118
– Çox sağ ol, qadan alım!
– Dəyməz, əmi, – deyə nəzakətlə gülümsünüb vedrəni ehtiyatla irəli uzatdı. Əli ved-
rənin soyuq qulpuna toxunanda meşəbəyinin ürəyinə sərinlik gəldi. Fikrən indi o, artıq
göy ürgənin yanında idi, bu göyçək, xeyirxah oğlan da, Daşdəmir də onun yanında idilər,
köməkləşib ürgəni yıxmışdılar, zorla süd içirirdilər. Bu fikirdə ikən birdən vedrəni böyrü
üstə gördükdə meşəbəyi təəccüblə çevrilib, ağzını geniş açaraq qaqqıldayan Daşdəmirə
baxdı. Süd axıb göy otların arasına hopurdu. İtlər cumub südü yalayırdılar. Daşdəmir isə
gülürdü:
– Vallah, bilmədim, ayağım toxundu, Mirqasım. Ə, bir ürgə nəmənə şeydi, ondan
ötrü belə yüyürüb qan-tərə batıbsan? Deynən, oğlanlarıyın hərəsi bir az pul qoysun,
maşın alsınlar, min gəz, kef elə özün üçün!
Meşəbəyi top qarasaqqal arasında iti uclu dişləri ağaran bu adama baxıb nahaq gəl-
diyini başa düşdü.
Meşəbəyinin canı alovlandı. O, pul təklif etmək, südü satın almaq istədi. Lakin özünü
sındırmadı. Köhnə, adi təmkini ilə yaylığını çıxarıb tərini sildi. Papağını götürdükdə
ikindi çağının sərinliyində onun iri, qırxıq başından qatı buğ qalxdı. Və beləcə, başı tüs-
tülü halda geri qayıtdı.
Göy ürgə artıq böyrü üstə idi. Meşəbəyi çöməlib onun gözlərini sığalladı. Sonra əlinin
arxası ilə öz gözlərini sildi:
– Belə-belə işlər, ay göy ürgə...
Ürgə son dəfə xırıldayıb dartındı və hərəkətsiz qaldı.
119
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
Meşəbəyi yavaşca qalxıb tapqırları açdı. Sonra yüyəni ürgənin başından çıxartdı. Yəhəri
belinə şələləyib yalnız onun bələd olduğu, el yolundan uzaq, xəlvət cığırla addımladı...
Külək başlamışdı. Meşə xışıldayırdı. Meşəbəyinin üstünə xəzəl yağırdı. Boynuna,
qoyun-qoltuğuna soyuq yarpaqlar dolurdu. O isə heç nəyə əhəmiyyət vermir, gözlərini
qaranlıqda bozaran dar cığırdan çəkmədən ağır-ağır, yorğun-yorğun addımlayırdı.
Meşədən çıxanda o, ömründə birinci dəfə bərk yorğunluq hiss etdi. Vaxtı keçmiş qo-
ca kimi hıqqıldayıb, yəhəri belindən endirdi, yerə qoyub üstündə oturdu. Sonra çevrilib
çiyni üstündən geriyə, meşənin səsinə qulaq asdı.
– Belə-belə işlər, ay göy ürgə... Belə-belə işlər, ay meşəbəyi Mirqasım...
1. Əsərin birinci parçasını oxuyun. Proqnozlaşdırılmış oxunu seçsəniz, həmin parçada müəy-
yənləşdirdiyiniz hər hissənin sonunda fərdi olaraq cədvəldə qeydlər etməlisiniz.
Əsərin hissələri
Sizcə, nə baş verə-
cək? Hadisələr necə
davam edəcək?
Nə üçün belə düşünür-
sünüz? Nəyə əsaslanır-
sınız?
Nə baş verdi? Hadi-
sələr necə davam et-
di?
1
2
3
4
I hissə
II hissə
III hissə
2. Hər hissənin oxusundan sonra qeydləriniz və yeni hissə ilə bağlı ehtimallarınız barədə parta
yoldaşınızla fikir mübadiləsi aparın.
3. Oxuduğunuz parçanın məzmununa aid üçdən az olmayaraq sual və onlara cavab hazırlayın.
4. Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirib cədvəldə qeyd edin.
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr
Bədii təsvir və ifadə vasitələrinin növü
5. Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə
və ümumiləşdirmə aparın.
6. Təqdimat əsasında qənaətlərinizlə bağlı fikir mübadiləsi və müzakirə aparın.
7. Üzərində işlədiyiniz parçanı hissələrə ayırıb, birinin məzmununu tərtib etdiyiniz plan əsasında geniş danışın.
a) Hekayənin ardını (2-ci parça) oxuyun.
b) Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
1. Evdə oxuduğunuz parçanı bir daha nəzərdən keçirin. Parta yoldaşınızla birlikdə məzmununa aid
üçdən az olmayaraq sual və onlara cavab hazırlayın.
2. Hekayənin məzmununa daha çox uyğun gələn müdrik sözləri müəyyənləşdirin. Fikrinizi əsas-
landırın:
a) At ölər, nalı qalar, igid ölər, namı qalar.
b) Namərdə tuş gələnin işi düyünə düşər.
c) Qarı düşmən dost olmaz.
d) At oğurlanandan sonra axur nəyə gərək.
e) Atı atın yanında bağlasan, rəngini götürməsə də, xasiyyətini götürər.
I d ə r s
M ə z m u n ü z r ə i ş
E v d ə i ş
I I d ə r s
M ə z m u n ü z r ə i ş
120
3. Doğru hesab etdiyiniz fikirləri müəyyənləşdirin. Fikrinizi əsaslandırın:
a) Meşəbəyi Mirqasım meşənin su altında qalacağını düşünüb kədərlənir.
b) Atın ölümünün əsas səbəbi zəhərli ot yeməsidir.
c) Daşdəmir meşəbəyi Mirqasımdan meşəni qoruduğuna, işinə vicdanla yanaşdığına görə qisas alır.
d) Meşəbəyi Mirqasım göy ürgəyə dost kimi yanaşır.
e) Göy ürgənin ölümü təbiətə qənim kəsilənlərə xəbərdarlıqdır.
4. Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə edin.
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr
Bədii təsvir və ifadə vasitələrinin növü
5. Əsərdəki epizoda aid şəkli uğurlu saymaq olarmı? Nə üçün?
6. Əsərdə hekayə janrına məxsus hansı cəhətlər var? Fikrinizi qısaca yazın.
7. Kiçik qruplarda birləşərək yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləş-
dirmə və ümumiləşdirmə aparın.
8. Təqdimat əsasında qənaətləriniz barədə fikir mübadiləsi və müzakirə aparın.
• Hekayədən seçdiyiniz hissənin məzmununu tərtib etdiyiniz plan əsasında iki formada – yığcam və
yaradıcı danışmağa hazırlaşın.
• Əsərin təhlilinə hazırlaşın.
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın.
Ədəbiyyatımızda böyük maraqla qarşılanan hekayə ilə tanış oldunuz. Baş verənlər: meşəbəyinin kədəri,
göy ürgənin zəhərlənməsi, Daşdəmirin hadisələrə münasibəti və s. diqqətinizi dərhal cəlb etdi. Bütün bun-
ların arxasında nələrin dayandığını aşkara çıxarmaq, müəllifin niyyətini aydınlaşdırmaq ciddi araşdırma,
axtarış tələb edir. Unutmayın ki, İ.Hüseynovun əsərlərində insan psixologiyasına, onun mənəvi aləminə,
cəmiyyəti narahat edən problemlərə daha çox diqqət yetirilir. Qarşıya çıxan problemlərin həlli yazıçının
qəhrəmanlarını seçim qarşısında qoyur. Bu seçimin necə olması obrazın daxili aləminin məntiqi inkişafından
doğur. Bütün bunlar “Zəhər” hekayəsində özünü qabarıq göstərir. Əsərdə insan və onun təbiətə münasibəti
ön plana çəkilir. Deməli, əsərdə bir-biri ilə əlaqəli olan bir neçə mühüm problem diqqətə çatdırılır. Bu, nə
məqsədlə edilmişdir? Mirqasımla Daşdəmirin arasında baş verən münaqişənin əsl səbəbi nədir? Bu sualların,
eləcə də yuxarıda toxunulan məsələlərin aydınlaşdırılması əsərdə qaldırılan problemləri dərindən dərk etmə-
yə, yazıçı niyyətini başa düşməyə kömək edəcəkdir.
2. “Əsərdə bir neçə problem qaldırılmışdır” fikrini doğru sayırsınızsa, onlardan hansının daha mühüm
olduğunu əsaslandırın. Cədvəldən istifadə edin.
Əsərdə qaldırılan problemlər
Onlardan daha mühüm olan
3. Meşəbəyi Mirqasım obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.
Meşəbəyi Mirqasım obrazı
Xarakterindəki başlıca
cəhətlər
Düşüncələri və
keçirdiyi hislər
Müxtəlif vəziyyətlərdə
davranışı
Digər obrazlara
münasibəti
4. Meşəbəyi Mirqasım və Daşdəmir obrazlarının nitqlərinə əsasən xarakterlərindəki fərqli cəhətləri
müəyyənləşdirin.
s.s.
Obrazlar
Nitqlərindən nümunələr
Xarakterlərindəki fərqli cəhətlər
1.
Mirqasım
2.
Daşdəmir
E v d ə i ş
I I I d ə r s
T ə h l i l ü z r ə i ş
A r a ş d ır ı n • F i k i r l ə ş i n • C a va b v er i n
Dostları ilə paylaş: |