta oturacağa çöküb bədənini dala verdi,
bütün gücünü topladı. Qayıq yavaş-yavaş şimal-qərbə yön alırdı.
Balıq durmadan üzür, qayıq da sakit dənizin sinəsi ilə balıq gedən səmtə gedirdi.
Qarmağına yem taxılmış o biri tilovlar da suda idi. Hələlik qocanın əlindən heç nə gəl-
mirdi.
... Gecəyarısı iki dəniz donuzu mayallaq vura-vura qayığın böyür-başında üzürdü.
Qoca onların səsini eşidirdi. Erkək donuz bərkdən, dişisi də astadan fısıldayırdı.
Qoca dedi:
– Yaxşı heyvanlardır. Oynayırlar, zarafat eləyirlər. Qanadlı balıqlar kimi, bunlar da
biz insanlara yaxındır.
Qocanın tilova düşən iri balığa yazığı gəldi, düşündü: “Balıq deyil, xalis möcüzədir.
Görəsən, nə yaşdadır? Ömrümdə belə güclü balıq tutmamışam, başıma belə oyun açanı
olmayıb. Görünür, çox ağıllı balıqdır ki, atlanıb-düşmür. Kəndiri dartsa, ya hoppansa,
bir anda məni məhv edə bilər. Ola bilsin, bundan qabaq dönə-dönə qarmağa keçib, indi
də istəyir, çarpışmaqla canını ölümdən qurtarsın. Yəqin, qoca ilə təkbətək vuruşduğunu
bilmir. Çox iri balıqdır. Görəsən, əti dadlı olsa, bazarda nə qədər pul çıxarar? Yemi gö-
türməyindən bildim ki, erkəkdir. Özünü lap kişi kimi aparır. Heç nədən qorxub eləmir.
Görəsən, nə elədiyini bilirmi, yoxsa o da mənim kimi bəxtinin izinə düşüb hara gəldi
gedir?”
“Balıq insanın hər cür kələyindən, hiyləsindən, qurduğu tələdən uzaqda, okeanın
dərin yerində yaşamaq istəyirdi. Mən isə onu üzə çıxartdım. İnsan nəfəsi dəyməyən bir
yerdə indi biz bir-birimizə bağlanmışıq, bir-birimizdən ayrılmazıq. Aramızdakı yaxınlıq
günortadan başlanıb. İndi mənə də, ona da heç kim kömək edə bilməz".
Balıq yavaş-yavaş dövrə vurur, qayığa yaxınlaşırdı; o, gözəlliyi, görkəmi ilə qocanı
heyran qoymuşdu... Qoca nizəni qapıb bütün gücü ilə balığın döş üzgəcinin altına sap-
ladı...
...Balıq yerindən tərpənmədi. Qoca balığı üç yerindən: burnundan, ortasından, bir də
quyruğundan qayığa möhkəm bənd etdi. Balıq o qədər iri idi ki, elə bil qayığın özünü
gəminin böyrünə qoşmuşdular.
... İndi balıq əlinin altındaydı; əlləri də, beli də bərk ağrıyırdı – bunlar da yuxu deyil,
həqiqət idi. “Əllərim tez sağalacaq, – qoca özünə təsəlli verdi, – yaralarımdan çox qan
axıb, ona görə də qanım zəhərlənməz. Şor su yaranı tez sağaldır. Bizim körfəzin lehməli
suyu dünyada yaranın birinci məlhəmidir. Bu saat çalışmalıyam ki, huşumu itirməyim,
əllərim də işini yaxşı görsün. Hələlik pis üzmürük. Balığın ağzı bağlıdır, quyruğu da
•••
IV
•••
Dostları ilə paylaş: |