91
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
Mübaşir Məmməd əyilib Hikmət İsfahaninin qulağına pıçıldadı. Hikmət İsfahani
üz-gözünü bir az da turşudub, mübaşir Məmmədə başı ilə razılıq əlaməti verdi. Mü-
başir Məmməd üzünü camaata tutdu:
– Ağa, buyururlar ki, insaf və ədalət naminə gərək məhsul onların buyurduğu
kimi bölünsün. Başqa heç bir çarə yoxdur. Gərək beşdə birini siz, beşdə dördünü ağa
özləri götürsünlər. Çünki ağanın özünün də xərci çoxdur. Dövlətin vergisi var,
məmur var, nökər var, hamısı ağzını açıb yemək istəyir.
Kəndlilərin arasından etiraz bildirən bir uğultu keçdi, hər yerdən bir səs gəldi:
– Bəs əvvəlki söz nə oldu?
– Bizim balalarımız torpaq yesin?
– Ölsək də, beşdən iki götürəcəyik.
Bu hay-küy içərisində kütlə hərəkətə gəldi. Onunla ağalar arasındakı dairə xeyli
daraldı. Hikmət İsfahaninin əsəbiləşdiyini görən əmniyyələr tüfəngin qundağı ilə
camaatı geri oturtdular. Mübaşir Məmməd camaata qışqırdı:
– Bir sakit olun, qoyun sürüsü kimi bir-birinizə dəyməyin!
Firidun Musa kişinin üsyankar bir sifətlə Hikmət İsfahaninin qabağında dur-
duğunu gördü, üç uşağını sağ tərəfinə, Həsənalının altı yetimini də sol tərəfinə düz-
müşdü. O, Hikmət İsfahaninin qarşısında ikiqat əyilərək:
– Ağa, dədəm sənə qurban, – dedi, – bu tifillərə bax, bizə yazığın gəlsin. Bax
görürsən ki, boğazları çöpdən nazik, qarınları tuluq kimi şişib. Niyə? Ac qalmaqdan,
çirkli su içməkdən! Əyinlərini də ki, Allaha şükür, görürsən, çıl-çılpaqdır. Bizə
yazığın gəlsin, ağa! Hamımız bu gündəyik.
Mübaşir Məmməd yenə əyilib Hikmət İsfahaninin qulağına nə isə pıçıldadı. Hik-
mət İsfahani Musa kişinin üstünə qışqırdı:
– Heç utanmırsan, kişi?! Üç ildir, su pulunu vermirsən, bir söz demirəm. Bu da
yaxşılığın əvəzidir?
Musa kişi yalvardı:
– Ağa, dədəm sənə qurban, hər il verirəm, qurtarmaq bilmir. Mən verdikcə o artır.
– Birdəfəlik ver, müamiləsi üstünə gəlməsin!
– Neyləyək, ağa, verərəm. Sən bu il bizə rəhm elə, bu tifillərin boğazını kəsmə,
biz də borcundan çıxarıq. Allah kərimdir.
Hikmət İsfahani yuxarıdan aşağı nifrətlə ona baxdı:
– Yenə var, yoxsa hamısı budur?..
Musa kişi sualın mənasını başa düşmədi:
– Qanmadım, dədəm sənə qurban, nə buyurdun?
Mübaşir Məmməd dilləndi:
– Ağa buyurdu ki, övladın yenə var, yoxsa hamısı bunlardır?
Musa kişi ciddiyyətlə cavab verdi:
– Bu üçdən başqa, biri də var. Yekə qız uşağıdır. Həya elədim, gətirmədim.
– Bəs bu altısı kimindir?
– Ağa, başına dönüm, yetim kimi bir şeydilər. Dədələrini ikicə gün əvvəl elə bu-
radaca ilan çaldı. Qıçını kəsməli olduq. İndi əlil-zəlil yatır evdə. Bu yetimlərin ruzi-
sini kəsmə, ağa, rəhm elə!
– İmam Rza yolçusu kimi zəhləmizi tökmə, kişi! Yana çəkil!
– Allahdan qorx, ağa!.. Fağır çörəyini yemə, Allahdan qorx!
92
Mübaşir Məmməd Hikmət İsfahaninin qulağına tərəf əyildi və yenə nə isə
pıçıldadı. Hikmət İsfahani ayağa durdu:
– Kişi, yəni sən Allaha-zada inanmırsan? – deyə Musa kişinin yaxasından yapışdı.
– Əstəğfürulla elə, dədəm sənə qurban... Əstəğfürulla elə, ağzın quruyar...
– Yox, inanmırsan deyirəm! Sən Allaha inansan, gecə dəclənmiş buğdanı xır-
mandan oğurlayıb evinə daşımazsan.
Musa kişi heyrətlə camaata baxdı. Camaat yerində qurumuş kimi durmuşdu.
– Buyur, dədəm sənə qurban, o buğda, o da sən. Gecə necə dəclənib, elə də durur.
Camaat Musa kişinin xırmanına tərəf hərəkət etdi. Mübaşir Məmməd qabaqda,
dalınca Hikmət İsfahani və onunla gələn başqa üç nəfər gedirdi. Musa kişi balaca
uşaqları da yadından çıxarıb hamıdan qabaq xırmana tərəf qaçırdı.
Xırmana çatdıqda hamını heyrət aldı. Doğrudan da, piramida buğdanın dəci po-
zulmuşdu. Hikmət İsfahani Musa kişinin boynundan aşağı basıb dağılmış buğdanı
göstərdi:
– Hə, bu, nədir?.. Bu, nədir?
Musa kişi dəli kimi bir buğdaya, bir də mübaşir Məmmədə və Əli əmniyyəbaşıya
baxıb qışqırdı:
– Camaat, inanmayın! Bu, buğdaların hamısını əlimizdən almaq üçün bir bəha-
nədir, yalandır!..
Hikmət İsfahani qızardı:
– Deməli, sən dəci pozmamısan, hə?
– Xeyr, Allah bilir ki, mən dəci pozmamışam.
– Yaxşı, onda yoxlayacağam. Qurana əl basdıracağam.
Camaat kənara çəkildi. Sofi İranpərəst yeddi addım sayıb torpaqdan küt bir qalaq
qayırdı. Quran əlində onun yanında durdu. Camaat gərgin bir vəziyyətdə Musa kişiyə
baxırdı. Firidunun da nəzərləri onda idi. Onun gözlərində ağır bir peşmançılığın
izləri vardı...
Hikmət İsfahani soruşdu:
– Hə, di buyur. And iç, sözü qurtaraq, – dedi.
Musa kişi qıçları əsə-əsə üç addım atdı. Dördüncü addımda dayandı. Dönüb Hik-
mət İsfahaninin qıçlarını qucaqladı:
– Ağa, mənə rəhmin gəlsin, çevir məni balalarının başına, hamısını götür get, heç
şey istəmirəm!
Hikmət İsfahani ayağı ilə onu itələdi:
– Yox, belə dinsizləri cəzasız qoymaq özü Allahın yanında böyük bir günahdır,
– dedi və üzünü Əli əmniyyəbaşıya tutdu:
– Kəndir gətirin. Bu dinsizi ağaca səriyin, iki yüz çubuq.
Əli əmniyyəbaşı o biri iki əmniyyəyə baxdı, qaşını tərpətdi. Əmniyyələr tez
hərəkət etdilər. Heç kəs səsini çıxarmırdı. Musa kişi ölü kimi başını sallayıb dur-
muşdu. Firidun ona baxır və tərəddüd içərisində düşünürdü. Onun dəci pozub taxıl
oğurladığına inana bilmirdi. İndiki hərəkətlərini də anlamaqdan aciz qalmışdı.
•••
IV
•••
Dostları ilə paylaş: |