112
da Niftalının qohumları onu sağ buraxmayacaqlar”, – deyə düşündü. Bir də əlini mur-
darlamaq istəmədi.
– Onun tüfəngini də, atını da əlindən alın, qoyun rədd olsun! Özünüz də atdan düşün, tüfən-
ginizi yəhərin qaşından asın. Bizi gülləyə də bassalar, əl-ayaq tərpətməyin. Kəndə gedəcəyik.
Kərəm qərara almışdı. Niftalı koxanın meyitini kəndə özü aparacaqdı. Kişini əlləri
üstünə alacaq, atı isə arxasınca gələcəkdi. Qaçaqlar da atların yüyənlərini boynuna atıb
cənazənin ardınca dinməz-söyləməz addımlayacaqdılar. O bilirdi ki, bu, ağır işdir. Kənd
adamları onların qabaqlarına çıxacaq, arvad-uşaq hay-haray salıb üz-gözünü cıracaq,
vay-şivən salıb saçlarını yolacaq, qarğış edəcəklər. Bəlkə, onlara güllə də atacaqdılar.
Artıq-əskik danışanlar, divan-dərəyə xəbər verənlər də tapılacaqdı. Amma inanmırdı.
İnanmırdı ki, kəndlərində belə namərdlər tapılsın. O, əmin idi ki, meyiti sakitcə kəndin
arası ilə Niftalı koxanın evinə qədər aparacaqlar. Onları lal sükutla da olsa, el adətincə
qarşılayacaqlar. Kərəmgil kişinin dəfnində də iştirak edəcəklər. Kişinin üçündən
sonra
koxanın qohum-əqrəbasına başsağlığı verib atlanacaq, dağlara sarı üz tutacaqlar. Kərəm
qollarının və dizlərinin üstündə
sərinlik hiss etdi. Başa düşdü ki, kişinin bədəni soyuyur.
Amma üzünə zillənmiş solğun gözlərinin dərinliyində bir intizar var...
Əlini astaca naqanın qoburuna apardı. Barmaqları əsə-əsə düyməni açdı...
1. Əsərin birinci parçasını oxuyun (bunu fərqli formalarda yerinə yetirə bilərsiniz).
2. İlkin təəssüratınızı parta yoldaşınızla bölüşün.
3. Parta yoldaşınızla birlikdə mətnkənarı suallara cavab hazırlayın.
4. Oxuduğunuz parça ilə bağlı təəssüratınızı ikihissəli gündəlikdə qeyd edin.
Oxuduğunuz parçada diqqətinizi daha çox cəlb edən nə oldu?
Bunun səbəbi
5. Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirib cədvəldə yazın.
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr
Bədii təsvir və ifadə vasitəsinin növü
6. Kiçik qruplarda birləşərək yerinə yetirdiyiniz işləri müzakirə edin, dəqiqləşdirmə və ümumiləşdirmə aparın.
7. Gəldiyiniz nəticələr barədə təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
a) Hekayənin ardını (2-ci parça) oxuyun.
b) Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
1. Evdə oxuduğunuz parçanı bir daha nəzərdən keçirin, məzmununa aid üçdən az olmayaraq sual və
onlara cavab hazırlayın.
2. Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə
edin.
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr
Bədii təsvir və ifadə vasitəsinin növü
3. Əsərin hekayə janrında olduğunu əsaslandırıb qısaca yazın.
4. Kiçik qruplarda birləşərək yerinə yetirdiyiniz işləri müzakirə edib dəqiqləşdirin.
5. Gəldiyiniz nəticələr barədə təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.
6. Əsəri hissələrə ayırıb birinin məzmununu tərtib etdiyiniz plan əsasında yaradıcı danışın.
I d ə r s
M ə z m u n ü z r ə i ş
E v d ə i ş
I I d ə r s
M ə z m u n ü z r ə i ş
113
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
• Mövzulardan birini seçib təqdimata hazırlaşın.
a) Əsərdəki hansı epizodu unuda bilmirəm?
b) Hekayədə müəllifin mövqeyini necə başa düşdüm?
• Əsərin təhlilinə hazırlaşın.
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın.
Bir insan və yazıçı kimi İsmayıl Şıxlını ömrü boyu yüksək ideallar – xeyirxahlıq, düzlük və doğ-
ruçuluq, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması kimi məsələlər düşündürmüş, çoxcəhətli
fəaliyyətinin əsasını təşkil etmişdir. Onun mərdlik və namərdlik, xeyirxahlıq və bədxahlıq anlayışlarına
münasibəti “Namərd gülləsi” hekayəsində ayrı-ayrı insan talelərinin təsvirində öz dolğun ifadəsini
tapmışdır. Əsərdəki obrazların xarakterini, həyata baxışını mükəmməl öyrənməklə yazıçını düşündürən
problemi, əsərin ideyasını anlamaq və dəyərləndirmək mümkündür. Bu, obrazların ustalıqla, orijinal
bədii vasitələrlə yaradılmasından irəli gəlir. Əsərin üzərində müşahidələrinizi davam etdirin, obrazların
hər birinin nitqinə, davranış və əməllərinə, düşüncə aləminə bir daha dərindən nəzər salın. Müəllifin
obrazlara, eləcə də obrazların bir-birinə münasibətini aydınlaşdırmağa çalışın.
Dilimizin incəliklərindən yazıçının necə bəhrələndiyinə, üslubundakı
özünəməxsusluğa, bədii təsvir, ifa-
də vasitələrinin orijinallığına diqqət yetirin, bütün bunları nümunələr əsasında aydınlaşdırmağa səy edin.
2. Sizcə, yazıçının diqqətə çatdırmaq istədiyi başlıca problem nədir? Bu problemin həllini o, nədə
görür?
3. Niftalı koxa obrazını səciyyələndirin. Müvafiq cədvəldən istifadə edin.
4. Qaçaq Kərəm obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.
Qaçaq Kərəm obrazı
Xarakterindəki başlıca
cəhətlər
Düşüncələri
Yazıçının ona
münasibəti
Digər obrazların ona
münasibəti
5. Əsərdəki başlıca konflikti müəyyənləşdirin. Onu həyati, təbii hesab etmək olarmı? Fikrinizi əsaslan-
dırın.
6. Hekayənin süjet və kompozisiya xüsusiyyətlərini aydınlaşdırın. Fikrinizi nümunələrlə əsaslandırın.
7. Bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə yazıçı nəyə nail olmuşdur? Cədvəldən istifadə edin.
8. Əsərdəki başlıca fikir – ideya nədir? Bu ideya əsərdə hansı məqamlarda daha qabarıq ifadə olunub?
Cədvəldən istifadə edin.
Əsərin əsas ideyası nədir?
İdeyanın aydınlaşdırılmasında əhəmiyyətli olan cümlə, təsvir və epizodlar
• Mövzulardan birini seçib işləyin.
a) “Hekayə oxuduğum əsərlərdən hansını mənə xatırlatdı?” mövzusunda müqayisə xarakterli inşa yazın.
b) “Hekayədəki obrazlara münasibətim” mövzusunda müqayisə xarakterli esse yazın.
Əsərdə qaldırılan başlıca problem
Yazıçı problemin həllini
nədə görür?
Siz necə düşünürsünüz?
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi
cümlələr
Fikrin təsir gücünün artmasında təsvir və ifadə
vasitələrinin rolu
E v d ə i ş
I I I d ə r s
T ə h l i l ü z r ə i ş
A r a ş d ır ı n • F i k i r l ə ş i n • C a va b v er i n
E v d ə i ş
Dostları ilə paylaş: |