Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə47/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   87

 
 
116 
 
Ürgənin dodaqları arasında sarımtıl köpük görünürdü. 
Meşəbəyi əsla çiyrənmədən, ovcu ilə köpüyü sildi, əlini burnuna yaxınlaşdırıb qoxu-
ladı. Köpükdən asırqal iyi gəlirdi. 
O, ürgənin gözlərinə baxdı. Bu iri, göyçək gözlər iztirabla dolu idi. Ürgənin dodaqları 
arasından yenə sarımtıl köpük gəlirdi. Meşəbəyi bir daha köpüyü qoxladı və sarımsaq 
qoxusunu xatırladan iyi təkrar hiss etdi. 
Göy ürgə hardasa asırqal yemişdi, zəhərlənmişdi. Meşəbəyi çox yaxşı bilirdi ki, dər-
hal tədbir tökməsə, göy ürgə buradaca, onun gözünün qabağındaca yıxılıb ölə bilər.  
Lakin o, hələ də dayanıb ürgənin dodaqlarının arasından aramsız qaynayıb tökülən 
köpüyə baxırdı. 
O, ömrünün qırx ilini at belində olmuşdu, meşəni addım-addım gəzmişdi. Onun zeh-
nində min bir çiçək, ot adı var idi. Bu min bir ad içərisində “asırqal” çox az-az yada 
düşürdü. Çünki bu zəhərli bitki onun meşəsindən uzaqlarda, dağlarda bitirdi. Elə isə... 
bu, nə möcüzə idi? Ürgə nədən zəhərlənib? Bəlkə, heç zəhərlənməmişdi? 
Meşəbəyinin dünyagörmüş, təcrübəli gözləri dostunun bədənində gəzdi. Ürgənin döş 
əzələləri titrəyirdi. Dizləri hissolunacaq dərəcədə bükülüb, çox çətinliklə düzəlirdi. Göy 
ürgə onu öz oğulları qədər sevən, ona yedirtmək üçün şinelinin cibində parça-parça qənd 
gəzdirən  sahibinin  qarşısında  birdən-birə  zəiflədiyindən  utanırmış  kimi,  iztirablı  göz-
lərini çevirib yana baxırdı.  
Birdən onun bütün bədəni titrədi. Yenə dizləri büküldü. Ürgə inildədi və elə bil daha 
utanmaqdan, xəcalətdən keçdiyini hiss edib gözlərini sahibinin üzünə dikdi, ondan kö-
mək istədi:  
– Bu saat... bu saat, qadan alım, – deyə meşəbəyi pıçıldadı, çevrilib geriyə, qalın me-
şənin dərinliklərinə tərəf baxdı. Ürgənin gözlərini sığallayıb, bir daha: “Bu saat”, – dedi. 
Şallağını  çəkməsinin  boğazına  sancdı,  papağını  başında  bərkitdi,  şinelinin  ətəklərini 
yığıb yerindən götürüldü.  
Buradan təxminən iki kilometr aralıda, geniş bir talada, gur sulu çay üzərində sovxoz 
vardı.  El  arasında  ona  “it  sovxozu”  deyirdilər.  Orada  suitinin müxtəlif  cinslərini  sax-
layırdılar. Bir ay bundan əvvəl sovxoz köçürülmüşdü. Tikililər sökülmüş, çay üzərindəki 
dəmir tor qəfəslər yerli-dibli qoparılıb aparılmışdı. Sovxozun yerində indi yalnız torpaq 
yığınları bozarırdı. Xarabalıqdan xeyli kənarda isə uzaqdan baxanda ağız-ağıza dayan-
mış bir cüt nəhəng hörümçəyə bənzəyən iki alaçıq qaralırdı. Orada sovxoz direktorunun 
qayınatası Daşdəmir kişi kürəkəninin, özünün və daha bir neçə sovxoz işçisinin mal-
qarasını saxlayırdı. Sabahda-birigündə Daşdəmir də köçməli idi. 
 
 
 
 
Meşəbəyi  iki  kilometrlik  yolu  birnəfəsə  qət  edib  alaçıqlara  yetişəndə  hər  alaçığın 
kölgəsindən  bir  iri,  qıllı  köpək  peyda  oldu.  İtlərin  səsinə  Daşdəmirin  əvəzində,  geyi-
mindən şəhər ziyalısına oxşayan boz şlyapalı, ucaboy bir adam çıxdı, yüyürüb itlərə tə-
pindi.  Sonra  dayanıb  təəccüblə  meşəbəyiyə  baxdı,  qan-tər  içində  təngnəfəs  yüyürən 
adamdan nə isə soruşmaq istədi. Ancaq meşəbəyi onu qabaqladı: 
–  Mən  Mirqasımam,  meşəbəyi  Mirqasım,  ay  oğul.  Atım  ağıya  düşüb.  Mən  səni 
burada birinci dəfədir ki, görürəm, bağışla, tanış olası halım yoxdu. Bir vedrə süd lazım-
dır. Daşdəmir hanı, gözümə dəymir? 
– Nə olub, ə, a Mirqasım, döşün niyə atdanır? – yaxınlıqdan, lap beş addımlıqdan tanış
 
səs eşidildi.  
••• 
II 
•••  


 
 
 
117 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Meşəbəyi cəld dönüb geniş açılmış iri mavi gözlərini ağacların arasında dolandırdı. 
Daşdəmirin səsi bu dəfə elə bil yerin altından gəldi: 
– Ölmədik, sənin dövranının qurtardığını da gördük, a Mirqasım! 
– Sən hardasan, a kişi? 
– Burdayam, gəlirəm indi... Deyirəm, ölmədik, sənin də axırını gördük! Göy ürgənin 
belində belədən-belə çapırdın, elədən-elə çapırdın, saatda bir, malı, heyvanı atın döşünə qatıb 
salırdın xalxala. Nə bilim, filan yerə ayaq basmayın, bəsməkan yerə yaxın durmayın! Nə 
bilim, filan yerə yaxın durmayın! İndi kimə qalır sənin bu qoruqların? Yoxsa Qaraca çoban 
kimi ağacları köklü-köməcli qoparıb, belinə şəlləyib aparmaq istəyirsən?  
Daşdəmir  palıd ağacının mağara kimi qaralan koğuşundan çıxdı, iki yanını basa-basa 
yaxınlaşıb meşəbəyini süzdü: 
–  Hə, buyur görək. Süd lazımdı deyirsən? Süd-zad yoxdu! 
–  Sən allah, bir az tez elə, ay Daşdəmir. Ürgə əldən gedir! 
–  Hanı ürgə? 
–  Bu yanda, talada qoymuşam. 
–  Elə niyə? Yəni gələsi halı yoxdu? 
–  Yoxdu, yoxdu. Daşdəmir, qadan alım, tez elə! Oğul bərabəri atdı, Daşdəmir! 
Gənc  kənarda  dayanıb  siqaret  çəkirdi.  İtlərin  şırvanmasından  məlum  idi  ki,  oğlan 
burada təzə adam deyildi. 
Meşəbəyi üçün bu saat hər dəqiqə qiymətli idi. O, ötən günləri yada salıb söhbəti 
uzadan adamın tələsməyəcəyini hiss edib gəncə baxdı. Gənc dərhal siqaretini yerə atdı. 
– Mən gətirərəm! – deyib alaçıqlara tərəf yüyürdü. 
Meşəbəyinin elmli-savadlı adamlara, şəhərlərdən meşəyə gəzməyə gələn ziyalılara 
xüsusi marağı vardı. Yaşıl talalarda, bulaq başında, ağac kölgəsində onu süfrəyə dəvət 
edən  ziyalıların  hərəsi  onun  ürəyində  bir  cür  xatirə  qoyub  gedərdi.  Onun  həyəcanını, 
təşvişini dərhal başa düşüb cəld yüyürən ziyalı gəncin arxasınca baxdıqda meşəbəyinin 
bənd tikilisi başlayan gündən açılıb-dərinləşmiş, sonra küt bir ağrı ilə içərisində gizlənib 
qalmış yarası yenidən qövr elədi, o, yalnız indicə başa düşdü ki, “lent kəsilib, şlüz açı-
landa”, meşə suyun altında qalanda meşə ilə birlikdə neçə-neçə adamlar ülfətini, ünsiy-
yətini, ərşdən-gürşdən xəbər verən şirin-şirin söhbətlərini də itirəcəklər. 
Meşəbəyi bir anlığa hətta göy ürgəni də unutdu. Şişkin sifətini topa saqqal basmış 
qıllı adamın nə dediyini və nə üçün güldüyünü belə başa düşmədi. 
– Ə, sənnən deyiləmmi, niyə cavab vermirsən? 
– Nə deyirsən? 
– Deyirəm, oğlun raykom katibidi, pulun çox olar. Ver xərcləyək də! 
Meşəbəyinin qaşları çatıldı: 
– Sənin də kürəkənin sovxoz direktorudur. Deməli, sənin də pulun çoxdu? 
– Mənim torbamın dibi deşikdi. 
– Elə niyə? 
– Bilmirsən? Bir-iki baş normadan artıq heyvan saxlayıram deyin, hər yoldan ötən 
rüşvət istəyir. Pulu torbanın üstdən qoyuram, altdan o yana gedir. Sənin özünü neçə kərə 
qonaq eləmişəm? Yadından çıxıb? 
– Deməli, mənə də rüşvət verirdin? 
Daşdəmir güldü: 
– 
Bə sən necə bilirdin, ə? İşim keçməyən adama mən bir tikə də yedirtmərəm. 
Meşəbəyi fikri dağınıq halda səbirsizliklə alaçıqlara tərəf baxdı. Oğlanın dolu vedrə ilə 
gəldiyini gördükdə itlərin mırıldaşmağına əhəmiyyət vermədən onun qabağına yeridi: 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə