____________Milli Kitabxana____________
187
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının mərd və igid
oğulları, qəhrəman döyüşçüləri torpaqlarımızın müdafiə olunmasında şücaət
nümunələri göstəriblər, canlarını fəda ediblər, şəhid olublar. Biz çox qurbanlar
vermişik. Düzdür, məğlubiyyətə də uğramışıq, torpaqlarımız da əldən gedibdir.
Hər bir Azərbaycan vətəndaşını itirməyimiz bizim üçün ağır bir yaradır. Ona görə
də bu gün biz burada toplaşıb, Azərbaycan Respublikasının bugünkü vəziyyəti
haqqında söhbət apararkən, danışarkən, şübhəsiz, Azərbaycan Respublikasının
müstəqilliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiə olunması, qorunması
uğrunda canlarını fəda etmiş, şəhid olmuş adamları yada salmalıyıq. Onların
xatirəsi qəlbimizdə əbədi olaraq yaşamalıdır. Odur ki, xahiş edirəm, gəlin,
şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah bütün şəhidlərimizə
rəhmət eləsin, qəbirləri nurla dolsun.
Biz faciəli bir dövrdə yaşayırıq. Lakin bu faciə, uğursuzluqlar Azərbaycan
xalqının iradəsini qırmayıb. Xalqımızın gücü və iradəsi var və əmin ola bilərsiniz
ki, xalq gücünü toplayacaq, birləşəcək, öz torpaqlarını qaytaracaq, işğal olunmuş
torpaqlardan erməni silahlı qüvvələri qovulacaq və Azərbaycan Respublikasının
ərazi bütövlüyü təmin ediləcəkdir. Biz nəyin bahasına olursa-olsun, bu məqsədə
çatmalıyıq. Əmin olun ki, həyatımıi son dəqiqəsinə qədər, son nəfəsimədək bu
yoldan dönməyəcəyəm.
Son illər Respublikamızla gedən ictimai-siyasi proseslər, torpaqlarımızın
müdafiəsində uğursuzluqlar bəzi adamlarla inamsızlıq yaradıb, bəzilərində ruh
düşgünlüyü əmələ gətirib və ən dəhşətli hal bundan ibarətdir ki, təəssüflər olsun,
xalqımız arasında parçalanma gedib, xalqımız birləşmək əvəzinə bəzi qüvvələr
tərəfindən müəyyən qarşıdurma həddinə gəlib çıxıbdır. Ona görə də bu ağır
iqtisadi-sosial böhrandan, ictimai-siyasi böhrandan çıxmaq üçün, Azərbaycanın
suverenliyini, müstəqilliyini qorumaq üçün, işğal olunmuş torpaqlarımızı geri
qaytarmaq üçün, Azərbaycan Respublikasını bundan sonra etibarlı müdafiə etmək
üçün xalqımız birləşməlidir. Bütün siyasi qüvvələr, bütün şəxslər, hörmətli
adamların hamısı gücünü, biliyini, zəkasını birləşdirib, öz fəaliyyətini xalqın bu
ağır vəziyyətdən çıxmasına yönəltməlidir.
Biz də indi bizə göstərilən etimadı doğrultmağa, siyasi mənsubiyyətindən,
dünyagörüşündən, başqa səbəblərdən asılı olmayaraq, xalqın bütün qüvvələ-rini
birləşdirib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmağa çalışacağıq. Buna əmin
ola bilərsiniz!
Bu imkandan istifadə edərək üzümü bütün Azərbaycan vətəndaşlarına
tutub bir söz demək istəyirəm: gəlin çalışaq ki, xalq birləşsin, xalq öz gücünü
bir yerə cəmləşdirsin, bütün vətəndaşlar bir olsun, ağır vəziyyətdən əl-ələ
verib birlikdə çıxaq və bundan sonra müstəqil Azərbaycan Respublikasının
gələcək işləri ilə məşğul olaq.
Biz Azərbaycanda müxtəlif siyasi partiyaların, siyasi təşkilatların
fəaliyyətinin bundan sonra da davam etməsinə şərait yaradacağıq. Mən
xalqın birləşməsi haqqında öz fikirlərimi sizə çatdırarkən bunu xüsusi qeyd
etmək istəyirəm. Çünki indi Azərbay-
____________Milli Kitabxana____________
188
canda bir çox partiyalar, ayrı-ayrı siyasi qruplar, ayrı-ayrı ictimai təşkilatlar var.
Şübhəsiz ki, hər bir partiyanın, hər bir təşkilatın özünə aid, özünə məxsus
proqramı var, istiqaməti var. Lakin hamı üçün bir istiqamət olmalıdır:
Azərbaycanın müstəqilliyini qorumaq, Azərbaycanın ərazi bütövlüyünü qorumaq,
Azərbaycan Respublikasında siyasi sabitlik yaratmaq, qanun-qayda yaratmaq və
Azərbaycan Respublikası vətəndaşlarının rahat yaşaması üçün şərait yaratmaq.
Bu sahədə görüləsi işlər çoxdur. Özünüz də hiss edirsiniz ki, son dövrdə
respublikamızda qanun pozğunluğu, cinayətkarlıq, ayrı-ayrı mafioz qrupların
cinayətkar fəaliyyəti həm ictimai-siyasi sabitliyi pozmuş, həm də Azərbaycan
Respublikasının müdafiə qüvvələrini zəiflətmişdir.
Ona görə də bütün siyasi qüvvələr, siyasi partiyalar, ictimai təşkilatlar öz
proqramları, öz yolu ilə gedərkən bir məqsədi unutmamalıdırlar. Bu da ondan
ibarətdir ki, indi Azərbaycanda siyasi sabitlik, ictimai sabitlik yaratmaq,
cinayətkarlara qarşı mübarizə aparmaq, əmin-amanlıq şəraiti yaratmaq lazımdır,
Azərbaycan Respublikasının müdafiə qüvvələrini, müdafiə imkanlarını
möhkəmlətmək gərəkdir. Hər bir azərbaycanlı, hər bir Azərbaycan gənci gərək
torpaqlarımızı qorumağa hazır olsun, özünü bunun üçün hazırlasın. Biz işğal
olunmuş torpaqlarımızı geri qaytarmalıyıq. Müstəqil dövlət kimi öz dövlətimizin
hüdudlarını qorumalıyıq, öz müstəqilliyimizi qorumalıyıq. Əgər bunları biz
özümüz qorumasaq, heç kəs bizim üçün qorumayacaqdır. Bu, bizim üçün ən
şərəfli və ən ümdə vəzifələrdən biridir.
Bu baxımdan son vaxtlar respublikamızda gedən bir proses haqqında da
sizə məlumat vermək istəyirəm. O da bundan ibarətdir ki, son bir ay ərzində
müstəqil Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə daxil
olub-olmaması məsələsi geniş müzakirə olunmuşdur. Bildiyiniz kimi, bu,
böyük məsələdir. Respublikada son dövrdə son bir ildə bu barədə eyni fikir
olmamışdır, bəzi qüvvələr belə hesab edirdilər ki, Müstəqil Dövlətlər
Birliyinə daxil olmaq lazımdır. Bəzi qüvvələr bunun əksinə çıxmışdır. Ancaq
biz keçmiş dövrü geniş təhlil edib araşdırandan sonra belə fikrə gəldik ki,
Azərbaycan Müstəqil Dövlətlər Birliyinə daxil olmalıdır. Elə təkcə sizin
zavodun timsalında yox, Bakıda, bütün Azərbaycanda
olan sənaye
müəssisələrinin işinin timsalında da Azərbaycanın MDB-dən kənarda
olmasına görə, başqa respublikalarla iqtisadi əlaqələrin kəsilməsinə və ya
məhdullaşmasına görə nə qədər zərər çəkdiyimiz göz qabağındadır. Bunu siz
məndən də yaxşı bilirsiniz. Ancaq bizim MDB-yə daxil olmağımız təkcə
iqtisadi inteqrasiya məqsədi daşımır, bunun başqa böyük səbəbləri də var.
Zənnimizcə, bunların hamısı birlikdə Azərbaycan Respublikasının gələcək
inkişafı üçün faydalı olacaqdır.
Sentyabrın 24-də Azərbaycanın nümayəndə heyəti respublikamızın
MDB-yə daxil olması haqqında sənədlər imzalamışdır. İndi Azərbaycan
Respublikası artıq MDB-nin üzvüdür. Güman edirəm ki, siz bu addımımızı
müdafiə edəcəksiniz. Çünki bilin və inanın ki, bu addım Azərbaycan
Respublikasının müstəqilliyinə heç