Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə72/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   87

 
 
 
179 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

 
2.  Əsər hansı mövzuda yazılıb? Şairi narahat edən başlıca problem nədir? Cədvəldən istifadə edin. 
                Əsərin mövzusu 
Əsərdə qaldırılan başlıca problem 
Nə üçün belə düşünürsünüz? 
 
 
 
 
3.  Əsərdə əksini tapmış mətləblərdən hansılarını mühüm sayırsınız? Nə üçün? 
4.  Şairin qələbəyə qəti inamı nədən qaynaqlanır? Fikrinizi nümunələrlə əsaslandırın. 
5.  Xocalı soyqırımını törədən düşmən obrazını səciyyələndirin. Fikrinizi əsərdən gətirdiyiniz nümu-
nələrlə əsaslandırın.  
Düşmən obrazı üçün səciyyəvi olan cəhətlər 
Müəllifin düşmən obrazına münasibəti 
 
 
 
6.  Əsərin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırın. Cədvəldən 
istifadə edin. 
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr 
Fikrin təsir gücünün artmasında onların rolu 
 
 
 
7.  Əsərin başlıca ideyası, sizcə, nədir? Cədvəldən istifadə edin.  
Əsərin əsas ideyası 
Nə üçün belə düşünürəm 
 
 
  
 
• Şeirdən seçdiyinz nümunələr əsasında şairin ovqatında baş verən dəyişikliyin səbəbini aydınlaşdırıb 
qısaca yazın. 
 
 
1.  Müzakirə edin: Milli azadlıq hərəkatına münasibətinə və yaradıcılığındakı başlıca istiqamətə görə 
Xəlil Rza Ulutürk hansı sənətkarla müqayisə oluna bilər? 
2.  “Qaytar mənim qüdrətimi, Azərbaycan!” şeirini Q.İlkinin “İntiqam” əsəri ilə müqayisə edin. Mü-
qayisə cədvəlindən, yaxud Venn diaqramından istifadə edin. 
3.  “Qaytar  mənim qüdrətimi, Azərbaycan!” şeirinin lirik növdə olduğunu əsaslandırıb qısaca yazın. 
4.  Şeirin ilk altı misrasının ifadəli oxusunu hazırlayın: 
–  misraları iş vərəqində, yaxud dəftərinizdə yazın, sağ tərəfdə ağ yer saxlayın; 
–  ifaçılıq vəzifəsini – dinləyicilərə nə çatdıracağınızı mətnin sağ tərəfindəki boş yerdə yazın; 
–  mətni  misra-misra  oxuyub  səsinizin  aldığı  çalarları  (kədər,  həsrət,  təntənə  və  s.)  ifaçılıq 
vəzifəsinin altında qeyd edin; 
–  səsinizdəki dəyişilmələri (tonun yüksəlməsi, alçalması və s.), tələffüzcə fərqləndiriləcək söz-
ləri (məntiqi vurğu qəbul edənləri), fasilələrin yerini müəyyənləşdirib şərti işarələrlə göstərin. 
5.  İfaları dinləyib münasibət bildirin. 
 
 
• Şeirin sizdə daha güclü təəssürat yaradan  parçasının  ifadəli oxusuna hazırlaşın. Şərti işarələrdən 
istifadə etməyi unutmayın. 
 
 
• Bölmədə tanış olduğunuz sənətkarların həyatı haqqında kitabxana və ya internetdəki mənbələrdən 
topladığınız məlumat əsasında təqdimata hazırlaşın. 
 
 
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 
 
E v d ə   i ş  
I I I   d ə r s 
T ə t b i q   •  M üz a k i r ə   •   Y a r a d ı c ı  i ş  
 
E v d ə   i ş  
 
M ü s t ə q i l   i ş   ü ç ü n


 
 
180 
 
 
 
Sabir Əhmədov 
DƏNİZDƏN GƏLƏN SƏDA 
(ixtisarla) 
             
 
Əziz ana! 
Əvvəla, salam. İkincisi, əgər zəhmət çəkib mənim əhvalımı xəbər almaq istəsən... Mən 
indi Dərbənd yaxınlığındayam. Çiskinli-dumanlı bir havadı. Əsla nigaran qalma, bircə gilə 
üşümürəm. Yaxşısı  budur,  hər  şeyi  olduğu  təki  sənə  söyləyim.  Bilirəm,  gecən-gündüzün 
yoxdur. Bilirəm,  şəhərin  bütün  xəstəxanalarını,  meyitxanaları  dolaşmısan.  Bircə  saat 
gecikəndə  gəlib  görürdüm,  ayağından  asılmış  quş  təki  eyvandasan...  Səni  intizarda  qoy-
mayacam. Hər şeyi bilməlisən... 
Yanvarın  on  doqquzundan  iyirmisinə  keçən  gecə,  haman  qaramat  gecə  məni  evdən 
buraxmaq istəmədin. Səni ovundurub inandırdım ki, heç nədən qorxma. Dostlarım oradadır, 
getməsəm, inciyərlər. Biz Tiflis prospektində, Biləcəri yoxuşunun şəhərə aşdığı yerdə da-
yandıq.  Qoşun  şəhərə  soxulanda  birinci  bizimlə  qarşılaşdı. Tanklar  yeridi  üstümüzə.  Heç 
birimiz  inanmadıq.  Dedik,  bəs  qorxudurlar,  çatıb  dayanacaqlar. Tankların  ardınca  gələn 
soldatların avtomatdan atdığı güllələri fişəng sandıq... 
Hə,  əziz  ana!  Həndəvərimdə  neçə  oğlan  yıxıldı,  yenə  inanmadım.  Onda  inandım  ki, 
sinəmi güllələr odladı. 
...Tanklar ötdü, avtomatlar xiyaban boyu gurladı. Biçib-tökdülər. Ardınca yeni dəstələr, 
maşınlar  gəldi.  Küçə  fanarları  söndürülmüşdü.  Nə  baş  verdiyini,  yoldaşlarımın  başına  nə 
gəldiyini  öyrənməkdən  ötrü  dikəlib  boylanmağa  çalışdım.  Yaxında  bir  neçə  hərbi  sanitar 
maşını dayandı. Oradan soldatlar düşdülər. Yır-yığış başlandı. Aralarında saqqallı, qarasifət 
cavanlar vardı. Bunlar lap insafsızdılar.  
Kolların arasına cumur, küçəyə sərilmiş şəhidlərin üstünü alır, avtomatdan, tapançadan 
atəş açır, can verəni yenidən gülləyə tutur, öləni bir də öldürürdülər. Kürüdülər, topladılar. 
Ocaq çatıb yandırdılar... Bizi örtülü maşınlara mindirib, aradan çıxartdılar. Şəhərin bu yan-
larına yaxşı bələd deyildim. Amma anladım, maşınlar dəniz körpülərinə gedirdi. Torpaqdan 
çıxıb, taxta döşəmə ilə sürdülər. 
Yaxınlıqda bir neçə hərbi kater dolanmaqda idi. Körpüyə iki “Hidroqraf” gəmi bağlan-
mışdı. Ardımızca “Ural” avtomobilləri, PDM sanitar – “təcili yardım” gəlməkdə idi. Bizi 
“Hidroqraf”ın göyərtəsinə götürdülər. Düşürəndə dönə-dönə yoxlayırdılar. Fanarları üzümü-
zə saldılar, gözlərimizə tuşladılar. Əyilib, nəfəsimizi imsilədilər.  
Tək-tək tapançalar açıldı, baltalar işə düşdü; iri bıçaqlar götürmüşdülər. Gülləyə qənaət 
etdilər. Tam sakitlik olsun deyə əl-ayağı tərpənəni oradaca bitirdilər. Göyərtədə üstümüzə 
çadır çəkdilər. Gəmi körpüdən aralandı. Səhər açılmışdı. Səfərə yollanacağımızı, amma ha-
raya aparılacağımızı bilmədiyimiz halda, göyərtədə təşvişə düşdülər. Demə, Xəzər Gəmiçilik 
İdarəsi hərbi gəmilərin buxtadan çıxmağına icazə verməmişdi. Bizim neftdaşıyan, quru yük 
aparan böyük gəmilərimiz limanın giriş-çıxışını, kanalları tutub dayanmışdılar.  
Körfəz  mühasirəyə  alınmışdı.  Radio-ratsiya  ilə  danışığa  başlamışdılar. Bumbuz  dəmir 
anbarlardan nə söyləndiyini eşidirdik: hərbi donanma Xəzər Gəmiçiliyindən tələb edirdi ki, 
yolu açsınlar. Bizimkilər qəti etiraz edib bildirdilər: “Sizin gəmilərə baxmalıyıq. Apardığınız 
nədir?” “Hərbçilərin ailəsini köçürürük”, – dedilər.  
Xəzər gəmiçiləri bildirdi ki, bizim adamlar sizin gəmiləri yoxlamalıdır. Əks halda, bircə 
hərbi gəmi limandan çıxa bilməyəcək. Üç gün öcəşdilər. Xəzər gəmiçiləri hərbi gəmilərin 
Q i y m ə t l ə n d i r m ə   m a t e r i a l ı
 
 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə