Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə45/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   87

 
 
112 
 
da Niftalının qohumları onu sağ buraxmayacaqlar”, – deyə düşündü. Bir də əlini mur-
darlamaq istəmədi. 
– Onun tüfəngini də, atını da əlindən alın, qoyun rədd olsun! Özünüz də atdan düşün, tüfən-
ginizi yəhərin qaşından asın. Bizi gülləyə də bassalar, əl-ayaq tərpətməyin. Kəndə gedəcəyik. 
Kərəm qərara almışdı. Niftalı koxanın meyitini kəndə özü aparacaqdı. Kişini əlləri 
üstünə alacaq, atı isə arxasınca gələcəkdi. Qaçaqlar da atların yüyənlərini boynuna atıb 
cənazənin ardınca dinməz-söyləməz addımlayacaqdılar. O bilirdi ki, bu, ağır işdir. Kənd 
adamları  onların  qabaqlarına  çıxacaq,  arvad-uşaq  hay-haray  salıb  üz-gözünü  cıracaq, 
vay-şivən salıb saçlarını yolacaq, qarğış edəcəklər. Bəlkə, onlara güllə də atacaqdılar. 
Artıq-əskik  danışanlar,  divan-dərəyə  xəbər  verənlər  də  tapılacaqdı.  Amma  inanmırdı. 
İnanmırdı ki, kəndlərində belə namərdlər tapılsın. O, əmin idi ki, meyiti sakitcə kəndin 
arası ilə Niftalı koxanın evinə qədər aparacaqlar. Onları lal sükutla da olsa, el adətincə 
qarşılayacaqlar. Kərəmgil kişinin dəfnində də iştirak edəcəklər. Kişinin üçündən
 
sonra 
koxanın qohum-əqrəbasına başsağlığı verib atlanacaq, dağlara sarı üz tutacaqlar. Kərəm 
qollarının və dizlərinin üstündə
 
sərinlik hiss etdi. Başa düşdü ki, kişinin bədəni soyuyur. 
Amma üzünə zillənmiş solğun gözlərinin dərinliyində bir intizar var... 
Əlini astaca naqanın qoburuna apardı. Barmaqları əsə-əsə düyməni açdı... 
 
 
 
1.  Əsərin birinci parçasını oxuyun (bunu fərqli formalarda yerinə yetirə bilərsiniz). 
2.  İlkin təəssüratınızı parta yoldaşınızla bölüşün. 
3.  Parta yoldaşınızla birlikdə mətnkənarı suallara cavab hazırlayın. 
4.  Oxuduğunuz parça ilə bağlı təəssüratınızı ikihissəli gündəlikdə qeyd edin. 
Oxuduğunuz parçada diqqətinizi daha çox cəlb edən nə oldu? 
Bunun səbəbi 
 
 
   
5.  Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirib cədvəldə yazın. 
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr 
Bədii təsvir və ifadə vasitəsinin növü 
 
 
6.  Kiçik qruplarda birləşərək yerinə yetirdiyiniz işləri müzakirə edin, dəqiqləşdirmə və ümumiləşdirmə aparın. 
7. Gəldiyiniz nəticələr barədə təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın. 
 
 
a)  Hekayənin ardını (2-ci parça) oxuyun.    
b)  Tanış olmayan sözlərin mənasını aydınlaşdırın. 
 
 
1.  Evdə oxuduğunuz parçanı bir daha nəzərdən keçirin, məzmununa aid üçdən az olmayaraq sual və 
onlara cavab hazırlayın. 
2.  Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə 
edin. 
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr 
Bədii təsvir və ifadə vasitəsinin növü 
 
 
3.  Əsərin hekayə janrında olduğunu əsaslandırıb qısaca yazın. 
4.  Kiçik qruplarda birləşərək yerinə yetirdiyiniz işləri müzakirə edib dəqiqləşdirin. 
5.  Gəldiyiniz nəticələr barədə təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın. 
6.  Əsəri hissələrə ayırıb birinin məzmununu tərtib etdiyiniz plan əsasında yaradıcı danışın. 
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş
 
E v d ə   i ş  
I I   d ə r s 
M ə z m u n   ü z r ə   i ş  


 
 
 
113 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

 
 
• Mövzulardan birini seçib təqdimata hazırlaşın. 
a) Əsərdəki hansı epizodu unuda bilmirəm?  
b) Hekayədə müəllifin mövqeyini necə başa düşdüm? 
 
