166
sancdı ki, erməni heyvan kimi bağırıb üzü üstə düşdü.
Sonra bıçağı kürəyindən çıxar-
mağa çox cəhd etdisə, bacarmadı. Kürəyindən qan fəvvarə vururdu. Axırda üzü üstə
düşüb hərəkətsiz qaldı. Bıçaq düz ürəyinə sancılmışdı. Xəzangül donub qalmışdı. İnana
bilmirdi ki, bu işi o tutub. Belə bir gücü o, haradan ala bildi! Bir azdan yaşlı erməni
yüyürə-yüyürə içəri girdi:
– Levon, nə olub? – soruşdu.
Levonun kürəyinə sancılmış bıçaqla üzü üstə düşdüyünü görüb, bir anlığa özünü
itirdi. Yoldaşına kömək eləyib kürəyinə sancılmış bıçağı çıxarmaq əvəzinə, bayıra
yüyürdü. Xəzangül isə daş heykəl kimi donub qalmışdı,
heç nə duymur, heç nə eşitmirdi. Ağlamaqda davam edən
körpəsinin səsinə də sanki biganə qalmışdı. Ancaq onu
hiss etdi ki, əlində avtomat içəri girən qoca erməni onu
nişan alıb atəş açdı. Bundan sonra araya sükut çökdü.
Yaşlı erməni Levonun yanına yüyürdü. Xəncəri onun
kürəyindən çıxardı. Bütün üst-başı qana bulaşdı. Sonra Levonu nə qədər çağırdısa, ondan
cavab çıxmadı. Ayağa qalxıb papağını çıxardı və xaç vurdu. Bir an keçmədi ki, ikinci
bir güllə də açıldı. Lakin bu güllənin səsini Xəzangül daha eşitmədi.
1. Əsəri oxuyun (bunu fərqli formalarda həyata keçirə bilərsiniz).
2. İlkin təəssüratınızı siniflə bölüşün.
3. Parta yodaşınızla birlikdə mətnkənarı suallara cavab hazırlayın.
4. Hekayə haqqındakı təəssüratınızı və düşüncələrinizi ikihissəli gündəlikdə qeyd edin.
Əsərdə diqqətimi
daha çox cəlb edənlər
Bunun səbəbi
5. Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə edin.
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr
Bədii təsvir və
ifadə vasitələrinin növü
6. Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə
və ümumiləşdirmə aparıb təqdimata hazırlaşın.
7. Gəldiyiniz nəticə ilə bağlı təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
• Əsəri hissələrə ayırın, birinin məzmununu iki formada – yığcam və geniş danışmağı öyrənin.
• Əsərin təhlilinə hazırlaşın.
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın.
Hekayədə Qarabağ müharibəsinin ağır günlərindən biri təsvir edilir. Körpəsi ilə birlikdə amansız
düşmənlə üzbəüz qalan yaralı Azərbaycan qadınının hiss və düşüncələri, bütövlükdə mənəvi aləmi,
xarakterindəki başlıca cəhətlər tutarlı bədii boyalarla əks etdirilmiş, fərdi keyfiyyətləri ilə yadda qalan
obrazı yaradılmışdır. Xəzangül “Kitabi-Dədə Qorqud” dastanındakı Burla xatun kimi, övlad taleyi ilə
sınağa çəkilir. Əgər dastanda kafirlər anaya oğlunun ətini yedirtmək istəyirlərsə, XX əsrin ən qəddar
cinayətkarları – erməni qatilləri gənc anadan südəmər körpəsini öz əlləri ilə öldürməyi tələb edirlər.
I d ə r s
M ə z m u n ü z r ə i ş
E v d ə i ş
I I d ə r s
T ə h l i l ü z r ə i ş
• Xəzangülün belə bir
vəziyyətə düşməsinin
səbəbini necə izah
edərsiniz?
167
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
Əsərdəki düşmən obrazları da həyat həqiqətlərinə uyğun təsvir edilmişlər. Sarkis və Levon bütün
bəşəri
dəyərləri, əxlaq qanunlarını tapdalayan erməni milli xarakterinin daşıyıcılarıdır.
Əsərin üzərində müşahidələrinizi davam etdirin, Qarabağ müharibəsi ilə bağlı gerçəkliyi təbii
canlandırmağa yazıçının necə nail olduğunu aydınlaşdırmağa çalışın.
2. Əsərin mövzusunu və onda qaldırılmış başlıca problemi müəyyənləşdirin.
3. Xəzangül obrazını səciyyələndirin. Fikrinizi nümunələrlə əsaslandırın. Cədvəldən istifadə edin.
Xəzangülün xarakterindəki
başlıca
cəhətlər
Onun düşüncələri
Fərqli
vəziyyətlərdə
davranışı
Yazıçının ona
münasibəti
4. Əsərdəki düşmən obrazlarını səciyyələndirin. Fikrinizi nümunələrlə əsaslandırın.
Sarkis və Levonun xa-
rakterindəki başlıca cə-
hətlər
Onların davranışı,
nitqi
üçün səciyyəvi
olanlar
Yazıçının onlara
münasibəti
Bu
obrazlara sizin
münasibətiniz
5. “Hekayədə təsvir olunanlar Qarabağ müharibəsinin həqiqətlərini əks etdirir” fikrini doğru saymaq
olarmı? Fikrinizi həyati fakt və tarixi sənədlərlə əsaslandırmağa çalışın.
6. Əsərdə işlənmiş bədii təsvir və ifadə vasitələrinin fikrin təsir gücünün artmasında rolunu aydın-
laşdırın. Cədvəldən istifadə edin.
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr Fikrin təsir gücünün artmasında onların rolu
7. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Fikrinizi əsaslandırın. Cədvəldən istifadə edin.
Əsərin ideyası
Nə üçün belə düşünürsünüz?
• Mövzulardan birini seçib təqdimata hazırlaşın:
a) İşğal altında qalmış kənd və şəhərlərimiz.
b) Qarabağı azad etməyin yolunu nədə görürəm.
1. Mövzulardan birini seçib işləyin.
a) “Qarabağ müharibəsi incəsənətin digər növlərində” mövzusunda inşa.
b) “Qarabağın sənət adamları” mövzusunda esse.
2. “İntiqam” hekayəsini Qarabağ müharibəsinə həsr olunmuş digər bir əsərlə (məsələn, E.Hüseynbəyli.
“Firuzə qaşlı xəncər”, yaxud Z.Xəlil. “Sonuncu güllə”) müqayisə edin. Venn diaqramından istifadə
edin.
• Əsərdən seçdiyiniz parçanın ifadəli oxusuna hazırlaşın.
A r a ş d ır ı n • F i k i r l ə ş i n • C a va b v er i n
E v d ə i ş
I I I d ə r s
T ə t b i q • M üz a k i r ə • Y a r a d ı c ı i ş
E v d ə i ş