Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə53/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   87

 
 
134 
 
Tofiq: Ana, o nə lentdir ki... 
Həmidə (əsəbi): Nə borcuna? Dedim dəyməyin, dəyməyin. (Birdən belə kəskin danışdığı 
üçün pərt olur, mehriban gülümsəyir, uşaqlara yanaşır, Tofiqin başını sığallayır) Qurban 
olum, o lentdə sən istəyən bir şey yoxdur, köhnə yazıdır. Rəhmətlik atan yazıb o vaxt. Bülbül  
“Sənsiz

 oxuyur. (Oğlunu öpür) Qonaqların haçan gələcək? 
Tofiq: Birazdan. 
 
Həmidə otaqdan çıxır. 
 
Tofiq: Şamil, bəs sən gətirən lentlər hanı? 
Şamil: Budey. 
Tofiq: Elə bu? 
Çingiz: Bəsdir də. Rəqs axşamı düzəltmirik ki. Üç kaset səninki, iki bu. Seyran da gətirəcək. 
Tofiq: Bir buna da qulaq asaq. 
Lenti taxırlar. Ritmik musiqi. Uşaqlar yenə bayaqkı kimi rəqs edir, oxuyurlar. Rüstəm qapıda 
görünür. O, acıqlıdır. 
Rüstəm: Mən başa düşmürəm, bura dəlixanadır, stadiondur, küçədir, meşədir, çöldür, ya 
evdir? Qonşuları köçürtmək istəyirsiniz?! Bir az yavaş olmaz?! 
 
Şamil cəld səsi azaldır. 
 
Rüstəm: Ana, ay ana! 
Həmidə (gəlir): Nədir, ay Rüstəm? 
Rüstəm: Ana, mən özümü pis hiss eləyirəm. Başım ağrıyır. Yatacam. Xahiş eləyirəm, səs-
küy salınmasın. 
Həmidə:  Yaxşı,  gözlərinin  qadasını  alım,  get  o  otaqda  bir  az  yat  dincəl,  vaxtı  gələndə 
oyadarıq səni, Yeni ili qarşılayarıq. 
 
Rüstəm gedir. 
 
Həmidə: Tofiq, qurban olum, siz də onun  səsini bir balaca aşağı salın, yaxşımı? 
Şamil: Baş üstə, anacan. 
Gedirlər. Səkinə gəlir, əlində iri bulud var. 
Səkinə (çağırır): Ay bu evin yiyəsi! 
Həmidə (gəlir): Xoş gəlmisən, səfa gətirmisən. Gətirdin? Ay sağ ol. (İri buludu Səkinədən 
alır) Otur da, Səkinə bacı, ayaq üstə niyə dayanmısan? 
Səkinə: Yaxşıdır, narahat olma. (Otururlar) Deyirəm, ay Həmidə bacı, gün o gün olsun, 
bundan da iri buludlarda aş bişirəsən, oğullarının, qızının toyunu eləyəsən. 
Həmidə: Çox sağ ol. Sənin Ramizivin toyunda aş bişirək. 
Səkinə: Deməli, evdəsən bu axşam. 
Həmidə: Harda olacam? Təzə ili qarşılamaq dəb düşəndən heç elə olmayıb ki, bu gecə bir 
yerə qonaq gedəm. Həmişə evdə. Yox, amma yalan dedim, bircə dəfə evdə olmamışam. Əlli 
ikinci il gəlirdi, Qəzənfər rəhmətliklə Moskvadan qayıdırdıq. Mahaçqalanın yanında poyezdi 
saxladılar.  Yolu  qar  basmışdı.  Təzə  ili  vaqonda  qarşıladıq.  Yazıq  rəhmətlik  düşdü  getdi, 
ayından-oyundan alıb gətirdi. 
Səkinə: Yaxşı adam idi, həmişə adamı min dillə dindirərdi... (köksünü ötürür) Heç elə bil 
yox imiş! Eh, ay Həmidə bacı, vallah, bu dünyanın vəfası yoxdur. Öldüyü neçə ildi? 


