125
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
1. M.Arazın “Əsgər oğul” şeirini oxuyun (bunu fərqli formalarda yerinə yetirə bilərsiniz), tanış olma-
yan sözlərin mənasını aydınlaşdırın.
ƏSGƏR OĞUL
(ixtisarla)
Sən bu yurda söykəlisən, bu yurd sənə,
Keşiyində dursan belə neçə sənə,
Ayaq üstə yatsan belə neçə sənə;
Sən bu yurda söykəlisən, bu yurd sənə!
Son atəş də, son zərbə də səninkidir,
Oğul əsgər, əsgər oğul – mərd igiddir,
Mərd ölsə də, mərdlik ölmür, hünər ölmür;
Hünər ölmür, mərdlik ölmür – əsgər ölmür.
Babaların məzarını qoru, qardaş!
Ataların vüqarını qoru, qardaş!
Körpələrin yuxusunu qoru, qardaş!
“Vətən ölməz” duyğusunu qoru, qardaş!
“Hünər ölməz” nidasını qoru, qardaş!
Od yurdunun odasını qoru, qardaş!
Bu torpağın son nəfəri olsan belə,
Son dirisi, son əsgəri olsan belə,
Geri dönmə, son qələbə xəttinəcən,
Son qələbə həddinəcən, səddinəcən.
Dönmə geri üfüqəcən...
Nə zaman ki bu yer, bu yurd
Yağıları süpürəcək, üfürəcək,
Hər əsgərin, hər nəfərin
Nəfəsi od püskürəcək.
Onda dönüb görəcəksən:
Nakamların qəbri: Məşəl!
Qaliblərin qəlbi: Məşəl!
Məşəl! Məşəl!
Şah dağından qəlbi məşəl!..
2. Kiçik qruplarda birləşərək şeirin məzmununa aid suallar tərtib edin.
3. Sualları və onlara hazırladığınız cavabları təqdimat əsasında müzakirə edin.
4. Əsərin məzmununu mənimsədiyinizə əmin olduqdan sonra ideyasını müəyyənləşdirin.
5. Şeiri müəllifin “Əsgər məktubu” əsəri ilə hansı əsaslar (əlamətlər) üzrə müqayisə edəcəyinizi müəy-
yənləşdirin.
6. Müqayisənin nəticəsini cədvəldə qeyd edin.
Hansı əsaslar (əlamətlər)
üzrə müqayisə olunurlar?
Əsərlərin adı
M.Araz. “Əsgər məktubu”
M.Araz. “Əsgər oğul”
I I I d ə r s
T ə t b i q • M üz a k i r ə • Y a r a d ı c ı i ş
126
7. “Əsgər məktubu” şeirinin ilk üç bəndinin ifadəli oxusunu hazırlayın. İfaçılıq vəzifəsini (dinləyi-
cilərə nəyi çatdıracağınızı), səsinizin alacağı çalarları, sürətini, ucalığını və s. müəyyənləşdirin.
Unutmayın ki, şeirin məzmunundan asılı olaraq, səsiniz fərqli çalar (təntənəli, hüznlü və s.) qaza-
nacaqdır.
8. İfaları dinləyib müzakirə edin.
• “Əsgər məktubu” şeirinin bütövlükdə ifadəli oxusunu hazırlayın. Şərti işarələrdən istifadə edin.
E v d ə i ş
Q i y m ə t l ə n d i r m ə m a t e r i a l ı
Əliağa Kürçaylı
ŞƏHİD MEŞƏ
O uzaq illərin xatirəsidir
Ürəyi kövrəldən, gözü yaşardan.
Bu, Kürün kədərli hekayəsidir,
Yadıma düşdükcə yanıram, inan.
Sahildə zümrüdü bir meşə vardı,
Söyüdlü, çinarlı, ağcaqovaqlı.
İl boyu bir yaşıl süfrə açardı,
Budağı yuvalı, qoynu qonaqlı.
Meşəni insanlar salmamışdılar,
Nə bir alın təri, nə əl qabarı.
Anamız təbiət özü bir bahar
Əkmişdi sahilə bu ağacları.
Kür o il aşmışdı uca bəndi də,
Qala bilməmişdi öz məcrasında.
Mənim doğulduğum Muğan kəndi də
Bir ada olmuşdu su səhrasında.
Elə bil başını itirmişdi Kür,
Gözümdən qovmuşdu şirin yuxumu.
Daşanda özüylə gətirmişdi Kür
Sahilə nə qədər ağac toxumu.
Elə ki Kür yatdı,
Həmin toxumlar
Cücərdi, boy atdı gündə bir çərək.
Üstündən keçməmiş üç qış, üç bahar
Bir meşə oldu ki, gəl şəklini çək.
Gəldi qucağına onun el, elat,
Süfrələr salındı kölgəliklərə.
Daşanda Kürümü söyən camaat
Ona “sağ ol” dedi meşəyə görə.
Sonra gözə girib yer əkmək üçün
Torpaq “lazım oldu” kolxoz sədrinə.
O gəlib meşəni qırdırdı bir gün,
Toxundu çiçəyin, gülün xətrinə.
Ağaclar yıxıldı qollu-budaqlı,
Yuvalar dağıldı çolpalarıyla.
Çinarlı, söyüdlü, ağcaqovaqlı
Meşə yoxa çıxdı sıx qatarıyla.
Sədr bostan əkdi meşə yerində...
Torpağın nə yaman hikkəsi varmış.
Ağılsız, vicdansız tədbir görəndə
Torpaq da insandan qisas alarmış.
Bircə şamama da bitirmədi yer,
Çayır yorğan kimi örtdü torpağı.
Sədri muradına yetirmədi yer,
Qazancı nə oldu? Elin danlağı.
Hər kəndə gedəndə dinləyirəm mən
Şəhid bir meşənin şikayətini.
Özün bir şitil də əkməmisən sən,
Qoruya bilməzsən el sərvətini.
127
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
QAYTAR ANA BORCUNU
(ixtisarla)
I
Bir gözəl, bir sevimli oğul böyütdü ana.
O bəd, uğursuz günü – ərinin öldüyünü
Bildirmədi heç ona.
Kədəri dalğa-dalğa doldusa da ürəyə,
Lakin nə saç yolaraq verdi əsən küləyə,
Nə şivən etdi ana.
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
Dözərək davanın da dərdinə, bəlasına,
Öz boğazından kəsib yedirdi balasına…
Bir oğul böyütdü ki, gur, çatma qaş, gensinə.
Bir oğul böyütdü ki, oğul deyirəm sənə...
Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,
Oğul instituta qızıl medalla girdi.
Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!”
• Əli Kərimin ömrü, öz şair sözü kimi,
poeziyada atributa çevrildi. Bu gün
onun üslubunu, deyim tərzini, söz-
obrazlarını davam etdirən şairlər var. O,
mövzu məhdudluğu bilməyib, mövzu
əlvanlığı, həm də seçilmiş mövzunu
orijinal işləmə tərzi onun yaradıcılığını
səciyyələndirən cəhətlərdəndir.
Tofiq Hacıyev
ƏLİ KƏRİM
(1931 – 1969)
Yada salın
– Ana qayğısı, ana nəvazişi haqqında oxuduğunuz hansı əsəri unu-
da bilmirsiniz?
– Buna səbəb nədir?
Düşünün
– Ana-övlad münasibətləri söz sənətkarlarını hansı səbəblərə görə
düşündürə bilər?
Oxuda aydınlaşdırın
– Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu
kitablarının köməyi ilə aydınlaşdırın.
– Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
Dostları ilə paylaş: |