121
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
5. Hekayənin süjetinin mərhələlərini müəyyənləşdirib cədvəldə qeyd edin.
6. Əsərdə konflikt nə üzərində qurulmuşdur? O, gerçəkliyə nə dərəcədə uyğundur? Cədvəldən istifadə edin.
Konfliktin tərəfləri
Konfliktin həyatiliyi
7. Hekayədə işlənmiş bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırın. Cədvəldən istifadə edin.
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi
cümlələr
Fikrin təsir gücünün artmasında bədii təsvir və
ifadə vasitələrinin rolu
8. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? İdeyanın müəyyənləşdirilməsində daha əhəmiyyətli olan
cümlələri seçin. Cədvəldən istifadə edin.
Əsərin ideyası
İdeyanın müəyyənləşdirilməsində daha əhəmiyyətli olan cümlələr
• Mövzulardan birini seçib işləyin.
a) “Hekayə mənə təbiət mövzusunda oxuduğum hansı əsərləri xatırlatdı?” mövzusunda təqdimata
hazırlaşın.
b) “Təbiətə qayğı nə üçün vacibdir?” mövzusunda məruzəyə hazırlaşın.
1. Müzakirə edin: İnsan təbii fəlakətlərin qarşısını ala bilərmi?
2. Mövzulardan birini seçib işləyin.
a) “Meşəbəyi Mirqasım və Daşdəmir obrazlarının müqayisəli təhlili” mövzusunda inşa.
b) “İnsanla təbiət bu dünyanın vahid parçasıdır” mövzusunda esse.
3. Təqdimat etməklə yazınızın məzmunu barədə fikir mübadiləsi və müzakirə aparın.
• Digər fənlərdən, internet mənbələrindən topladığınız məlumat əsasında “Təbiətin mühafizəsi üzrə
dünyada aparılan işləri qənaətbəxş saymaq olarmı?” mövzusunda təqdimata hazırlaşın.
Süjetin mərhələləri
Ekspozisiya
Zavyazka
Kulminasiya
Razvyazka
Final
E v d ə i ş
I V d ər s
T ə t b i q • M üz a k i r ə • Y a r a d ı c ı i ş
E v d ə i ş
122
ƏSGƏR MƏKTUBU
Əsgər məktubları alıram hərdən,
Məhəbbət, cəsarət, dəyanət dolu.
Neçə tərifçinin təriflərindən
Bir əsgər məktubu gərəkli olur.
Əsgər nə istəyir? –
Bir təzə nəğmə.
Nəğməsiz darıxır əsgər tüfəngi.
Bir əsgər qəlbində qopan zümzümə
Bir Vətən daşını isidəcəkdir.
Bir əsgər yazır ki, “sərhədçiyəm mən.
Əlimdə tüfəngdir, dilimdə şeir.
İnamla, qeyrətlə qorunur Vətən.
Bunlarsız silahlar lal-kardır”, – deyir.
Bir nəğmə əsgərin dodaqlarında,
Sərhəd küləyinə həmsöhbət olar.
Bir nəğmə əsgərin barmaqlarında
Tətiyə söykənən cəsarət olar.
Əsgər məktubunda torpaq göyərir,
Meşələr uzanır ufüqlərəcən.
• O, milli Azərbaycan şeirinin görkəmli
nümayəndəsidir. İndiki səviyyədə Məm-
məd Arazın şeirləri və poemaları, bədii
publisistikası yalnız öz yaradıcısının de-
yil, mənsub olduğu xalqın da tərcümeyi-
halının əsas hissəsidir.
İsa Həbibbəyli
MƏMMƏD ARAZ
(1933 – 2004)
Yada salın
− Məmməd Arazın hansı əsərləri ilə tanışsınız?
− Bu əsərlərdə diqqətinizi daha çox cəlb edən nə olub?
Düşünün
– Əsgər məktubu haqqında şeir yazmaqda şairin niyyəti nə
ola bilər?
Oxuda aydınlaşdırın
– Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitab-
larının köməyi ilə aydınlaşdırın.
– Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
123
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
Əsgər məktubunda bir dağ göyərir –
Ətək də Vətəndir, zirvə də Vətən.
Əsgər məktubunda quş səksəkəsi,
Əsgər məktubunda qaya təmkini.
Bir nişan həsrəti,
Bir toy həvəsi
Hər sətri keşikçi nidası kimi...
Əsgər məktubunun cavabı çətin,
Əsgər məktubunun cavabı asan.
Yetişməz əsgərə söz məhəbbəti,
Yetişməz, sözlərin əsgər olmasa.
1. Əsəri fərdi səssiz oxuyun.
2. İlkin təəssüratınızı siniflə bölüşün.
3. Aşağıdakı misralarda ifadə olunmuş fikirləri aydınlaşdırıb qısaca yazın.
4. Müəyyənləşdirdiyiniz bədii ifadə vasitələrinin növünü dəqiqləşdirin.
Bədii ifadə vasitələrinin işləndiyi misralar
Bədii ifadə vasitələrinin növü
5. Əsər barədə düşündüklərinizi ikihissəli gündəlikdə qeyd edin.
s.s.
Əsərdə diqqətimi daha çox cəlb edənlər
Bunun səbəbi
Əsərdən nümunələr
Misralarda ifadə olunan fikri necə başa düşürəm?
Bir əsgər qəlbində qopan zümzümə
Bir Vətən daşını isidəcəkdir.
“İnamla, qeyrətlə qorunur Vətən.
Bunlarsız silahlar lal-kardır”, – deyir.
Əsgər məktubunda bir dağ göyərir –
Ətək də Vətəndir, zirvə də Vətən.
Əsgər məktubunda quş səksəkəsi,
Əsgər məktubunda qaya təmkini.
Əsgər məktubunun cavabı çətin,
Əsgər məktubunun cavabı asan.
Yetişməz əsgərə söz məhəbbəti,
Yetişməz, sözlərin əsgər olmasa.
I d ə r s
M ə z m u n ü z r ə i ş
124
6. Kiçik qruplarda birləşərək hazırladığınız bütün cavabları dəqiqləşdirin, çıxardığınız nəticələrlə
bağlı fikir mübadiləsi və müzakirə aparın.
• “Şeir məndə hansı təəssürat yaratdı?” mövzusunda təqdimata hazırlaşın.
• Əsərin təhlilinə hazırlaşın.
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın.
Xalq şairi Məmməd Arazın lirik şeirlərinin ana xəttini vətənpərvərlik, qəhrəmanlıq motivləri təşkil
edir. Şairin dillər əzbəri olan “Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim” mis-
raları onun həyat mövqeyini, amalını əks etdirir.
Əsgər oğullarımızın vətənpərvərliyi, igidliyi, doğma yurdun müdafiəsinə qalxmağa hər an hazır
olmaları şairin yaradıcılığında qüvvətli əks-səda doğurmuş, qəhrəmanlıq himni kimi səslənən əsərlərin
yaranmasına səbəb olmuşdur. “Əsgər məktubu” şeirində şair təkcə ürəyinin səsini deyil, gənc əsgərin
munis duyğularını, hiss və düşüncələrini də misralara köçürmüşdür. Şeir diqqəti dərhal cəlb edir və
birnəfəsə oxunur. Əsəri maraqlı edən səbəbləri aydınlaşdırmağa çalışın. Şairin seçdiyi söz və ifadələrin,
bədii ifadə vasitələrinin əsərə gətirdiyi təravəti, gözəlliyi aydınlaşdırmağa xüsusi diqqət yetirin.
2. Şeirin hansı mövzuda yazıldığını nümunələrlə əsaslandırın.
3. Sərhədlərimizi qoruyan əsgər obrazına müəllifin münasibətini aydınlaşdırın. Cədvəldən istifadə
edin.
Əsgər obrazı
Müəllifin ona münasibəti
Sizin münasibətiniz
4. Şair əsgərdə hansı xüsusiyyətləri yüksək dəyərləndirir? Fikrinizi əsərdən nümunələr göstərməklə
əsaslandırın.
5. Əsər müəllif haqqındakı təəssüratınıza nə əlavə etdi? Fikrinizi əsaslandırın.
s/s Müəllif haqqında təəssüratınıza nə əlavə olundu?
Bunun səbəbi (nümunələrlə əsaslandırmalı)
6. Sizcə, əsərdə qaldırılan başlıca problem nədir? Problemin müəllif həllinə münasibətiniz necədir?
Əsərdə qaldırılan başlıca
problem
Problemin
müəllif həlli
Problemin həllinə sizin
münasibətiniz
7. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Cədvəldən istifadə edin.
Müzakirə edin: “Əsgər məktubu” şeirinin ideyası ilə səsləşən hansı bədii əsərləri və filmləri
xatırlayıram?
• “Əsgər məktubu” şeirinin bu gün üçün əhəmiyyəti nədir?” mövzusunda təqdimata hazırlaşın.
Əsərin başlıca ideyası
Nə üçün belə düşünürsünüz?
E v d ə i ş
I I d ə r s
T ə h l i l ü z r ə i ş
A r a ş d ır ı n • F i k i r l ə ş i n • C a va b v er i n
E v d ə i ş
Dostları ilə paylaş: |