172
5. Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə edin.
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr
Bədii təsvir və
ifadə vasitələrinin növü
6. Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə
və ümumiləşdirmə aparıb təqdimata hazırlaşın.
7. Gəldiyiniz nəticə ilə bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.
a) Əsərin ardını (ikinci parça) oxuyun.
b) Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
1. Evdə oxuduğunuz parçanı bir daha nəzərdən keçirin. Bədii təsvir və ifadə vasitələrini müəy-
yənləşdirin, tanış olmayan sözlərin mənasını dəqiqləşdirin.
2. Misralarda ifadə olunmuş fikri aydınlaşdırıb qısaca yazın.
Azadlıq ağacı bar verə bilməz
Şəhidlər qanıyla suvarılmasa...
...Quzeydə yerini
göstərdik yada,
Zorun təməlini haqq deşə bildi.
Biriykən ikiyik, bu halımızla
Biri-birimizə həsrət qalmışıq.
Daş körpü – vəhdətim, daş Xudafərin!
Gərəksiz daşların qalağı oldu.
İki
əsrdir ki, o daş körpünün
Bu tayında mənəm, o tayında sən.
Sərhəd
dirəkləri xəbərsiz oldu
Bizim qəlbimizdən keçən körpüdən.
Çayın altındakı torpaq birdisə,
O tayı bu taydan ayırmaq olmaz.
Köksünə
dağ üstdən dağ çəkilən xalq
Bir gün dağ çəkəcək dağın köksünə.
Artıq anlamışıq, ahla, amanla
Nə məftil əriyər, nə sərhəd uçar.
Suyun gəlməsinə şübhəm yox mənim,
Bir vaxt şırıl-şırıl su gələn arxa.
Biz də görəcəyik Azərbaycanın
Güneyli-Quzeyli xəritəsini.
3. Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə edin.
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr Bədii təsvir və ifadə vasitələrinin növü
4. Əsərin poema janrında olduğunu əsaslandırın.
5. Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə
və ümumiləşdirmə aparıb təqdimata hazırlaşın.
6. Gəldiyiniz nəticə ilə bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.
• “Milli azadlıq uğrunda mübarizənin ədəbiyyatımızda təsviri” mövzusunda təqdimata hazırlaşın.
E v d ə i ş
I I d ə r s
M ə z m u n ü z r ə i ş
E v d ə i ş
173
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
• Əsərin təhlilinə hazırlaşın.
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın.
Vətənimizin ikiyə bölünərək parçalanması, Rusiyanın və İranın müstəmləkəsinə çevrilməsi ədəbiy-
yatımızda, incəsənətimizdə etiraz, acı təəssüf, kədər hissi ilə dolu yüzlərlə əsərin yazılmasına səbəb
olmuşdur. Ciddi qadağalara baxmayaraq, B.Vahabzadənin 1959-cu ildə çap etdirdiyi “Gülüstan”
poeması böyük əks-səda doğurdu. Müəllif təqib və təzyiqlərə məruz qaldı, ona millətçi damğası
vuruldu. Ədib bu əsərində Azərbaycanı bölən tərəflərin hər ikisini yad adlandırır, xalqın taleyi barədə
ondan xəbərsiz hökm vermələrinə qəzəb dolu etirazını bildirir. Torpaq qeyrətli babaların yeni nəsillərə
qoyub getdiyi ən dəyərli, müqəddəs əmanətdir. Şair Azərbaycanın parçalanmasına imkan verilməsini
xəyanət, Tomrislərin, Koroğluların, Babəklərin ruhuna təhqir sayır.
B.Vahabzadə ölkəmiz müstəqillik əldə etdikdən sonra – 1999-cu ildə “Gülüstan”ın davamı kimi
“İstiqlal” poemasını yazmışdır. Əsərdə xalqımızın igid övladlarının mübarizəsindən, şəhidlərimizin
qanı bahasına əldə edilmiş müstəqillik və azadlıqdan qürurla danışılır. Poemada xalqımızla, vətənimizlə
bağlı taleyüklü problemlər əksini tapmışdır. Bütün bunları aydınlaşdırmaq, yazıçının niyyətini, əsərdəki
mətləbləri açıqlamaq üçün əsərin üzərində müşahidələrinizi davam etdirin, tapşırıqların yerinə
yetirilməsinə ciddi yanaşın.
2. Əsər hansı mövzuda yazılmışdır? Şairin milli azadlıq hərəkatına, “qul millətlərə”
münasibətini
aydınlaşdırın.
3. Şairin
fikrincə, “Gülüstan müqaviləsi” xalqımızın və vətənimizin taleyində hansı rolu oynadı?
4. Quzeydəki – Şimali Azərbaycandakı istiqlal hərəkatının poemada yüksək dəyərləndirilməsinə
səbəb nədir?
5. Milli azadlıq uğrunda həyatını qurban verən şəhidlərin tarixi xidmətləri, sizcə, nədən ibarətdir?
Fikrinizi əsərdən seçdiyiniz misallarla əsaslandırın.
6. Şimali Azərbaycanın azadlığa qovuşması şairdə hansı arzunun yaranmasına səbəb olmuşdur?
7. “Biriykən iki olan” xalqımızın qovuşacağına, vətənimizin bütövləşəcəyinə şairin inamı nədən
qaynaqlanır?
8. Əsərdə işlənmiş bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırın.
9. Poemadakı başlıca fikir – ideya nədir? Fikrinizi nümunələrlə əsaslandırın.
• Kitabxanadan və ya internetdəki mənbələrdən topladığınız məlumat əsasında “Azərbaycanın milli
azadlığı uğrunda şəhid olanlarımız” mövzusunda təqdimata hazırlaşın.
1. “İstiqlal” poemasını öyrəndiyiniz digər əsərlə – Məhmət Akif Ərsoyun “İstiqlal marşı” şeiri ilə
müqayisə edin. Cədvəldən istifadə edin.
s.s. Müqayisə hansı əsaslar (cəhətlər) üzrə aparılır
“İstiqlal” poeması “İstiqlal marşı” şeiri
1.
Mövzu
2.
Problem
3.
Vətənin və xalqın azadlığına
münasibət
4.
Azadlıq uğrunda şəhid olanlara münasibət
5.
Xalqların milli azadlıq hərəkatına qənim kəsilənlərə
münasibət
6.
Vətənin gələcəyinə münasibət
7.
İdeya
I I I d ə r s
T ə h l i l ü z r ə i ş
A r a ş d ır ı n • F i k i r l ə ş i n • C a va b v er i n
E v d ə i ş
I V d ər s
T ə t b i q • M üz a k i r ə • Y a r a d ı c ı i ş