138
Həmidə: Qızım, yaxşı deyil axı. Direktor özü dalınca adam göndərib. Ayıbdır. Get.
Özü də
cəld tərpən, gecdir.
Dilarə o biri otağa keçir.
Gülarə: Lap uşaqdır e...
Həmidə: Leyla, otur da, qızım, ayaq üstə durma.
Leyla: Zərər yoxdur,
Həmidə xala, gözləyirlər.
Həmidə: Deyirsən,
direktor özü göndərdi, hə?
Leyla: Hə, Azada da yaman acıqlandı.
Həmidə: Kimdir ki Azad?
Leyla: Bizim sinif nümayəndəsidir. Həm də özfəaliyyət dərnəyinin rəhbəridir. Pis oğlan
deyil,
amma nədənsə, Dilarə ilə onunku heç gətirmir!
Həmidə (təlaşla): Bıy, elə niyə?
Süleyman: Yəqin, sancıb da Dilarə onu...
Həmidə: Yox, Dilarə elə qız deyil. İpək kimidir xasiyyəti.
Leyla: Azad deyir ki, guya Dilarə forsludur. O gün, daha öz aramızda qalsın, Dilarə deyib
ki, ona...
Dilarə paltoda qayıdır, onun son sözlərini eşidir.
Dilarə: Yaxşı, mumla....
Leyla: Yox, ayzə, mən heç nə demirəm. Gedək.
Dilarə: Ana, bax, ancaq sənin xətrinə gedirəm ha...
Həmidə: Axı sən mənim sözəbaxan qızımsan. Sağ olun, balalarım, yeni ildə xoşbəxt olun.
Leyla: Sizinlə belə.
Dilarə hamı ilə görüşür, anasını öpüb gedir.
Həmidə (Gülarəgilə):
Mən bu saat gəlirəm (Mətbəxə keçir).
Süleyman (divar saatını Gülarəyə göstərir): Saat neçədir?
Gülarə: Özün görmürsən?
Süleyman: Yox,
istəyirəm, sən deyəsən.
Gülarə: Yaxşı, gedərik də...
Süleyman: Yox, pilləkəndə dediyin yadındadır? Deyirdin, beşcə dəqiqədən artıq oturma-
yacağıq. İndi saata bax.
Gülarə: Yaxşı, axı gəlib çiç eləyib getmək də olmaz. Bir az oturmaq lazımdır da.
Süleyman: Oturmaq üçün başqa vaxt gəlmək olar. Sabah gələrik, biri gün gələrik. İndi
gözləyirlər axı, hörmət edib, saya salıb çağırıblar, yaxşı deyil.
Gülarə: Hələ tezdir. Gərək elə hər yerə həmişə biz görməmiş kimi hamıdan əvvəl gedək?
Süleyman: Yox, gərək elə hər yerə, həmişə biz hamıdan axırda gələk. Bir dəfə yadıma gəl-
mir ki, bir yerə vaxtında çataq. Teatra gedirik – üçüncü zəngdən sonra çatırıq. Kinoya işıqlar
sönəndən sonra. Qatara mütləq gərək gecikək. Biləcəridə minək.
Gülarə: Hə, danış, danış, təyyarəyə gecikirik, havada minirik, gəmiyə gecikirik, üzə-üzə
çatırıq...
Süleyman: Bəli, təxminən, elə belədir. Həmişə
gərək gecikək, həmişə gərək...
139
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
Gülarə: Yaxşı, yaxşı, sən Allah, yenə başlama. Heç olmasa, Yeni il axşamı deyinmə. Bu
saat anama deyim, gedərik.
(Mətbəx qapısına tərəf gedir, eyni zamanda həmin qapıdan
Həmidə xala çıxır. Əlində meyvə ilə dolu qab var)
Həmidə: Bu gün səhər bazardan özüm almışam. Dedim, Tofiqin yoldaşları gələcək. Sizə
qismət imiş.
Gülarə: Ana, bilirsən, bizi Süleymanın müdiri çağırıb. Vaqif sizdə qalsın, yaxşı?
II
Vaz Həmidə xalanın əlində titrəyir, meyvələr yerə tökülür, o əyilib meyvələri yığışdırır
və gülümsəməyə çalışır.
Həmidə: Hə... gör sən Allah, dağıtdıq meyvələri, hə nə deyirəm ki, neynək, qalsın Vaqif
balam.
Gülarə: Mən özüm bu saat onu yatızdıracam. Daş kimi yatır, səhərəcən oyanmayacaq.
Amma hərdənbir bax, üstünü açmasın.
Həmidə: Arxayın ol, hər halda, mən də dörd uşaq böyütmüşəm. Amma indidən niyə
yatızdırırsan? Qoy qalsın, mənimlə bir yerdə Yeni ili qarşılasın. Sonra özüm yatızdıraram.
Gülarə: Yox, ay ana, o gec olar. Yuxusunun vaxtı keçsə, sabah itə dönəcək.
Pauza.
Süleyman (səbirsizliklə): Nə oldu, yatmadı?
Həmidə: Darıxma, bu saat yatar, darıxma
(Süleyman ayağa durur, o biri otağın qapısına
tərəf gedir). Bu saat Rüstəmi çağırım. Yəqin, sizin gəldiyinizi bilmir. Bu saat çağırım, gəlsin,
söhbət eləyin, şahmat oynayın, uşaq da onacan yatar.
Süleyman (onun ardınca öz-özünə): Bəli də, bu basabasda bircə şahmat yarışı qalmışdı. Axı,
dedim Gülarəyə, aparaq uşağı mənim anamgildə qoyaq, dedi, yox ki yox, anamdan başqa,
heç kimə ürəyim qızmır.
Süleyman: Gedək, Gülarə, gecdi.
Gülarə: Sağ ol, ana.
Süleyman: Xudahafiz.
Həmidə: Xudahafiz, xudahafiz.
Gedirlər, qapı çırpılır. Həmidə otağa qayıdır, öz-özünə: Xudahafiz, xudahafiz.
(Balkon
qapısına yanaşır, sonra qayıdıb döşlüyunü taxır, qollarını çirmələyir, ətrafına stullar, üstünə
qab-qacaq düzülmüş stolun səliqəsinə bir daha nəzər salır. Şkafdan salfet çıxarıb boşqab-
ların ətrafına düzür. Qədəhləri bir də silir. Alma vazını ortaya çəkir və s. Divar saatı on biri
vurur, Həmidə xala mətbəxə keçir. Mətbəxdən səslər gəlir – Həmidə xala aşı süzür, dəmə
qoyur, qazanları odun üstünə qoyur və s. Sonra otağa qayıdır. Tərini silir. Pəncərəyə yana-
şır. Uzun zaman şəhərə baxır. Bir müddət nə barədəsə düşünür. Sonra otağın üçüncü qapı-
sına yanaşır. Qapını açıb çağırır)
Həmidə: Rüstəm, ay Rüstəm.
Rüstəmin səsi: Nədi?
Həmidə: Yenə yatdın,
dur bala, Yeni ildə yatmaq olmaz. Bütün ili yatarsan.
Rüstəmin səsi: Axı nə deyirsən?
Həmidə: Deyirəm, işim var. Gəl mənə kömək elə.