65
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
O çox sadə, başıaşağı, təmizürəkli, həm də təvazökar adam idi. Hiylənin, kələyin nə
olduğunu bilməzdi, bu da onun hörmətini daha da artırırdı.
Qoca dedi:
– Ləpə elə-belə qalsa, pis olmaz, sabah hava yaxşılaşar.
– Sabah balığa hara gedəcəksən?
– Fikrim uzaqlara getməkdir. Dan sökülməmiş dənizə
çıxacağam. Belə etsəm, külək səmtini dəyişəndə geri
qayıda bilərəm.
– Mən də, bəlkə, işlədiyim qayığın yiyəsini dilə tutub uzaqlara apara bildim, – oğlan
gülümsədi, – qarmağına iri balıq keçsə, köməyinə gələrik.
– O, sahildən çox uzaqlaşmır.
– Elədir, – oğlan razılaşdı, – bəlkə, bu dəfə şirnikdirib apara bildim. Gözləri yaxşı
görmür. Uzaqda uçan quşları göstərib deyərəm ki, orada balıq var. Balıq üçün dünyanın
lap o başına gedər.
– Yəni bu dərəcədə pis görür?
– Kordur da.
– Qəribədir, – qoca mızıldadı, – o ki ömründə çanaqlıbağa tutmağa getməyib. Gözləri
niyə xarab olsun?
– Sən ki neçə il moskit sahillərinə gedib çanaqlıbağa
tutmusan, bəs niyə gözlərin kor olmayıb? Məşəl kimi
parıldayır.
– Ona görə ki qəribə qocayam.
– Birdən çox iri balığa rast gəlsən, tutub çıxarmağa
gücün çatar?
–
Mənə elə gəlir, çatar. Bu işdə gücdən çox fənd lazımdır.
– Şeyləri yavaş-yavaş aparaq evə, – oğlan ayağa durdu, – oradan da mən toru götürüb
sardina tutmağa gedərəm.
... Qoca kəndiri avarlar bənd edilən halqalardan keçirib mıxlara bağladı. Yerində əy-
ləşib kürəkləri götürdü, sinəsini qabağa verib başını əydi, suyu yara-yara dənizə çıxdı.
Hava qaranlıq idi, səhərin gözü hələ açılmamışdı. Sahil boyu səpələnmiş başqa qayıqlar
da bir-bir hərəkətə gəlir, dənizə çıxırdı. Qoca onları görməsə də, avarlara müqavimət
göstərən liman sularının şappıltısını eşidirdi. Aypara təpənin arxasında gizləndiyindən
heç nə görünmürdü. Vaxtaşırı hansısa qayıqdan adam səsi gəlirdi. Qayıqların çoxunda
sakitlik idi. Dənizin sinəsini tez-tez yaran avarların səsi
sükutu pozurdu. Bir azdan qayıqlar limanı arxada qoyub
geniş okeana səpələndi. Səxavətli dənizin tükənməz
nemətindən bir balıq qoparmaq ümidi ilə hərə bir yönə
üz tutdu.
Qoca balıqçı bu gün çox uzaqlara getməyi fik-
rində tutmuşdu. Okeanın səhər havası, ucsuz-bucaqsız
mavi suları onu ağuşuna alırdı.
Qaranlıq olsa da, qoca balıqçı səhərin yaxınlaşdığını
duyurdu... Avar tərpəndikcə qayıq irəliləyırdi. Balıqlar
sudan sıçrayıb havada mayallaq aşır, təzədən suya dü-
şürdü. Balıq süzdükcə üzgəci vıyıldayırdı. Qoca qanadlı balıqları ayrıca bir istəklə sevir-
di. Onlar balıqçının geniş okeandakı əsl dostları idi. O, quşları da sevirdi, ancaq onlara
həm də yazığı gəlirdi. Daima dən axtaran, amma dimdiyinə heç nə keçməyən xırda, zərif
• Yazıçının qoca balıqçıya
münasibətini daha hansı
məqamlarda müşahidə
etdiniz?
• Dəniz balıqçılarının
gözlərinin
nurdan tez
düşməsinə səbəb, sizcə,
nədir?
• “Səxavətli dənizin tü-
kənməz
nemətindən bir
balıq qopartmaq ümidi
ilə hərə bir yönə üz tut-
du” cümləsi balıqçı
əməyi və güzəranı ba-
rədəki təsəvvürünüzə nə
əlavə etdi?
66
su qaranquşlarının halına yaman acıyırdı. Qoca fikir-
ləşdi: “Yazıq quşların həyatı bizimkindən qat-qat ağırdır.
Əlbəttə, yırtıcı quşları demirəm. İndi ki okean belə aman-
sızdır, su qaranquşu kimi zəif quş niyə yaradılıb? Doğru-
dur, dəniz çox vaxt mərhəmətli olur. Amma coşanda üzü-
nü görmə. Elə aşır-daşır ki, göz açmaq olmur. Yem axtaran bu yazıq quş dəhşətli
fırtınalarda dənizə baş vurmalı olur, dimdiyinə keçən xırda balığı dalğaların əlindən alır.
Bir şey çıxmayanda civildəşə-civildəşə fəryad qopardırlar, elə bil şikayətlənib
dərdləşirlər. Bu cılız məxluq hüdudsuz okeanın əzəməti qarşısında heç nədir”.
Qoca dənizi ürəkdən sevirdi. İspaniyada dəniz
aşiqləri onu la mar – pəri deyə əziz-
ləyirdilər. Arabir acıqları tutanda pisləsələr də, çox vaxt hörmətlə yad edirdilər... Kö-
pəkbalığının qaraciyəri tapılmayanda çoxlu pul qazanmaq üçün motorlu qayıqda balıq
tutmağa gedən cavanlar dənizə rəqib kimi baxırlar... Onlar lazım oldu-olmadı, dənizi
lənətləyirlər.
Qoca üçünsə dəniz hər şey idi, onun həyatı idi. Ona ilahə kimi baxırdı. Bu
ilahə insan oğluna nələr vermir?! O nə qədər səxavətli,
nə qədər lütfkardır! Dəniz qəzəblənib qocanı incidəndə,
üz döndərib heç nə verməyəndə belə balıqçı ondan şika-
yətlənmirdi. Neyləmək olar, dənizin təbiəti belədir.
Dan söküləndə qoca qarmaqlara yem keçirib tilovları
suya atdı. Ləpə qayığı aparırdı. Tilovlardan birincisi qırx,
ikincisi yetmiş beş, üçüncüsü yüz, dördüncüsü isə yüz
iyirmi beş dəniz sajeni dərinliyə düşdü. Qoca qarmaqlara cərgə ilə sardina taxmışdı,
hamısının da gözlərini qarmağa keçirmişdi. Beləliklə, qarmaqlar yarımdairə yem çələngi
əmələ gətirirdi. Bu da dənizdəki balıqları şirnikdirib aldadacaqdı, iri balıqlar da yemə
yaxınlaşmaqdan qorxmayacaqdı, çünki qarmağın hər tərəfində eyni dadı, eyni ləzzəti
duyacaqdı.
Oğlanın verdiyi bir cüt təzə tunes balığını qoca ən dərinə atdığı tilovlara keçirmişdi,
o biri iki tilovdan birinə adi skumbriya, o birinə sarı ümrin balığı taxmışdı, ötən dəfə
bunlardan istifadə etməyinə
baxmayaraq, yemlər yaxşı qalmışdı. Əla növ sardinanın iyi
balıqları çəkib qarmağa keçirəcəkdi.
Qələm yoğunlu-
ğunda yaşıl elastik çubuqlar kəndirə bağlanmışdı, balıq
qarmağa toxunan kimi çubuq suya əyiləcəkdi. Kəndirə
hər biri iki dəniz sajeni uzunluğunda iki ip də bağlanmış-
dı, bu iplərin də ucuna ehtiyat üçün başqa ip düyünlənmişdi. Bu da qarmağı udası balığa
üç yüz dəniz sajeni qədər məsafədə sərbəst üzməyə imkan verəcəkdi.
... İki saat idi, günəş doğmuşdu. İndi qoca gündoğana baxanda günəşin tellərini
güzgüləndirən dəniz gözlərini o qədər də qamaşdırmırdı. Göz işləyən yerdə yalnız üç
qayıq vardı, onlar da zorla seçilirdi, elə bil sahildən qopmamışdılar.
Qoca fikirləşdi: “Lap uşaqlıqdan gün gözümü qamaşdırır. Amma gözlərim hələ də
yaxşı görür, xarab olmayıb. Gün batanda düz ortasına baxıram, gözlərimə qaranlıq
çökmür, hərçənd günəş qürub çağı da bərk şölələnir, telləri adamın gözünə batır”.
... Günəş od saçırdı. Qoca bunu peysərinin yanmasından duyurdu. Avar çəkdikcə
kürəyindən tər sel kimi axırdı.
•••
III
•••
• Qocanın su qaranquşları
haqqındakı düşüncələri
onunla bağlı
təsəvvürü-
nüzə yeni nə əlavə etdi?
• Qocanın dənizə sonsuz
məhəbbətinin
səbəbini
yalnız balıqçı olması ilə
izah etmək doğru
olarmı?
• Qocanın səriştəli balıqçı
olduğunu nədən bilmək
olar?