Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə52/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   87

 
 
 
131 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

 
1.  Şeirin birinci parçasının ifadəli oxusuna hazırlaşın. 
–  Mətni dəftərinizdə yazın. 
–  İfaçılıq vəzifəsini – dinləyicilərə nə çatdıracağınızı aydınlaşdırın. 
–  Sonra məntiqi vurğulu sözləri, fasilələrin yerini, səsin ucalığını, sürətini və s. müəyyənləşdirib 
şərti işarələrlə göstərin. 
–  Misraların oxusunda səsinizin alacağı çalarları mətnin kənarında yazın. 
–  İfaları dinləyib müzakirə edin. 
–  Şeirin birinci parçasını bədii oxu ustasının ifasında dinləyib ona münasibət bildirin. 
2.  Şeirin ideya-məzmunu ilə səsləşən atalar sözlərini müəyyənləşdirib, fikrinizi əsaslandırın. 
Atalar sözləri 
Şeirin ideya-məzmunu ilə 
səsləşənlər 
Nə üçün belə 
düşünürsünüz? 
Ananın ərköyün oğlu hambal olar. 
 
 
Ananın canı övladdadır. 
 
 
Anasından ayrılan quzunu qurd yeyər. 
 
 
Ana səbri böyükdür. 
 
 
Ana bala ucundan canını oda yaxar. 
 
 
Oğul bəd övlad olsa, dərd öldürər ananı. 
 
 
3.  Müzakirə edin: Övladın valideyn qarşısında borcunu nədə görürəm? 
 
 
• 
Şeirin ikinci parçasının ifadəli oxusunu hazırlayın.
 
 
 
I I I   d ə r s 
T ə t b i q   •  M üz a k i r ə   •   Y a r a d ı c ı  i ş  
 
E v d ə   i ş  


 
 
132 
 
 
 
 
KEÇƏN İLİN SON GECƏSİ 
(İkihissəli pyes, ixtisarla) 
 
İştirak edirlər: 
Həmidə xala – 50–51 yaşlarında. 
Rüstəm – onun oğlu, 22 yaşında. 
Dilarə – onun qızı, 17 yaşında. 
Tofiq – onun oğlu, 15 yaşında. 
Gülarə – onun qızı, 25 yaşında. 
Süleyman – Gülarənin əri. 
Vaqif – Gülarənin oğlu, 5 yaşında. 
Çingiz – Tofiqin yoldaşı 
Şamil – Tofiqin yoldaşı. 
Leyla – Dilarənin rəfiqəsi. 
Kamilə – Rüstəmin nişanlısı. 
Səkinə xala – qonşu qadın,  
45–46 yaşlarında. 
Eynəkli kişi. 
Televiziya diktoru. 
Telefondan gələn səslər, Tofiqin 
yoldaşları, küçədən keçənlər. 
 
Hadisə bizim günlərdə Bakıda cərəyan edir.
 
 
Birinci hissə 
 
        Böyük  səhnə  pərdəsi açıqdır. Onun yerinə başqa bir pərdə asılmışdır. Bu pərdənin 
üzərində şəkil çəkilmişdir – çilçıraqlı Bakı gecəsi. Evlərin, küçələrin ulduz-ulduz işıqları, 
dənizdə rəngbərəng işıq siqnalları. Ön planda Nərimanov prospektinin yeni binalarından 
biri. Binanın üçüncü mərtəbəsindəki mənzilin balkonu qabağa çıxıb. Evin birinci mərtə-
bəsində ərzaq mağazası yerləşir. Biz mağazanın qapısından girib-çıxan adamları görürük. 
Həmidə xala balkona çıxır, üzünü qonşu balkona tutub çağırır. 
 
• O, zəngin yaradıcılıq yolu keçmiş,  
keçən əsrin 60-cı illərindən başlayaraq, 
yalnız bədii nəsr sahəsində deyil, həm 
də  dramaturgiya, kino, ədəbi tənqid və 
ədəbiyyatşünaslıq sahəsində  səmərəli 
fəaliyyət göstərmişdir. 
Yazıçının əsərlərində müasir insanın 
həyatı, gündəlik qayğıları, mürəkkəb 
həyati proseslərin axarında özünü dərk 
etməsi təsvir olunmuşdur. 
Şamil Salmanov 
ANAR  
(1938) 
Yada salın 

Ailə münasibətlərinin geniş əks olunduğu hansı əsərləri xatırla-
yırsınız? 

Həmin əsərlərdə hansı fikirlər diqqətinizi daha çox cəlb edib? 
Düşünün 

“Övladın ömrü valideyn ömrünün davamıdır” cümləsində ifadə 
olunmuş fikri necə başa düşürsünüz? 
Oxuda aydınlaşdırın 

Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitab-
larının köməyi ilə aydınlaşdırın. 

Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. 


 
 
 
133 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Həmidə: Səkinə bacı, ay Səkinə bacı! Bitişik qonşu eyvana Səkinə xala çıxır. 
Həmidə: Axşamın xeyir, ay Səkinə bacı. 
Səkinə: Aqibətin xeyir, Həmidə bacı. 
Həmidə: Bu ili də belə başa vurduq. 
Səkinə: Heç demə, gözünü açıb yumursan, bir də görürsən, il qurtarır. Təzə ili evdə qarşıla-
yırsan? 
Həmidə: Rəhmətliyin qızı, bəs harada olacam? 
Səkinə:  Mən  oğlumgilə  gedəcəm.  Farizgilə.  Sən  allah,  gəl  sən  də  gedək.  Bilirsən,  necə 
sevinərlər?! Tək oturma evdə. 
Həmidə: Yox, çox sağ ol. Tək deyiləm. Bilmirəm, gün hayandan çıxıb – bu gecə uşaqların 
hamısı evdədir. Onlardan çıxmayan iş. Sənə də zəhmət verirəm, Səkinə bacı, mənim sizdə 
bir böyük buludum var ha, əgər lazım deyilsə... 
Səkinə:  Boy,  o  nə  sözdür,  Həmidə  bacı.  Bu  saat  gətirərəm.  Maşallah,  deyəsən,  qonağın 
çoxdur. 
Həmidə (iftixarla): Hə, oğlumun yoldaşlarıdır.               
Səkinə: Bu saat gətirərəm. 
 
Hər ikisi içəri keçir. Pərdə qalxır, Həmidə xalagilin mənzili. Qonaq otağı. Otaqda stol, 
divan, bufet, televizor, radio-maqnitofon, divar saatı. Divarda mərhum Qəzənfərin – Həmidə 
xalanın ərinin qara haşiyəli iri fotoşəkli. Balkona, mətbəxə və o biri otağa açılan üç qapı. 
Pəncərədən Bakı gecəsinin sayrışan işıqları görünür. Həmidə xala mətbəxə keçir. Tofiq, 
Çingiz və  Şamil maqnitofonla məşğuldurlar. Lent kasetini çıxarıb maqnitofona taxırlar. 
Düyməni basırlar. Musiqi səsi eşidilir. Onlar bir müddət dinləyirlər. 
 
Şamil: Budur sənin yazıların? Bu motivə mənim nənəmin cavanlıq vaxtlarında oynayar-
larmış. 
Tofiq: Dayan, yox, bu kasetdədir. Al, bir bunu tax. 
 
Musiqini kəsib başqa kaset taxırlar. Başqa musiqi səslənir. Telefonun zəngi çalınır. 
Dilarə yüyürüb gəlir, dəstəyi qaldırır. 
 
Dilarə: Allo! Allo! Eşitmirəm! (Tofiqə, əsəbi) Əşi, kəs bu zibilin səsini. 
Şamil düyməni basır, musiqi kəsilir. 
Dilarə (həyəcanla): Allo! (Dəstəyi qoyur) 
Tofiq: Nə oldu? Asdı? 
Dilarə: Asacaq da. Yəqin, elə bildi, dəlixanaya düşüb. (Otaqdan çıxır) 
Şamil: Bəs bu lentdə nədir? 
Tofiq: Heç özüm də bilmirəm. Bu saat qulaq asarıq. (Kaseti taxır, düyməni basır. Bülbülün 
"Sənsiz"i eşidilir) 
Həmidə xala həyəcanlı halda tələsik mətbəxdən otağa gəlir. 
Həmidə (hövlnak): Saxla onu, saxla.  (Şamil düyməni basır, Həmidə xala maqnitofona 
yanaşır) Verin bura onu. (tələsik lenti alır) 
Tofiq: Nədir ki? 
Həmidə: Bu lentlə işiniz yoxdur. Məbadə buna dəyəsiniz. (Lenti aparıb bufetin gözündə 
gizlədir. Açarla bağlayır, açarı döşlüyünün cibinə qoyur) 
Uşaqlar təəccüblə bir-birinə baxırlar. 
 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə