MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə15/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   11   12   13   14   15   16   17   18   ...   256

____________Milli Kitabxana____________

39

E.A x u n d o v a, "Azadlıq" radiostansiyası: Mənim birinci sualım cənab

Raffaelliyə, ikincisi isə Heydər Əliyevədir. Cənab Raffaelli, Siz Qarabağ

məsələsinə dair sülh danışıqlarının növbəti dövrəsini keçirdiniz. Sizcə, bu

problemin dincliklə həlli üçün kim və hansı tərəf hər halda daha böyük

çeviklik və daha böyük siyasi iradə göstərdi? Dediniz ki, Dağlıq Qarabağ

rəhbərlərinin Sizə verdikləri sənəd üç bənddən ibarətdir. İlk iki bəndi siz

özünüz əsassız hesab etdiniz. Üçüncü bənd isə, fikrinizcə, asanlıqla həll edilə

bilər və bu, sırf texniki məsələdir. Əgər belədirsə, həmin sənəd erməni

tərəfinin yalnız bu vəziyyəti davam etdirməyə və problemin dincliklə həllini

uzatmağa, Heydər Əliyev demişkən, hətta tamam pozmağa can atması demək

deyilmi? Belə bir amil yoxdurmu?



M.R a f f a e l l i: Ümidvaram ki, belə deyildir. Buna görə də hamı səy

göstərməli, lazımi səy göstərməlidir ki, dialoq meylli mövqelər üstünlük

təşkil etsin. Yəni, mən nəzərə almalıyam ki. izahat üçün sorğular verilmişdir.

Biz də bu suallara müvafiq cavablar vermək istəyirik. Təbiidir ki, rədd cavabı

alınarsa, dediyiniz problem ortaya çıxacaqdır.

E.A x u n d o v a: Heydər Əliyeviç, sualım sizədir. Siz Ermənistan

prezidenti Levon Ter-Petrosyanla tez-tez ünsiyyətdə olmusunuz və indi də

əlaqə saxlayırsınız. Bir vaxtlar hər ikiniz gələrək məsələsini həll etməyə və

bu münaqişənin güclənməsinə yol verməməyə müvəffəq olmusunuz.

Təəssüratınız necədir: onunla razılığa gəlmək olarmı? Qarabağ problemini

hazırda Ermənistanda hakimiyyətlə olan liderlərin iştirakı ilə həll etmək

mümkündürmü? Yoxsa Ter-Petrosyan bu siyasi oyunla hər halda sıravi

fiqurdur?



H.Ə l i y e v: Əvvəla, mən Ter-Petrosyanla tez-tez ünsiyyətlə olmuram,

onunla yalnız son dərəcə zəruri hallarda telefon  danışıqları aparıram.

İkincisi, indi, cənab Rafaellinin burada olduğu dövrdə, cənab Raffaellinin

nümayəndə heyətinin Xankəndiyə necə gedib çıxması məsələsində yaranmış

çətinliklərlə əlaqədar telefon  söhbətlərimiz olmuşdur, bu söhbətlər dünən

axşam, cənab Raffaelli Bakıya gec qayıtdıqda da olmuşdur. Ermənistan

prezidenti Levon Ter-Petrosyan telefon danışıqlarında əmin edir ki, o, hazırla

hər cür səy göstərir ki, ATƏM-in, indiki konkret halda Minsk konfransının

missiyası yerinə yetirilsin. Yeri gəlmişkən, o, mənə xatırlatdı ki, birinci dəfə

sənədi Azərbaycan tərəfi və Ermənistan Respublikasının rəhbərliyi

imzaladıqdan sonra onu Dağlıq Qarabağın erməni icmasının rəhbərliyi

imzalamamışdır, lakin onun səyləri və ya təzyiqi nəticəsində bu sənəd

imzalanmışdır. Mən bu  söz ləri nəzərə alıram. Əminəm ki, müharibə heç

vaxt heç bir xalqa xoşbəxtlik gətirməmişdir, bunu Ermənistandakı təcavüzkar

əhvali-ruhiyyəli adamlar da  başa düşməlidirlər. Zənnimcə, bunu Levon Ter-

Petrosyan da başa düşür.



N a i l ə  Y a q u b o v a, "Yeni Müsavat": Cənab Raffaelli, mənim

birinci sualım sizədir. Siz qrupunuzun işinin nəticələrini müsbət  hesab

etdiniz. Bununla bərabər BMT-nin 822 nömrəli



____________Milli Kitabxana____________

40

qətnaməsinin həyata keçirilməsində fasiləni LQR rəhbərliyinin rəsmi



təklifinin olmasının zəruriliyi ilə izah etdiniz. Bu, Azərbaycanın həmin

respublikanı tanımadığı halda, onun rəsmən tanınması demək deyilmi? Bu nə

ilə bağlıdır? Bu, dövlətimizin, yoxsa sizin missiyanızın zəifliyidir?

M.R a f f a e l l i: Mən belə düşünmürəm ki, bu cür danışıqların

aparılması yeni dövlətlərin və ya yeni qurumların tanınması deməkdir.

Danışıqlar o kəslərlə aparıdır ki, onlar bilavasitə yerlərdədir. Dağlıq

Qarabağın statusu problemi isə müharibənin əsasını təşkil edən siyasi

problemdir, bu mövzu Minsk konfransının mövzusudur. Rəhbər tutduğumuz

əsas prinsip belədir: dövlətin bütövlüyünü və onun sərhədlərini dəyişdirmək

qeyri-mümkündür. Bunu yalnız dinc yolla, danışıqların gedişində etmək olar.

H.Əl i y e v: Mən buna onu əlavə edə bilərəm ki, bu, Azərbaycan

tərəfinin zəifliyi deyildir. Cənab Raffaelli dedi ki, birinci sənəd həm

Azərbaycan rəhbərliyi, həm də Ermənistan rəhbərliyi tərəfindən

imzalanmışdır. Azərbaycan rəhbərliyi bu sənədi imzalayarkən, əlbəttə, onu

əsas tuturdu ki, sənədi hazırda Dağlıq Qarabağda hakimiyyətdə olanlar da

imzalamalıdırlar.



N.Y a q u b o v a: Heydər bəy, ikinci sualım sizədir. Elçibəy

hökumətinin səriştəsizliyini sübut etmək istəyənlər birinci dəlil kimi bu

hökumətin müharibədəki məğlubiyyətlərini göstərirlər. Lakin bizə o da

məlumdur ki, müharibə təkcə Ermənistan ilə Azərbaycan arasında getmir,

onun miqyası genişdir. İstərdim deyəsiniz, yeni hakimiyyət gəldikdən sonra

Azərbaycanın nə qədər torpağı işğal edilmiş, nə qədər adam həlak olmuş və

əsir düşmüşdür? Bunun günahını kimin ayağına yazmaq olar? Yəni, bu

faciələrdə beynəlxalq qüvvələrin və indiki hakimiyyətin rolu necədir?



H.Ə l i y e v: Yeni hökumət? Hansını deyirsiniz?

N.Y a q u b o v a: Bu gün hakimiyyətdə olanı.

H.Ə l i y e v: Bu gün hakimiyyətdə olanlar işə yenicə başlamışlar. Siz

əvvəlcə aydınlaşdırın ki, bundan qabaq hakimiyyətlə və hökumətdə olanların

vaxtında nə qədər torpaq işğal edilmiş, nə qədər insan həlak olmuş və nə

qədər adam qaçqına çevrilmişdir. Sonra bunların hamısını aydınlaşdırarıq.



N.Y a q u b o v a: Heydər bəy, mən dedim ki, Ermənistan ilə Azərbaycan

arasında müharibə təkcə iki respublikanın apardığı müharibə deyil. Bugünkü

məğlubiyyətlərlə, yəni Sizin hakimiyyətə gəlişinizdən sonrakı

məğlubiyyətlərlə beynəlxalq qüvvələrin və indiki hakimiyyətin rolu necədir?

Mənim sualım budur.

H.Ə l i y e v: Bu günlərdə baş verən hadisələr barədə əvvəlki mətbuat

konfransında danışmışam. İyunun 12-dən 28-dək erməni silahlı qüvvələri

müxtəlif istiqamətlərlə Azərbaycan torpaqlarına hücuma keçmişdi. O zaman

hansı hakimiyyətin olduğunu və hakimiyyətdə kimin olduğunu bilirsiniz.

Prezident Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə gecən gecə buradan

getmişdir. O, indi də prezident vəzifəsində qalır, elə deyilmi? Lakin iyunun

28-də atəş dayandırıldı. Amma sonra, sizə məlum olduğu kimi, iyulun



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə