MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə2/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   2   3   4   5   6   7   8   9   ...   256

____________Milli Kitabxana____________

7

XX əsr dünya siyasət tarixinə adı əbədi həkk olunmuş Prezidentimizin



dövlət quruculuğunun hər bir sahəsindəki - siyasi, iqtisadi, hərbi, elmi-

mədəni sahədəki qaynar, səmərəli və məhsuldar fəaliyyəti fundamental

tədqiqat obyektidir. Buna görə də bu qısa qeydlərdə məqsəd möhtərəm

H.Ə.Əliyevin zəngin, çoxcəhətli fədakar fəaliyyətini tam əhatə etmək deyil,

bu çoxcildliyin strukturu, tərtibi haqqında ümumi təsəvvür oyatmaqdır.

Oxuculara təqdim edilən çoxcildlik, Prezident Heydər Əliyevin şərəfli

ictimai-siyasi həyatının 1993-cü ilin iyunundan sonrakı illərini əhatə edir.

Göründüyü kimi, dahi şəxsiyyətin həyatının bu illəri sakitlik və rahatlıq

içində keçməmiş, son dərəcə gərgin və coşğun siyasi fəaliyyətlə zəngin

olmuşdur. Dövlət başçımızın böyük siyasətə yenidən qayıdışından sonrakı

illərin hər günü, hər saatı, hər dəqiqəsi tamamilə xalqımızın bu gününə və

sabahına, dövlət müstəqilliyimizin zərrə-zərrə qorunub saxlanmasına,

qüdrətli Azərbaycan dövlətinin yaradılmasına həsr edilmişdir. Kitabı

oxuduqca hörmətli oxucular bunun bir daha şahidi olacaqlar. Çoxcildlik tərtib

olunarkən çıxışların, nitqlərin, məruzələrin, müraciətlərin və s. xronoloji

ardıcıllığının gözlənilməsi prezident Heydər Əliyevin nəhəng ictimai-siyasi

fəaliyyəti, gərgin iş rejiminin dinamizmi haqqında da tam təsəvvür yaradır.

Çoxcildliyə daxil edilmiş materiallarda Azərbaycanda son 7-8 ildə baş

vermiş ictimai-siyasi proseslər, mürəkkəb, çoxşaxəli hadisələr, milli dövlət

quruculuğunun ayrı-ayrı mərhələləri və əsasları, bu işdə mövcud ziddiyyət və

problemlər, daxili, xarici siyasətin başlıca istiqamətləri dərindən təhlil edilir

və sözügedən dövr tarixi-siyasi baxımdan tam obyektivlik və həqiqət

meyarları ilə qiymətləndirilir. Məlumdur ki, möhtərəm Prezidentimiz xüsusi

mütəxəssis qrupu tərəfindən hazırlanaraq yazılmış heç bir materialdan

istifadə etməyib və etmir. Bu dahi şəxsiyyətin hər bir çıxışı, nitqi, müraciəti

ulu Tanrının vergi kimi ona bəxş etdiyi müdrikliyin, qeyri-adi istedadın,

həsəd aparılacaq ensiklopedik savadın, heyrətamiz yaddaşın məhsuludur.

Dövlət başçısı tərəfindən birbaşa edilmiş çıxış, nitq və müraciətlərin hər

birində Heydər Əliyev şəxsiyyəti, müdrikliyi, doğma dilin zənginliyindən

profesionallıqla istifadə etmək bacarığı qabarıq görünür.

Zəmanəmizin böyük tarixi şəxsiyyəti, dünya səviyyəli siyasi xadim,

müdrik xalq rəhbəri Heydər Əliyevin 1993-cü ilin iyunundan




____________Milli Kitabxana____________

8

sonrakı siyasi fəaliyyətinin salnaməsi olan bu çoxcildlik (dövlət başçısının



qəbullarındakı materiallar çoxcildliyə daxil edilməyib) müstəqil tariximizin

son dərəcə ağır və məsuliyyətli bir dövrünü öyrənən alimlər, politoloqlar,

siyasətşünaslar üçün dəyərli mənbə olacaqdır.

İnanırıq ki, bu kitabı incəliklərinə qədər öyrənərək mənimsəyən

Azərbaycan vətəndaşları qətiyyətlə və məsuliyyətlə deyəcəklər: Heydər

Əliyevin hər bir əsəri dərslikdir - vətəndaşlıq, dövlətçilik və Vətənə sevgi

dərsliyi.



____________Milli Kitabxana____________

9

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ



MƏCLİSİNİN İCLASINDA ÇIXIŞ

15 iyun 1993-cü il

Hörmətli millət vəkilləri, hörmətli prezident!

Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə,

Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki,

bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa

çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm.

Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb

və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə

götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq

əlimdən gələni edəcəyəm. Mən burada böyük bir nitq söyləmək niyyətində

deyiləm. Yalnız bir neçə kəlmə  mütləq deməliyəm. Ali Sovetin sədri kimi

Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət

müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən

əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət

müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik

Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən

proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam

və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harda

olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət

kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək

istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun

başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin

tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.

Keçmiş Sovetlər İttifaqının bərpa olunması, Azərbaycan Respublikasının da

ora daxil olması ehtimalı haqqında bəzi şayiələr, fikirlər gəzir. Bunlar

xülyadır. Mən bu fikirləri rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını bu

fikirləri rədd etməyə dəvət edirəm.

Respublikanın qarşısında çox böyük və ağır vəzifələr durur. Müstəqilliyi,

suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan

tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalıdır. Azərbaycan

Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır,

sülh yaranmalıdır. Azərbaycan Respublikasının vətəndaşları sülh və əmin-

amanlıq şəraitində yaşayıb öz dövlətini özü istədiyi kimi qurmalıdır. Ona

görə də bu məsələ əsas məsələlərdən biridir. Bundan sonra da bu məsələlər

Ali Məclisin diqqət mərkəzində olmalıdır. Sizi bu barədə tam əmin edirəm.

Dünən elan olunan Amerika Birləşmiş Ştatlarının, Rusiya-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə