Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə48/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   87

 
 
118 
 
– Çox sağ ol, qadan alım! 
– Dəyməz, əmi, – deyə nəzakətlə gülümsünüb vedrəni ehtiyatla irəli uzatdı. Əli ved-
rənin soyuq qulpuna toxunanda meşəbəyinin ürəyinə sərinlik gəldi. Fikrən indi o, artıq 
göy ürgənin yanında idi, bu göyçək, xeyirxah oğlan da, Daşdəmir də onun yanında idilər, 
köməkləşib ürgəni yıxmışdılar, zorla süd içirirdilər. Bu fikirdə ikən birdən vedrəni böyrü 
üstə gördükdə meşəbəyi təəccüblə çevrilib, ağzını geniş açaraq qaqqıldayan Daşdəmirə 
baxdı. Süd axıb göy otların arasına hopurdu. İtlər cumub südü yalayırdılar. Daşdəmir isə 
gülürdü: 
– Vallah, bilmədim, ayağım toxundu, Mirqasım. Ə, bir ürgə nəmənə şeydi, ondan 
ötrü  belə  yüyürüb  qan-tərə  batıbsan?  Deynən,  oğlanlarıyın  hərəsi  bir  az  pul  qoysun, 
maşın alsınlar, min gəz, kef elə özün üçün! 
Meşəbəyi top qarasaqqal arasında iti uclu dişləri ağaran bu adama baxıb nahaq gəl-
diyini başa düşdü. 
Meşəbəyinin canı alovlandı. O, pul təklif etmək, südü satın almaq istədi. Lakin özünü 
sındırmadı.  Köhnə,  adi  təmkini  ilə  yaylığını  çıxarıb  tərini  sildi.  Papağını  götürdükdə 
ikindi çağının sərinliyində onun iri, qırxıq başından qatı buğ qalxdı. Və beləcə, başı tüs-
tülü halda geri qayıtdı. 
Göy ürgə artıq böyrü üstə idi. Meşəbəyi çöməlib onun gözlərini sığalladı. Sonra əlinin 
arxası ilə öz gözlərini sildi: 
– Belə-belə işlər, ay göy ürgə... 
Ürgə son dəfə xırıldayıb dartındı və hərəkətsiz qaldı. 
 


 
 
 
119 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Meşəbəyi yavaşca qalxıb tapqırları açdı. Sonra yüyəni ürgənin başından çıxartdı. Yəhəri 
belinə şələləyib yalnız onun bələd olduğu, el yolundan uzaq, xəlvət cığırla addımladı... 
Külək  başlamışdı.  Meşə  xışıldayırdı.  Meşəbəyinin  üstünə  xəzəl  yağırdı.  Boynuna, 
qoyun-qoltuğuna soyuq yarpaqlar dolurdu. O isə heç nəyə əhəmiyyət vermir, gözlərini 
qaranlıqda bozaran dar cığırdan çəkmədən ağır-ağır, yorğun-yorğun addımlayırdı. 
Meşədən çıxanda o, ömründə birinci dəfə bərk yorğunluq hiss etdi. Vaxtı keçmiş qo-
ca kimi hıqqıldayıb, yəhəri belindən endirdi, yerə qoyub üstündə oturdu. Sonra çevrilib 
çiyni üstündən geriyə, meşənin səsinə qulaq asdı. 
– Belə-belə işlər, ay göy ürgə... Belə-belə işlər, ay meşəbəyi Mirqasım... 
 
 
 
1. Əsərin birinci parçasını oxuyun. Proqnozlaşdırılmış oxunu seçsəniz, həmin parçada müəy-
yənləşdirdiyiniz hər  hissənin sonunda fərdi olaraq cədvəldə qeydlər etməlisiniz. 
  Əsərin hissələri 
Sizcə, nə baş verə-
cək? Hadisələr necə 
davam edəcək? 
Nə üçün belə düşünür-
sünüz? Nəyə əsaslanır-
sınız? 
Nə baş verdi? Hadi-
sələr necə davam et-
di? 




I  hissə 
 
 
 
II  hissə 
 
 
 
III  hissə 
 
 
 
 
2.  Hər  hissənin  oxusundan  sonra  qeydləriniz  və  yeni  hissə  ilə  bağlı  ehtimallarınız  barədə  parta 
yoldaşınızla fikir mübadiləsi aparın.  
3. Oxuduğunuz parçanın məzmununa aid üçdən az olmayaraq sual və onlara cavab hazırlayın. 
4. Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirib cədvəldə qeyd edin. 
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr 
Bədii təsvir və ifadə vasitələrinin növü 
 
 
5. Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə 
və ümumiləşdirmə aparın. 
6. Təqdimat əsasında qənaətlərinizlə bağlı fikir mübadiləsi və müzakirə aparın. 
7. Üzərində işlədiyiniz parçanı hissələrə  ayırıb, birinin məzmununu tərtib etdiyiniz plan əsasında geniş danışın. 
 
a)  Hekayənin ardını (2-ci parça) oxuyun.  
b)  Tanış olmayan sözlərin mənasını aydınlaşdırın. 
 
 
1.  Evdə oxuduğunuz parçanı bir daha nəzərdən keçirin. Parta yoldaşınızla birlikdə məzmununa aid 
üçdən az olmayaraq sual və onlara cavab hazırlayın.  
2.  Hekayənin  məzmununa  daha  çox  uyğun  gələn  müdrik  sözləri  müəyyənləşdirin.  Fikrinizi  əsas-
landırın:  
a)  At ölər, nalı qalar, igid ölər, namı qalar.   
b)  Namərdə tuş gələnin işi düyünə düşər.  
c)  Qarı düşmən dost olmaz.  
d)  At oğurlanandan sonra axur nəyə gərək.  
e)  Atı atın yanında bağlasan, rəngini götürməsə də, xasiyyətini götürər. 
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş
 
E v d ə   i ş  
I I   d ə r s 
M ə z m u n   ü z r ə   i ş  


 
 
120 
 
3.  Doğru hesab etdiyiniz fikirləri müəyyənləşdirin. Fikrinizi əsaslandırın: 
a) Meşəbəyi Mirqasım meşənin su altında qalacağını düşünüb kədərlənir. 
b) Atın ölümünün əsas səbəbi zəhərli ot yeməsidir. 
c) Daşdəmir meşəbəyi Mirqasımdan meşəni qoruduğuna, işinə vicdanla yanaşdığına görə qisas alır. 
d) Meşəbəyi Mirqasım göy ürgəyə dost kimi yanaşır. 
e) Göy ürgənin ölümü təbiətə qənim kəsilənlərə xəbərdarlıqdır.  
 
4.  Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə edin. 
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr 
Bədii təsvir və ifadə vasitələrinin növü 
 
 
5.  Əsərdəki epizoda aid şəkli uğurlu saymaq olarmı? Nə üçün?  
6.  Əsərdə hekayə janrına məxsus hansı cəhətlər var? Fikrinizi qısaca yazın.  
7.  Kiçik  qruplarda birləşərək yerinə yetirdiyiniz  bütün  işlərin  nəticələrini  müzakirə edin,  dəqiqləş-
dirmə və ümumiləşdirmə aparın. 
8.  Təqdimat əsasında qənaətləriniz barədə fikir mübadiləsi və müzakirə aparın. 
 
• Hekayədən seçdiyiniz hissənin məzmununu tərtib etdiyiniz plan əsasında iki formada –  yığcam və 
yaradıcı danışmağa hazırlaşın. 
 
 
• Əsərin təhlilinə hazırlaşın. 
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
Ədəbiyyatımızda böyük maraqla qarşılanan hekayə ilə tanış oldunuz. Baş verənlər:  meşəbəyinin  kədəri, 
göy ürgənin zəhərlənməsi, Daşdəmirin hadisələrə münasibəti və s. diqqətinizi  dərhal cəlb etdi. Bütün bun-
ların arxasında nələrin dayandığını aşkara çıxarmaq, müəllifin niyyətini aydınlaşdırmaq ciddi  araşdırma, 
axtarış tələb edir. Unutmayın ki, İ.Hüseynovun  əsərlərində insan psixologiyasına, onun mənəvi aləminə, 
cəmiyyəti  narahat  edən  problemlərə  daha  çox  diqqət  yetirilir.  Qarşıya  çıxan  problemlərin  həlli  yazıçının 
qəhrəmanlarını seçim qarşısında qoyur. Bu seçimin necə olması obrazın  daxili aləminin məntiqi inkişafından 
doğur. Bütün bunlar “Zəhər” hekayəsində özünü qabarıq göstərir. Əsərdə insan və onun təbiətə münasibəti 
ön plana çəkilir. Deməli, əsərdə bir-biri ilə əlaqəli olan bir neçə mühüm problem diqqətə çatdırılır. Bu, nə 
məqsədlə edilmişdir? Mirqasımla Daşdəmirin arasında baş verən münaqişənin əsl səbəbi nədir? Bu sualların, 
eləcə də yuxarıda toxunulan məsələlərin aydınlaşdırılması əsərdə qaldırılan problemləri dərindən dərk etmə-
yə, yazıçı niyyətini başa düşməyə kömək edəcəkdir. 
 
 
2.  “Əsərdə bir neçə problem qaldırılmışdır” fikrini doğru sayırsınızsa, onlardan hansının daha mühüm 
olduğunu əsaslandırın. Cədvəldən istifadə edin.  
Əsərdə qaldırılan problemlər 
Onlardan daha mühüm olan 
 
 
3. Meşəbəyi Mirqasım obrazını səciyyələndirin. Cədvəldən istifadə edin. 
Meşəbəyi Mirqasım obrazı
 
Xarakterindəki başlıca 
cəhətlər 
Düşüncələri və 
keçirdiyi hislər 
Müxtəlif vəziyyətlərdə 
davranışı 
Digər obrazlara 
münasibəti 
 
 
 
 
4. Meşəbəyi Mirqasım və Daşdəmir obrazlarının nitqlərinə əsasən xarakterlərindəki fərqli cəhətləri 
müəyyənləşdirin. 
s.s. 
Obrazlar 
Nitqlərindən nümunələr 
Xarakterlərindəki fərqli cəhətlər 
1. 
Mirqasım 
 
 
2. 
Daşdəmir 
 
 
 
E v d ə   i ş  
I I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə