108
dincələrdi. İndi də həmişəki kimi, elə yarlı-yaraqlı palazın üstünə keçib mütəkkəyə dir-
səklənmək istədi. İstədi ki, isti təntitsə də, nə çəkmələrini soyunsun, nə də tüfəngini,
qoltuqaltısını çıxarıb yanına qoysun. Amma gördü ki, mümkün deyil, tər yuyub aparır.
Bir də kimdən qorxacaqdı? Kərəm, yəqin ki, bu saat Dili-
can tərəfdədir, yayın istisində buralarda olmazdı. Olsa
da, qorxusu yoxdu. Kərəm heç vaxt əliyalın adama güllə
atmazdı. Bircə o gədədən ehtiyat edirdi. Kənddən qaçan-
dan sonra buralarda, kolda-kosda dolaşırdı...
Tüfəngini ağaca söykədi, çəkmələrini soyundu, ya-
xası qaytanlı köynəyinin düymələrini boşaltdı və palazın
üstünə uzanıb mütəkkəyə dirsəkləndi.
Cib dəsmallarının uclarını düyünləyib başlarına keçirmiş biçinçilərin oraqları cin-
gildəyirdi. Bu cingiltilər kövşənlərin xışıltısına qarışmışdı. Biçinçilər tələsirdilər. Onlar
da istəyirdilər ki, işlərini tezcə qurtarıb aldıqları haqqı elə buradaca, aranda, xırmanda
döyüb, taxıllarını yaylağa, balalarına aparsınlar. Elə Niftalı koxa da tələsirdi.
El çoxdan
yaylağa qalxmışdı. Amma o, köçünü saxlamışdı. Sözün düzü, kənddə tək qalmaqdan
ehtiyatlanırdı. Elə biri gəlmə Mürşüd. Onun əslinin-nəslinin haradan olduğunu kənddə
heç kəs bilmirdi. Bircə o məlum idi ki, çoxdan, lap çoxdan, Niftalıgilin doqqazında üstü-
başı yamaqlı, acından hülqumu qalxıb-enən, məlul-müşkül baxışlı bir oğlan boynunu
büküb dayanmışdı. Əlində əsa, çiynində nimdaş heybə, başında tükü tökülmüş papaq var
idi. Soyuqdan üzünün tükləri biz-biz durmuş, dodaqları qaysaqlanmışdı. Gözü batmış
quyunun dibindəki su kimi güclə işıldayırdı.
Səs-küyə bayıra çıxdılar, itlərə acıqlandılar, “A bala, kimsən?” – deyə doqqazdakını
səslədilər. Niftalının atası kürkünü çiyninə saldı, oğlu ilə bərabər doqqaza çıxdı, har-
dansa azıb gəlmiş bu Allah bəndəsinə diqqətlə baxdı və başa düşdü ki, bura adamına
oxşamır. Son vaxtlar belələrinə tez-tez rast gəlmək olurdu. Ya düşmənini öldürəndən
sonra baş alıb buralara pənah gətirir, ya da bir parça çörək ucundan çöllərə düşürdülər.
Kişi oğlanı təpədən-dırnağa diqqətlə süzdü və “Yox, bu, adam öldürüb qaçana oxşamır,
– deyə ürəyindən keçirdi, – yəqin, başqa əmması var”. Əslinə baxsan, kişinin oğlanın
çuxura düşmüş gözlərindən xoşu gəlməmişdi.
Elə bil qərib bunu hiss etdi, qışın girhagirində qapıdan geri qaytarılacağını başa düşdü
və səsinə yazıqlıq verdi:
– Qaçqınam, ay dayı, heç kimim yoxdu.
Kişi oğlunun üzünə baxdı, Niftalı isə gözünü qaçqının yırtıq çarığından çıxmış
barmağına zillədi.
– Buranı sənə kim nişan verib?
– Heç kim. Yolu əlimə alıb gəlmişəm. Qapınıza
pənah gətirmişəm.
Ata oğula baxdı, oğul da ataya.
– Adın nədir?
– Mürşüd.
Düzmü deyirdi, Allah bilir, kağızı yox, şahidi yox, gəl-
mə adam idi. Elə o gündən ona kənd arasında “gəlmə Mürşüd” dedilər.
Əvvəlcə mala baxdı,
sonra əkinə-biçinə getdi. Niftalıynan dostlaşıb lap qardaş oldular. Atası öləndən sonra Niftalı
ona torpaq da verdi. Köməkləşib balaca bir daxma da tikdilər, mal-qaradan pay ayırıb bir at
da bağışladı.
Qohum qızlardan birini də alıb onu ev-eşik elədi.
• Kərəm haqqında sizdə
hansı təsəvvür yarandı?
• Biçinçilərin və Niftalının
işin tez qurtarmasını arzu-
lamalarına səbəb nə idi?
• Mürşüdün gəlişinin təs-
virində diqqətinizi daha
çox çəkən nə oldu?
• “Gəlmə Mürşüd”ün kənd-
də möhkəmlənib qal-
masına səbəb nə oldu?
109
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
Gəlmə Mürşüd diribaş idi. Əlinə maya salandan sonra Tiflisə, Gəncəyə ayaq açdı.
Dolanışığı da yaxşılaşdı, özü də gümrahlaşdı.
Niftalı bir gün eşitdi ki, Mürşüd arvadını incidir. Həftələrlə evə gəlmir, şəhərdə kef-
də-damaqdadır, uşaqlarına baxmır. Ürəyi götürmədi. Yanına çağırdı. İki-üç gün gözlədi,
amma Mürşüddən cavab çıxmadı. Bir gün yolda qabaqlaşdılar.
– Niyə görünmürsən?
– Nə olub, görünməyim vacibdir?
– Bəlkə, bir sözüm var?
– Sənin mənə nə sözün ola bilər?
– Ə, nə yekə-yekə danışırsan?
– Danışmayanda, susmayacağam ki?
Atlar yüyəni gəmirib fınxırışdılar. Döş-döşə gəlib dal ayaqları üstündə fırlandılar.
Yolun tozu göyə qalxdi.
– Ə, deyəsən, gözün ayağıyın altını seçmir?! Nə tez havalandın, bala?!
– Artıq-əskik danışma, sözünü de!
Niftalı kişi hirsini zorla boğdu.
– Bir də eşitsəm ki, arvad-uşağa əl qaldırıbsan, özündən küs, bildin?!
– Qələt eləyərsən, keçmişini də yanına alarsan!
– Ə, gəlmə köpəkoğlu, mənə cavab qaytarırsan?!
Qamçının göydə şaqqıldamağı ilə Mürşüdün atın dırnağının dibinə düşməyi bir oldu.
Niftalı koxa elə yəhərin üstündən onu budarladı. At da
sahibi kimi qəzəblənib onu tapdaladı. Koxanın hirsi so-
yumadı. Sıçrayıb yəhərdən düşdü. Toz-torpaq içində qıv-
rılan gəlmənin yaxasından tutub yoldan kənara sürüdü.
Xəncər havada parıldadı:
– Qələt eləmişəm keçmişimlə, ay Niftalı, məni öldürmə, balalarım yazıqdı. Sən
dədəyin goru, məni çevir uşaqların başına, savab iş görərsən.
Koxanın qolu boşaldı. Mürşüdün quyunun dibində işıldayan suya bənzər gözlərinə
nifrətlə baxdı və yaxasını buraxdı:
– Di get, qurban ol evdəkilərə.
Mürşüd dinməz-söyləməz ayağa durdu. Üstünün to-
zunu çırpdı, elə dinməzcə də yəhərin qaşından yapışıb
atın belinə qalxdı.
Bir xeyli sakitcə kəndə doğru sürdü və
birdən yüyəni dartıb geri qanrıldı:
– Yaxşı, a koxa, bu hayıfı səndən almasam, kişi de-
yiləm.
Koxa atı minib tüfəngi hərləyənəcən tozlu yolda gözdən itdi. Səhərisi də eşitdi ki,
başını götürüb evdən qaçıb...
Niftalı koxalığa keçəndən sonra istəsə də, istəməsə də, xətrə dəyməli olurdu. Divan-
dərədən nə qədər uzaq gəzsə də, onların gözünə sataşmamağa çalışsa da, olmurdu, axta-
rıb tapır, üzünü danlayırdılar ki, filan oğrunu niyə tut-
mamısan, filan qaçağa niyə çörək veriblər, niyə qoyubsan
Qaçaq Kərəm Kürdən keçib yaylağa qalxıb? Deməyə nə
var? Amma belə şeylərdən ötrü el-oba ilə üz-göz ol, gö-
rüm necə olursan? Vəzifə boyunduruq kimi bir şeydir. Elə ki boynuna qoydular, belinə
minib istədikləri səmtə sürəcəklər. Ya gərək dözəsən, ya da gərək onları da özünlə
bərabər sürüyüb boyunduruqlu-moyunduruqlu tökəsən Kürə!
• Niftalı ilə Mürşüdün
arasında münaqişənin
yaranmasının əsl səbəbi
nə idi?
• Bu qarşılaşma Mürşüd
haqqında təsəvvürünüzə
yeni nə əlavə etdi?
• Niftalı koxa haqqındakı
təsəvvürünüz nə ilə
zənginləşdi?
Dostları ilə paylaş: |