Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə54/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   87

 
 
136 
 
Demişdi, özü bilər, mənə də dedi ki, özün bil. Həvəsin var, oxu. Həvəsim var idi, amma 
imkanım hardaydı? Dörd uşaq böyütmək asandır? Oxumağa macal olacaqdı? 
Səkinə: Fikir eləmə, Həmidə bacı, deməli, qismət deyilmiş. İndi, allah qoysa, Dilarə sənin 
payına da böyük artist olar. 
Həmidə: Təki olsun. Görürsən, hərdən Dilarənin notları keçir əlimə, bütün cavanlığım gəlir 
bircə-bircə  durur  gözümün  qabağında,  çəkilirəm  bir  bucağa,  doyunca  ağlayıb  ürəyimi 
boşaldıram.  Eh,  nə  isə...  Təki  bu  uşaqlar  bir  yana  çıxsınlar,  qalan  hamısı  düzələr.  Yəni 
böyüklərdən arxayınam. Gülarayla Rüstəm daha öz başlarını özləri dolandırır, bir bu ba-
lacaları – Tofiqnən bunu da oxutdurub başa çatdırsaydım, rahat ölərdim.    
Səkinə:  Boşla  görək,  ay  Həmidə  bacı,  ölmək-zad  nədir?  Hələ  nəvənin  toyunda  sındırıb 
oynayacaqsan, nəvən neçə yaşındadır? 
Həmidə: Qadasın alım onun, beş yaşındadır, elə şirin baladır ki. 
Səkinə: Allah saxlasın. 
Həmidə: Allah səninkiləri saxlasın. 
 
I pərdənin sonluğunun qısa məzmunu. 
 
Həmidə xala Səkinəyə sevinclə övladlarının hamısının Yeni ili öz evlərində onunla birlikdə 
keçirəcəklərini deyir. Tofiq, Şamil, Çingiz telefon budkasına keçib dostlarına zəng edəndə 
eynəkli kişi  onları danlayıb budkadan çıxarır. Özü telefonla zəng edir. Tofiq və dostları  Rüs-
təmin nişanlısı ilə küsülü olduğunu, Yeni il axşamı evdə qalacağını bilib pərt olurlar. Onlar 
öz  dostlarına  zəng  edib  Yeni  ili  ata-anası  evdə  olmayan  Vaqifgildə  qarşılamaq  qərarına 
gəlirlər. 
Şamil, Tofiq və Çingiz görüşüb gedirlər, Həmidə xala onları ötürür. Qapı çırpılır. Pərdə 
düşür. Həmidə xala pərdənin qabağındakı eyvana çıxır. Tofiq, Çingiz və  Şamil binanın 
qapısından çıxırlar, dönüb Həmidə xalaya əl eləyirlər, tamaşa salonuna düşüb gedirlər. 
 
p ə r d ə  
 
 
İkinci hissə 
 
Yenə  həmin otaq. Dilarə piano arxasında mahnı oxuyur. Həmidə  mətbəxdən gəlib 
heyran-heyran ona qulaq asır. 
Qapının zəngi çalınır. Həmidə xala qapıya getmək istəyir. Dilarə onu qabaqlayır, qaçıb 
qapını açır. Dəhlizdən səslər eşidilir. 
 
Həmidə: Gəlin, gəlin, xoş gəlmisiniz. Ay Allah, mən bu Vaqif balama qurban olum. 
Gülarə: Xoş gördük, ana. 
Süleyman: Axşamınız xeyir, Həmidə xala. 
 
Həmidə xala, Süleyman, Gülarə, Dilarə otağa keçirlər. Balaca Vaqif  Süleymanın 
qucağındadır. Gülarə onun paltosunu çıxarır. Həmidə xala əl-ayağa düşür, cəld döşlüyünü 
açır, stulları düzəldir, süfrəni salır. 
Həmidə: Gərək beşcə dəqiqə qabaq gələydiniz. Tofiq də evdə idi. Bütün külfətimiz bir 
yerdə  olardı.  Heç  elə  düşmür  ki,  hamı  bir  yerə  yığılsın,  həmişə  kimsə  yoxdur,  heyif. 
Görürsən, sən Allah. Əşi, daha keçib. Sizdən nə əcəb belə? 


 
 
 
137 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Gülarə: Gəldik, sənin Yeni ilini təbrik edək. 
Həmidə: Çox sağ olun! Süleyman, sən necəsən? 
Süleyman: Çox sağ ol, Həmidə xala. Dolanırıq. 
Gülarə: Dilarə, sən nə əcəb evdəsən? 
 
Dilarə çiyinlərini çəkir. 
 
Həmidə: Hə, evdədir, Rüstəm də bu gün evdədir. Dövlətimizin gəlhagəlidir. Çırağıma nöyüt 
töküblər.  Tofiq də evdə olacaqdı. Yoldaşı çağırdı, getdi. Beşcə dəqiqə bundan qabaq, beşcə 
dəqiqə tez gəlsəydiniz, hamımız bir yerdə olardıq. Bütün ailəmiz. Sonra Tofiq getsəydi də, 
eybi yoxdu. O getməmişdən əvvəl hamımız bir yerdə olardıq. Siz balaca olan vaxtlar kimi... 
Hamımız... Bircə Qəzənfər yazıqdan başqa (ətəyinin ucu ilə göz yaşını silir)
Gülarə: Ay ana, qurban olum, özünü niyə köyrəldirsən? Di boşla, sən Allah, bayram axşamı 
olmaz belə... 
Həmidə: Yox, yox, qızım, ağlamıram, elə belə... Birdən, nə bilim, vallah, nə oldu mənə 
birdən... (Vaqifi qucağına götürür). Ay Allah, mən bu balama qurban olum. 
 
Dağda darılar, 
Sünbülü sarılar, 
Qoca qarılar 
Bu balama qurban. 
 
Süleyman: Çox atıb-tutma, Həmidə xala, başı gicəllənər. 
Həmidə: Maşallah, elə ağırdır, zindan kimi. Pu, pu, göz dəyər. 
 
Dağdakı atlar, 
Atlar göy otlar. 
Ərsiz arvadlar 
Bu balama qurban
 
Qapının zəngi çalınır. Dilarə cəld qapıya tərəf cumur, qapını açır. Leyla ilə birlikdə 
içəri girir. 
 
Leyla (təngnəfəs): Bilirsən, Dilarə... Salam, Həmidə xala... 
Həmidə: Ay qız, bir nəfəsini dər görək. Nə olub? 
Leyla: Qaça-qaça gəlmişəm. Salam, Gülarə bacı. Direktor deyir ki, bu saat Dilarə hardadırsa, 
tap gətir. Heç onsuz müsamirə olar?! Salam, Süleyman qardaş. 
Dilarə (sevincini güclə boğaraq, soyuq): Xeyr, bağışlayacaqsınız. İndi Dilarə matah olub. 
Lazım olsaydı, əvvəldən proqrama salardılar. İndi, görəsən, kim gəlməyib, onu əvəz etməyə 
adam tapmırlar. 
Leyla: Yox, vallah, direktor bilməyib ki, səni proqrama salmayıblar, biləndə, bilirsən, necə 
acıqlandı? Qatdı aləmi bir-birinə. Azadın üstünə elə qışqırdı ki... 
Həmidə: Qara qızın dərdi varmış. Mən də deyirəm bu niyə birdən-birə belə xanənişin olub. 
(Dilarəyə). Yaxşı, tez elə, dur bu saat geyin, naz vaxtı deyil. Çağırırlar, get. 
Gülarə: Nə özünü çəkirsən, çağırırlar, get də. 
Dilarə: Mən evdə qalmaq istəyirəm. 
Süleyman: İnanan daşa dönsün. 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə