MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə14/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   10   11   12   13   14   15   16   17   ...   256

____________Milli Kitabxana____________

37

xəbərdən cənab Raffaelli də təəccüblənmişdir. O dedi ki, söhbət təqvimin



yalnız bir neçə günlüyə təxirə salınmasından gedir.

Bununla bərabər, mən cənab Raffaelliyə də demişəm, bu gün burada

bildirirəm ki, hamının xəbəri olsun: əlbəttə, iyulun 4-də Gəncədə baş vermiş

hadisələrdən sonra Azərbaycanda daxili siyasi vəziyyət mürəkkəbləşmişdir,

amma heç vəchlə demək olmaz ki, sabitlik yoxdur, buna görə də problemi

həll etmək olmaz, yaxud bu məsələlərin həlli üçün şərait yoxdur. Çünki biz

Azərbaycanda vəziyyətə tamamilə nəzarət edirik.

Azərbaycan ictimaiyyətinə məlum olduğu kimi, biz Dağlıq Qarabağ

bölgəsində hərbi əməliyyatlarla bağlı məsələlərlə də fəal məşğul oluruq.

Buna görə də bunların hamısı məsələni uzatmaq üçün, yaxud da onun həllini

ümumən pozmaq üçün sadəcə olaraq hiylə-kələkdir, nə isə məharətlə

düşünülmüş bəhanələrdir.

Qısa məlumatı bitirərək bildirmək istəyirəm ki, bu gün yekun söhbətimiz

əməli şəkildə və qarşılıqlı anlaşma ruhunda keçmişdir. Biz hiss etdik ki,

Minsk konfransı, cənab Raffaelli, onun nümayəndə heyətinin üzvləri nəzərdə

tutulmuş planın və hazırlanmış cədvəlin yerinə yetirilməsinin təmin

olunmasını ürəkdən istəyirlər. Biz hər halda, ümid edirik - danışıqları da

məhz belə, böyük ümidlə başa çatdırdıq ki, iyulun 16-da Vyanada bu məsələ

çox ciddi şəkildə- müzakirə olunacaqdır. Mən də belə düşünürəm ki, cənab

Raffaelli və ümumən ATƏM Ermənistan Respublikasının rəhbərliyi ilə əlavə

danışıqlar aparacaqlar ki, biz Minsk konfransının məramının bu arada yerinə

yetirilməsinə nail ola bilək, çünki il yarımdan çox işləyən nümayəndə

heyətinin fəaliyyətinin hələlik bir nəticəsi yoxdur.

Respublikamız üçün isə çox vacibdir ki, bu nəticələr olsun. Zənnimcə, bu,

ATƏM-in, Minsk konfransının və Birləşmiş Millətlər Təşkilatının nüfuzu

üçün də eyni dərəcədə əhəmiyyətlidir.

Srağagün Ermənistan prezidenti Levon Ter-Petrosyanla telefon  söhbətim

zamanı – söhbət cənab Raffaellinin yanında gedirdi - o da əmin etdi ki,

Minsk konfransının məramının həyata keçirilməsi üçün hər cür səy göstərir.

Biz buna ümid edirik. Mən bununla da  öz məlumatımı bitirirəm.

İndi buyurun, suallarınızı verin.

Fərid Qəhrəmanov,  "Aзeрбaйджaн" qəzeti: - Cənab Raffaelli, Sizə

müraciət edirəm. Sizcə, Bakı - Yerevan - Bakı -Ağdam - Xankəndi və geriyə

- Bakıya səfərinizin ATƏM tərəfindən təsdiq olunmuş planını erməni

tərəfinin pozmasına necə baxmaq olar?



M.Raffaelli:

Dağlıq Qarabağ nümayəndələrinin irəli sürdükləri

müddəaları, dəlilləri, təbii ki, nəzərə aldıq, lakin, bunu prezident Əliyev də

bilir. Azərbaycan tərəfindən məqbul sayıla bilməyəcək heç bir alternativ

addım atmadıq. Əlbəttə, biz hər hansı yoldan istifadə etməyə hazır olmalıyıq,

lakin elə etməliyik ki, bu, Azərbaycan hökumətinin razılığı ilə olsun. Bu

həqiqətdir,  Ağdamda olarkən gördüm ki, orada mina problemi ümumiy-



____________Milli Kitabxana____________

38

yətlə yoxdur. Əlbəttə, mən digər tərəfdə nə olduğunu deyə bilmərəm, orada



olmamışam. Yalnız öz qeydlərimi deyə bilərəm. Mühüm olanı budur ki, siyasi

məzmun kəsb etmək qorxusu olan problem - necə ki, yaxın keçmişdə baş

vermişdi - Azərbaycan hökumətinin çevikliyi və digər tərəfdən Ermənistan

hökumətinin buna hazır olması sayəsində aradan qaldırıldı. Başqa sözlə, çeviklik

çox zaman irəlini görmək bacarığı, yəni üzdən getmək yox, problemin

mahiyyətinə varmaqdır.



Ə l i s ə f t ə r  H ü s e y n o v, "Azərbaycan Ordusu" qəzeti: Sualım cənab

Raffaelliyədir. Cənab Raffaelli, bundan əvvəl dediniz ki, indiki müharibədən

çıxmağın yeganə vasitəsini sülh yolunla görürsünüz. Lakin bir problem də var:

Əgər iki dövlət müharibə aparırsa, həqiqi sülhdən o zaman danışmaq olar ki,

məsuliyyət dəqiq müəyyənləşdirilmiş olsun, həmin müharibədəki təcavüzkar tərəf

və təcavüzə məruz qalan tərəf müəyyən edilsin. Bu müharibə beş ildən artıqdır ki,

davam edir və dünyanın heç bir nüfuzlu dövləti, nüfuzlu beynəlxalq təşkilatlar, o

cümlədən də sizin təmsil etdiyiniz ATƏM Ermənistanı təcavüzkar kimi tanımaq

üçün heç bir səy göstərməmişdir. İndiki səfəriniz zamanı cəbhə bölgələrinə

getmiş və ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşilikləri görmüsünüz.

Qarşıdakı görüşlərinizdə, gələcək beynəlxalq müşavirələrlə Ermənistanın

təcavüzkar tərəf kimi tanınması üçün, heç olmasa bundan sonra, hansısa bir

təşəbbüs göstərəcəksinizmi?

M.R a f f a e l l i: Əgər kim isə vasitəçi rolunu yerinə yetirirsə, bu zaman

kimin birinci, kiminsə ikinci başlaması barədə siyasi xarakterli qiymət verilmir.

Çünki burada siyasi diskussiyadan, qarşılıqlı ittihamlardan söhbət gedir və o

zaman ki, faktları təkzib etmək olmaz, onda müvafiq təşkilatların qətnamələri

mövcuddur. 822 nömrəli qətnamə bu tipli qətnamələrə misaldır. Mənim roluma

gəldikdə isə, bu, Təhlükəsizlik Şurasının üzvünün rolu deyil, mövqeləri

yaxınlaşdırmaq, cari problemlərin həllini tabe etmək məqsədi daşıyan konfransın

sədri roludur. O ki qaldı erməni birləşmələrinin Kəlbəcərdən çıxarılmasının

zəruriliyinə, bu məsələlə iki mövqe yoxdur. 822 nömrəli qətnamədə aydın deyilir

ki, qoşunlar bu rayondan çıxarılmalıdır. Bizim planımız qoşunların çıxarılmasını

birinci addım kimi təsdiq edir və biz bu mövqedə qalırıq.

Tomas  Qolts, "N y u - Y o r k t a y m s" qəzeti: Azərbaycan parlamentinin

başçısı Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini

işğal etdiyini öz çıxışlarında dəfələrlə demişdir, Siz bu ifadə ilə razısınızmı?

M.R a f f a e l l i: Sualın cavabı çox sadədir. Bu ifadəyə mənim münasibətim

belədir: Hazırda bu fikri təsdiq etmək qeyri-mümkündür. Bizim belə bir planımız

var: Müşahidəçilərin əsas işi ondan ibarət olacaq ki, əgər onlar Azərbaycan

ərazisində xarici orduların olduğunu təsdiq edərlərsə, onda bu xarici ordular

həmin ərazini tərk etməlidirlər. Lakin xarici ordular ümumi ifadədir. Biz buraya

həm xarici ölkələrin ordularını, Həm də muzdluları aid edirik.




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə