96
3. Əsərdə konflikt hansı qüvvələrin arasında baş verir? Bu konflikt olmaya bilərdimi?
4. Firidun obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.
Firidun obrazı
Xarakterindəki başlıca cəhətlər
Düşüncələri
İnsanlara və hadisələrə münasibəti
5. Musa kişi obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.
Musa kişi obrazı
Xarakterindəki başlıca
cəhətlər (nümunələr
göstərməklə)
Digər obrazların
ona münasibəti
(nümunələr göstərməklə)
Yazıçının ona
münasibəti
(nümunələr
göstərməklə)
Sizin ona
münasibətiniz
(nümunələr
göstərməklə)
6. Hikmət İsfahani obrazı üçün səciyyəvi olan cəhətlər hansılardır? Sxemi dəftərinizdə çəkib cavabları
qısaca yazın.
Xarakterindəki əsas cəhətlər: __
Kəndlilərin ona münasibəti: __
Yazıçının ona münasibəti: __
Sizin ona münasibətiniz: __
7. Əsərdəki başlıca fikri – ideyanı müəyyənləşdirin. Cədvəldən istifadə edin.
Əsərin ideyası hansıdır?
Nə üçün belə düşünürsünüz?
Xoşbəxtlik maddi cəhətdən təmin olunmuş həyat deməkdir.
Savadsızlıq və avamlıq cəmiyyət üçün ən böyük bəladır.
Zülmdən qurtuluşun yeganə yolu mübarizədir.
İnsana əzab və işgəncə vermək cinayətdir.
• Kitabxanadan, internetdəki mənbələrdən istifadə edərək “Cənub mövzusunda yazılmış nəsr əsərləri”
adlı məruzə hazırlayın.
1. Əsərin bədii gözəlliyini təmin edən vasitələr hansılardır? Həmin vasitələri sualların yerinə yazıb
nümunələrlə əsaslandırın.
Əsərin bədii gözəlliyini təmin edən vasitələr
?
?
?
?
2. “Gələcək gün” əsərindən oxuduğunuz hissəni “Heydərbabaya salam” əsəri ilə müqayisə edin. İlk
növbədə, müqayisəni hansı əsaslara (xüsusiyyətlərə) görə aparacağınızı müəyyənləşdirin. Cədvəl-
dən istifadə edin.
Müqayisə hansı xüsusiyyətlərə görə aparılır
Əsərlərin adı
“Gələcək gün”
“Heydərbabaya salam”
3. Roman növ və janr baxımından dramdan fərqlənirmi? Öyrəndiyiniz, yaxud müstəqil oxuduğunuz
nümunələr əsasında müqayisə aparın. Müqayisə cədvəlindən istifadə edin.
Hansı cəhətlərə görə müqayisə
olunurlar
Əsərlərin adı
“Gələcək gün”
E v d ə i ş
I V d ər s
T ə t b i q • M üz a k i r ə • Y a r a d ı c ı i ş
97
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
4. Dərsliyinizdə əsərlə bağlı verilən illüstrasiya təsəvvürünüzə uyğundurmu? Nə üçün?
5. Müzakirə edin: Ustad Şəhriyarın aşağıdakı fikri “Gələcək gün”ün müəllifinin niyyəti ilə səsləşirmi?
“Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır. Müstəqil olmayan bir xalqın əzmi və
hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini
qoruyan onun mərdlik və şücaətidir”.
• Mövzulardan birini seçib təqdimata hazırlaşın:
a) Müxtəlif dönəmlərdə Cənubi Azərbaycanda baş vermiş milli azadlıq hərəkatı barədə nə bilirəm.
b) Cənubi Azərbaycanda qurulmuş Milli Hökumətin devrilməsinin başlıca səbəbləri.
• Bölmədə tanış olduğunuz sənətkarların həyatı haqqında kitabxana və ya internetdəki mənbələrdən
topladığınız məlumat əsasında təqdimata hazırlaşın.
E v d ə i ş
M ü s t ə q i l i ş ü ç ü n
Q i y m ə t l ə n d i r m ə m a t e r i a l ı
Balaş Azəroğlu
BULUDLAR
Yenə ağ çalmalı Kəpəzin üstdə
Çətirtək durmusuz, qara buludlar.
Deyin, külək qovmuş, günəş dağıtmış,
Sizi kim gətirmiş bura, buludlar?
Niyə qaraldınız bu bahar çağı?
Siz də mi gördünüz ayrılıq dağı?
Görünsə günəşin qızıl saçağı,
Hara gedəcəksiz, hara, buludlar?
Cənub ellərinə siz gedən zaman,
Bir sözüm çıxmasın qoy yadınızdan.
Məni xəbər alsa gülüzlü canan,
Salam deyərsiniz yara, buludlar.
Deyin, qəm çəkməsin siz ona, dözsün,
Dərdə, işgəncəyə, zindana dözsün.
Axı söz veribdir, hicrana dözsün,
Tapaq bu dərdlərə çara, buludlar.
Gözünüzdən axan qəlb sevincidir,
Bəlkə, həsrət yaşı, bəlkə, incidir?
Yəqin, bu ayrılıq sizi incidir,
Edir könlünüzü para, buludlar?
Yetər, ağlamayın bu gölün üstə,
Bu dağın, çəmənin, bu çölün üstə.
Günəş bayraq açıb bu elin üstə,
Bu torpaq bürünmüş nura, buludlar.
Gedin, o sahillər gözləyir sizi,
Yuyun göz yaşıyla, yuyun Təbrizi.
Nə düşmən ləpiri, nə də qan izi
Düşməsin bir daha ora, buludlar.
98
Ədəbiyyata, incəsənətə qarşı yürüdülən sərt siyasi
təzyiqlər, ideoloji təxribatlar Stalinin ölümündən sonra
tədricən zəifləməyə başladı. 1950-ci illərin sonlarına
doğru yazılan bir sıra əsərlərdə sovet həyat tərzindəki
qüsurlara, keçmişdə yol verilmiş ədalətsizliyə açıq-
aşkar münasibət bildirilirdi. M.Hüseynin “Qara daş-
lar”, İ.Hüseynovun “Yanar ürək”, “Doğma və yad
adamlar”, B.Bayramovun “Yarpaqlar”, R.Rzanın “Qızılgül olmayaydı” və s. əsərlərdə bu
mövqe özünü qabarıq göstərirdi.
Şəxsiyyətə pərəstişin cəmiyyətə vurduğu sağalmaz yaralar barədə Sov.İKP-nin XXII
qurultayında açıq və kəskin danışılması, 1930-cu illərdə repressiyaya məruz qalmış günahsız
insanlara bir-birinin ardınca bəraət verilməsi ədəbiyyatın totalitar rejimin bir çox ehkam-
larından uzaqlaşmasına şərait yaradırdı. Cəmiyyətdə humanizm və insan konsepsiyasının
güclənməsi ədəbiyyatın məzmununa əhəmiyyətli dərəcədə təsir edir, lirik-psixoloji üslubun
aparıcı mövqe tutmasına
səbəb olurdu. Bunu İ.Əfəndiyevin nəsr yaradıcılığında (“Kör-
püsalanlar”, “Söyüdlü arx”), dramlarında (“Sən həmişə mənimləsən” və s.), B.Bayramovun
“Sərinlik”, Ş.Qurbanovun “Sənsiz” əsərlərində görmək mümkün idi.
Lirikada təzələnmə, yeni poetik fikir R.Rza yaradıcılığının işığında baş verirdi. Sənətə
yeni gələnlərin: F.Qoca, F.Sadıq, Ə.Kərim, T.Bayram, S.Rüstəmxanlı, R.Rövşən, V.Səməd-
oğlu və başqalarının ilk addımları bu işığın altında atılır, sərrastlaşır və möhkəmlənirdi.
Poeziyadakı bu yeniliyə qarşı çıxanlar da vardı, lakin zaman öz sözünü dedi. 1960-cı illərdə
yeni ruhu, ideya-estetik istiqaməti əks etdirən əsərlər ədəbiyyatımızın ən uğurlu səhifə-
lərindən oldu.
Həmin illərdə yazıb-yaradan B.Vahabzadə, N.Xəzri, Qabil, B.Azəroğlu, Ə.Kürçaylı,
M.Araz kimi şairlərin fərdi yaradıcılıq üslubları daha da inkişaf etmiş, əsərləri mövzu,
məzmun və bədii cəhətdən yeni keyfiyyət qazanmışdı.
Bu dövrdə N.Rəfibəyli, M.Dilbazi, M.Gülgün və digər qadın sənətkarlarımızın müasir
mövzuda və fərqli fərdi üslublarda yazdıqları əsərlər diqqəti cəlb edirdi.
Yarım əsrdən artıq bir yaradıcılq yolu keçmiş Nigar Rəfibəylinin 1960-cı illərdə və daha
sonralar çap olunmuş “Dənizin səsi gəlir”, “Bir cüt xurma ağacı”, “Günəşdən gənclik
istədim” və s. kitablarında müxtəlif mövzularda əsərləri toplanmışdır.
Böyük bir yaradıcılıq yolu keçmiş Mirvarid Dilbazi xalqımızın həyatında baş verən
mühüm hadisələrə əsərlərində münasibət bildirmişdir. Xalqın həyatı, məişəti, zəhmət adamı
və onun qayğıları, müharibənin törətdiyi fəlakətlər, doğma təbiətin gözəlliyi, vətən sevgisi
onun müxtəlif illərdə çap etdirdiyi “Vətən eşqi”, “Şeirlər”, “Xatirələr olan yerdə”, “Həyat
lövhələri”, “Dağ çiçəyi” və s. əsərlərində maraqlı bədii boyalarla əks etdirilən məsələlər idi.
Gənclik illəri Cənubi Azərbaycanda keçən Mədinə Gülgün xalqının milli hüquqlarının
pozulmasını, ağır yaşayışını uzun illər müşahidə etmiş, bunun təsiri altında dünyagörüşü for-
malaşmış, azadlıq uğrunda mübarizəyə qoşulmuşdur. M.Gülgün Cənubi Azərbaycanda
Demokratik Milli Hökumət qurulduqdan sonra şeirləri və əməli fəaliyyəti ilə xalqına, və-
təninə sədaqətlə, əzmlə xidmət edir. Demokratik qüvvələrin məğlubiyyətindən sonra – 1946-
cı ildə Şimali Azərbaycana pənah gətirən şair ömrünün sonuna kimi Bakıda yaşayır və işləyir.
Onun yaradıcılığının mövzu dairəsi geniş olsa da, Cənubda baş verən ictimai-siyasi hadisələr,
xüsusən azadlıq uğrunda mübarizə, bu yolda verilən qurbanların xatirəsi onu bir an da tərk
etməmiş, yaradıcılığında önəmli yer tutmuşdur. “Günlər və xatirələr”, “Şairin kitabxanası”,
“Firidun”, “Xatirələrimin nəğməsi”, “Dünyamızın sabahı”, “Arzu da bir ömürdür” və s.
kitablarına daxil edilmiş əsərlərdə Mədinə Gülgün Cənubi Azərbaycandakı insanların taleyi
ilə yanaşı, Şimali Azərbaycan, buranın vətəndaşları
barədəki düşüncələrinə də geniş yer
vermişdir.
Milli özünəqayıdış
dövründə ədəbiyyat
(1961–1990)
•••
5
•••
Dostları ilə paylaş: |