 
• Əsərin təhlilinə hazırlaşın. 
1.  Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
Bir insan və yazıçı kimi İsmayıl Şıxlını ömrü boyu yüksək ideallar – xeyirxahlıq, düzlük və doğ-
ruçuluq,  milli-mənəvi  dəyərlərimizin  qorunub  saxlanması  kimi  məsələlər  düşündürmüş,  çoxcəhətli 
fəaliyyətinin əsasını təşkil etmişdir. Onun mərdlik və namərdlik, xeyirxahlıq və bədxahlıq anlayışlarına 
münasibəti  “Namərd  gülləsi”  hekayəsində  ayrı-ayrı  insan  talelərinin  təsvirində  öz  dolğun  ifadəsini 
tapmışdır. Əsərdəki obrazların xarakterini, həyata baxışını mükəmməl öyrənməklə yazıçını düşündürən 
problemi, əsərin ideyasını anlamaq və dəyərləndirmək mümkündür. Bu, obrazların ustalıqla, orijinal 
bədii vasitələrlə yaradılmasından irəli gəlir. Əsərin üzərində müşahidələrinizi davam etdirin, obrazların 
hər birinin nitqinə, davranış və əməllərinə, düşüncə aləminə bir daha dərindən nəzər salın. Müəllifin 
obrazlara, eləcə də obrazların bir-birinə münasibətini aydınlaşdırmağa çalışın. 
Dilimizin incəliklərindən yazıçının necə bəhrələndiyinə, üslubundakı
 
özünəməxsusluğa, bədii təsvir, ifa-
də vasitələrinin orijinallığına diqqət yetirin, bütün bunları nümunələr əsasında aydınlaşdırmağa səy edin. 
 
 
2.  Sizcə, yazıçının diqqətə çatdırmaq  istədiyi  başlıca  problem  nədir? Bu  problemin həllini  o,  nədə 
görür? 
3.  Niftalı koxa obrazını səciyyələndirin. Müvafiq cədvəldən istifadə edin. 
4.  Qaçaq Kərəm obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.  
Qaçaq Kərəm obrazı 
Xarakterindəki başlıca 
cəhətlər 
Düşüncələri 
Yazıçının ona 
münasibəti 
Digər obrazların ona 
münasibəti 
 
 
 
 
5.  Əsərdəki başlıca konflikti müəyyənləşdirin. Onu həyati, təbii hesab etmək olarmı? Fikrinizi əsaslan-
dırın. 
6.  Hekayənin süjet və kompozisiya xüsusiyyətlərini aydınlaşdırın. Fikrinizi nümunələrlə əsaslandırın. 
7.  Bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə yazıçı nəyə nail olmuşdur? Cədvəldən istifadə edin. 
8. Əsərdəki başlıca fikir – ideya nədir? Bu ideya əsərdə hansı məqamlarda daha qabarıq ifadə olunub? 
Cədvəldən istifadə edin. 
Əsərin əsas ideyası nədir? 
İdeyanın aydınlaşdırılmasında əhəmiyyətli olan cümlə, təsvir və epizodlar 
 
 
 
• Mövzulardan birini seçib işləyin. 
a)  “Hekayə oxuduğum əsərlərdən hansını mənə xatırlatdı?” mövzusunda müqayisə xarakterli inşa yazın. 
b)  “Hekayədəki obrazlara münasibətim” mövzusunda müqayisə xarakterli esse yazın. 
Əsərdə qaldırılan başlıca problem 
Yazıçı problemin həllini 
nədə görür? 
Siz necə düşünürsünüz? 
 
 
 
Bədii  təsvir  və  ifadə  vasitələrinin  işləndiyi 
cümlələr 
Fikrin təsir gücünün artmasında təsvir və ifadə 
vasitələrinin rolu 
 
 
 
E v d ə   i ş  
I I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 
 
E v d ə   i ş  


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə