128
Ana yuxularında tez-tez Bakıya getdi.
Ana məktub yazdı ki: “Yanıltma gümanımı,
Pul nədir, pul deyirsən, göndərərəm canımı”.
Nə zaman ki oğlunun getdiyi dörd il oldu,
Məktubları kəsildi, gəlmədi tətil oldu.
Ananı fikir aldı, ananın əsdi dizi,
Ana müqəssir etdi tramvayı, dənizi.
O yenə dözdü, durdu… O yolmadı saçını,
Səslədi qonşuları Əsmər, Çiçək bacını.
Yenə də azalmadı ürəkdən bala dərdi,
Onlar oğul vermədi, onlar təsəlli verdi.
Məktub məktub dalınca axdı, Bakıya axdı,
Ana da məktubların dalınca baxdı, baxdı…
Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,
Məktublar əzik-üzük, məktublar bezdi gəldi.
Ana yenə də baxdı gah dolama yollara,
Gah da oğul boyuna həsrət qalan qollara.
II
Ana oğul böyütdü gur, çatma qaş, gensinə,
Ana oğul böyütdü, özgəyə qismət oldu.
Ana fikirləşdi ki, mən neyləmişəm sənə?
Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?
...Ana bilsəydi əgər, böyütməzdi oğlunu,
Yox, bunu yandım dedim, yenə atmazdı onu.
Bir gözəl, bir sevimli oğul böyütdü ana,
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
Oğul! Nədir etdiyin bəs bu haqq-say üçün?
Qaytar onun ömrünə neçə gecə, neçə gün!
Qaytar onun saçının qaralığını geri.
Qaytar o dilindəki şirin-şirin sözləri!
O sözü, o söhbəti, gülüşü anan verib
Ana dodaqlarından bala dodaqlarına.
İndi ondan gen gəzən oğul, ayaqlarına
Yerişi anan verib.
Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
Qaytarsan o yerişi, yerindəcə qalarsan.
Qaytarsan o gülüşü, hırıldamazsan daha.
Qaytar, qaytar onları, qaytar, qoyma sabaha!
129
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
Sən ki dərd verdin, oğul, sənə gülüş verənə,
Oğul demərəm sənə!
Deyirəm ki, o boyu, buxunu qaytar geri!
Deyirəm ki, varını, yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar ana borcunu,
O borc sənin özünsən, özünü qaytar geri!
1. Əsəri oxuyun (bunu fərdi səssiz oxu, səsli oxunun dinlənilməsi və s. şəkildə yerinə yetirə bilərsiniz).
2. İlkin təəssüratınızı siniflə bölüşün.
3. Misralarda ifadə olunmuş fikri aydınlaşdırıb qısaca yazın.
Bir gözəl, bir sevimli oğul böyütdü ana,
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
Ana məktub yazdı ki: “Yanıltma gümanımı,
Pul nədir, pul deyirsən, göndərərəm canımı”.
Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
Qaytarsan o yerişi, yerindəcə qalarsan.
Qaytar ana borcunu,
O borc sənin özünsən, özünü qaytar geri!
4. Şeir haqqındakı təəssüratınızı, düşüncələrinizi ikihissəli gündəlikdə qeyd edin.
Əsərdə diqqətimi daha çox cəlb edənlər
Bunun səbəbi
5. Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirib cədvəldə qeyd edin.
Əsərdə işlənmiş bədii təsvir və ifadə vasitələri
Onların növü
6. Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə,
ümumiləşdirmə aparıb təqdimata hazırlaşın.
7. Təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.
• Mövzulardan birini seçib təqdimata hazırlaşın.
a) Şeir ana-övlad münasibətləri haqqında düşüncələrimə nə əlavə etdi?
b) Sinifdə əsərlə bağlı hansı mövzuda müzakirə aparılmasını təklif edərdim?
I d ə r s
M ə z m u n ü z r ə i ş
E v d ə i ş
130
• Əsərin təhlilinə hazırlaşın.
1 . Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın.
Ədəbiyyatımızın istedadlı nümayəndələrindən olan Əli Kərimin yaradıcılığında milli-mənəvi də-
yərlərə bağlılıq, sadə zəhmət adamına rəğbət, insanın daxili zənginliyi, xarakterinin mürəkkəbliyi,
anaya, ataya münasibət, müharibə, qəhrəmanlıq və s. hislər, düşüncələr yüksək sənətkarlıqla əks olun-
muşdur. Bu mahir söz sənətkarının şeirlərindəki insan obrazları mükəmməl poetik cizgilərlə oxucunun
gözü önündə canlanır, onu düşünməyə, təsvir edilən insan talelərindən, hadisələrdən ibrət almağa,
nəticə çıxarmağa sövq edir.
Şairin əsərlərində anaya ehtiram motivləri, xüsusilə güclüdür. Bu, şairin öz sələflərinin – klassik-
lərimizin anaya həsr olunmuş əsərlərindən məzmun, dil, üslub baxımından fərqlənən “Qaytar ana
borcunu” şeirində daha aydın duyulur. Həyati müşahidələrə əsasən yazılmış bu əsər gənc nəsli
xalqımıza xas olan mənəvi dəyərlərə sadiq olmağa səsləyir.
Əsərin hər kəlməsinin, cümləsinin üzərində düşünün, ananın hiss və həyəcanlarının necə ifadə
olunduğuna, müəllifin mövqeyini aydınlaşdırmağa çalışın.
2. Əsərdə diqqəti cəlb edən başlıca problem nədir? Müəllif həmin problemin həllində nəyə üstünlük
verir? Cədvəldən istifadə edin.
Əsərdə qaldırılmış başlıca
problem
Müəllif problemin həllini
nədə görür?
Siz necə düşünürsünüz?
3. Ana obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.
Ana obrazı
Xarakterindəki başlıca cəhətlər
(nümunələrlə əsaslandırmalı)
Övladına münasibəti
(nümunələrlə əsaslandırmalı)
4. Müəllifin ana və oğul obrazlarına münasibətini aydınlaşdırın. Cədvəldən istifadə edin.
Müəllifin...
Ana obrazına münasibəti
(nümunələrlə əsaslandırmalı)
Oğul obrazına münasibəti
(nümunələrlə əsaslandırmalı)
5. Əsərin bədii gözəlliyinin – təsir gücünün artmasında təsvir və ifadə vasitələrinin rolunu
müəyyənləşdirin.
Bədii təsvir və ifadə vasitələrinə aid nümunələr
Əsərin bədii gözəlliyinin – fikrin təsir
gücünün artmasında onların rolu
6. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Cədvəldən istifadə edin.
Əsərin əsas ideyası nədir?
Nə üçün belə düşünürsünüz?
• "Şifahi xalq yaradıcılığında ana obrazı" mövzusunda təqdimata hazırlaşın.
I I d ə r s
T ə h l i l ü z r ə i ş
A r a ş d ır ı n • F i k i r l ə ş i n • C a va b v er i n
E v d ə i ş
Dostları ilə paylaş: |