 
 
 
135 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Həmidə: On birinci ili tamam oldu. Elə bilirəm, dünən idi. 
Səkinə: On bir il gör necə gəlib keçdi. 
Həmidə: Ölümdən sonra birinci illər dəli kimi idim. Eh... ay Səkinə bacı, deyir, dərd süfrə 
deyil ki, açasan... Qəzənfər sağ olsaydı, gör indi bu gecə burda nə vur-çatlasın, nə şadlıq-
şadyanalıq vardı. 
Səkinə: Mənə deyirsən? Elə bilirsən, yadımdan çıxıb o məclislər? Ta Bakıda neftçi yoxdu 
ki, bu evdə qonaq olmasın. 
Həmidə: Qonaq getməyi sevərdi, özü də yaman qonaqcıl idi. Hamı da xətrini istərdi, indi 
istəməsin. Böyüknən böyük idi, uşaqnan uşaq. 
Səkinə: Demə, demə. 
Həmidə:  Görürsən,  mədənə  işə  gedib,  neçə  gündür  evə  qayıtmayıb,  nə  gündüzü  var,  nə 
gecəsi, amma di gəl işini qurtarıb evə qayıtdı, vəssalam, yorğunluq-arğınlıq bilməzdi. De-
yərdim, ay kişi, bir yat, dincini al, rahatlan! Kimə deyirsən? Götürüb telefonu o dostuna, bu 
dostuna zəng eləyir, bir də gördün bütöv ev doldu.  
 
Dilarə otağa daxil olur. 
 
Dilarə: Salam, Səkinə xala. Ana, mənə zəng eləyən olmayıb ki? 
Həmidə: Yox, qızım, olmayıb. 
 
Dilarə televizora yanaşır, düyməni burur, bir qədər gözləyir. Sonra o biri otağa keçir. 
 
Səkinə: Maşallah, Dilarə lap yekə qız olub. Bu gün-sabah bir də görəcəksən, elçilər qapını 
tanıdı. 
Həmidə: Yox əşi, qoy görək sən Allah. Hələ tezdir. Qoy oxusun qurtarsın, əli bir çörəyə 
çatsın. 
Səkinə: Amma, tfu, tfu, göz dəyməsin, maşallah, nə gözəl səsi var. Dilarənin o gün konsertdə 
oxumağı heç yadımdan çıxmır. 
Həmidə: Hə, qızımın səsi qiyamətdir. 
Səkinə: Sənə çəkib də, ay Həmidə bacı. Elə bilirsən, yadımdan çıxıb? Bu evə yeni köç-
müşdünüz,  təzəgəlin  vaxtın  idi,  hər  axşam  bülbül  kimi  cəh-cəh  vururdun,  biz  də  divarın 
dalından qulaq asıb həzz alırdıq. 
Həmidə: Sən nə danışırsan? Sən allah, yadındadır mənim oxumağım? Özümün yadımdan 
çıxıb. 
Səkinə: Niyə yadımda deyil?! Kişi indiyəcən deyir, Həmidə bacı oxumağın dalınca getsəydi, 
indi, lap yəqin, məşhur artist idi. Xalq artisdiydi indi mütləq. 
Həmidə (xoşlanaraq): Əşi, qoy oturaq. 
Səkinə: Bəs nə əcəb dalıycan getmədin, ay Həmidə bacı? 
Həmidə: Nə bilim, vallah, bir az özüm başısoyuqluq elədim. Bir az da Qəzənfərdən oldu, 
Allah rəhmət eləsin. Çox yaxşı adam idi, amma bir az qəlbi qaraydı, yaman qısqanc idi. 
Deyirdi, mən razı olmaram ki, arvadım artistkalıq eləsin, səhnəyə çıxsın. Bir yandan da ki, 
uşaqlar oldu dalbadal, daha oxumaq-zad yadıma düşmədi.   
Səkinə: Amma, heyif, çox heyif. Əməlli-başlı qabiliyyətin vardı. 
Həmidə: Hərdən, görürsən, özümün də heyfim gəlir. Rəhmətlik Üzeyir bəy, bilirsən, necə 
bəyənirdi mənim oxumağımı? Buraxmırdı ki məni, Qəzənfəri yanına çağırıb danlamışdı da. 
Deyir,  bu  istedaddır,  niyə  şikəst  eləyirsən?  Qəzənfər  də  daha  onun  üzünə  ağ  olmamışdı. 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə