131
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
1. Şeirin birinci parçasının ifadəli oxusuna hazırlaşın.
– Mətni dəftərinizdə yazın.
– İfaçılıq vəzifəsini – dinləyicilərə nə çatdıracağınızı aydınlaşdırın.
– Sonra məntiqi vurğulu sözləri, fasilələrin yerini, səsin ucalığını, sürətini və s. müəyyənləşdirib
şərti işarələrlə göstərin.
– Misraların oxusunda səsinizin alacağı çalarları mətnin kənarında yazın.
– İfaları dinləyib müzakirə edin.
– Şeirin birinci parçasını bədii oxu ustasının ifasında dinləyib ona münasibət bildirin.
2. Şeirin ideya-məzmunu ilə səsləşən atalar sözlərini müəyyənləşdirib, fikrinizi əsaslandırın.
Atalar sözləri
Şeirin ideya-məzmunu ilə
səsləşənlər
Nə üçün belə
düşünürsünüz?
Ananın ərköyün oğlu hambal olar.
Ananın canı övladdadır.
Anasından ayrılan quzunu qurd yeyər.
Ana səbri böyükdür.
Ana bala ucundan canını oda yaxar.
Oğul bəd övlad olsa, dərd öldürər ananı.
3. Müzakirə edin: Övladın valideyn qarşısında borcunu nədə görürəm?
•
Şeirin ikinci parçasının ifadəli oxusunu hazırlayın.
I I I d ə r s
T ə t b i q • M üz a k i r ə • Y a r a d ı c ı i ş
E v d ə i ş
132
KEÇƏN İLİN SON GECƏSİ
(İkihissəli pyes, ixtisarla)
İştirak edirlər:
Həmidə xala – 50–51 yaşlarında.
Rüstəm – onun oğlu, 22 yaşında.
Dilarə – onun qızı, 17 yaşında.
Tofiq – onun oğlu, 15 yaşında.
Gülarə – onun qızı, 25 yaşında.
Süleyman – Gülarənin əri.
Vaqif – Gülarənin oğlu, 5 yaşında.
Çingiz – Tofiqin yoldaşı
Şamil – Tofiqin yoldaşı.
Leyla – Dilarənin rəfiqəsi.
Kamilə – Rüstəmin nişanlısı.
Səkinə xala – qonşu qadın,
45–46 yaşlarında.
Eynəkli kişi.
Televiziya diktoru.
Telefondan gələn səslər, Tofiqin
yoldaşları, küçədən keçənlər.
Hadisə bizim günlərdə Bakıda cərəyan edir.
Birinci hissə
Böyük səhnə pərdəsi açıqdır. Onun yerinə başqa bir pərdə asılmışdır. Bu pərdənin
üzərində şəkil çəkilmişdir – çilçıraqlı Bakı gecəsi. Evlərin, küçələrin ulduz-ulduz işıqları,
dənizdə rəngbərəng işıq siqnalları. Ön planda Nərimanov prospektinin yeni binalarından
biri. Binanın üçüncü mərtəbəsindəki mənzilin balkonu qabağa çıxıb. Evin birinci mərtə-
bəsində ərzaq mağazası yerləşir. Biz mağazanın qapısından girib-çıxan adamları görürük.
Həmidə xala balkona çıxır, üzünü qonşu balkona tutub çağırır.
• O, zəngin yaradıcılıq yolu keçmiş,
keçən əsrin 60-cı illərindən başlayaraq,
yalnız bədii nəsr sahəsində deyil, həm
də dramaturgiya, kino, ədəbi tənqid və
ədəbiyyatşünaslıq sahəsində səmərəli
fəaliyyət göstərmişdir.
Yazıçının əsərlərində müasir insanın
həyatı, gündəlik qayğıları, mürəkkəb
həyati proseslərin axarında özünü dərk
etməsi təsvir olunmuşdur.
Şamil Salmanov
ANAR
(1938)
Yada salın
–
Ailə münasibətlərinin geniş əks olunduğu hansı əsərləri xatırla-
yırsınız?
–
Həmin əsərlərdə hansı fikirlər diqqətinizi daha çox cəlb edib?
Düşünün
–
“Övladın ömrü valideyn ömrünün davamıdır” cümləsində ifadə
olunmuş fikri necə başa düşürsünüz?
Oxuda aydınlaşdırın
–
Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitab-
larının köməyi ilə aydınlaşdırın.
–
Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
133
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
Həmidə: Səkinə bacı, ay Səkinə bacı! Bitişik qonşu eyvana Səkinə xala çıxır.
Həmidə: Axşamın xeyir, ay Səkinə bacı.
Səkinə: Aqibətin xeyir, Həmidə bacı.
Həmidə: Bu ili də belə başa vurduq.
Səkinə: Heç demə, gözünü açıb yumursan, bir də görürsən, il qurtarır. Təzə ili evdə qarşıla-
yırsan?
Həmidə: Rəhmətliyin qızı, bəs harada olacam?
Səkinə: Mən oğlumgilə gedəcəm. Farizgilə. Sən allah, gəl sən də gedək. Bilirsən, necə
sevinərlər?! Tək oturma evdə.
Həmidə: Yox, çox sağ ol. Tək deyiləm. Bilmirəm, gün hayandan çıxıb – bu gecə uşaqların
hamısı evdədir. Onlardan çıxmayan iş. Sənə də zəhmət verirəm, Səkinə bacı, mənim sizdə
bir böyük buludum var ha, əgər lazım deyilsə...
Səkinə: Boy, o nə sözdür, Həmidə bacı. Bu saat gətirərəm. Maşallah, deyəsən, qonağın
çoxdur.
Həmidə (iftixarla): Hə, oğlumun yoldaşlarıdır.
Səkinə: Bu saat gətirərəm.
Hər ikisi içəri keçir. Pərdə qalxır, Həmidə xalagilin mənzili. Qonaq otağı. Otaqda stol,
divan, bufet, televizor, radio-maqnitofon, divar saatı. Divarda mərhum Qəzənfərin – Həmidə
xalanın ərinin qara haşiyəli iri fotoşəkli. Balkona, mətbəxə və o biri otağa açılan üç qapı.
Pəncərədən Bakı gecəsinin sayrışan işıqları görünür. Həmidə xala mətbəxə keçir. Tofiq,
Çingiz və Şamil maqnitofonla məşğuldurlar. Lent kasetini çıxarıb maqnitofona taxırlar.
Düyməni basırlar. Musiqi səsi eşidilir. Onlar bir müddət dinləyirlər.
Şamil: Budur sənin yazıların? Bu motivə mənim nənəmin cavanlıq vaxtlarında oynayar-
larmış.
Tofiq: Dayan, yox, bu kasetdədir. Al, bir bunu tax.
Musiqini kəsib başqa kaset taxırlar. Başqa musiqi səslənir. Telefonun zəngi çalınır.
Dilarə yüyürüb gəlir, dəstəyi qaldırır.
Dilarə: Allo! Allo! Eşitmirəm! (Tofiqə, əsəbi) Əşi, kəs bu zibilin səsini.
Şamil düyməni basır, musiqi kəsilir.
Dilarə (həyəcanla): Allo! (Dəstəyi qoyur)
Tofiq: Nə oldu? Asdı?
Dilarə: Asacaq da. Yəqin, elə bildi, dəlixanaya düşüb. (Otaqdan çıxır)
Şamil: Bəs bu lentdə nədir?
Tofiq: Heç özüm də bilmirəm. Bu saat qulaq asarıq. (Kaseti taxır, düyməni basır. Bülbülün
"Sənsiz"i eşidilir)
Həmidə xala həyəcanlı halda tələsik mətbəxdən otağa gəlir.
Həmidə (hövlnak): Saxla onu, saxla. (Şamil düyməni basır, Həmidə xala maqnitofona
yanaşır) Verin bura onu. (tələsik lenti alır)
Tofiq: Nədir ki?
Həmidə: Bu lentlə işiniz yoxdur. Məbadə buna dəyəsiniz. (Lenti aparıb bufetin gözündə
gizlədir. Açarla bağlayır, açarı döşlüyünün cibinə qoyur)
Uşaqlar təəccüblə bir-birinə baxırlar.
Dostları ilə paylaş: |