83
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
1. Kiçik
qruplarda birləşib, aşağıdakı tapşırıqları yerinə yetirin.
a) Filoloq-tənqidçi Tofiq Hacıyev yazır:
“Dərdi ana dilində daha kövrək, daha zərif demək olur –
ümumiyyətlə, dərdin dili layla dilidir. Və insan nə qədər dil bilsə də, dərdini, ağrısını düşünəndə
ana dilində düşünür. Ən dəhşətli ağrının ana dilində təzahürü ümumbəşəri psixoloji qanundur.
Həmin qanuna görə, ən dərdli, ən həzin əsərini – “Heydərbabaya salam”ı Şəhriyar öz ana
dilində – türkcə yazdı”.
Tənqidçinin fikrinə haqq qazandırmaq olarmı? Nə üçün?
b) Tənqidçi Bəkir Nəbiyev yazır: “
Xalq həyatının təsviri “Heydərbabaya salam”əsərində o qədər
təbii, səmimi və səciyyəvi cəhətləri ilə verilir ki, oxucu əsərin obrazları ilə birlikdə, az qala,
həmin həyatı yaşayan adamlardan birinə çevrilir” .
Siz bu barədə nə düşünürsünüz? Fikrinizi əsaslandırın.
c) Azı iki mənbədən seçdiyiniz material əsasında poemanın xalq həyatı ilə sıx bağlı olduğunu
əsaslandırın.
d) Poema ilə bağlı doğru hesab etdiyiniz fikirləri müəyyənləşdirin və əsərdən onları təsdiq edən
nümunələr seçib yazın.
Əsərlə bağlı fikirlər
Bu fikirləri təsdiq edən nümunələr
Xalqın taleyində sarsıdıcı rol oynayan
faciəvi
hadisələrə işarə edilmişdir.
Şair dövlətin farslaşdırma siyasətinə etiraz edir.
Milli azadlıq mübarizəsinə gizli çağırış əksini
tapmışdır.
Şair Azərbaycanın ikiyə bölünməsinə etiraz
səsini ucaldır.
Kəndli uşaqlarının
təhsil ala bilməməsindən
doğan təəssüf hissi əks olunmuşdur.
e) Poemanın məzmunu ilə səsləşən atalar sözlərini müəyyənləşdirin. Seçiminizi əsaslandırın.
Atalar sözləri
Nə üçün elə düşünürəm
Vətənə gəldim, imana gəldim.
El igidləri ilə tanınar.
El
bir olsa, dağ oynadar yerindən.
Vaxt atlı, biz piyada.
Mərd igidlər süfrə açar, ad alar.
Vətəni yadına düşən qərib ağlamasın, neyləsin?
2. Poemadan
seçdiyiniz bir, yaxud iki bəndin ifadəli oxusuna hazırlaşın.
– Əvvəlcə ifaçılıq vəzifəsini – dinləyicilərə nə çatdıracağınızı aydınlaşdırın.
– Sonra parçanın oxusunda səsinizin alacağı çalarları dəftərinizdə (mətnin kənarında) yazın.
– Fasilələrin yerini, məntiqi vurğulu sözləri, səsin sürətini, ucalığını və s. müəyyənləşdirib şərti
işarələrlə göstərin.
3. İfaları dinləyib münasibət bildirin.
• “Poema Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatı barədəki təsəvvürümə nə əlavə etdi?”
mövzusunda təqdimata hazırlaşın.
I V d ər s
T ə t b i q • M üz a k i r ə • Y a r a d ı c ı i ş
E v d ə i ş
84
GƏLƏCƏK GÜN
(romandan parça)
Bütün günü hər tərəfə od ələyən günəş təzəcə batmışdı.
Firidun xırmanın qırağında, hələ döyülməmiş buğda tayasının yanında uzan-
mışdı. O, isti gün və ağır zəhmətdən sonra gözünü mavi boşluqlara dikib düşünürdü.
Firidunun gözlərində həyatın ağır və əzablı səhnələri canlanırdı. Uşaqlığı... Ata
və anasının ölümü... Tehran həyatı... Sonra Təbriz... Bu xatirələr içərisində, nədənsə,
Tehranın əsl bir cəhənnəmi andıran isti günləri və boğucu axşamları xəyalından
çəkilmirdi.
Firidun orada həmişə özünü qəfəsdəki quş kimi hiss edirdi. Bu xatirə qarşısında
ona Azərbaycanın ağaclı və sulu kəndləri, yazda yaşıl xalı döşənmiş kimi səfalı
çəmənləri və dağları həqiqi bir cənnət kimi görünürdü. O, çaxmaq qığılcımı kimi ani
olaraq qəlbində baş qaldıran bir məhəbbətlə təzəcə biçilmiş, taxıl qoxusu verən
yumşaq və doğma torpağı qucaqladı, üzünü ona sürtdü. Gözlərindən iki damcı yaş
süzülərək yerə düşdü.
Firidun Təbrizin qərbində, Səhənd dağının ətəklərinə düşmüş bağ-bağatı və dadlı
meyvələri ilə məşhur Azərşəhrdə anadan olmuşdu. Bir tərəfdən Urmi gölü, o biri
tərəfdən daima başı qarlı Səhənd dağı silsiləsi ilə əhatə olunmuş Azərşəhr təbiətin
gözəl və səfalı guşələrindən biridir.
• Mirzə İbrahimov xalqın sevimlisidir,
təcrübəli bir yazıçıdır.
Onun qələmin-
dən çıxan bütün əsərlər maraqla oxunur.
O, müxtəlif həyat hadisələrini,
fərqli
taleyi olan insanları elə ustalıqla təsvir
və təqdim edir ki, oxucu bunlara
laqeyd
qala bilmir, özünü təsvir olunanların
yanında hiss edir.
Sabit Rəhman
MİRZƏ İBRAHİMOV
(1911 – 1993)
Yada salın
– Cənubi Azərbaycanda baş vermiş milli azadlıq hərəkatına həsr
olunan hansı əsərlərlə tanışsınz?
– Belə əsərlərdə diqqətinizi ən çox çəkən nə olub?
Düşünün
– Cənubi Azərbaycanda milli azadlıq hərəkatının və onun qurban-
larının yazıçılarımızı daim düşündürməsinə səbəb, sizcə, nədir?
Oxuda aydınlaşdırın
– Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitab-
larının köməyi ilə aydınlaşdırın.
– Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
•••
I
•••