116
Ürgənin dodaqları arasında sarımtıl köpük görünürdü.
Meşəbəyi əsla çiyrənmədən, ovcu ilə köpüyü sildi, əlini burnuna yaxınlaşdırıb qoxu-
ladı. Köpükdən asırqal iyi gəlirdi.
O, ürgənin gözlərinə baxdı. Bu iri, göyçək gözlər iztirabla dolu idi. Ürgənin dodaqları
arasından yenə sarımtıl köpük gəlirdi. Meşəbəyi bir daha köpüyü qoxladı və sarımsaq
qoxusunu xatırladan iyi təkrar hiss etdi.
Göy ürgə hardasa asırqal yemişdi, zəhərlənmişdi. Meşəbəyi çox yaxşı bilirdi ki, dər-
hal tədbir tökməsə, göy ürgə buradaca, onun gözünün qabağındaca yıxılıb ölə bilər.
Lakin o, hələ də dayanıb ürgənin dodaqlarının arasından aramsız qaynayıb tökülən
köpüyə baxırdı.
O, ömrünün qırx ilini at belində olmuşdu, meşəni addım-addım gəzmişdi. Onun zeh-
nində min bir çiçək, ot adı var idi. Bu min bir ad içərisində “asırqal” çox az-az yada
düşürdü. Çünki bu zəhərli bitki onun meşəsindən uzaqlarda, dağlarda bitirdi. Elə isə...
bu, nə möcüzə idi? Ürgə nədən zəhərlənib? Bəlkə, heç zəhərlənməmişdi?
Meşəbəyinin dünyagörmüş, təcrübəli gözləri dostunun bədənində gəzdi. Ürgənin döş
əzələləri titrəyirdi. Dizləri hissolunacaq dərəcədə bükülüb, çox çətinliklə düzəlirdi. Göy
ürgə onu öz oğulları qədər sevən, ona yedirtmək üçün şinelinin cibində parça-parça qənd
gəzdirən sahibinin qarşısında birdən-birə zəiflədiyindən utanırmış kimi, iztirablı göz-
lərini çevirib yana baxırdı.
Birdən onun bütün bədəni titrədi. Yenə dizləri büküldü. Ürgə inildədi və elə bil daha
utanmaqdan, xəcalətdən keçdiyini hiss edib gözlərini sahibinin üzünə dikdi, ondan kö-
mək istədi:
– Bu saat... bu saat, qadan alım, – deyə meşəbəyi pıçıldadı, çevrilib geriyə, qalın me-
şənin dərinliklərinə tərəf baxdı. Ürgənin gözlərini sığallayıb, bir daha: “Bu saat”, – dedi.
Şallağını çəkməsinin boğazına sancdı, papağını başında bərkitdi, şinelinin ətəklərini
yığıb yerindən götürüldü.
Buradan təxminən iki kilometr aralıda, geniş bir talada, gur sulu çay üzərində sovxoz
vardı. El arasında ona “it sovxozu” deyirdilər. Orada suitinin müxtəlif cinslərini sax-
layırdılar. Bir ay bundan əvvəl sovxoz köçürülmüşdü. Tikililər sökülmüş, çay üzərindəki
dəmir tor qəfəslər yerli-dibli qoparılıb aparılmışdı. Sovxozun yerində indi yalnız torpaq
yığınları bozarırdı. Xarabalıqdan xeyli kənarda isə uzaqdan baxanda ağız-ağıza dayan-
mış bir cüt nəhəng hörümçəyə bənzəyən iki alaçıq qaralırdı. Orada sovxoz direktorunun
qayınatası Daşdəmir kişi kürəkəninin, özünün və daha bir neçə sovxoz işçisinin mal-
qarasını saxlayırdı. Sabahda-birigündə Daşdəmir də köçməli idi.
Meşəbəyi iki kilometrlik yolu birnəfəsə qət edib alaçıqlara yetişəndə hər alaçığın
kölgəsindən bir iri, qıllı köpək peyda oldu. İtlərin səsinə Daşdəmirin əvəzində, geyi-
mindən şəhər ziyalısına oxşayan boz şlyapalı, ucaboy bir adam çıxdı, yüyürüb itlərə tə-
pindi. Sonra dayanıb təəccüblə meşəbəyiyə baxdı, qan-tər içində təngnəfəs yüyürən
adamdan nə isə soruşmaq istədi. Ancaq meşəbəyi onu qabaqladı:
– Mən Mirqasımam, meşəbəyi Mirqasım, ay oğul. Atım ağıya düşüb. Mən səni
burada birinci dəfədir ki, görürəm, bağışla, tanış olası halım yoxdu. Bir vedrə süd lazım-
dır. Daşdəmir hanı, gözümə dəymir?
– Nə olub, ə, a Mirqasım, döşün niyə atdanır? – yaxınlıqdan, lap beş addımlıqdan tanış
səs eşidildi.
•••
II
•••
117
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
Meşəbəyi cəld dönüb geniş açılmış iri mavi gözlərini ağacların arasında dolandırdı.
Daşdəmirin səsi bu dəfə elə bil yerin altından gəldi:
– Ölmədik, sənin dövranının qurtardığını da gördük, a Mirqasım!
– Sən hardasan, a kişi?
– Burdayam, gəlirəm indi... Deyirəm, ölmədik, sənin də axırını gördük! Göy ürgənin
belində belədən-belə çapırdın, elədən-elə çapırdın, saatda bir, malı, heyvanı atın döşünə qatıb
salırdın xalxala. Nə bilim, filan yerə ayaq basmayın, bəsməkan yerə yaxın durmayın! Nə
bilim, filan yerə yaxın durmayın! İndi kimə qalır sənin bu qoruqların? Yoxsa Qaraca çoban
kimi ağacları köklü-köməcli qoparıb, belinə şəlləyib aparmaq istəyirsən?
Daşdəmir palıd ağacının mağara kimi qaralan koğuşundan çıxdı, iki yanını basa-basa
yaxınlaşıb meşəbəyini süzdü:
– Hə, buyur görək. Süd lazımdı deyirsən? Süd-zad yoxdu!
– Sən allah, bir az tez elə, ay Daşdəmir. Ürgə əldən gedir!
– Hanı ürgə?
– Bu yanda, talada qoymuşam.
– Elə niyə? Yəni gələsi halı yoxdu?
– Yoxdu, yoxdu. Daşdəmir, qadan alım, tez elə! Oğul bərabəri atdı, Daşdəmir!
Gənc kənarda dayanıb siqaret çəkirdi. İtlərin şırvanmasından məlum idi ki, oğlan
burada təzə adam deyildi.
Meşəbəyi üçün bu saat hər dəqiqə qiymətli idi. O, ötən günləri yada salıb söhbəti
uzadan adamın tələsməyəcəyini hiss edib gəncə baxdı. Gənc dərhal siqaretini yerə atdı.
– Mən gətirərəm! – deyib alaçıqlara tərəf yüyürdü.
Meşəbəyinin elmli-savadlı adamlara, şəhərlərdən meşəyə gəzməyə gələn ziyalılara
xüsusi marağı vardı. Yaşıl talalarda, bulaq başında, ağac kölgəsində onu süfrəyə dəvət
edən ziyalıların hərəsi onun ürəyində bir cür xatirə qoyub gedərdi. Onun həyəcanını,
təşvişini dərhal başa düşüb cəld yüyürən ziyalı gəncin arxasınca baxdıqda meşəbəyinin
bənd tikilisi başlayan gündən açılıb-dərinləşmiş, sonra küt bir ağrı ilə içərisində gizlənib
qalmış yarası yenidən qövr elədi, o, yalnız indicə başa düşdü ki, “lent kəsilib, şlüz açı-
landa”, meşə suyun altında qalanda meşə ilə birlikdə neçə-neçə adamlar ülfətini, ünsiy-
yətini, ərşdən-gürşdən xəbər verən şirin-şirin söhbətlərini də itirəcəklər.
Meşəbəyi bir anlığa hətta göy ürgəni də unutdu. Şişkin sifətini topa saqqal basmış
qıllı adamın nə dediyini və nə üçün güldüyünü belə başa düşmədi.
– Ə, sənnən deyiləmmi, niyə cavab vermirsən?
– Nə deyirsən?
– Deyirəm, oğlun raykom katibidi, pulun çox olar. Ver xərcləyək də!
Meşəbəyinin qaşları çatıldı:
– Sənin də kürəkənin sovxoz direktorudur. Deməli, sənin də pulun çoxdu?
– Mənim torbamın dibi deşikdi.
– Elə niyə?
– Bilmirsən? Bir-iki baş normadan artıq heyvan saxlayıram deyin, hər yoldan ötən
rüşvət istəyir. Pulu torbanın üstdən qoyuram, altdan o yana gedir. Sənin özünü neçə kərə
qonaq eləmişəm? Yadından çıxıb?
– Deməli, mənə də rüşvət verirdin?
Daşdəmir güldü:
–
Bə sən necə bilirdin, ə? İşim keçməyən adama mən bir tikə də yedirtmərəm.
Meşəbəyi fikri dağınıq halda səbirsizliklə alaçıqlara tərəf baxdı. Oğlanın dolu vedrə ilə
gəldiyini gördükdə itlərin mırıldaşmağına əhəmiyyət vermədən onun qabağına yeridi:
Dostları ilə paylaş: |